Məhkəmə qərarları › İş №2-1(103)-2078/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2078/2023

20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2078/2023 20.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-2078/2023 (Açar sözlər: “qərarın ləğv edilməsi”) Bakı şəhəri 20 iyun 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 Baş İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2504/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 20 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsinə dair müraciətinə baxılması haqqında **********963700 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, fərdi sahibkar İddiaçı (bundan sonra - Fərdi sahibkar) şikayatində kameral vergi yoxlamasının nəticəsi ilə razı otmadığını bildirərək 2019-cu il üçün gəlir vergisi bəyannaməsi üzrə hesablanmış 3577.77 manat vergi məbləğinin ləğv edilməsini xahiş etmişdir.

2. Qərara əsasən fərdi sahibkar tərəfindən 2019-cu il ərzində satılmış mallara və ya göstərilmiş xidmətlərə görə ümumilikdə 71 813,38 manat dəyərində elektron qaiməfakturaların təqdim olunduğunun müəyyən edilməsinə baxmayaraq, müvafiq dövr üzrə gəlir vergisi bəyannaməsininin vergi orqanına təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir;

3. Qeyd edilən kənarlaşma ilə bağlı vergi ödəyicisinə vergi orqanı tərəfindən ‘'Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********518000 nömrəli məktub göndərilərək müvafıq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2019-cu il üçün 3577,77 manat gəlir vergisi hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar qəbul olunmuşdur.

4. xx.xx.2022-ci il tarixdə vergi orqanı tərəfindən 2019-cu il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması keçirilmiş və 3577,77 manat vergi məbləği azaldılaraq 08.08. 2022-cı il tarixli **********473700 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir.

5. Fərdi sahibkar İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə inzibati şikayəti təmin edilməmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci tarixli **********473700 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhər X6 üzrə Baş İdarəsi tərəfindən iddiaçıya əsassız və qanunsuz olaraq kameral vergi yoxlaması əsasında 2019-cu il gəlir vergisi üzrə dövrü üzrə xx.xx.2022-ci il tarixli **********473700 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qəbul edilmiş və həmin qərara əsasən əlavə olaraq 3577,77 manat məbləğində əlavə gəlir vergisi hesablanmışdır. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Onun tərəfindən vergi orqanına dəfələrlə həmin qərarın ləğv edilməsi barədə müraciətlər edilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə vergi orqanı tərəfindən 2019-cu il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması keçirilmiş və 3577,77 manat vergi məbləği azaldılaraq xx.xx.2022-ci il tarixli **********473700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edilmişdir. Daha sonra onun tərəfindən həmin qərarın son bəndində göstərildiyi kimi yuxarı səlahiyyətli orqana qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş edilmişdir. Lakin cavabdeh vergi orqanı tərəfindən İnzibati şikayətin təmin edilməməsi haqqında 5 sentyabr 2022-ci il tarixli qərar qəbul edilmişdir. İddiaçı 2019-cu ildə sadələşdirilmiş vergi ödəyicisi olmuş və gəlir vergisi bəyannaməsi təqdim etmək öhdəliyinə malik olmamışdır. İddiaçı sadələşdirilmiş vergi ödəyicisi kimi bütün vergiləri ödəmiş və fəaliyyətini sadələşdirilmiş vergi ödəyicisi kimi davam etmişdir. Onun adında qeydiyyatda olan **********-20001 icarə obyekti indi halhazırda ona məxsus deyil, Belə ki, İddiaçı həmin obyekti xx.xx.2017-ci ildə AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən, X1. Obyektdə icarədə olan "xxxx"MMC (VÖEN-**********) isə uzun müddətdir ki, fəaliyyəti dayandırıb və o, həmin obyekti satmışdır. Qeyd edirik ki, Dövlət Vergi Xidmətinin Bakı şəhər X6 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli “müraciətə baxılması barədə” məktubunda göstərilmişdir ki, icarəçi İddiaçı məxsus AZİ 129, Bakı şəhəri, Xətai rayonu. X4 küçəsi ev 2 ünvanında yerləşən **********-20001 təsərrüfat subyektində (obyektində) qeydiyyatda olan icarəçi "xxxx" MMC-nin **********-20007 kodlu təsərrüfat subyekti (obyekt) vergi uçotundan çıxarılmışdır (sözügedən məktub iddia ərizəsinə əlavə edilir). Həmin obyekt hal-hazırda İddiaçı adından qeydiyyatdan çıxarılıb. Belə olan halda, aşkardır ki, İddiaçı 2019-cu ilə 3 577,77 manat gəlir vergisi kameral yoxlaması yanlış olaraq hesablanmışdır. Lakin vergi orqanı şikayətlərinə məhəl qoymamış, müvafiq araşdırma aparmadan, təqdim edilmiş sənədlərə baxmadan vergi qanunvericiliyinin tələblərinə zidd olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları qəbul etmişdir. Bununla əlaqədar cavabdehə dəfələrlə müraciət edilmişdir. Lakin müraciətləri cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmamış və əsassız olaraq hesablanmış vergi məbləğləri azaldılmamışdır.

8. Cavabdehin iddiaya etirazının dəlilləri ondan ibarərdir ki, mübahisələndirilən xx.xx.2022-ci tarixli **********473700 nömrəli qərardan görünür ki, həmin qərar cavabdeh tərəfindən kameral vergi yoxlamasının aparılması nəticəsində qəbul edilmiş, qərarın qəbul edilməsinə əsas olan hal isə iddiaçının hesablama metodu ilə təqdim edilmiş gəlir vergisinin bəyannaməsinin 1200.1-ci (Malların təqdim edilməsindən gəlir) və 1200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) sətirlərində göstərilmiş cəmi 0 manat gəlir məbləğinin hesabat dövrü ərzində iddiaçı tərəfindən təqdim edilmiş online kassa aparatı ilə müəyyən edilən, iddiaçı tərəfindən ixrac edilmiş və elektron qaimə-faktura əsasında satılmış mallar barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 71.813,38 manat məbləğdən 71.813,38 manat az əks olunması təşkil edir. Cavabdeh inzibati orqan yaranmış vergi məbləğinin iddiaçı tərəfindən gəlir vergisi bəyannaməsinin təqdim edilməməsi ilə əlaqələndirmiş, onun vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) xidmətlər göstərmədiyini, pərakəndə qaydada mallar satmadığını, nağd hesablaşmalar aparmadığını bildirmişdir.VM-nin 218.6.2-ci maddəsinin tələbləri baxımından sadələşdirilmiş vergi metodunun tətbiq etmək hüququ iddiaçıya şamil olunmur. Belə ki, işin mübahisələndirilməyən hallarına görə iddiaçının hesabat dövrü ərzində ümumi gəliri 71.813,38 manat (online kassa aparatı ilə 0 manat; ixrac edilmiş 0 manat və elektron qaimə-faktura əsasında 71.813,38 manat) təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçının ümumi gəliri yalnız onun vergi ödəyicilərinə göstərdiyi xidmətlər ilə bağlı olduğundan, xüsusi çəki məbləğinin 30 % - dan çox olması təkzib olunmaz bir haldır. Göstərilən bu hal isə iddiaçıya münasibətdə sadələşdirilmiş vergi metodunun tətbiq etmək hüququnun saxlanılmasını istisna edir. Başqa sözlə desək, iddiaçı vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) xidmət göstərmədiyindən, yalnız vergi ödəyicilərinə xidmət göstərdiyindən, həmçinin iddiaçı maddədə göstərilən istisna halların (VM-nin 218.4.1-ci və 220.10-cu maddələrində) əhatə dairəsinə düşmədiyindən, o, sadələşdirilmiş vergi ödəyicisi hesab olunmur.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2504/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.

10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisələndirilən xx.xx.2022-ci tarixli **********473700 nömrəli qərardan görünür ki, həmin qərar cavabdeh tərəfindən kameral vergi yoxlamasının aparılması nəticəsində qəbul edilmiş, qərarın qəbul edilməsinə əsas olan hal isə iddiaçının hesablama metodu ilə təqdim edilmiş gəlir vergisinin bəyannaməsinin 1200.1-ci (Malların təqdim edilməsindən gəlir) və 1200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) sətirlərində göstərilmiş cəmi 0 manat gəlir məbləğinin hesabat dövrü ərzində iddiaçı tərəfindən təqdim edilmiş online kassa aparatı ilə müəyyən edilən, iddiaçı tərəfindən ixrac edilmiş və elektron qaimə-faktura əsasında satılmış mallar barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 71.813,38 manat məbləğdən 71.813,38 manat az əks olunması təşkil edir. Cavabdeh inzibati orqan yaranmış vergi məbləğinin iddiaçı tərəfindən gəlir vergisi bəyannaməsinin təqdim edilməməsi ilə əlaqələndirmiş, onun vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) xidmətlər göstərmədiyini, pərakəndə qaydada mallar satmadığını, nağd hesablaşmalar aparmadığını bildirmişdir.

11. VM-nin 218.6.2-ci maddəsinin tələbləri baxımından sadələşdirilmiş vergi metodunun tətbiq etmək hüququ iddiaçıya şamil olunmur. Belə ki, işin mübahisələndirilməyən hallarına görə iddiaçının hesabat dövrü ərzində ümumi gəliri 71.813,38 manat (online kassa aparatı ilə 0 manat; ixrac edilmiş 0 manat və elektron qaimə-faktura əsasında 71.813,38 manat) təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçının ümumi gəliri yalnız onun vergi ödəyicilərinə göstərdiyi xidmətlər ilə bağlı olduğundan, xüsusi çəki məbləğinin 30 % - dan çox olması təkzib olunmaz bir haldır. Göstərilən bu hal isə iddiaçıya münasibətdə sadələşdirilmiş vergi metodunun tətbiq etmək hüququnun saxlanılmasını istisna edir. Başqa sözlə desək, iddiaçı vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) xidmət göstərmədiyindən, yalnız vergi ödəyicilərinə xidmət göstərdiyindən, həmçinin iddiaçı maddədə göstərilən istisna halların (VM-nin 218.4.1-ci və 220.10-cu maddələrində) əhatə dairəsinə düşmədiyindən, o, sadələşdirilmiş vergi ödəyicisi hesab olunmur.

12. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 6.1, 218.1-218.2-ci, 218.4-218.6-cı, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci, 68.2-ci, 70.1-ci maddələrinə istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

13. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2504/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Prosses iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.Verilən suallara cavab olaraq bildirmişdir ki, həqiqətən 2019-cu ildə "xxxx" MMC-yə və "xxxx" QSC-yə xidmətlər göstərmişdir, lakin o, sadələşdirilmiş vergi ödəyicisi olmuş və gəlir vergisi bəyannaməsi təqdim etmək öhdəliyinə malik olmamışdır.

17. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən:

6.1. Dövlət vergilərinə aşağıdakılar aiddir: 6.1.1. fiziki şəxslərin gəlir vergisi; 6.1.2. hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa); 6.1.3. əlavə dəyər vergisi; 6.1.4. aksizlər; 6.1.5. hüquqi şəxslərin və bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, fiziki şəxslərin əmlak vergisi; 6.1.6. hüquqi şəxslərin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi; 6.1.7. yol vergisi; 6.1.8. mədən vergisi; 6.1.9. sadələşdirilmiş vergi; 218.1. Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: 218.1.1. bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər; 218.1.2. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər. 218.2. Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə, vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir. İl ərzində yeni fəaliyyətə başlayan vergi ödəyicisi vergi uçotuna durmaq üçün ərizədə qeyd etdiyi metodu tətbiq edir. 218.4. Bu Məcəllənin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir: 218.4.1. bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər; 218.4.2. idman mərc oyunlarının operatoru və idman mərc oyunlarının satıcıları, habelə lotereya təşkilatçısı və lotereya biletlərinin satıcıları olan şəxslər; 218.4.3. mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər; 218.4.4. fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla, bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər; 218.4.5. mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər. 218.5. Aşağıda göstərilən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur: 218.5.1. aksizli və məcburi nişanlama ilə nişanlanmalı olan mallar istehsal edən şəxslər; 218.5.2. kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, investisiya fondları və bu fondların idarəçiləri, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, lombardlar; 218.5.2-1. Bu Məcəllənin 218.5.2-ci və 218.5.10-cu maddələrinin müddəaları icbari sığorta müqavilələri üzrə xidmət göstərən sığorta agentlərinə tətbiq edilmir. 218.5.3. qeyri-dövlət pensiya fondları; 218.5.4. əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər; 218.5.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş təbii inhisar subyektləri; 218.5.6. mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə (bu Məcəllənin 218.1.2-ci, 218.1.3-cü və 218.4-cü maddələrində göstərilən şəxslər istisna olmaqla) qalıq dəyəri 1.000.000 manatdan artıq olan şəxslər; 218.5.7. publik hüquqi şəxslər; 218.5.8. işçi rüb ərzində işçilərinin (faktiki işə cəlb edilən) orta sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslər; 218.5.9. topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslər; 218.5.10. vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) görülən işlərdən və göstərilən xidmətlərdən başqa, işlərin görülməsini və xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi istisna olmaqla); 218.5.11. qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, habelə almazın (emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş və emal olunmamış, çeşidlənməmiş, çərçivəyə salınmamış və bərkidilməmiş almaz) satışını həyata keçirən şəxslər; 218.5.12. xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslər; 218.5.13. icbari sığorta müqavilələri üzrə xidmət göstərən şəxslər istisna olmaqla, lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslər. 218.6. Aşağıdakı hallarda sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır: - 218.6.2. bu Məcəllənin 218.5.10-cu maddəsinin müddəalarından asılı olmayaraq, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən və görülən işlərdən başqa, xidmətlərin göstərilməsini və işlərin görülməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə (işlə) yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi və işlərin görülməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların (qeyri-rezident hüquqi şəxslər və sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident fiziki şəxslərə hesab-faktura (invoys) əsasında göstərilən xidmətlərin və görülən işlərin dəyəri də daxil olmaqla) həcmi xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 14.1 mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1 inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir.İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur və iddia qaldırılması üçün prosessual müddət ötürülməmişdir.

23. İddia tələbi və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:xx.xx.2022-ci il tarixdə vergi orqanı tərəfindən iddiaçının 2019cu il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması keçirilmiş və 3577,77 manat vergi məbləği azaldılması ilə bağlı 08.08. 2022-cı il tarixli **********473700 nömrəli qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir.

24. Fərdi sahibkar İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə inzibati şikayəti təmin edilməmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci tarixli **********473700 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

25. Qərara əsasən fərdi sahibkar tərəfindən 2019-cu il ərzində satılmış mallara və ya göstərilmiş xidmətlərə görə ümumilikdə 71 813,38 manat dəyərində elektron qaiməfakturaların təqdim olunduğunun müəyyən edilməsinə baxmayaraq, müvafiq dövr üzrə gəlir vergisi bəyannaməsininin vergi orqanına təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir.

26. İddiaçı bildirir ki, həqiqətən 2019-cu ildə "xxxx" MMC-yə və "xxxx" QSC-yə xidmətlər göstərmişdir, lakin o, sadələşdirilmiş vergi ödəyicisi olmuş və gəlir vergisi bəyannaməsi təqdim etmək öhdəliyinə malik olmamışdır.

27. Məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarıa əsaslanaraq diqqətə çəkir ki, Qanunvericilik imperativ qaydada vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxs sadələşdirilmiş vergi ödəyicisi hesab oluna bilməməsini şərtləndirilmişdir.Nəzərə alınmalıdır ki, qanunvericilik vergi ödəyicisinə sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququnun saxlanılması üçün xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə ümumi əməliyyatların həcminin 30 faizindən çox olmaması şərtini müəyyən etmişdir. Başqa sözlə, VM-nin XVİİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər, həmçinin vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyiciləridirlər.

28. Həmçinin, vergi münasibətlərini tənzimləyən qanunvericilik həm sadələşdirilmiş vergi ödəyiciləri hesab olunan, həm sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olmayan şəxslərin əhatə dairəsini müəyyən etmiş və ayrı-ayrı müddəalar altında səciyyələmişdir.

29. Mübahisələndirilən xx.xx.2022-ci il tarixli **********473700 nömrəli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə vergi orqanı tərəfindən 2019-cu il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması keçirilmiş və 3 577,77 manat vergi məbləği azaldılmışdır.

30. Məhkəmə kollegiyası qeyd edir ki, hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan VM-nin 218.5.10-cu maddəsinin norması baxımından da hesab edilir ki, iddiaçı sadələşdirilmiş vergi ödəyicisi hesab olunmur. Belə ki, həmin dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun olmadığı təsbit edilmişdir.

31. Məhkəmə kollegiyası hesab edir ki, istərsə hal-hazırda qüvvədə olan qanunvericiliyin, istərsə də hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan qanunvericiliyin müddəaları baxımından iddiaçı sadələşdirilmiş vergi ödəyicisi hesab olunmamış, VM-nin 218.5.10-cu maddəsinin əvvəlki redaksiyası yüngülləşdirici hal kimi vəziyyəti iddiaçının xeyrinə dəyişməmişdir.Çünki, iddiaçı tərəfindən göstərilən xidmətlər hər bir halda vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilməmiş, məhz vergi ödəyicilərinə göstərilmişdir ki, bu da nəticə etibarı ilə iddiaçının sadələşdirilmiş vergi ödəyicisi olmadığını sübut edir.

32. İş materiallarından göründüyü və iddiaçının özünün də qeyd etdiyi kimi, 2019-cu ildə iddiaçı "xxxx" MMC-yə və "xxxx" QSC-yə xidmətlər göstərmişdir, lakin o, gəlir vergisi bəyannaməsi təqdim etməmişdir.

33. Beləliklə, göründüyü kimi, 2019-cu ildə iddiaçının xidmət göstərdiyi "xxxx" MMC və "xxxx" QSC vergi orqanında uçotda olmayan şəxslər (əhali) deyil, vergi ödəyiciləridirlər.Bu halda isə sadalanan qanunvericiliyə əsasən iddiaçı sadələşdirilmiş vergi ödəyicisi deyil, gəlir vergisi ödəyicisi hesab olunur.

34. Belə ki, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) görülən işlərdən və göstərilən xidmətlərdən başqa, işlərin görülməsini və xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur:(Vergi Məcəlləsinin 218.5.–ci maddəsinə əsasən aşağıda göstərilən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur:... Maddə 218.5.10. vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) görülən işlərdən və göstərilən xidmətlərdən başqa, işlərin görülməsini və xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi istisna olmaqla).

35. Göstərilənlərə əsaslanaraq Məhkəmə Kollegiyası nəticəyə gəlir ki, cavabdeh orqanın mübahisələndirilən qərarı qanuni və əsaslı olmuşdur. Belə ki, inzibati aktların, qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu vergi orqanı tərəfindən sübut edildiyindən mübahisələndirmə növündə hazırkı iddianın təmini əsasları mövcud deyil və iddiaçı tərəfindən bu halı təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir.

36. İşin faktiki hallarına tətbiq olunan hüquq normalarından çıxış edərək məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 22-1(112)-2504/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası.

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. İnzibati Məhkəməsinin 2-1(112)-2504/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar