Məhkəmə qərarları › İş №2-1(103)-2078/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2078/2025

10.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2078/2025 10.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: “mənzil növbəsinə götürülmə”) QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Şərafət Asif qızı Məmmədovadan (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X2 ibarət tərkibdə, Səmimə Elşad qızı Əliyevanın katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3349/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair elektron arayışa əsasən ünvan 3nında qeydiyyatda olan xx.xx.1982-ci il tarixdə Bərdə rayonunda doğlmuş, baş gizir İddiaçı həqiqətən xx.xx.2000-xx.xx.2002, xx.xx.2003xx.xx.2024 tarixlərində həqiqi hərbi xidmət keçmişdir və ehtiyata buraxılma səbəbi kimi xidməti müddəti başa çatdığına görə (kadr zabitlərindən başqa) göstərilmişdir.

2. İddiaçı aid AO N 267095 nömrəli hərbi biletdən görünür ki, iddiaçı Vətən Müharibəsinin iştirakçısı olmuş, Xocavəndin, Ağdamın azad olunmasına görə, Vətən Müharibəsinin iştirakçısı və qüsursuz xidmətlərə görə medallarla təltif olunmuşdur.

3. İddiaçı X5 ilə evlidir, xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X8 adlı iki uşağı var.

4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 3nında qeydiyyatdadır.

5. Məhkəmə tərəfindən sorğu verilərək, İddiaçı və ailə üzvlərinin Azərbaycan Respublikasının ərazisində daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmaması (əvvəllər də qeydiyyata alınmış, sonradan çıxarılmış əmlak da daxil olmaqla) araşdırılmış, sorğuya cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 yanvar 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, “...X3 və digərlərinin adına olan və özgəninkiləşdirilən daşınmaz əmlaklar haqqında məlumatın verilməsi barədə sorğunuza aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən İddiaçı 4 nəfər ailə üzvü ilə birlikdə adına qeydiyyata alınmış Bərdə rayonu, Lək kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi xx.xx.2021-ci il tarixli 4Ə-1285 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən X1 adına özgəninkiləşdirilmişdir. Həmçinin, İddiaçı 4 nəfər ailə üzvü ilə birlikdə adına qeydiyyata alınmış Bərdə rayonu, Birinci Qaradəmirçi kəndində yerləşən 1,24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2006-cı il tarixli 4Ə-1-166 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən X4 adına özgəninkiləşdirilmişdir.Sorğuda qeyd olunan digər şəxslərin adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.”

6. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Sabunçu Rayon İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, “...Ehtiyatda olan baş gizir xx.xx.1982-ci il təvəllüdlü İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə, xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Azərbaycan Respublikası Silahlı X6 Mərkəzində kursant kimi, xx.xx.2003-cü il tarixdən xx.xx.2024-cü il tarixədək AR Silahlı Qüvvələrində gizir qismində həqiqi hərbi xidmət keçmişdir. Şəxsi işindəki məlumatlara əsasən İddiaçı Azərbaycan Ordusundan xx.xx.2024- cü il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılarkən qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinə göndərilmişdir. İddiaçı daimi pasport qeydiyyat ünvanını ünvan 3nına dəyişməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə 7 saylı ünvan 4ət" mərkəzinə müraciəti əsasında o, SHXÇDX-nin Bərdə rayon şöbəsindən hərbi qeydiyyatdan çıxarılaraq SHXÇDX-nin Sabunçu rayon idarəsinə hərbi qeydiyyata götürülmüşdür.”

7. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, “...Ehtiyatda olan baş gizir İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Ordusunda xidmət edib və xx.xx.2024-cü il tarixində xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılması barədə raportla müraciət etmiş, N nömrəli hərbi hissə komandirinin təqdimatı əsasında N nömrəli hərbi hissə komandirinin xx.xx.2024cü il tarixli müvafiq əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156- cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) və 164-cü maddəsinə müvafiq olaraq ehtiyata buraxılmışdır. Ehtiyata buraxılarkən xx.xx.2024-cü il tarixində onunla aparılmış söhbət vərəqəsində qeydiyyat üçün sənədlərinin SHXÇDX-nin Bərdə rayon şöbəsinə göndərilməsini qeyd etmişdir.”

8. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin xx.xx.2025-ci il tarixli məktubuna əsasən İddiaçı Azərbaycan Ordusunda xidmət etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır.

9. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, “...Ehtiyatda olan baş gizir İddiaçı adı Azərbaycan Ordusu sıralarında 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların adlı siyahısına daxil edilməmişdir.”

10. İddiaçı yaşayış yeri üzrə imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul olunması ilə bağlı cavabdeh Bakı Şəhəri Cavabdehnə müraciət etmişdir.

11. Bakı Şəhəri Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə müvafiq olaraq ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular getdikləri yaşayış yerində yerli icra hakimiyyətləri tərəfindən mənzillə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinə ehtiyacı olanların siyahısına daxil edilirlər. Siz ehtiyata buraxılan zaman Bərdə rayonunu seçdiyiniz üçün həmin rayonda mənzil sahəsinə ehtiyacı olanların siyahısına götürülə bilərsiniz

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:

12. İddiаçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ehtiyatda olan hərbi qulluqçu kimi 4 nəfər ailə üzvü ilə birlikdə mənzil növbəsinə götürülmə öhdəliyinin Cavabdeh üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2000-ci il də həqiqi hərbi xidmətə çağrılmışdır. Daha sonra hərbi xidmətini davam etdirmişdir. Vətən Müharibəsində iştirak etmiş, Xocavəndin, Ağdamın azad olunmasına, həmçinin, Vətən Müharibəsi iştirakçısı və qüsursuz xidmətlərə görə medallarla təltif olunmuşdur. xx.xx.2000-ci il tarixdən xx.xx.2024-cü il tarixədək həqiqi hərbi xidmət keçmişdir. Tərxis olunan zaman hərbi qeydiyyatı Bərdə rayonu olmuşdur. Daha sonra xx.xx.2024-cü il tarixdə qeydiyyatını dəyişərək Sabunçu rayonuna qeydiyyata düşmüşdür. Cavabdehnə müraciət edərək ehtiyyata buraxılmış hərbi qulluqçu kimi 4 nəfər ailə tərkibi ilə mənzil növbəsinə götürülməyini xahiş etmişdir. Sabunçu RİH tərəfindən ona ünvanlanmış məktubda ehtiyyata buraxılan zaman ünvan 6ahəsinə ehtiyacı olan siyahıya götürülməsinin mümkünsüz olduğu qeyd edilmişdir. Hesab edir ki, Sabunçu RİH-nin onu mənzil növbəsinə götürməməsi əsassızdır.

14. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçının “xx.xx.1982-ci il təvəllüdlü İddiaçı (ailə tərkibi: özü, arvadı və iki övladı olmaqla) ehtiyatda olan hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdeh Bakı Şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir.

15. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.2-ci maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular yaşa görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar. Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Həmin Qanunun 12.10-cu maddəsinə əsasən hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin bu maddədə nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki, qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etsinlər. Qeyd edilənlərdən görünür ki, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular seçdikləri yaşayış yeri üzrə mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə yerli icra hakimiyyəti tərəfindən təmin olunurlar. İş materiallarından da göründüyü kimi, iddiaçı həqiqi hərbi xidmətdən tərxis olunan zaman yaşayış yeri olaraq Bərdə rayonunu seçmişdir. Belə olan halda iddiaçı Bərdə Rayon İcra Hakimiyyətinə müraciət edərək ehtiyatda olan hərbi qulluqçu kimi mənzil növbəsinə dayanmalıdır.

16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3349/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

17. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, işin müəyyən edilmiş hallarına görə İddiaçı xx.xx.2000- xx.xx.2002, xx.xx.2003-xx.xx.2024 tarixlərində həqiqi hərbi xidmət keçmiş, xidmət müddəti başa çatdığına görə (iradəsindən asılı olmayan səbəbdən) ehtiyata buraxılmış, ehtiyyata buraxılarkən sənədlərinin qeydiyyat üçün Bərdə rayonuna göndərilməsini istəmiş, xx.xx.2024-cü ildə SHXÇDX-nin Bərdə rayon şöbəsində hərbi qeydiyyata götürülmüş, xx.xx.2024-cü ildən hərbi qeydiyyatdan çıxaraq SHXÇDX-nin Sabunçu rayon idarəsində qeydiyyata götürülmüş, həmin tarixdən də ünvan 3nında yaşayış yeri üzrə qeydiyyatdadır. Onun və ailə üzvlərinin adına daşınmaz əmlak aşkar edilməmişdir. b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

18. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3349/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

19. Apellyasiya şikayəti işin faktiki halları və hüquqi əsaslandırma baxımından iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar olmaqla onunla əsaslandırılmışdır ki, iddiaçı həqiqi hərbi xidmətdən tərxis olunan zaman yaşayış yeri olaraq Bərdə rayonunu seçmişdir. Belə olan halda iddiaçı Bərdə Rayon İcra Hakimiyyətinə müraciət edərək ehtiyatda olan hərbi qulluqçu kimi mənzil növbəsinə dayanmalıdır.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətiinə yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

21. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

22. İş üzrə digər tərəf məhkəmə iclası barədə xəbərdarlıq olunsa da nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatl vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır.

24. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Maddə 2. Şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 3. Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; İddiaçı ehtiyatda olan hərbi qulluqçudur və mənzil hüququ xüsusi qanunla tənzimlənir.

25. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla);

26. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ

2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. .... Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

29. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

31. Məhkəmə Kollegiyası iddia tələbinin mahiyyəti və iddiaçının apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd edir:

32. İşin müəyyən edilmiş hallarına görə İddiaçı xx.xx.2000- xx.xx.2002, xx.xx.2003xx.xx.2024 tarixlərində həqiqi hərbi xidmət keçmiş, xidmət müddəti başa çatdığına görə (iradəsindən asılı olmayan səbəbdən) ehtiyata buraxılmış, ehtiyyata buraxılarkən sənədlərinin qeydiyyat üçün Bərdə rayonuna göndərilməsini istəmiş, xx.xx.2024-cü ildə SHXÇDX-nin Bərdə rayon şöbəsində hərbi qeydiyyata götürülmüş, xx.xx.2024-cü ildən hərbi qeydiyyatdan çıxaraq SHXÇDX-nin Sabunçu rayon idarəsində qeydiyyata götürülmüş, həmin tarixdən də ünvan 3nında yaşayış yeri üzrə qeydiyyatdadır. Onun və ailə üzvlərinin adına daşınmaz əmlak aşkar edilməmişdir.

33. Cavabdeh imtina məktubunda, iddiaya dair yazılı etirazında və apellyasiya şikayətində bildirmişdir ki, iddiaçı ehtiyata buraxılan zaman Bərdə rayonunu seçdiyi üçün həmin rayonda mənzil sahəsinə ehtiyacı olanların siyahısına götürülə bilər.

34. Məhkəmə cavabdehin qeyd edilən dəlili ilə bağlı bildirir ki, iddiaçının ehtiyyata buraxılarkən sənədlərinin qeydiyyat üçün Bərdə rayonuna göndərilməsini istəməsi hazırki vəziyyətdə onun sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. Hərbi qulluqçu ehtiyyata buraxılarkən öz seçiminə görə göstərilən məsələni həll edə bilər. Bu, o, anlama gəlmir ki, hərbi qulluqçu ehtiyata buraxıldıqdan sonra yalnız seçdiyi şəhər (rayon) üzrə mənzil növbəsinə götürülməlidir. Cavabdehin mövqeyi ilə məsələyə yanaşılsa onda belə bir məntiq çıxar ki, hərbi qulluqçu ehtiyata buraxıldıqdan sonra yaşayış sahəsi ilə təmin edilməsi üçün məcburən həmin seçdiyi yerdə yaşamalıdır ki, o, qanunvericiliklə ona verilmiş təminatdan istifadə edə bilsin. Əksi baş verərsə, indiki hal ilə qarşılaşacaq. Bu isə qəbul edilən deyil.

35. Bundan başqa, yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinanın əsasları Mənzil Məcəlləsinin 53.1-ci maddəsində göstərilmişdir. Həmin hallar iş üzrə müəyyən edilmir. Cavabdeh də nə imtinasında, nədə ki, iddaya etirazda həmin hallara əsaslanmışdır. Halbuki, Mənzil Məcəlləsinin 53.2-ci maddəsində imperativ şəkildə göstərilmişdir ki, uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır.

36. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığından, onun yaşayış yeri cavabdehə aid inzibati ərazi (Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, N.Nərimanov küçəsi, ev 4, mənzil 43) olduğundan iddia tələbi əsaslıdır və təmin edilməlidir

37. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası əvvəla qeyd edir ki, apellyasiya şikayəti işin faktiki halları və hüquqi əsaslandırma baxımından iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar olmaqla əsaslandırılmışdır, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verilmişdir.

38. Daha sonra apellyasiya şikayətinin “iddiaçı həqiqi hərbi xidmətdən tərxis olunan zaman yaşayış yeri olaraq Bərdə rayonunu seçmişdir. Belə olan halda iddiaçı Bərdə Rayon İcra Hakimiyyətinə müraciət edərək ehtiyatda olan hərbi qulluqçu kimi mənzil növbəsinə dayanmalıdır” dəlillərinə münasibətdə məhkəmə Kollegiyası bir daha qeyd edir ki, apellyasiya baxışı zamanı da işin halları ilə təsdiq edilmişdir ki, iddiaçı xidmət müddəti başa çatdığına görə (iradəsindən asılı olmayan səbəbdən) ehtiyata buraxılmış, ehtiyyata buraxılarkən sənədlərinin qeydiyyat üçün Bərdə rayonuna göndərilməsini istəmiş, xx.xx.2024-cü ildə SHXÇDX-nin Bərdə rayon şöbəsində hərbi qeydiyyata götürülmüş, xx.xx.2024-cü ildən hərbi qeydiyyatdan çıxaraq SHXÇDX-nin Sabunçu rayon idarəsində qeydiyyata götürülmüş, həmin tarixdən də ünvan 3nında yaşayış yeri üzrə qeydiyyatdadır.

39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

40. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3349/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3349/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar