Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2079/2021 03.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Baxışova Vüsalə Ələkbər qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 14.04.2021-ci il tarixli, 2-1(112)-1508/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1993-1998-ci illər üzrə istifadə olunmamış məzuniyyətə görə ona ödənilmiş pul məbləği, həmçinin hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatı, hər il prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım həmin müddətdə Qarabağ qarnizonu hərbi prokurorluğu döyüş əməliyyatları aparılan bölgədə olduğu üçün üç qat, ödənilmiş mükafatlar isə ödənildiyi məbləğdə nəzərə alınmaqla onun Qarabağ qarnizonu hərbi prokurorun köməkçisi vəzifəsində işlədiyi 3 il müddəti döyüş bölgəsində 9 il hesablanmaqla 14.08.2005-ci il tarixdə 25 il xidməti tamam olduğundan 14 avqust 2005-ci il tarixdən 1993-1998-ci illərə dair pensiyanın yenidən hesablanmasının və ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, 1993-1998-ci illərə dair pensiya hesablanarkən ona ödənilmiş mükafatların, yəni 1993-cü ildən 1997-ci ilə kimi hər il ildə bir dəfə 200%, 1998-ci ildə isə iki dəfə 200%, vəzifə və rütbə maaşı həcmində, 1993cü ilin mart ayında 100%, may ayında 50%, dekabr ayında 100%, 1994-cü ilin may ayanda 50%, dekabr ayında 50%, 1995-ci ilin may ayında 50%, noyabr ayında 50%, 1996-cı ilin mart ayında 100%, may ayında 50%, dekabr ayında 50%, 1997-ci ilin mart ayında 50%, aprel ayında 50%, noyabr ayında 50%, dekabr ayında 50% vəzifə maaşı həcmində mükafatların nəzərə alınmasını, bundan başqa 14.04.2011-ci ildən 12.04.2019cu il tarixə kimi işlədiyi 8 il ərzində yığılan məbləğin qanunvericiliklə müəyyən olunan hissəsinin hesablanan pensiyanın üzərinə gəlinməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 14.04.2021-ci il tarixli, 2-1(112)-1508/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 14.04.2021-ci il tarixli, 2-1(112)-1508/2021 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında 14.08.2011-ci ildə iddiaçıya pensiya təyin edildiyindən həmin müddətdən 3 ildən çox vaxt keçdiyi üçün iddianın əsassız olduğunu göstərsə də, qeyd olunan dəlil əsassızdır. Belə ki, həmin vaxt iddiaçıya pensiya təyin edilərkən «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 29.06.2001-ci ildən qüvvəyə mindiyindən həmin Qanunun 20.8, 20.9, və 21.4 maddələri, yəni məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmağı ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti, hər il əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım pensiya təyin edilərkən nəzərə alınmalı idi. Çünki iddiaçı 14.08.2011-ci il tarixdə pensiyaya çıxana kimi həmin pulları almışdı və sonradan 12.04.2019-cu il tarixdə tam pensiyaya çıxana kimi də həmin pullar ona verilmişdir. Eyni zamanda qanunvericiliyə görə pensiyanın hesablanması ilə bağlı iddia tələbinə müddət müəyyən edilməmişdir. Eyni zamanda qeyd olunmuşdur ki, həmin pul təminatları əmək haqqına daxil olduğundan işlədiyi dövrdə Prokurorluq işçisinin həmin pulu alması vacib deyildir, çünki, həmin pul təminatları əmək haqqındakı «sonrakı artımlara» aiddir. Eyni zamanda, məhkəmənin qərarında Qarabağ qarnizonu hərbi prokurorluğu döyüş əməliyyatları aparılan döyüş bölgəsində yerləşdiyi üçün iddiaçı 06. 01. 1993-cü ildən 23. 01.1996-cı ilə kimi olan 3 il xidmət müddətinin 9 il kimi hesablanaraq əmək stajına daxil edilməsi tələbbinin rədd edilməsi haqqında heç bir izah yoxdur. Apellyasiya icraatı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 14.04.2021-ci il tarixli, 2-1(112)-1508/2021 saylı qərarının ləğv olunması, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 14.04.2021-ci il tarixli, 2-1(112)-1508/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun İddiaçı ünvanlanmış 30.07.2020-ci il tarixli məktubunun surətindən görünür ki, «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanunu 2001-ci ildə qəbul edilmişdir. 1993-1997-ci illərdə qeyd olunan müavinətlər ödənilməmişdir. Mükafatlar aşağıdakı kimi ödənilmişdir: 1993-cü il üzrə mart ayı 100% vəzifə maaşı həcmində mükafat; may ayı 50% vəzifə maaşı həcmində mükafat; dekabr ayı 100% vəzifə maaşı həcmində mükafat; 1994-cü il üzrə may ayı 50% vəzifə maaşı həcmində mükafat; dekabr ayı 50% vəzifə maaşı həcmində mükafat; 1995-ci il üzrə may ayı 50% vəzifə maaşı həcmində mükafat; noyabr ayı 100% vəzifə maaşı həcmində mükafat; 1996-cı il üzrə mart ayı 100% vəzifə maaşı həcmində mükafat; may ayı 50% vəzifə maaşı həcmində mükafat; dekabr ayı 50% vəzifə maaşı həcmində mükafat; 1997-ci il üzrə mart ayı 50% vəzifə maaşı həcmində mükafat; aprel ayı 50% vəzifə maaşı həcmində mükafat; noyabr ayı 50% vəzifə maaşı həcmində mükafat; dekabr ayı 50% vəzifə maaşı həcmində mükafat. Bundan əlavə istifadə etmədiyi məzuniyyətlərə görə 5070 (beş min yetmiş) manat pul kompensasiyası hesablanaraq ödənilmişdir, həmin vəsaitdən Dövlət Sosial Müdafiə Fonduna müvafiq ayırmalar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 07.07.2020-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı həqiqətən 01 yanvar 1993-cü il tarixdən 12 dekabr 1997-ci il tarixədək aylıq əmək haqqı həcmində və aylıq əmək haqqının 50%-i həcmində mükafatlar verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 07.07.2020-ci il tarixli arayışın surətindən görünür ki, iddiaçının Azərbaycan Respublikası Hərbi Prokurorluğunda xidmət etdiyi 1993-cü il tarixindən 1997-ci il tarixədək və digər təqvim illərinə görə istifadə etmədiyi məzuniyyət illərinə dair pul kompensasiyası ona 2015-ci ilin dekabr ayında tərəflərindən tam şəkildə ödənilmişdir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun Azərbaycan Respublikasının 18 iyul 2001-ci il tarixli 534 nömrəli Fərmanı ilə qüvvəyə minmişdir) 20.9-cu maddəsinə əsasən prokurorluq işçilərinin müalicə olunması ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində pul müavinətinin verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 15.05.2019-cu il tarixli arayışın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 26.02.1992-ci tarixli 38 saylı və 09.09.1992-ci il tarixli 354 saylı əmrləri ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun həmin əmrlərdə qeyd olunmuş rayonlarda yerləşən ərazi hərbi prokurorluqlarının əməkdaşlarına 3 qat əmək haqqı ödənilmişdir. 17.03.1994-cü il tarixdən 26.06.1998-ci il tarixədək Azərbaycan Respublikası Baş prokurorunun 17.04.1994-cü il tarixli 215-r saylı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş əməliyyatları apardığı bölgələrdə olan hərbi prokurorluq işçilərinin maddi təminatı və onlara verilən güzəştlər barədə” əmrinə əsasən (Füzuli, Qubadlı, Qarabağ, Qazax və Tərtər qarnizonu hərbi prokurorluqları) əmək haqqı üçqat məbləğdə, 26.06.1998-ci il tarixdən 31.10.2002-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 1998-ci il tarixli 067 saylı “Hərbi qulluqçuların pul təminatının və fəhlə və qulluqçuların əmək haqqlarının artırılması haqqında” əmrinə əsasən döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların əmək haqqısı ikiqat məbləğdə ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 27.07.2011-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı Qarabağ qarnizon Hərbi prokurorluğunda əmək haqqı döyüş şəraiti olduğu üçün 1992-ci ildən - 1998-ci ilə qədər 3 ( üç ) qat məbləğində ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokurorluğunun 16.08.2011-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı kiçik ədliyyə müşaviri kimi əmək haqqına hər ay 130 manat və xidmət illərinə görə hər ay əmək haqqının 45% əlavə hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 16.08.2011-ci il tarixli arayışın surətindən görünür ki, Lənkəran hərbi prokurorluğunun böyük müstəntiqi vəzifəsində işləmiş İddiaçı 1993-cü ilin yanvar ayından 2004-cü ilin dekabr ayınadək illər üzrə mükafatlar və maddi yardım almışdır: 1993-cü il - 1 dəfə 200% vəzifə və rütbə maaşı həcmində; 1994-cü il - 1 dəfə 200% vəzifə və rütbə maaşı həcmində; 1995-ci il 1 dəfə 200% vəzifə və rütbə maaşı həcmində; 1996-cı il - 1 dəfə 200% vəzifə və rütbə maaşı həcmində; 1997-ci il - 1 dəfə 200% vəzifə və rütbə maaşı həcmində; 1998-ci il -2 dəfə 200% vəzifə və rütbə maaşı həcmində; 1999-cu il -2 dəfə 200% vəzifə və rütbə maaşı həcmində; 2000-ci il - 1 dəfə 200% vəzifə və rütbə maaşı həcmində; 2001-ci il - 1 dəfə 500% vəzifə və rütbə maaşı həcmində; 2001-ci il - 1 dəfə 200% vəzifə və rütbə maaşı həcmində maddi yardım; 2002-ci il - 1 dəfə 400% vəzifə və rütbə maaşı həcmində; 2002-ci il - 1 dəfə 200% vəzifə və rütbə maaşı həcmində maddi yardım; 2003-cü il - 1 dəfə 400% vəzifə və rütbə maaşı həcmində; 2003-cü il - 1 dəfə 200% vəzifə və rütbə maaşı həcmində maddi yardım; 2004-cü il - 1 dəfə 400% vəzifə və rütbə maaşı həcmində; 2004-cü il - 1 dəfə 200% vəzifə və rütbə maaşı həcmində maddi yardım. İş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokurorluğunun 11/147-k saylı 12.04.2019-cu il tarixli əmrinə əsasən Yardımlı rayon prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri İddiaçı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə müvalıq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə 12 aprel 2019-cu il tarixdən tutduğu vəzifədən azad olunub prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Beləliklə, iş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçıya 14.08.2011-ci il tarixdə xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya pensiya hesablanarkən onun seçimi əsasında 1993 - 1997-ci illərdə çalışdığı vəzifələrdə aldığı əmək haqları, mükafatlar və maddi yardımlar əsas götürülmüşdür. İddiaçı 2011-ci ildə pensiyaya çıxsa da, prokurorluq orqanlarında xidmətini davam etmiş, Azərbaycan Respublikasının Baş Prokurorluğunun 11/147-k saylı 12.04.2019-cu il tarixli əmrinə əsasən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə müvalıq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə 12 aprel 2019-cu il tarixdən tutduğu vəzifədən azad olunub prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmiş, hazırda iddiaçı 12 aprel 2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” qanunun 20.8-ci maddəsinə əsasən, 2017-2019-cu illərin (son 24 ayın) orta aylıq əmək haqqı əsas götürülməklə hesablanmış pensiyanı alır. Həmin sənədlərdən də görünür ki, iddiaçıya 14.08.2011-ci il tarixdə pensiya hesablanarkən 1993- 1997-ci illərdə aldığı əmək haqqı, mükafatlar və maddi yardımlar nəzərə alınmışdır. Hazırda isə iddiaçının seçiminə əsasən son 24 ayın - 2017-2019-cu illərin orta aylıq əmək haqqı əsas götürülməklə pensiya hesablanır və bu, hazırda qüvvədədir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9, 21.4, 32.2-ci maddələrini, Əmək pensiyaları haqqında” qanunun 20.1.5, 20.1.5, 20.8, 20.8.2, 32.1-1, 37.3.1, 37.3.1-1-ci maddələrini, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarını tətbiq etməklə belə qərara gəlmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. İddia tələbinin 1993-1998-ci illər üzrə istifadə olunmamış məzuniyyətə görə ona ödənilmiş pul məbləği, həmçinin hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatı, hər il prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım həmin müddətdə Qarabağ qarnizonu hərbi prokurorluğu döyüş əməliyyatları aparılan bölgədə olduğu üçün üç qat, ödənilmiş mükafatlar isə ödənildiyi məbləğdə nəzərə alınmaqla onun Qarabağ qarnizonu hərbi prokurorun köməkçisi vəzifəsində işlədiyi 3 il müddəti döyüş bölgəsində 9 il hesablanmaqla 14.08.2005-ci il tarixdə 25 il xidməti tamam olduğundan 14 avqust 2005-ci il tarixdən 1993-1998-ci illərə dair pensiyanın yenidən hesablanması və ödənilməsi hissəsinə münasibətdə kollegiya qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Göründüyü kimi, təyin edilmiş pensiya hər bir halda müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə təyin edilir. İddiaçıya isə qulluq stajına görə pensiya 2011-ci ildən təyin olunmuşdur. Tələb edilən dövr isə müraciət edilən tarixdən əvvəlki üç ildən əvvəl olan dövrləri əhatə edir və hər bir halda pensiya məbləğinin yenidən hesablanmasına əsas yaratmır. İddia tələbinin 1993-1998-ci illərə dair pensiya hesablanarkən ona ödənilmiş mükafatların, yəni 1993-cü ildən 1997-ci ilə kimi hər il ildə bir dəfə 200%, 1998-ci ildə isə iki dəfə 200%, vəzifə və rütbə maaşı həcmində, 1993-cü ilin mart ayında 100%, may ayında 50%, dekabr ayında 100%, 1994-cü ilin may ayanda 50%, dekabr ayında 50%, 1995-ci ilin may ayında 50%, noyabr ayında 50%, 1996-cı ilin mart ayında 100%, may ayında 50%, dekabr ayında 50%, 1997-ci ilin mart ayında 50%, aprel ayında 50%, noyabr ayında 50%, dekabr ayında 50% vəzifə maaşı həcmində mükafatların nəzərə alınmasını, bundan başqa 14.04.2011-ci ildən 12.04.2019-cu il tarixə kimi işlədiyi 8 il ərzində yığılan məbləğin qanunvericiliklə müəyyən olunan hissəsinin hesablanan pensiyanın üzərinə gəlinməsi hissəsinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı 12.04.2019-cu il tarixdə prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə 12 aprel 2019-cu il tarixdən tutduğu vəzifədən azad olunub prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Həmin tarixdən ona yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının seçiminə əsasən ona son 24 ayın - 2017-2019-cu illərin orta aylıq əmək haqqı əsas götürülməklə pensiya hesablanmışdır. İddiaçı hazırda həmin pensiyanı alır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 20.8-ci maddəsinə əsasən bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.8.2. prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Göründüyü kimi, prokurorluq işçilərinə pensiya prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, hesablanır. İddiaçıya da «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 20.8.2-ci maddəsinə əsasən pensiya təyin edilmiş və 2017-2019-cu illərdə aldığı orta aylıq əmək haqqı müəyyən edilmiş, iddiaçıya həmin məbləğin 80 faizi miqdarında pensiya təyin edilmişdir, pensiya məbləği əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla hesablanır. Belə olan halda iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 37.3.1-1-ci maddəsinin tələbləri tətbiq edilə bilməz. Belə olan halda məhkəmə haqlı olaraq iddianın təmin olunmaması qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 14.04.2021-ci il tarixli, 2-1(112)-1508/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-2079/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2079/2021
03.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver