Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-208/2022 08.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Aslanova Gülnar Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X11 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs - X18) “mülkiyyət hüququnun qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3561/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun qeydiyyata alınması tələbinə dair X18 üçüncü şəxs kimi göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 63 saylı evin 33 saylı mənzili üzərində İddiaçı MMC ilə X12 bərabər paylı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2212/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı Bakı İnzibati Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2-1(112)-2212/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1714/2020 xx.xx.2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2-1(112)-2212/2020 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3561/2021 saylı, xx.xx.2021-ci il tarixli Bakı İnzibati Məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3561/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim edilmiş yerləşmə sxemində dəqiq istinad və məsafələr qeyd olunmamışdır və faktiki Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63 ünvanında yerləşən 33 saylı mənzil 14 iyul 2011-ci il tarixdə X4 adına daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatdan keçmişdir. Bundan sonra, müvafiq mənzil xx.xx.2015-ci il tarixli AN-İ N°0528251 saylı notarial qaydada bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında İddiaçı MMC-nin mülkiyyətinə keçmişdir və halhazırda İddiaçı MMC-nin mülkiyyətindədir. Həmçinin, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 5(004)-1056/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi 63 saylı evin, 33 saylı mənzili üzərinə həbs qoyulmuşdur. Müvafiq mənzil üzərində həbs olduğu üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(009)-2120/2016 saylı qətnaməsinin icrası mümkün olmamışdır. Lakin müvafiq məhkəmə qərardadının ləğv edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 fevral 2020-ci il tarixli, 1 (103)-1749/2017 saylı qərarı məhkəmə tərəfindən İdarəyə icra üçün deyil, məlumat üçün göndərilmişdir. Bu səbəbdən də, iddiaçının ərizəsinin icrası mümkün olmamış və bu barədə iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Qeyd olunanlardan da göründüyü kimi, müvafiq mənzilin ikidə bir hissəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün qanunvericiliyin tələblərinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3561/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3561/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq 3-cü şəxs (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçı və cavabdeh tərəfin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019cu il tarixli, **********95 nömrəli cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1185/2016, xx.xx.2016-cı il tarixli və xx.xx.2016-cı il tarixli icra vərəqələri, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 5(004)-1056/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi 63 saylı evin, 33 saylı mənzili üzərinə həbs qoyulmuşdur. Ərizədə qeyd olunmuş Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1975/2019 saylı qərardadı İdarəyə daxil olmamışdır. - DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020cu il tarixli, **********35 nömrəli cavab məktubunda bildirilmişdir ki, “müraciətinizə əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(009)-2120/2016 saylı qətnaməsi ilə İddiaçı MMC-nin cavabdeh X5 qarşı “lizinq nüqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri alınması və borcun ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiq edilmiş, X7 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli AN-İ №0528251 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, X9 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli D014 saylı daxili lizinq müqaviləsi və İddiaçı MMC, X7 və X9 arasında bağlanmış D014 saylı daxili lizinq müqaviləsinə xx.xx.2016- cı il tarixli Əlavə razılaşmanın etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ünvan 2 üzərində “Faktor Lizinq" MMC-nin mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış reyestr qeydinin ləğv edilməsi, ünvan 2 ünvanda yerləşən, yaşayış sahəsi 138 kv.m, yardımçı sahəsi 72.2 kv.metrdən ibarət, ümumi sahəsi 211 kv.metr olan 4 otaqlı mənzil üzərində X7 ilə X12 bərabər paylı mülkiyyət hüququnun tanınması və bu qətnamənin Yasamal rayonu, Nizami küçəsi, ev 63, mənzil 33 üzərində X7 ilə X12 bərabər paylı mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması üçün əsas olması, X2 250000 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(009)-2120/2016 saylı qətnaməsi üzrə icra sənədi rəsmi qaydada 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmamışdır. Həmçinin Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2019- cı il tarixli 2(009)-1975/2019 saylı qərardadı ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 5(004)-1056/2016 qərarı ilə Bakı səhəri, Yasamal rayonu, Nizami küçəsi 63 saylı evin, 33 saylı mənzili üzərinə həbs qoyulmuşdur. Nəzərinizə çatdırırıq ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(009)-2120/2016 saylı qətnaməsi üzrə icra sənədi və müvafiq mənzil üzərinə qoyulmuş həbsin ləğv edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərardadı rəsmi qaydada 1 saylı Bakı Ərazi İdarəsinə daxil olduğu təqdirdə müraciətinizə qanunamüvafiq qaydada baxılacaqdır”. - Bakı şəhər Səbail rayon Məhkəməsinin 19 dekabr 2016-cı il tarixli 2(009)- 2120/2016 saylı qətnaməsinin nəticə hissəsindən görünür ki, İddiaçı cavabdeh X6 qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri alınması və borcun ödənilməsi” tələbinə dair ilkin iddiası təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək Bakı şəhəri, 9 saylı notariat kontorunda təsdiq edilmiş X8 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi, X9 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, DO,14 saylı Daxili lizinq müqaviləsi və İddiaçı MMC, X8 və X9 arasında bağlanmış D014 saylı Daxili lizinq müqaviləsinə 01 fevral 2016cı il tarixli Əlavə razılaşma (öhdəliyin ötürülməsi haqqında) etibarsız hesab edilmiş, Azərbaycan Respublikası ƏMDKyanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən Yasamal rayonu, Nizami küçəsi, ev 63, mənzil 33 üzərində İddiaçı MMC-nin mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış reyestr qeydi ləğv edilmişdir. ünvan 2 ünvanında yerləşən, yaşayış sahəsi 138 kv.m, yardımçı sahəsi 72.2 kv.metrdən ibarət, ümumi sahəsi 211 kv.metr olan 4 otaqlı mənzil üzərində X8 ilə X12 bərabər paylı mülkiyyət hüququ tanınmışdır. Bu qətnamə Yasamal rayonu, Nizami küçəsi, ev 63, mənzil 33 üzərində X8 ilə X12 bərabər paylı mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması üçün əsasdır. X3 250.000 (iki yüz əlli min) manat tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. - Bakı şəhəri Səbail rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli qərardadı ilə iddiaçı “Faktor Lizinq" MMC ilə cavabdeh X10 arasında notariat qaydasında bağlanmış xx.xx.2019-cu il tarixli aşağıdakı məzmunda olan Barışıq Sazişi təsdiq edilmişdir: 1.1. Bundan sonra “iddiaçı” adlanan İddiaçı MMC direktoru X13 şəxsində bir tərəfdən və bundan sonra “Cavabdeh” adlanan X8 digər tərəfdən, birlikdə “Tərəflər” adlanaraq öz aramızda Bakı şəhər Səbail Rayon Məhkəməsinin icraatında olan 2(009)-1975/2019 saylı işin predmetin müzakirə edərək, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3 və 191-ci maddəsinin tələblərini rəhbər tutaraq mübahisəni qarşılıqlı güzəştlər yolu ilə həll etmək məqsədi ilə aşağıdakı şərtlərlə Barışıq sazişi bağladıq: 1. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 dekabr 2016-cı il tarixli 2(009)-2120/2016 saylı qətnaməsi ilə cavabdehin iddiaçıya ödəməli olduğu 250.000 manat məbləğində vəsait və hazırki iş üzrə cavabdehə qarşı irəli sürülən 135.306 manat məbləğində iddia nəzərə alınmaqla iddiaçının cavabdehə qarşı ümumi tələbinin həcmi 385.306 (üç yüz səksən beş min üç yüz altı) manat müəyyən olunur. 2. Bu Sazişin 1-ci bəndində qeyd olunmuş tələb olunan ümumi məbləğ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 dekabr 2016-cı il tarixli 2(009)- 2120/2016 saylı qətnaməsi ilə cavabdehin mülkiyyəti kimi tanınmış Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəşində yerləşən 63 saylı evin 33 saylı mənzilindəki (bundan sonra - mənzil) payı ilə yəni həmin mənzilin hissəsi ilə əvəzləşdirilir.
3. Mənzilin digər 1/2 pay sahibi olan mülkiyyətçisi X12 cavabdehin mənzildə olan payını qanunvericiliklə müəyyən olunmuş qaydada satın almaqda üstün hüququ nəzərə alınmaqla ona mənzilin əvəzləşdirilməli olan cavabdehə məxsus hissəsini 385.306 manata əldə etmək təklif olunmuşdur. X18 təklifi qəbul edərək mənzildəki, cavabdehə məxsus son əldə edərsə bunun uçun ödəniləcək ümumi tələb həcminə bərabər olan pul vəsaiti iddiaçıya ödəniləcəkdir. 5. X18 mənzildəki payın əldə olunması ilə bağlı təklifi qəbul etməzsə və ya təklifə qanunvericiliklə müəyyən olunmuş müddət ərzində münasibət bildirməzsə cavabdehin mənzildəki paya olan mülkiyyət hüququ iddiaçıya keçəcəkdir. 6. Bu Sazişlə müəyyən olunmuş hərəkətlərin icrasına Sazişin məhkəmə tərəfindən sadıq olunması barədə qərardad qanuni qüvvəsini aldıqdan sonra ən geci üç iş günü ərzində başlanılmalıdır. Sazişlə müəyyən olunmuş öhdəliklərin vaxtında və lazımi aydada yerinə yetırilməməsi onun pozulması kimi qiymətləndiriləcəkdir və belə olan halda 385.306 manat məbləğində ümumi tələbin, cavabdehə məxsus istənilən əmlaka yönəldilməsi üçün əsas olacaqdır. 7. Tərəflərin bu barışıq sazişinin şərtlərini pozması Sazişin məcburi icra qaydasında icrası üçün əsasdır, icra icraatı cavabdehin qeydiyyat yeri və mənzilin yerləşdiyi ərazi üzrə Bakı şəhəri Səbail rayonu icra şöbəsi tərəfindən həyata keçiriləcəkdir.
8. Müqavilə dörd nüsxədən ibarət tərtib olundu, onların hər biri eyni qüvvəyə malikdir, onların biri Bakı şəhər notariat ofisinin arxivində saxlanılır, digər nüsxələr isə tərəflərə verilir. İİ. İddiaçı MMC-nin cavabdeh X6 qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair 2(009)-1975/2019 saylı mülki iş üzrə icraat xitam verilsin. İİİ. İddiaçıMMC və cavabdeh X6 izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4 maddəsinə əsasən iş üzrə icraata xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir”. - Bakı şəhər Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)-1975/2019 saylı qərardadı ilə İddiaçı MMC-nin cavabdeh X8 arasında notariat qaydasında bağlanmış xx.xx.2019-cu il tarixli Barışıq Sazişinin təsdiq edilməsi barədə Səbail Rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli, 2(009)- 1975/2019 saylı qərardadından maraqlı şəxs X12 nümayəndəsi və vəkili X15 şikayəti təmin edilməmişdir. - Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 3 noyabr 2019-cu il tarixli 2(103)-14100/19 saylı qərardadı ilə maraqlarına toxunulan şəxs X12 nümayəndəsi və vəkili X15 şikayəti təmin edilməmiş, Bakı şəhər Səbail rayon Məhkəməsinin 30 iyul 2019cu il tarixli 2(009)-1975/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)-1975/2019 saylı icra vərəqəsi əsasında başlanılmış icra e124187/2019-16-12 saylı işindən görünür ki, Bakı şəhər Səbail rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinə uyğun olaraq İddiaçı MMC-nin ərizəsi əsasında ünvan 2 ünvanında yerləşən mənzili əldə etməkdə maraqlı şəxs kimi müəyyən edilmiş X1 əmlakın 385.306 manat dəyərində əldə etmək üçün təklif məktubu göndərilmiş, lakin X18 tərəfindən təklif qəbul edilməmiş, əksinə Bakı şəhər Səbail rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli qərardadının ləğv edilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. - Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)-2120/2016 saylı qərardadı ilə İddiaçı MMC tərəfindən verilmiş ərizə təmin edilərək Bakı şəhəri Səbail rayon Məhkəməsinin 22 iyul 2016-cı il tarixli 2(009)-1185/2015 saylı qərardadı ilə ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın özgəninkiləşdirilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə məhdudiyyət və daşınmaz əmlakla bağlı hüquqi əqdlərin bağlanmasının qadağan edilməsi götürülmüş, iş üzrə iddiaçı X12 ərizəsi təmin edilməmişdir, qərardadın icrası Səbail rayon İcra şöbəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə həvalə edilmişdir. - Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli 1(103)- 1749/2017 saylı qərarından görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12 avqust 2016-cı il tarixli 5(004)-1056/2016 saylı qərarı ilə ünvan 2 üzərinə qoyulmuş həbs ləğv edilmiş, qərarın surəti icra edilməsindən ötrü Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə, cavabdehin imtinası ilə razılaşmır ona görə ki, iddiaçının daşınmaz əmlak üzərində qeydiyyata almaq istədiyi hüquqları məhkəmə qərardadı ilə təsdiq edilmiş barışıq sazişi ilə əldə edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 8.0, 8.0.3 və 8.0.4-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin məhdudlaşdırılmastnın (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Hazırki işin araşdırılan halları ilə müəyyən edilir ki, Bakı şəhər Səbail rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli qərardadı ilə İddiaçı MMC ilə cavabdeh X7 arasında notariat qaydasında bağlanmış xx.xx.2019-cu il tarixli Barışıq Sazişi təsdiq edilmiş, sazışə əsasən X4 İddiaçı MMC-yə ödəməli olduğu 385.306 (üç yüz səksən beş min üç yüz altı) manat pulu mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəşində yerləşən 63 saylı evin 33 saylı mənzilindəki ½ hissəsindəki payı ilə əvəzləşdirmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)- 1975/2019 saylı icra vərəqəsi əsasında başlanılmış e124187/2019-16-12 saylı icra işinin məhkəmə tərəfindən tədqiqi zamanı müəyyən edilmişdir ki, mənzilin ½ hissəsini 385.306 (üç yüz səksən beş min üç yüz altı) manat ödəməklə əldə etmək X14 təklif edilsə də, həmin təklif onun tərəfindən qəbul edilməmişdir. Əksinə olaraq barışıq sazişinin təsdiq olunması barədə qərardad maraqlı şəxs X18 mübahisələndirsə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 3 noyabr 2019-cu il tarixli 2(103)-14100/19 saylı qərardadı ilə şikayəti təmin edilməmiş, Bakı şəhər Səbail rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli 2(009)-1975/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Beləliklə də Bakı şəhər Səbail rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli qərardadı ilə təsdiq edilmiş İddiaçı MMC ilə cavabdeh X7 arasında notariat qaydasında bağlanmış xx.xx.2019-cu il tarixli Barışıq Sazişinin tələblərindən irəli gələrək mənzilin ½ hissəsi üzərində “Faktor Lizinq" MMC-nin mülkiyyət hüququ yaranmışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmək barədə cavabdehin hərəkətləri əsassız və qanunsuz olmuşdur. Bundan başqa, cavabdehin imtina məktubunda istinad etdiyi digər əsas -mənzil üzərində həbsin olması barədə mülahizəsi də əsassızdır. Belə ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)-2120/2016 saylı qərardadı ilə həmin məhkəmənin 22 iyul 2016-cı il tarixli 2(009)-1185/2015 saylı qərardadı ilə daşınmaz əmlakın özgəninkiləşdirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə məhdudiyyət və daşınmaz əmlakla bağlı hüquqi əqdlərin bağlanmasının qadağan edilməsi götürülmüş, həmçinin Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli 1(103)-1749/2017 saylı qərarı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12 avqust 2016-cı il tarixli 5(004)-1056/2016 saylı qərarı ilə mənzil üzərinə qoyulmuş həbs ləğv edilmişdir. Hər iki məhkəmə aktının icrası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikasını Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları. Bundan əlavə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmişqaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Halbuki, məhkəmə araşdırması zamanı göstərilən halların heç birisi hazırki iş üzrə müəyyən edilməmişdir. Apellyasıya şikayətinin Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 fevral 2020-ci il tarixli, 1 (103)-1749/2017 saylı qərarı məhkəmə tərəfindən İdarəyə icra üçün deyil, məlumat üçün göndərilmişdir dəlilinə münasibətdə kollegiya qeyd edir ki, həmin qərardadın nəticə hissəsində qərardadın icrası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə həvalə edilsin kimi yazılması qərardadın icra üçün göndərilməsi ilə eyni mənanı ifadə edir. Bu səbəbdən cavabdehin hərəkətsizliyi iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Bundan başqa, «İnzibati icraat haqqında» Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. «İnzibati icraat haqqında» Qanunun 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməsi qərarına gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:
Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3561/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.