Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-208/2023 16.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərov və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğvi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1460/2022 nömrəli, 05 may 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş **********091500 saylı xx.xx.2021-ci il tarixli, **********076600 saylı xx.xx.2021-ci il tarixli, **********632000 saylı xx.xx.2021-ci il tarixli, **********645800 saylı, 02 iyun 2021-ci il tarixli, **********854900 saylı 02 iyun 2021- ci il tarixli, **********212200 saylı 02 iyun 2021-ci il tarixli, **********375500 saylı 03 iyun 2021-ci il tarixli vergilərin, sosial sığorta və işsizlik siğortası haqlarının hesablanması barədə qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavədə qeyd edilmişdir ki, İddiaçı aidiyyəti üzrə 6 saylı Ərazi Vergilər Baş İdarəsi olan vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona VÖEN: ********** verilmişdir. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olur və heç bir mövcud qanunvericilik və qadağan olunmuş fəaliyyəti yoxdur. İddiaçının sahibkarlıq fəaliyyəti dövründə heç bir vergi ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. 2019-cu il Gəlir Vergisi bəyannaməsi üzrə keçirilən kameral yoxlama vergisinin aparılması ümumiyyətlə, qanuna uyğun olmamışdır. Mübahisələndirilən cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş **********091500 saylı xx.xx.2021-ci il tarixli, **********076600 saylı xx.xx.2021-ci il tarixli, **********632000 saylı xx.xx.2021-ci il tarixli, **********645800 saylı 02 iyun 2021-ci il tarixli, **********854900 saylı 02 iyun 2021-ci il tarixli, **********212200 saylı 02 iyun 2021-ci il tarixli, **********375500 saylı 03 iyun 2021-ci il tarixli qərarlar qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçıya təqdim olunmamışdır. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən qərarlar onunla əsaslandırılmışdır ki, iddiaçının fərdi sahibkar kimi 2018-ci ilin 4-cü rübü üçün təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsinin 801, 802, 803-cü sətrlərindəki B1 sütünlarının cəmi 2019-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun ayları üçün təqdim edilmiş ƏDV bəyannamələrinin 301-ci sətirlərinin rəsmiləşdirilmiş son xronometraj müşahidələrinin nəticəsi arasında kənarlaşmanın yarandığı müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən kameral vergi yoxlaması üçün zəruri olan məktubda qeyd edilən sənədlər və dəqiqləşdirilmiş bəyannamə təqdim edilməmiş və bununla əlaqədar yaranmış uyğunsuzluqlarla əlaqədar xronometraj metodu ilə müşahidələr nəticəsində əsassız əlavə vergi məbləği hesablanmışdır. İddiaçı tərəfindən mübahisələndirilən cavabdeh inzibati orqanın qərarlardan yuxarı vergi orqanına inzibati qaydada şikayət ünvanlanmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 16 oktyabr 2021-ci il tarixli, **********671900 saylı inzibati şikayətin təmin edilməməsi haqqında Qərar qəbul edilmişdir. Cavabdeh tərərfindən iddia ərizəsi və ona əlavəyə qarşı təqdim edilmiş yazılı etirazlar onunla əsaslandırılmışdır ki, uçot-baza məlumatına əsasən aparılan araşdırma zamanı İddiaçı xx.xx.2017-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2018ci il tarixdən isə ƏDV qeydiyyatına alındığı, əsas fəaliyyət növünün “restoranlar tərəfindən xidmətlərin göstərilməsi və yeməklərin çatdırılması üzrə xidmətlər” olduğu müəyyən edilmişdir. İddiaçı 2018-ci ilin 4-cü rübü üçün təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsinin 801, 802, 803-cü sətirlərindəki B1 sütünlarının cəmi və 2019-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun ayları üçün təqdim edilmiş ƏDV bəyannamələrinin 301-ci sətirlərinin rəsmiləşdirilmiş son xronometraj müşahidələrinin nəticəsi arasında kənarlaşmaların yarandığı müəyyən edilmişdir. Yaranmış kənarlaşmalar ilə əlaqədar “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********730600 nömrəli və xx.xx.2019-cu il tarixli **********940300 nömrəli məktublar göndərilmiş, vergi ödəyicisindən zəruri sənədlər və ətraflı izahat tələb olunmuşdur. Vergi ödəyicisi tərəfindən kameral vergi yoxlaması üçün zəruri olan məktubda qeyd edilən sənədlər və dəqiqləşdirilmiş bəyannamə təqdim edilməmişdir. Kənarlaşma aradan qaldırılmadığı üçün vergi ödəyicisinə 2018-ci ilin avqust ayında keçirilmiş xronometraj metodu ilə müşahidələrin nəticələrinə əsasən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2018-ci ilin 4-cü rübü üçün sadələşdirilmiş vergi və 2019-cu ilin yanvar, fevral, mart, aprel, may və iyun ayları üçün ƏDV bəyannamələri üzrə kameral vergi yoxlaması ilə 47399,92 manat vergi məbləği hesablanmışdır. Kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cı il tarixli **********189500; xx.xx.2019-cu il tarixli **********257700; xx.xx.2019-cu il tarixli **********047800, **********046100, **********043000, **********042300, **********040900 nömrəli qərarlar vergi ödəyicisinə göndərilmişdir. Kameral qaydada vergilərin hesablanması ilə bağlı bildirilir ki, İddiaçı məxsus “Dostluq Restoranı” adlı təsərrüfat subyektində xx.xx.2018-ci il tarixli “Xronometraj metodu ilə müşahidələrin aparılması haqqında” **********5905 nömrəli qərara əsasən xx.xx.2018- ci il tarixdən xx.xx.2018-ci il tarixədək xronometraj metodu ilə müşahidələrin aparıldığı və nəticələrinin xx.xx.2018-ci il tarixli 021331 nömrəli aktla rəsmiləşdirilməklə satış dövriyyəsi 19297,50 manat olmaqla orta günlük dövriyyənin 1754,32 manat (19297,50/11=1754,32) təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı günlük və yekun aktların doğruluğunu imzası və möhür ilə təsdiq etmiş və aktların bir nüsxəsini əlavələrlə birlikdə aldığı barədə imza etmiş və yoxlamaya həftədə 7 gün olmaqla saat 10:00-dan saat 00:00-dək fəaliyyət göstərdiyi barədə öz imzası ilə arayış təqdim etmişdir. Bundan əlavə, araşdırma zamanı İddiaçı tərəfindən 2017-ci ilin oktyabr ayından bu günə kimi dövlət büdcəsinə heç bir ödənişin aparılmadığı, vergi ödəyicisinin “Təkrar xronometraj metodu ilə müşahidə keçirilməsi barədə” və keçirilmiş xronometrajın passivləşdirilməsi barədə vergi orqanına müraciət etmədiyi, xx.xx.2019-cu il tarixdə “vergi ödəyicisinin (filialın, nümayəndəliyin, təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatların müvəqqəti olaraq dayandırılması barədə” və “vergi ödəyicisinin (filialın, nümayəndəliyin, təsərrüfat subyektinin (obyektinin)) ləğvi barədə” ərizələrlə müraciət edərək fəaliyyətini dayandırdığı müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən eyni dövrlər üzrə dəqiqləşdirilmiş bəyannamələr təqdim edilməsinə baxmayaraq, müvafiq dövrlər üzrə dövriyyənin və vergi məbləğinin azalmasına əsas veriləcək təsdiqedici sənədlər təqdim edimədiyi üçün kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğləri bərpa olunmuş və vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********091500, **********076600; xx.xx.2021-ci il tarixli **********632000, **********645800, **********854900; **********212200; xx.xx.2021-ci il tarixli **********375500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar göndərilmişdir. İddiaçı 2018-ci ilin 4-cü rübü üçün sadələşdirilmiş vergi və 2019-cu ilin yanvar, fevral, mart, aprel, may və iyun ayları üçün ƏDV bəyannamələri üzrə kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğlərindən narazı olması barədə inzibati şikayətinə Vergilər Nazirliyində (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) baxılmış və “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2019-cu il tarixli **********671900 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar ilə İddiaçı inzibati şikayəti təmin edilməmişdir. İddiaçı “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2020-ci il tarixli **********675400 nömrəli qərarın ləğv edilməsi barədə şikayətinə İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasında baxılmış və xx.xx.2021-ci il tarixli 23 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar ilə İddiaçı şikayəti təmin edilməmiş və “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2019-cu il tarixli **********671900 nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır. Bundan əlavə, iddia ərizəsinə əlavədə qeyd olunur ki, xronometraj metodu ilə keçirilmiş müşahidənin nəticəsi barədə tərtib edilmiş aktları (günlük və yekun) vergi ödəyicisinin əvəzindən Nəcəfov.E.H adlı şəxs imzalamış və həmin aktlardan iddiaçının məlumatı olmamışdır. İddiaçının qeyd etdiyi dəlilləri aşağıda qeyd olunan səbəblərə görə əsassız hesab edir: cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraza əlavə olunan sənədlərdən göründüyü kimi xronometraj metodu ilə keçirilmiş müşahdənin nəticəsi barədə tərtib edilmiş aktları (günlük və yekun) vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi kimi X5 imzalamışdır. Həmin sənədlər sifarişçi fərdi sahibkar İddiaçı ilə icraçı "xxxx" MMC-nin direktoru X5 arasında bağlanmış 02 07.2018-ci il tarixli 39/18 nömrəli müqaviləyə əsasən səlahiyyətli nümayəndə kimi E.Nəcəfov tərəfindən imzalanmışdır. İddiaçı həmin müqavilənin 6.1-ci bəndində göstərilən dövlət orqanlarında sifarişçini təmsil edib onun adından çıxış etməyi "xxxx" MMC-nin direktoru X4 həvalə etmişdir. E.Nəcəfov onun adından sənədləri imzalamış və fərdi sahibkar İddiaçı məxsus olan möhürlə bütün sənədlər təsdiq olunmuşdur. İddiaçının aktlardan məlumatı olmaması barədə dəlilinə münasibətdə isə bildirilir ki, əgər İddiaçı aktlar barədə məlumatı yox idisə onda ona məxsus möhür E.Nəcəfov tərəfindən necə əldə edilib, xronometraj metodu ilə keçirilən müşahidə zamanı istifadə olunub və bütün sənədlər, o cümlədən aktlar (günlük və yekun) həmin möhürlə təsdiq olunub. İddiaçı 2018-ci ilin 4-cü rübü üçün təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsinin 801, 802, 803-cü sətirlərindəki B1 sütünlarının cəmi və 2019-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun ayları üçün təqdim edilmiş ƏDV bəyannamələrinin 301-ci sətirlərinin rəsmiləşdirilmiş son xronometraj müşahidələrinin nəticəsi arasında kənarlaşmaların yarandığı müəyyən edilmişdir. Yaranmış kənarlaşmalar ilə əlaqədar zəruri sənədlər və ətraflı izahat tələb olunmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən kameral vergi yoxlaması üçün zəruri olan sənədlər və dəqiqləşdirilmiş bəyannamə təqdim edilməmişdir. Kənarlaşma aradan qaldırılmadığı üçün vergi ödəyicisinə 2018-ci ilin avqust ayında keçirilmiş xronometraj metodu ilə müşahidələrin nəticələrinə əsasən 2018-ci ilin 4-cü rübü üçün sadələşdirilmiş vergi və 2019-cu ilin yanvar, fevral, mart, aprel, may və iyun ayları üçün ƏDV bəyannamələri üzrə kameral vergi yoxlaması ilə 47.399,92 manat əlavə vergi məbləği hesablanmışdır. Kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********189500; xx.xx.2019-cu il tarixli **********257700; xx.xx.2019-cu il tarixli **********047800, **********046100, **********043000, **********042300, **********040900 nömrəli qərarlar vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisi tərəfindən eyni dövrlər üzrə dəqiqləşdirilmiş bəyannamələr təqdim edilməsinə baxmayaraq, müvafiq dövrlər üzrə dövriyyənin və vergi məbləğinin azalmasına əsas veriləcək təsdiqedici sənədlər təqdim edilmədiyi üçün kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğləri bərpa olunmuş, əvvəlki qərarlar ləğv edilməklə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021ci il tarixli **********091500, **********076600; xx.xx.2021-ci il tarixli **********632000, **********645800, **********854900; **********212200; xx.xx.2021-ci il tarixli **********37500 nömrəli yeni qərarlar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1460/2022 nömrəli, 05 may 2022-ci tarixli qərarı ilə (hakim H.Ağalarov) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, məhkəmə qanunsuz olaraq, İddiaçı ilə "xxxx" MMC-nin direktoru X5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 39/18 nömrəli xidməti müqaviləni, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 37.3-cü maddəsinə zidd olaraq, iddiaçının inzibati icraatda nümayəndəsi kimi tövsif etmiş və hesab etmişdir ki, E.Nəcəfov "xxxx" MMC-nin direktoru olduğundan, hazırki iddia üzrə əlavə vergi məbləğinin hesablanmasına əsas olmuş xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə aktları imzalamaqda səlahiyyəti olmuşdur. Halbuki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış müqavilənin hüquqi təbiəti xidmətlərin göstərilməsi ilə əlaqədar müqavilə olduğundan, həmin müqavilənin 6.1-ci bəndi ilə MMC-nin iddiaçının hüquqlarını dövlət orqanlarında müdafiə etmək hüququ yoxdur. Hazırki iş üzrə iddiaçının X4 onun hüquqlarının dövlət orqanlarında müdafiə olunması və təmsil olunması ilə əlaqədar etibarnamə iş materiallarında yoxdur. Ümumiyyətlə belə bir etibarnamə mövcud deyildir. Xronometraj metodu ilə müşahidə aparılan zaman, cavabdeh inzibati orqanın vəzifəli şəxsi, mübahisələndirilən inzibati aktların qəbul edilməsinə əsas olmuş həmin aktlara E.Nəcəfov tərəfindən imza atarkən, ondan etibarnamə tələb etməli olduğu halda, tələb etməmiş, qanunsuz və əsassız akt tərtib edilmişdir. Bu hal da onu təsdiq edir ki, hazırki iş üzrə qəbul edilmiş inzibati aktların qəbul edilməsinə əsas olmuş xronometraj metodu ilə müşahidələrin nəticəsi barədə aktlar özü özlüyündə etibarsızdır. Həmçinin, iddiaçı tərəfindən iddia tələbində qeyd olunan inzibati aktların, qərarların ləğv edilməsi ilə əlaqədar yuxarı vergi orqanına yəni Azərbaycan Respublikası Vergilər Nazirliyinə (hazırki Dövlət Vergi Xidməti) ünvanlamış olduğu inzibati şikayətə baxılması ilə əlaqədar olaraq, şikayətə baxılmanın yeri və vaxtı barədə bildiriş göndərərkən, bildirişin mətnində qeyd olunmuşdur ki, araşdırmada əgər nümayəndə vasitəsilə iştirakınız təmin ediləcəkdirsə, “nümayəndəyə səlahiyyət verən və notariat qaydasında təsdiq olunan sənədin surəti notariat qaydasında təsdiq olunmalıdır”. Bu xüsusat da bir daha təsdiq edir ki, inzibati icraatda nümayəndə vasitəsilə təmsil olunma, onunla digər fiziki və ya hüquqi şəxs arasında bağlanmış xidməti müqavilə ilə deyil, notariat qaydasında rəsmiləşdirilmiş etibarnamə vasitəsilə mümkündür. Bundan başqa, məhkəmənin qərarında qeyd olunmuşdur ki, mübahisələndirilən qərarların qəbul edilməsinə əsas, vergi məbləğinin hesablanmasına əsas Azərbaycan Respbublikası Vergi Məcəlləsinin 67.1-ci və 67.1.8-ci (vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticəsi) olmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən, xronometraj metodu ilə müşahidənin aparılması barədə AKT-lar etibarsız olduğundan, həmin aktlar əsasında qəbul edilmiş qərarlar və hesablanmış əlavə vergi məbləğləri qanunsuz və əsassızdır. Belə ki, həmin xronometraj metodu ilə müşahidənin aparılması barədə AKT-lar nəticəsində qəbul edilmiş qərarlar ləğv edilməli, hesablanmış əlavə vergi məbləğləri silinməlidir. Həmçinin, məhkəmə iddiaçının 2018-ci ilin 4-cü rübü üçün təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsinin 801, 802, 803-cü sətirlərindəki B1 sütünlarının cəmi və 2019-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun ayları üçün təqdim edilmiş ƏDV bəyannamələrinin 301-ci sətirlərinin rəsmiləşdirilmiş son xronometraj müşahidələrinin nəticəsi arasında kənarlaşmaların yarandığını qeyd etsə də, cavabdeh inzibati orqan tərəfindən də kameral vergi yoxlamasının keçirilməsinə əsas olmuş hallar, nə iddia ərizəsinə etiraz ərizələrində nə cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında iştirakı zamanı sübut olunmamışdır. Məhkəmə qərarında təsərrüfat subyektinin (obyektinin) fəaliyyətdə olub-olmaması, olduğu təqdirdə hansı vergi ödəyicisi tərəfindən işlədilməsinin, qış aylarında fəaliyyət göstərib-göstərməməsinin müəyyən edilməsi məqsədilə Vergilər Nazirliyinin Bakı şəhəri, Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları tərəfindən sənədlər əsasında yerində baxış keçirildiyini, (vergilərin hesablanması üçün vergitutma obyektini dəqiqləşdirməklə) görülmüş tədbirlər barədə toplanmış materialların aidiyyəti üzrə təqdim edilməsi üçün xx.xx.2019-cu il tarixli **********143400 nömrəli məktubla rəsmiləşdirildiyini qeyd etsə də, bununla bağlı sübutları tələb etməmişdirş Həmçinin, təkrar xronometraj yoxlama olmayıb, çünki təsərrüfat obyektinin fəaliyyəti yoxlama keçirilən dövrdə olmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş, kassa mədaxil qəbzlərindən də görünür ki, xx.xx.2018-ci il tarixdək xx.xx.2019-cu il tarixədək, yəni iddiaçının vergi ödəyicisi kimi fəaliyyətinin dayandırılanadək hər hansı bir dövriyyəsi olmamış, təsərrüfat subyekti həmin tarixlərdə fəaliyyət göstərməmişdir. Kassa mədaxil çeklərində hər hansı bir məbləğin əks olunmadığı bir daha təsdiq edir ki, həmin dövrlərdə iddiaçı gəlir əldə etməmiş, fəaliyyəti olmamış və cavabdeh inzibati orqan tərəfindən əlavə vergi məbləği qanunsuz və əsassızdır. Bu halı təsdiq edən, iş materiallarına əlavə edilmiş iddiaçıya icarəyə verdiyi obyektin mülkiyyətçisi X2 notariat qaydasında təsdiq edilmiş ərizədir. Həmin ərizədə qeyd olunmuşdur ki, iddiaçının icarəyə götürdüyü təsərrüfat subyekti yay mövsümünün bitməsi ilə əlaqədar xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək fəaliyyəti olmamışdır. Göründüyü kimi, qeyd olunan dövlərdə iddiaçının fəaliyyəti olmamışdır. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbini təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraza uyğun izahat verərək, şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir Hazırki iddia mübahisələndirmə haqqında iddiadır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassızdır. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 50-1.1-ci maddəsinə əsasən, xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50-1.1.3. bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə. - 67.1-ci maddəsinə əsasən, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri. - 70.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. - 77.1-ci maddəsinə əsasən vergi ödeyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. - 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. - 78.3-cü maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyicisi tərəfindən həyata keçirilir. - 83.2-ci maddəsinə əsasən, vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli “Xronometraj metodu ilə müşahidələrin aparılması haqqında” **********5905 nömrəli qərara əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək xronometraj metodu ilə müşahidələrin aparılması və nəticələrinin rəsmiləşdirilməsinə dair xx.xx.2018-ci il tarixli 021260 nömrəli, xx.xx.2018-ci il tarixli 021261 nömrəli, xx.xx.2018-ci il tarixli 021262 nömrəli, xx.xx.2018-ci il tarixli 021263 nömrəli, xx.xx.2018-ci il tarixli 021278 nömrəli, xx.xx.2018-ci il tarixli 021279 nömrəli, xx.xx.2018-ci il tarixli 021280 nömrəli, xx.xx.2018-ci il tarixli 021281 nömrəli, xx.xx.2018-ci il tarixli 021282 nömrəli, xx.xx.2018-ci il tarixli 021283 nömrəli, xx.xx.2018-ci il tarixli 021331 nömrəli aktların (günlük və yekun) surətindən göründüyü kimi, aktları vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi kimi X5 imzalamışdır. Həmin sənədlər sifarişçi fərdi sahibkar İddiaçı ilə icraçı "xxxx" MMC-nin direktoru X5 arasında bağlanmış 02 07.2018-ci il tarixli 39/18 nömrəli müqaviləyə əsasən səlahiyyətli nümayəndə kimi E.Nəcəfov tərəfindən imzalanmışdır. İddiaçı həmin müqavilənin 6.1-ci bəndində göstərilən dövlət orqanlarında sifarişçini təmsil edib onun adından çıxış etməyi "xxxx" MMC-nin direktoru X4 həvalə etmişdir. E.Nəcəfov onun adından sənədləri imzalamış və fərdi sahibkar İddiaçı məxsus olan möhürlə bütün sənədlər təsdiq olunmuşdur. Apellyasiya şikayətinin növbəti dəlili ilə bağlı kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə il razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinin müddəalarının tələbindən göründüyü kimi, həmin Məcəllənin 37.4-cu və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan, o cümlədən, vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələrindən istifadə etməklə hesablamaq hüququ vardır. Xronometraj metodu ilə müşahidə vergi ödəyicisinin istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədinə yönəldiyindən belə müşahidə elə bir ağlabatan dövr ərzində keçirilməlidir ki, satışla və ya istehsalla bağlı real mənzərini müəyyən etmək mümkün olsun. Nəzərə almaq lazımdır ki, xronometraj metodu ilə müşahidə sözügedən real mənzərəni müəyyən etməyə imkan verməyəcəksə, o halda, belə müşahidənin aparılmasından gözlənilən nəticələr əldə edilməmiş olur. Hər bir halda, qanunda nəzərdə tutulan bu imkan inzibati orqan tərəfindən o qaydada istifadə olunmanı tələb edir ki, onun nəticəsində vergi ödəyicisinin istehsal həcminin və ya satış dövriyyəsinin tamamən eyni olmasa da, real vəziyyətinə ən yaxın olan vəziyyəti aşkara çıxarmaq mümkün olsun. Hazırkı halda da, vergi orqanı iddiaçıya münasibətdə Vergi Məcələsinin 67.1, 67.1.8ci maddələrini rəhbər tutaraq, vergi orqanının “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” 08 avqust 2018-ci il tarixli, **********5905 saylı qərarına əsasən 09- 19 avqust 2018-ci il tarixlərdə keçirilmiş xronometraj müşahidələrin nəticələrini tətbiq etməklə vergi hesablamışdır. Odur ki, cavabdeh inzibati orqanın **********091500 saylı xx.xx.2021-ci il tarixli, **********076600 saylı xx.xx.2021-ci il tarixli, **********632000 saylı xx.xx.2021-ci il **********645800 saylı, 02 iyun 2021-ci il tarixli, **********854900 saylı 02 iyun 2021-ci il tarixli, **********212200 saylı 02 iyun 2021-ci il tarixli, **********375500 saylı 03 iyun 2021-ci il tarixli qərarları maddi-hüquqi baxımdan da qanuni olmuş, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilmişdir. Belə ki, iddiaçıya məxsus “Dostluq Restoranı” adlı təsərrüfat subyektində xx.xx.2018ci il tarixdən xx.xx.2018-ci il tarixədək xronometraj metodu ilə müşahidələrin aparıldığı və nəticələrinin xx.xx.2018-ci il tarixli 021331 nömrəli aktla rəsmiləşdirilməklə satış dövriyyəsi 19 297,50 manat olmaqla orta günlük dövriyyənin 1 754,32 manat (19 297,50/11=1 754,32) təşkil etdiyi müəyyən edilmişdir. Bundan başqa, apellyasiya şikayətinin “cavabdeh inzibati orqan tərəfindən də kameral vergi yoxlamasının keçirilməsinə əsas olmuş halların sübut olunmaması ilə bağlı dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. - 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. - 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. İşin araşdırılmış hallarından göründüyü kimi, İddiaçı 2018-ci ilin 4-cü rübü üçün təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsinin 801, 802, 803-cü sətirlərindəki B1 sütünlarının cəmi və 2019-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun ayları üçün təqdim edilmiş ƏDV bəyannamələrinin 301-ci sətirlərinin rəsmiləşdirilmiş son xronometraj müşahidələrinin nəticəsi arasında kənarlaşmaların yarandığı müəyyən edilmişdir. Kənarlaşma aradan qaldırılmadığı üçün vergi ödəyicisinə 2018-ci ilin avqust ayında keçirilmiş xronometraj metodu ilə müşahidələrin nəticələrinə əsasən 2018-ci ilin 4-cü rübü üçün sadələşdirilmiş vergi və 2019-cu ilin yanvar, fevral, mart, aprel, may və iyun ayları üçün ƏDV bəyannamələri üzrə kameral vergi yoxlaması ilə 47.399,92 manat vergi məbləği hesablanmış, kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cı il tarixli **********189500; xx.xx.2019-cu il tarixli **********257700; xx.xx.2019-cu il tarixli **********047800, **********046100, **********043000, **********042300, **********040900 nömrəli qərarlar vergi ödəyicisinə göndərilmişdir. Həmçinin, apellyasiya şikayətinin növbəti dəlili ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37.5-ci maddəsinə əsasən, bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Lakin hazırki işin faktiki hallarından görünür ki, vergi ödəyicisinin yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanından tələb etmək hüququ olsa da, yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında ərizə ilə vergi orqanına müraciət etməmişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin: - 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. - 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1460/2022 nömrəli, 05 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Kamran Əkbərov Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-208/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-208/2023
16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver