Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-208/2024 31.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-262/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyanın ödənilməyən hissəsinin nəzərə alınaraq ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-262/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia üzrə tələblər ardıcıl olaraq məhkəmə sənədlərində əksini tapmamışdır. İlk öncə 18 avqust 2006-cı il tarixdə dövlət qulluğuna görə pensiya təyinatı zamanı pensiya haqqında qanunun 7-ci maddəsinin 7.1-ci bəndinə əsasən dövlət qulluğunda işlədiyi son 24 aylıq əmək haqqının orta aylıq həcminə uyğun (arxiv arayışına əsasən 101250 manat) hesablama aparılmalı olduğu halda, 83 manat orta aylıq həcmə istinadən hesablama aparılmışdır. Təyinat zamanı yol verilən bu uyğunsuzluq məhkəmə prosesində öz həllini tapmamışdır. İddia üzrə tələb əmək haqqı barədə arxiv arayışına görə fərq müəyyən edilərək 18, 12 aya vurulmaqla ödənilməyən hissə müəyyən edilməlidir (18, 12 rəqəmi 86 manat 32 qəpik hesabı ilə ayların sayıdır). xx.xx.2008-ci il tarixdə müraciəti əsasında əmək pensiyasının təyinatı zamanı 38 il sığorta stajına və 2004-2005-ci illərin fəaliyyət göstərdiyi təşkilatların əmək haqqı arayışlarına istinadən orta aylıq əmək haqqı həcminin hesablanması faktı da araşdırılmamışdır. Beləliklə, 38 il sığorta stajına əsasən 38 x 170 = 6460 sığorta kapitalından 50 manat 51 qəpik və təqdim edilən əmək haqqı arayışlarına əsasən orta aylıq əmək haqqı müəyyən edilərək pensiyanın sığorta hissəsi dəqiqləşdirilməkdə yenidən hesablama aparılmalıdır. Əvvəlki təyinat məbləği yeni hesablama nəticəsində müəyyən edilən məbləğdən çıxılmaqla fərq müəyyən edilməlidir. Müəyyən edilən fərq illər üzrə indeksləşmə nəzərə alınmaqla hesablama aparılmaqla hal-hazırki dövrə qədər dəyən maddi ziyanın həcmi müəyyənləşdirilməlidir. Məhkəmə qərarının 2-ci hissəsində düzgün olmayaraq fərdi hesabında uçota alınmış 23375 manat sığorta kapitalından istifadə edilməsi göstərilmişdir. Lakin həmin məbləğdən nə qədər istifadə edildiyi və istifadə olunmayan hissə aydınlaşdırılmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə filialının 07 yanvar 2022-ci il tarixli **********5 nömrəli etiraz məktubunda 23375 manat sığorta kapitalının hesabda mövcudluğu və bu kapitaldan 3 halda istifadə olunması göstərilməmişdir. Təəssüf ki, bu 3 halda nə qədər sığorta kapitalından istifadə edilməsi, nə qədər məbləğdən istifadə edilməməsi göstərilməmişdir. Yuxarıda qeyd edilən etiraz məktubuna qarşı tərəfindən təsdiqlənərək qəbul edilən faktlara istinad edərək lazımı hesablama apararaq rəsmi münasibət bildirmişdir. Təqdim etdiyi rəsmi münasibətdə 3 halda nə qədər sığorta kapitalından istifadə olunması və nə qədər də istifadə olunmaması öz əksini tapmışdır. Qeyd edilənlərə istinadən həmin hesablamanı təqdim edir - 1. Hal xx.xx.2011-ci il tarixdə 54m 40q x 85 = 4624 s.k. 2. Hal xx.xx.2015-ci il tarixdə 114m 52q x 72 = 8245 s.k. 3. Hal xx.xx.2016-cı il tarixdə 17m 97q x 72 = 1294 s.k. Cəmi istifadə olunan sığorta kapitalı 14163 manat. Fərdi hesabda mövcud olan 23375 manatdan istifadə olunan 14163 manat məbləğ çıxılmaqla qalan 9212 manat 72-yə bölünməklə alınan 127 manat 94 qəpik 3-cü hal tarixində, aylıq pensiya məbləğinə daxil edilməklə illər üzrə indeksləşmə nəzərə alınmaqla vurulan maddi ziyan müəyyənləşdirilməlidir. Göstərilən 2-ci və 3-ci hallar üzrə son tarixə indeksləşmə nəzərə alınaraq müəyyən edilən aylıq məbləğlər cəmlənərək aylıq pensiya məbləğinə daxil etməklə dürüştləşmiş aylıq pensiya həcmi müəyyən edilməlidir. Qeyd edilən faktların heç biri məhkəmə prosesində öz həllini tapmamış, iddianın qanunun tələbləri səviyyəsində həlli məqsədi ilə təsirli tədbir görülməmişdir. Hətta ekspert qarşısında qoyulan suallar tam iddianı əks etdirməmişdir. Hakim tərəfindən təsdiqlənərək ona ünvanlanan 2-1 (112)-262/2023-017 nömrəli xx.xx.2023-cü il tarixli qərarı bütünlüklə qanunun tələblərinə cavab vermir, əvvəlki pozulan hüququnu əks etdirən faktlara istinad edilmişdir. Bütünlüklə qərarda göstərilən faktlar düzgün olmayaraq müəyyən edilən pensiya həcminin indeksləşmə tətbiq edildikdə müəyyən edilən məbləğlər təşkil edir. Bununla da qərar demək olar ki, tam qarşı tərəfin qanunsuz fəaliyyətini müdafiə etmiş hesab edilməlidir. Digər tərəfdən əksər hallarda pensiya haqqında qanunun tələbləri lüzum olmadığı hallarda qərarda göstərilir. Pensiya haqqında qanunun tələblərinə cavab verən yeni hesablamalar aparılmalı, əgər hesablamanın nəticələri imtina üçün əsas verdiyi hallarda iddianın təmin edilməsi haqda qərar verilməlidir. Təəssüf ki, belə hesablama aparılmamış və imtina üçün heç bir əsas olmamış, təkrarlanaraq qanun pozuntularına yol verərək müəyyən edilən faktlara istinad edilmişdir. Nəhayət 18 may 2021-ci il tarixdə təqdim etdiyi iddia ərizəsi heç bir əsaslara cavab verməyən ədalətsiz qərarla yekunlaşmışdır. Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz məhkəməyə daxil olmuşdur. Etirazda qeyd olunur: İddiaçı xx.xx.2006-ci il tarixdən dövlət qulluqçusu kimi güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir (15 il dövlət qulluğunda işləmişdir). xx.xx.2008-ci il tarixdə vətəndaş dövlət qulluçusu kimi güzəştli şərtərlə əmək pensiyasından yaşa görə əmək pensiyasına keçirilmişdir. 2004-cü və 2005-ci ilərin əmək haqqlarından 191,05 manat orta aylıq əmək haqqı hesablanmış və 38 il ümumi staj əsasında hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən vətəndaşın xx.xx.2011-ci il tarixdə işdən azad edilməsi ilə əlaqədar əmək pensiyası yenidən hesablanmışdır və əmək pensiyasının məbləği 364,45 manata çatdırılmışdır. xx.xx.2011- BH (85)+SH (225,05)+PSK (54,40) = 364,45 manat; xx.xx.2012- BH (85)+SH (242,83)+57,70 = 385,53; xx.xx.2013- BH (85)+SH (243,50)+ 59,35 = 387,85; xx.xx.2013- BH (100)+SH (243,50)+59,35 = 402,85; xx.xx.2014- VN(100) + SH (251,39)+60,77= 412,11; xx.xx.2015- BH (100)+ SH(254,90)+ 14,52= 469,48 (yenidən hesablanma aparılmışdır); xx.xx.2016- BH (100)4- SH(265,10) 4-119,16=484,26 xx.xx.2016- BH(110) + SH(265,10)+119,16= 494,26; xx.xx.2016- BH(100)4-SH(265,10)4- 119,164-17,97 = 512,23 (yenidən hesablama aparılmışdır). İddiaçının əmək kitabçasına əsasən o, xx.xx.2011-ci il tarixdə "xxxx" MMC-yə işə daxil olmuş və xx.xx.2016-cı il tarixdə işdən azad olmuşdur. Bu dövrdə eyni zamanda iddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2015ci il tarixədək və xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" MMC-də işləmişdir (qeyd: xx.xx.2015-ci il tarixdə işdən azad olunma və xx.xx.2015-ci il tarixdə yenidən işə daxil olma əmrləri əmək kitabçasında qeyd edilməsə də X6 Xidmətinin ‘‘Yoxlamalar’’ altsistemində və pensiya sənədlərində əmrdən çıxarış mövcuddur). İddiaçı xx.xx.2015-ci il, xx.xx.2015-ci il ("xxxx" MMC) və xx.xx.2016-cı il ("xxxx" MMC) tarixlərdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə bağlı pensiyasının yenidən hesablanması ilə əlaqədar DSMF Sabunçu rayon şöbəsinə müraciət etmiş və pensiyası yenidən hesablanaraq xx.xx.2016-ci il tarixdən 512,23 manat hesablanmışdır. Eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Beləliklə, xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı il tarixədək İddiaçı "xxxx" MMC-də işlədiyi dövrlərdə xx.xx.2015-ci il, xx.xx.2015-ci il (“VAST’MMC) və xx.xx.2016-cı il ("xxxx" MMC) tarixlərdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə bağlı pensiyasının yenidən hesablanması mövcud qanunvericiliyin tələblərinə uyğun gəlmir (qeyd: İddiaçı "xxxx" MMC-dən xx.xx.2016-cı il tarixdə işdən azad olunması haqqında MMC-nin xx.xx.2016-cı il tarixli 36 saylı arayışı olsa da (hansı ki, bu qeyd əmək kitabçasında qeyd edilməyib) yenidən işə hansı tarixdə qəbul olması haqqında məlumat nə əmək kitabçasında, nə pensiya sənədlərində əmrdən çıxarış şəklində, nə də X6 Xidmətinin “Yoxlamalar” altsistemində mövcud deyil). X1 X2 altsistemi proqram təminatında İddiaçı 2016-cı ildə ardıcıl olaraq əmək haqqından hər ay eyni məbləğdə məcburi dövlət sosial sığorta haqqı köçürülməsi qeyd edilir. Qeyd edilənlərdən aydın olur ki, İddiaçı pensiyası xx.xx.2011-ci il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə bağlı yenidən hesablandıqdan sonra təkrar xx.xx.2016-cı il tarixdə "xxxx" MMC-də işdən azad olunduqdan sonra hesablanmalı idi. Beləliklə vətəndaşın xx.xx.2020-ci il tarixli ərizəsinə Qanunun 32.1-1-ci maddəsinə uyğun olaraq (müraciət edilən tarixdən üç il əvvəlki tarixə ödənilməklə) yenidən baxsaq: xx.xx.2017-ci il tarixdən BH-110,00 -+- SH -297,97 (ə/h-dan yaranan)4-2,984-73,584- 4-63,24=547,77 manat (cədvəl №1 və cədvəl №2 əlavə edilir); xx.xx.2018-ci il tarixdən 547,77x5,7%=578,99 manat; xx.xx.2019-ci il tarixdən 578,99x3%=596,35 manat; xx.xx.2020-ci il tarixdən 569,35x16,6%=695,34 manat; xx.xx.2021-ci il tarixdən 695,34x11,4%=774,63 manat; xx.xx.2022-ci il tarixdən 774,63x3,4%=800,96 manat hesablanmalıdır. Lakin İddiaçı təyin olunmuş yaşa görə əmək pensiyasının məbləği 2022ci il üzrə 821,92 manat təşkil etmişdir. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-262/2023 nömrəli qərarında haqlı olaraq qeyd edilmişdir ki, bu hesablamalar məhkəmə-mühasibatlıq ekspertizasının rəyində öz əksini tapmış, ekspert rəyində göstərilən halları təkzib edən və şübhə altına alan sübut məhkəməyə təqdim edilmədiyindən hazırkı iş üzrə ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. İlkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona yenidən pensiyanın hesablanaraq təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur. Bu səbəbdən cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarını pozmamışdur. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş emtişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş emtişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdehin iddiaçıya ünvanlanmış 27 may 2011-ci il, 16 dekabr 2011-ci il tarixli eyniməzmunlu məktubları ilə iddiaçının müraciətlərinə baxılaraq bildirilmişdir ki, ona xx.xx.2006-ci il tarixdən 15 il dövlət qulluğu stajı nəzərə alınmaqla 86.32 manat məbləğində dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmişdir. xx.xx.2008-ci il tarixdən müraciətinə əsasən 38 il ümumi əmək stajı və 2004-2005-ci illərinin 191.05 manat orta aylıq əmək haqqından 233.64 manat (60 manat baza hissəsi+173.64 manat sığorta hissəsi (indeksləşdirilmə nəzərə alınmaqla)) məbləğində yaşa görə əmək pensiyası hesablanmışdır. Azərbaycan Respublikası Prezidentinin «Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında» 2011-ci il 15 fevral tarixli 1318 nömrəli Sərəncamına uyğun olaraq əmək pensiyası 310.05 manat (85 manat baza hissəsi + 225.05 manat sığorta hissəsi) məbləğində düzgün hesablanmışdır. İş materiallarında olan cavabdehin iddiaçıya ünvanlanmış 07 oktyabr 2020-ci il tarixli məktubu ilə iddiaçının müraciətlərinə baxılaraq bildirilmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olaraq ona xx.xx.2006-cı il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən xx.xx.2016-cı il tarixindən yenidən hesablanaraq 510,23 manat məbləğində müəyyən olunmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2020-ci il tarixindən 713,55 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş inzibati icraat materiallarında olan 083836 nömrəli pensiyaçının uçot vərəqinin surətindən görünür ki, DSMF-nin Sabunçu rayon şöbəsi tərəfindən iddiaçıya xx.xx.2006-cı il tarixdə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin sənədlərdə olan DSMF-nin Sabunçu rayon şöbəsinin xx.xx.2011-ci il tarixli sərəncamının surətindən görünür ki, iddiaçının pensiyası yenidən hesablanaraq xx.xx.2011-ci ildən 364,45 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin sənədlərdə olan DSMF-nin Sabunçu rayon şöbəsinin xx.xx.2015-ci il tarixli sərəncamının surətindən görünür ki, iddiaçının pensiyası yenidən hesablanaraq xx.xx.2015-ci ildən 469,48 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin sənədlərdə olan DSMF Sabunçu rayon şöbəsininin xx.xx.2016-cı il tarixli sərəncamının surətindən görünür ki, iddiaçının pensiyası yenidən hesablanaraq xx.xx.2016-ci ildən 512,23 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin sənədlərdə olan cavabdehin xx.xx.2020-ci il tarixli 9764 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarından görünür ki, iddiaçıya 713,55 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan iddiaçının əmək kitabçasına əsasən o, xx.xx.2011-ci il tarixdə "xxxx" MMC-yə işə daxil olmuş və xx.xx.2016-cı il tarixdə işdən azad olmuşdur. Bu dövrdə eyni zamanda iddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" MMC-də işləmişdir. İş materiallarında olan cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində bildirilmişdir ki, iddiaçı xx.xx.1944-ci il təvəllüdlü İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olaraq pensiya hüququnun yarandığı 62 yaşdan, yəni xx.xx.2006-cı il tarixindən 15 il qulluq stajına (Cəbrayıl rayon Aqrarsənaye Birliyində şöbə rəisi) əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu zaman pensiyanın məbləği Qanunun 20.11 və 20.11.3-cü maddəsinə əsasən 107,90x80%=86,32 manat hesablanmaqla ödənilmişdir. xx.xx.2008-ci il tarixdən vətəndaşın ərizəsinə əsasən onun yaşa görə əmək pensiyası ümumi əsaslarla xx.xx.2006-cı il tarixədək olan 38 il 07 ay 20 gün sığorta stajına və 2004-2005-ci illərin 191,05 manat orta aylıq əmək haqqına əsasən 85%-lə (yaşa görə pensiyanın əsas məbləğinin maksimum həddi) hesablanaraq 233,64 manat olmuşdur. Eyni zamanda Qanunun 27-ci maddəsinin həmin dövrdə qüvvədə olan tələblərinə görə bu Qanunun qüvvəyə minməsindən əvvəl qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə minənədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə minənədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Sözügedən Qanun qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna uyğun olaraq pensiyanın əsas məbləği orta aylıq əmək haqqının məbləğinin 85%-indən artıq ola bilməz. Yəni, 191,05x85%=162,39-25 (xx.xx.2006-cı il tarixə pensiyanın minimum məbləği BH)=137,39x8,3%x16,7% (müvafiq olaraq 2006 və 2007-ci illərin istehlak qiymətləri indeksinin illik səviyyəsi)=173,64 manat (Qanunun 27-ci maddəsinə uyğun olaraq hesablanmış əmək pensiyasının sığorta hissəsi) Qanunun 7-ci maddəsinin həmin dövrdə qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=BH+SH+PS(PSK/T), burada: P - Pensiyanın əsas məbləği; BH- yaşa görə əmək pensiyasının baza hissəsi; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PS - bu Qanunun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsi; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalı; T - gözlənilən pensiya ödənişi müddəti aylarının sayıdır (144). Odur ki, pensiyanın məbləği xx.xx.2008-ci il tarixdən P=60,0+173,64=233,64 manat hesablanmışdır. Sonrakı illərdə vətəndaşın pensiyasının məbləği illər üzrə “Pensiyaların baza hissəsinin artırılması haqqında” və “Pensiyaların sığorta hissəsinin istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməsi haqqında” fərman və sərəncamlara uyğun olaraq artırılaraq xx.xx.2011ci il tarixindən 310,05 manat olmuşdur. İddiaçının xx.xx.2011-ci il tarixdə işdən çıxması ilə əlaqədar pensiyası yenidən hesablanaraq 54,40 manat artırılaraq 364,15 manat hesablanmışdır. İddiaçının əmək kitabçasına əsasən o, xx.xx.2011-ci il tarixdə "xxxx" MMC-yə işə daxil olmuş və xx.xx.2016-cı il tarixdə işdən azad olmuşdur. Bu dövrdə eyni zamanda iddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək və xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" MMC-də işləmişdir (qeyd: xx.xx.2015-ci il tarixdə işdən azad olunma və xx.xx.2015- ci il tarixdə yenidən işə daxil olma əmrləri əmək kitabçasında qeyd edilməsə də X6 Xidmətinin “Yoxlamalar” altsistemində və pensiya sənədlərində əmrdən çıxarış mövcuddur). İddiaçı xx.xx.2015-ci il, xx.xx.2015-ci il ("xxxx" MMC) və xx.xx.2016-cı il ("xxxx" MMC) tarixlərdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə bağlı pensiyasının yenidən hesablanması ilə əlaqədar DSMF Sabunçu rayon şöbəsinə müraciət etmiş və pensiyası yenidən hesablanaraq xx.xx.2016-ci il tarixdən 512,23 manat hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1- ci maddəsinə əsasən pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Beləliklə, xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı il tarixədək İddiaçı "xxxx" MMC-də işlədiyi dövrlərdə xx.xx.2015-ci il, xx.xx.2015-ci il ("xxxx" MMC) və xx.xx.2016-cı il ("xxxx" MMC) tarixlərdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə bağlı pensiyasının yenidən hesablanması mövcud qanunvericiliyin tələblərinə uyğun gəlmir. (qeyd: İddiaçı “İNTEGRİS" MMC-dən xx.xx.2016-cı il tarixdə işdən azad olunması haqqında MMC-nin xx.xx.2016-cı il tarixli 36 saylı arayışı olsa da (hansı ki, bu qeyd əmək kitabçasında qeyd edilməyib) yenidən işə hansı tarixdə qəbul olması haqqında məlumat nə əmək kitabçasında, nə pensiya sənədlərində əmrdən çıxarış şəklində, nə də X6 Xidmətinin “Yoxlamalar” altsistemində mövcud deyil). X1 X2 altsistemi proqram təminatında İddiaçı 2016-cı ildə ardıcıl olaraq əmək haqqından hər ay eyni məbləğdə məcburi dövlət sosial sığorta haqqı köçürülməsi qeyd edilir. Qeyd edilənlərdən aydın olur ki, İddiaçı pensiyası xx.xx.2011-ci il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə bağlı yenidən hesablandıqdan sonra təkrar xx.xx.2016-cı il tarixdə "xxxx" MMC-də işdən azad olunduqdan sonra hesablanmalı idi. Beləliklə, vətəndaşın xx.xx.2020-ci il tarixli ərizəsinə Qanunun 32.1-1-ci maddəsinə uyğun olaraq (müraciət edilən tarixdən üç il əvvəlki tarixə ödənilməklə) yenidən baxsaq: xx.xx.2017-ci il tarixdən BH-110,00 + SH-297,97 (ə/h-dan yaranan)+2,98+73,58+ +63,24=547,77 manat; xx.xx.2018-ci il tarixdən 547,77x5,7%=578,99 manat; xx.xx.2019-cu il tarixdən 578,99x3%=596,35 manat; xx.xx.2020-ci il tarixdən 569,35x16,6%=695,34 manat; xx.xx.2021-ci il tarixdən 695,34x11,4%=774,63 manat; xx.xx.2022-ci il tarixdən 774,63x3,4%=800,96 manat hesablanmalıdır. İddiaçı təyin olunmuş yaşa görə əmək pensiyasının məbləği hal-hazırda 821,92 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 fevral 2023-cü il tarixli 9/7510 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilmişdir ki, İddiaçı aylıq pensiya məbləği 800,96 manat məbləğində təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.3. dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir (xx.xx.2017-ci il tarixədək olan redaksiyası). (xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş) Maddə 27. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. 27.2. 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək olan dövrdə pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, 2006-cı il yanvarın 1-dək nəzərə alınmış sığorta stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. 27.3. 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin əmək pensiyalarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) yenidən hesablanması zamanı yenidən hesablanmış pensiya məbləği ilə mövcud pensiya məbləği arasında fərq yarandıqda, daha yüksək olan məbləğ pensiya təyinatı üçün əsas götürülür. 29.1-1. Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. (xx.xx.2022-ci ilədək olan redaksiyası) 37.3.1. yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.1944-ci il təvəllüdlü İddiaçı xx.xx.2006-cı il tarixindən 15 il qulluq stajına əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin zaman qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.11 və 20.11.3-cü maddəsinə əsasən (xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş) iddiaçıya dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxs kimi dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilərək pensiyanın məbləği 107,90x80%=86,32 manat hesablanmaqla ödənilmişdir. Daha sonra xx.xx.2008-ci il tarixində pensiya yaşına çatması ilə əlaqədar iddiaçının ərizəsinə əsasən onun yaşa görə əmək pensiyası ümumi əsaslarla xx.xx.2006-cı il tarixədək olan 38 il 07 ay 20 gün sığorta stajına və 2004-2005-ci illərin 191,05 manat orta aylıq əmək haqqına əsasən 85%-lə (yaşa görə pensiyanın əsas məbləğinin maksimum həddi) hesablanaraq 233,64 manat olmuşdur. Eyni zamanda “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin həmin dövrdə qüvvədə olan tələblərinə görə Qanunun qüvvəyə minməsindən əvvəl qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılmış, bu zaman Qanun qüvvəyə minənədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə minənədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilmiş, həmin Qanun qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna uyğun olaraq pensiyanın əsas məbləği orta aylıq əmək haqqının məbləğinin 85%-indən artıq ola bilməzdi. Yəni, 191,05x85%=162,39-25 (xx.xx.2006-cı il tarixə pensiyanın minimum məbləği-BH)=137,39x8,3%x16,7% (müvafiq olaraq 2006 və 2007-ci illərin istehlak qiymətləri indeksinin illik səviyyəsi)=173,64 manat (Qanunun 27-ci maddəsinə uyğun olaraq hesablanmış əmək pensiyasının sığorta hissəsi). Qanunun 7-ci maddəsinin həmin dövrdə qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilmişdir: P=BH+SH+PS(PSK/T), burada: P - Pensiyanın əsas məbləği; BH- yaşa görə əmək pensiyasının baza hissəsi; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PS - bu Qanunun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsi; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalı; T - gözlənilən pensiya ödənişi müddəti aylarının sayıdır (144). Odur ki, pensiyanın məbləği xx.xx.2008-ci il tarixdən P=60,0+173,64=233,64 manat hesablanmışdır. Sonrakı illərdə iddiaçının pensiyasının məbləği illər üzrə “Pensiyaların baza hissəsinin artırılması haqqında” və “Pensiyaların sığorta hissəsinin istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməsi haqqında” fərman və sərəncamlara uyğun olaraq artırılaraq xx.xx.2011-ci il tarixindən 310,05 manat olmuşdur. İddiaçının pensiyası xx.xx.2011-ci il tarixdə işdən çıxması ilə əlaqədar yenidən hesablanaraq 54,40 manat artırılaraq 364,15 manat hesablanmışdır. İddiaçının əmək kitabçasına əsasən o, xx.xx.2011-ci il tarixdə "xxxx" MMC-yə işə daxil olmuş və xx.xx.2016-cı il tarixdə işdən azad olmuşdur. Bu dövrdə eyni zamanda iddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək və xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" MMC-də işləmişdir. xx.xx.2015-ci il tarixdə işdən azad olunma və xx.xx.2015-ci il tarixdə yenidən işə daxil olma əmrləri əmək kitabçasında qeyd edilməsə də, X6 Xidmətinin “Yoxlamalar” altsistemində və pensiya sənədlərində əmrdən çıxarış mövcuddur. İddiaçı xx.xx.2015-ci il, xx.xx.2015-ci il ("xxxx" MMC) və xx.xx.2016-cı il ("xxxx" MMC) tarixlərdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə bağlı pensiyasının yenidən hesablanması ilə əlaqədar DSMF Sabunçu rayon şöbəsinə müraciət etmiş və pensiyası yenidən hesablanaraq xx.xx.2016-ci il tarixdən 512,23 manat hesablanmışdır. İddiaçının xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı il tarixədək "xxxx" MMC-də işlədiyi dövrlərdə xx.xx.2015-ci il, xx.xx.2015-ci il ("xxxx" MMC) və xx.xx.2016-cı il ("xxxx" MMC) tarixlərdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə bağlı pensiyasının yenidən hesablanması mövcud qanunvericiliyin tələblərinə uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçının "xxxx" MMC-dən xx.xx.2016-cı il tarixdə işdən azad olunması haqqında MMC-nin xx.xx.2016-cı il tarixil 36 saylı arayışı olsa da (bu qeyd əmək kitabçasinda qeyd edilməyib) yenidən işə hansı tarixdə qəbul olması haqqında məlumat nə əmək kitabçasında, nə pensiya sənədlərində əmrdən çıxarış şəklində, nə də X6 Xidmətinin "Yoxlamalar” altsisteminda mövcud deyil. X1 X2 altsistemi proqram təminatında iddiaçının 2016-cı ildə ardıcıl olaraq əmək haqqından hər ay eyni məbləğdə məcburi dövlət sosial sığorta haqqı köçürülməsi qeyd edilir. Qeyd edilənlərdən aydın olur ki, iddiaçının pensiyası xx.xx.2011-ci il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə bağlı yenidən hesablandıqdan sonra təkrar xx.xx.2016-cı il tarixdə “İNTEGRİS" MMC-də işdən azad olunduqdan sonra hesablanmalı idi. Beləliklə, iddiaçının xx.xx.2020-ci il tarixli ərizəsinə «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinə uyğun olaraq (müraciət edilən tarixdən üç il əvvəlki tarixə ödənilməklə): xx.xx.2017-ci il tarixdən BH-110,00+SH-297,97 (ə/h-dan yaranan) +2,98+73,58+63,24 =547,77 manat; xx.xx.2018-ci il tarixdən 547,77 x 5,7% =578,99 manat; xx.xx.2019-cu il tarixdən 578,99 x 3% = 596,35 manat; xx.xx.2020-ci il tarixdən 596,35 x 16,6% =695,34 manat; xx.xx.2021-ci il tarixdən 695,34 x 11,4% =774,63 manat; xx.xx.2022-ci il tarixdən 774,63 x 3,4% =800,96 manat hesablanmalıdır. Göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən İddiaçı aylıq pensiya məbləği 800,96 manat məbləğində hesablanmışdır. Buna müvafiq olaraq cavabdehin qərarı ilə iddiaçının pensiya məbləgi artırılaraq xx.xx.2022-ci il tarixindən 821,92 manat təyin edilmişdir. Qeyd olunanlar məhkəmə araşdırması dövründə mütəxəssis rəyi və məhkəmə tərəfindən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə də öz təsdiqini tapmışdır. Ekspert rəyində göstərilən halları təkzib edən və şübhə altına alan sübut məhkəməyə təqdim edilmədiyindən hazırkı iş üzrə ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-262/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-208/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-208/2024
31.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver