Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2081/2021 24.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adi qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə X6 qızının katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı2, X4, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin paylara uyğun olaraq sənədləşdirilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-660/2021 saylı iş üzrə qəbul etdiyi 15 aprel 2021-ci il tarixli qərarından İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, X4, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək, cavabdeh orqanın imtinasının qanunsuz hesab edilməsi və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.06113 ha torpaq sahəsinin paylarına uyğun iddiaçıların, yəni İddiaçı1. İddiaçı2, X3, X1, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 adlarına sənədləşdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişlər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(112)-660/2021 saylı iş üzrə qəbul etdiyi 15 aprel 2021-cı il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan İddiaçı1 apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının apelyasiya şikayətinin qeyri-mümkün hesab edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya apelyasiya şikayətini müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. İşdən müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsi tərəfindən 15.04.2021-ci il tarixli, 2-1(103)-660/2021 saylı qərar İddiaçı1 ünvan 1 ünvanına göndərilmiş və iddiaçıyla eyni ünvanda yaşayan hazırki iş üzrə digər İddiaçı4 R. tərəfindən 21.05.2021-ci il tarixdə poçt xəbərnaməsinə imza edilməklə qəbul edilmişdir. (iş mat. səh. 150). İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayətinin üzərinə vurulmuş Bakı İnzibati Məhkəməsinin ştampından görünür ki, şikayət məhkəməyə 06.07.2021-ci il tarixdə təqdim edilmişdir. Göründüyü kimi, iddiaçı Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarından apelyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. (24.2) Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. (24.3) Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz (24.4). Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. (24.5) Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. (24.6) Sadalanan normalardan görünür ki, prosesual müddətlər yalnız maraqlarına toxunulmuş proses iştirakçılarının ərizəsinə əsasən bərpa olunur. Ərizədə tərəfin müddəti nə üçün buraxdığı əsaslandırılmalıdır. Başqa sözlə tərəf müddət buraxılmasının nəyə görə ondan asılı olmadığını əsaslandırılmış şəkildə izah etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Apelyasiya icraatı zamanı məhkəmə tərəfindən iddiaçının qeyd olunan ünvanına 13 iyul 2021-ci il tarixli məhkəmə iclası barədə bildirişi göndərilərək, eyni zamanda ona Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verildiyi, həmin normada nəzərdə tutulan müddətin buraxıldığı təqdirdə işdə iştirak edən şəxslərin müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Həmin məhkəmə bildirişi də İddiaçı4 R. tərəfindən 28.07.2021-ci il tarixdə poçt xəbərnaməsinə imza edilməklə qəbul edilmişdir. (iş mat. səh. 160). Lakin iddiaçı prosessual müddətin bərpasına dair ərizə təqdim etməmişdir. Həmçinin, 30.07.2021-ci il və 24.09.2021-ci il tarixli məhkəmə iclasları barədə məhkəmə bildirişi, sms-bildiriş və telefon zəngi ilə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apelyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 87.4-cü maddəsinə görə apelyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, İddiaçı1 Bakı İnzibati Məhkəməsinin 2-1(112)-660/2021 saylı iş üzrə qəbul etdiyi 15 aprel 2021-ci il tarixli qərarından verdiyi apelyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apelyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, X4, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin paylara uyğun olaraq sənədləşdirilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-660/2021 saylı iş üzrə qəbul etdiyi 15 aprel 2021-ci il tarixli qərarından İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apelyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Aida Hüseyn Hakim: Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-2081/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2081/2021
24.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver