Məhkəmə qərarları › İş №2-1(103)-2081/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2081/2022

05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2081/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya işlədiyi illər sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya işlədiyi illər sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2341/2022 saylı 11 yanvar 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya işlədiyi illər sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1964-cü il tarixdə Cəlilabad rayonunun Ocaqlı kəndində doğulmuşdur. 1980 – 1994-cü illərdə Cəlilabad rayonu 1 X4 fəhlə işləmişdir. O, ilk əmək fəaliyyətinə 1980-cı ilin sentyabr ayında həmin sovxozdan başlamışdır. İddiaçı həmin sovxozda işləməsi barədə Cəlilabad rayon Dövlət Arxivindən arxiv arayışı almış və ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı DSMF 9 saylı Ərazi Filialına müraciət etmişdir. Lakin məsələnin həllindən imtina olunmuşdur. Cəlilabad rayon Dövlət Arxivinin 20 aprel 2021-ci il tarixli 106 saylı arxiv arayışı ilə onun 1980-cı ildə 2 ay, habelə 1981-ci ilin iyul ayından 26 aprel 1994- cü il tarixədək Cəlilabad rayonu 1 X4 fəhlə işlədiyi təsdiq olunmuşdur. Ona görə də həmin iş illəri onun əmək stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Göstərilənlərə və İPM 2.1, 2.2, 8.1.4, 34.1-ci maddələrinə əsaslanaraq, iddiaçıya onun Cəlilabad rayonu 1 X4 1980-ci ildə 2 ay, 1981-ci ilin iyul ayndan 26 aprel 1994-cü il tarixədək işlədiyi dövr əmək stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2341/2022 saylı 11 yanvar 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı onun 1980 – 1994-cü illərdə Cəlilabad rayonu 1 X4 işlədiyi dövr sığorta stajı kimi nəzərə alınmaqla 57 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Beləliklə, arxiv arayışı o halda mötəbər sübut kimi qəbul oluna bilər ki, bu barədə əmək kitabçasında müvafiq qeydlər olsun. 1980-1994-cü il tarixlərdə “1 May” üzümçülük sovxozunda işlədiyini iddia etdiyi dövrlər əmək kitabçasında qeyd olunmamışdır. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2021-ci il tarixli 105 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, 26 mart 1990-cı il tarixli 29 nömrəli əmrlə uşağın bir yaşı tamam olana kimi əmək haqqı qismən ödənilməklə analıq məzuniyyətinə buraxılmışdır. Həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 132-ci maddəsinə əsasən qismən ödənişli sosial məzuniyyət müddəti-məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2021-ci il tarixli 105 nömrəli arxiv arayışına əsasən Cəlilabad rayon Dövlət Arxivinə xx.xx.2021 və xx.xx.2022-ci il tarixli sorğular ünvanlansa da, müvafiq sorğulara cavab verilməmişdir. İş materiallarından aydın olur ki, məhkəmə iddiaçı tərəfindən təqdim edilən sənədlərlə kifayətlənmiş, həmin sənədlərin mötəbər olubolmamasını aydınlaşdırmamışdır. Birinci instansiya məhkəməsi işi tam araşdırmamış, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi hüquq normalarını pozmuşdur. Tərəflərin izahatları: İddiaçı izahat verərək bildirmişdir ki, onun tələbi inzibati orqan tərəfindən təmin olunduğu üçün tərəflər arasında artıq mübahisə qalmamışdır. Cavabdehin nümayəndəsi X2 pensiya təyinatı alt sistemindən çıxarış təqdim edərək bildirmişdir ki, inzibati orqan tərəfindən İddiaçı yaşa görə əmək pensiyası təyin edilmiş, bununla da tərəflər arasında mübahisə qalmamışdır. Odur ki, cavabdehin nümayəndəsi icraatın xitam verilməsinə etiraz etməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “iddiaçıya işlədiyi illər sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə cavabdehin imtinasının qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Hazırki işə apellyasiya qaydasında baxılması xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş pensiya təyinatı alt sistemindən çıxarışdan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixli qərar ilə yaşa görə əmək pensiyası təyin edilmişdir. Beləliklə, apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçının hazırki iş üzrə tələbinin təmin edildiyi, buna görə də artıq tərəflər arasında mübahisənin mövcud olmadığı müəyyən olundu. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci madddəsinə əsasən Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə iddiaçının ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən və bununla da tərəflər arasında mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67, 80, 87-ci 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar