Məhkəmə qərarları › İş №2-1(103)-2081/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2081/2025

19.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2081/2025 19.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “maddi və mənəvi zərər”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinə qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” barədə iddia tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 600/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İŞİN HALLARİ

1. SX №0694813 hərbi biletdən görünür ki, İddiaçı (bundan sonra – iddiaçı) “Dinc dövrdə yararsız, müharibə dövründə məhdud yararlı” hesab olunmuşdur.

2. Səhhət Klinikası tərəfindən verilmiş epikrizdən görünür ki, iddiaçıya müalicə olaraq eynək OD-1,25/-3/170 (sağ); OS-2,78/-3,5/5 (sol) kimi müəyyən edilmişdir.

3. 172 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, iddiaçıya qoyulan diaqnoz “XBT-H.52 Hər iki gözün mürəkkəb miopik astiqmatizmi oxlarla sağ gözdə M 5,0D və 3,0D, sol gözdə M 7,0D və 3,0D nəticəsində sağ gözün görmə itiliyinin 0,1-ə qədər azalması, korreksiya ilə 0,7, sol gözün görmə itiliyinin 0.1-ə qədər azalması, korreksiya ilə 0,6 olmaqla” olmuş və o, “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır.” Hesab olunmuşdur.

4. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, “2022-ci ilin iyul çağırışı zamanı Siz qeydiyyatda olduğunuz Xidmətin Suraxanı rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan, çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin İ qrafasına əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilərək xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinin hərbi hissəsinə müddətli həqiqi hərbi xidmətə göndərilmisiniz. Hərbi xidmət dövründə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında tibbi şəhadətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin İİ qrafasına əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilərək xx.xx.2023-cü il tarixdə vaxtından əvvəl ehtiyata buraxılmısınız. Xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi "Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyən edilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sığorta hadisələri və ödənişləri baş vermə səbəbindən (hərbi qulluqçu xidmətdə olduğu zaman həlak olduqda, yaralandıqda, xidməti vəzifəsini yerinə yetirərkən xəstələndikdə və s.) asılı olaraq üç il müddətində sığorta olunana əlillik təyin olunduqda verilir. Pensiya təminatı sosial təminat orqanları tərəfindən həyata keçirilir. Əlillik qrupları, əlilliyin, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Bu səbəbdən Sizin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ərazi üzrə tibbi-sosial ekspert komissiyasına müraciət etməyiniz məqsədəuyğundur Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008- ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicəsağlamlıq tədbirlərinin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi tibb müəssisələrinə həvalə olunmuşdur. Eyni zamanda, rayon (şəhər) çağırış komissiyalarının işində yerli icra hakimiyyəti başçılarının qərarı ilə dövlət səhiyyə müəssisələrində çalışan həkim mütəxəssislər iştirak edir (ezam edilir) və çağırışa cəlb olunan çağırışçıların tibbi müayinədən keçirilməsini və şəhadətləndirilməsini həmin həkim mütəxəssislər yerinə yetirirlər.”

5. Müdafiə Nazirliyinin Baş X3 Bölməsi tərəfindən verilmiş epikrizdən görünür ki, iddiaçıya “Sol ağciyərin aşağı payının ocaqlı pnevmoniyası, yüngül dərəcə. Hər iki gözün mürəkkəb miopik astiqmatizmi. Dərman mənşəli reaktiv hepatitdən sonraki vəziyyət” diaqnozu qoyulmuşdur.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya dəymiş 8.000 (səkkiz min) manat məbləğində maddi zərərin və 5.000 (beş min)mant məbləğində mənəvi zərərin cəmi 13.000(on üç min) manat məbləğində pulun iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2003-cü ildə Bakı şəhərində anadan olmuşdur. Uşaqlıqdan gözlərində problemlər var. Belə ki, iddiaçı uzağı yaxşı görə bilmir. Bu problem genetikdir. Uşaqlıqdan iddiaçı uzağı yaxşı görə bilmədiyinə görə valideynləri onu müxtəlif xəstəxanalara aparıb müayinə və müalicələr etdirmişdir. Həkimlərim məsləhəti ilə digər müalicələrlə bərabər göz gimnastikası kimi müalicələr də almışdır. Ancaq buna baxmayaraq iddiaçının uzağı görməklə bağlı görmə qabiliyyəti getdikcə zəifləmişdir. 2021-ci ilin noyabr ayında artıq 2 (iki) metrlikdə olan əşyaları görməkdə ciddi çətinlik çəkmişdir. Uzağı pis gördüyünə görə həkim müayinəsindən keçəndən sonra uzağı görmək üçün eynək taxmağa başlamışdır. Uzağı pis gördüyünə görə tibbi sığorta “Paşa sığorta” olduğuna görə xx.xx.2021-ci ildə Xətai rayonun ərazisində yerləşən “Səhhət” Klinikasına müraciət etmişdir. Göz həkimi iddiaçını müayinə etmiş və müayinədən sonra bildirmişdir ki, hər iki gözündə uzağı görməklə bağlı ciddi problemlər var. Buna baxmayaraq iddiaçı həqiqi hərbi xidmətə göndərilmiş, daha sonra isə o, yenidən şəhadətləndirilmiş və hərbi xidmətə yararsız olduğu müəyyən edilmişdir. Bu vəziyyətdə iddiaçıya maddi və mənəvi zərər dəymişdir. İddiaçı maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur.

8. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilməmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-600/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya dəymiş 2.559,02 manat (iki min beş yüz əlli doqquz manat iki qəpik) məbləğində maddi zərərin və 1.500 (min beş yüz) manat məbləğində mənəvi zərərin iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinə həvalə edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir.

10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Qanunvericiliyin tələbindən də göründüyü kimi hərbi xidmətkeçmə ilə bağlı fəaliyyətin subyekti kimi şəxsin tibbi qiymətləndirilməsinin aparılması və xidmətkeçmə baxımından yararlılıq kateqoriyasının müəyyən edilməsi zəruridir. Cavabdeh isə həmin hala əhəmiyyət vermədən iddiaçının hərbi xidmətə məhdud yararlı olduğunu nəzərə almamış, şəxs barəsində hər hansı əsaslı yoxlama aparmadan, xidmətə yararlılığı barədə qərar qəbul edərək hərbi xidmətə göndərilməsini təmin etmiş, lakin hərbi xidmət dövründə həmin şəxsin hərbi xidmətə məhdud olması barədə qənaətə gəlinmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hərbi xidmətə məhdud yararlığına əsas mövcud olsa da, həmin xəstəliklə hərbi xidmətin həyata keçirilməsinə məcbur qalmış şəxsə münasibətdə iddiaçıya həm maddi zərər vurmuş, həm də onun şəxsi qeyri-əmlak hüquqlarının pozulmasına, mənəvi sarsıntı və iztirab keçməsi, bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur.

11. Qeyd olunmalıdır ki, adıçəkilən xəstəliyin xidmətdən öncə olub-olmamasına münasibətdə isə qeyd olunmalıdır ki, 2023-cü ildə aparılan müayinə zamanı iddiaçının sağ gözünün görmə itiliyi 0,1 korreksiya ilə 0,7, sol gözünün isə itiliyi 0,1 korreksiya ilə 0,6 olması, hər iki gözündə astiqmatizm olması və onun yüksək miopiya xəstəliyindən əziyyət çəkməsi müəyyən olunmuşdur. İddiaçı hərbi xidmətə yararlı hesab olunanadək Dünyagöz xəstəxanası tərəfindən ona buynuz qişanın tomoqrafiyası edilmiş, lakin həkim tərəfindən müayinə aparılmamışdır.

12. 2022-ci ildə iddianının işləmiş olduğu sonuncu iş yeri üzrə aylıq ümumi əmək haqqısı (gəliri) 307 manat 78 qəpik, hesablanmış sığorta məbləği isə 76 manat 95 qəpik təşkil etmişdir. Bu barədə məhkəmə iclasının protokolunda müvafiq qeydlər aparılmışdır. Belə olan halda iddiaçıya vurulmuş maddi zərərin hesablanması zamanı ona dəymiş zərər 2022-ci il üzrə (xx.xx.2022-xx.xx.2022, cəmi 5 ay 12 gün) sonuncu aylıq əmək haqqı məbləğinə mütənasib şəkildə (307,78x5+307,78:30X12=1662,02), 2023-cü il üzrə (xx.xx.2023-xx.xx.2023, 2 ay 18 gün) isə həmin il üzrə minimum əmək haqqı məbləğinə (345 manat) müntənasib şəkildə (345x2+345:30x18=897) hesablanmalıdır. Belə ki, ddiaçı 2022-ci ildə əmək fəaliyyəti ilə məşğul olmuşdur ki, onun həmin il üzrə hərbi xidmətdə olduğu dövrdə aylıq qazancının sonuncu əmək haqqısı olmuş 307,78 manatdan az olmasını ehtimal etmək iddiaçının mənafeyi baxımdında ədalətli olmamaqdadır, digər tərəfdən 2023-cü ilə münasibətdə isə onun hərbi xidmətdən qayıtdığı dövrün qazancına nəzərən hesablamanın aparılması hüquqi cəhətdən məqsədəmüvafiq olmadığından 2023cü il üzrə hesablama minimum əmək haqqı məbləğinə mütənasib aparılmalıdır. Odur ki, maddi zərərin ödənilməsi hissəsi məhz 2559,02 manat hissədə təmin edilməlidir.

13. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 600/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 2022-ci ilin iyul çağırışı zamanı qeydiyyatda olduğunuz Xidmətin Suraxanı rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan, çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin İ qrafasına əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilərək xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinin hərbi hissəsinə müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. İddiaçı hərbi xidmət dövründə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında tibbi şəhadətləndirilmiş (əsas: 1 mart 2023-cü il tarixli, 172 nömrəli Xəstəlik haqqında şəhadətnamə) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin İİ qrafasına əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilərək xx.xx.2023-cü il tarixdə vaxtından əvvəl ehtiyata buraxılmısınız. Xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi "Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2ci bəndinə əsasən, hərbi- həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: ç) “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır”; “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır” qərarına aşağıdakılar aiddir: əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə; əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; əgər xəsarət hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa. Göründüyü kimi iddiaçının sağlamlıq vəziyyətində dəyişiklik xidmət zamanı baş verdiyindən cavabdeh orqanın hərəkəti ilə iddiaçıya maddi və mənəvi zərər vurulması baş verməmişdir. Yuxarıda qeyd olunanlara yekun vuraraq qeyd edir ki,iddiaçının sağlamlıq vəziyyətində baş vermiş dəyişikliklə cavabdeh inzibati orqanın faktiki hərəkəti arasında hər hansı səbəbli əlaqə mövcud olmadığından,iddiaçının müddətli hərbi xidmətə cəlb olunması qanuni əsaslarla həyata keçirildiyindən iddia əsassızdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

d) Prosses iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. “Hərbi vəzifə və hərbi xidmət haqqında”:

12.2. Hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 12.2.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; 12.4. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. 13.1. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda aşağıdakı tərkibdə çağırış komissiyaları yaradılır: 13.1.1. komissiyanın sədri – müvafiq icra hakimiyyəti orqanının rəhbəri; 13.1.2. komissiya sədrinin müavini – müvafiq icra hakimiyyəti orqanının nümayəndəsi; 13.1.3. komissiyanın üzvləri – müvafiq icra hakimiyyəti orqanının nümayəndələri, hərbi həkim komissiyasının sədri. 13.2. Çağırış komissiyasının işində həkim mütəxəssislər (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq) iştirak etməlidirlər. 13.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının və çağırış komissiyasının işinə cəlb edilmiş həkim mütəxəssislərin fərdi tərkibini müvafiq icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla təsdiq edir. 14.1. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər: 14.1.5. bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək. 15.1. Müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. 15.2. Tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. 20.1. Tibbi müayinə zamanı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamə

1.1. Bu Əsasnamə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına, “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. 2.15. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A - hərbi xidmətə yararlıdır; B - sıradankənar hərbi xidmətə yararlıdır; C - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç - hərbi xidmətə müvəqqəti yararsızdır; D - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. 34-cü maddənin c) bəndinə əsasən əsasən korluq, zəif görmə, rəng görmə anomaliyaları xəstəliyi üzrə bir gözün görmə itiliyi 0,4 olduqda, digər gözün görmə itiliyinin 0,3-dən 0,1-dək olması “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” rəyin verilməsi üçün əsasdır.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.

24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası qeyd edir ki qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilməmişdir. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

26. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

27. Göründüyü kimi, iddiaçının tələbi 2 hissədən ibarətdir. Birincisi qanunsuz olaraq hərbi xidmətə aparıldığına görə maddi zərərin, ikincisi bundan irəli gələrək mənəvi zərərin ödənilməsinin təmin edilməsidir.

28. Kollegiya iddia tələbinin birinci hisəsi ilə bağlı aşağıdakıları qeyd edir:

29. İşin faktiki hallarından müəyyən edilir ki, SX №0694813 hərbi biletdən görünür ki, İddiaçı “Dinc dövrdə yararsız, müharibə dövründə məhdud yararlı” hesab olunmuşdur.

30. Səhhət Klinikası tərəfindən verilmiş epikrizdən görünür ki, iddiaçıya müalicə olaraq eynək OD-1,25/-3/170 (sağ); OS-2,78/-3,5/5 (sol) kimi müəyyən edilmişdir.

31. 172 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, iddiaçıya qoyulan diaqnoz “XBT-H.52 Hər iki gözün mürəkkəb miopik astiqmatizmi oxlarla sağ gözdə M 5,0D və 3,0D, sol gözdə M 7,0D və 3,0D nəticəsində sağ gözün görmə itiliyinin 0,1-ə qədər azalması, korreksiya ilə 0,7, sol gözün görmə itiliyinin 0.1-ə qədər azalması, korreksiya ilə 0,6 olmaqla” olmuş və o, “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır.” Hesab olunmuşdur.

32. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, “2022-ci ilin iyul çağırışı zamanı Siz qeydiyyatda olduğunuz Xidmətin Suraxanı rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan, çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin İ qrafasına əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilərək xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinin hərbi hissəsinə müddətli həqiqi hərbi xidmətə göndərilmisiniz. Hərbi xidmət dövründə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında tibbi şəhadətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin İİ qrafasına əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilərək xx.xx.2023-cü il tarixdə vaxtından əvvəl ehtiyata buraxılmısınız. Xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi "Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyən edilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sığorta hadisələri və ödənişləri baş vermə səbəbindən (hərbi qulluqçu xidmətdə olduğu zaman həlak olduqda, yaralandıqda, xidməti vəzifəsini yerinə yetirərkən xəstələndikdə və s.) asılı olaraq üç il müddətində sığorta olunana əlillik təyin olunduqda verilir. Pensiya təminatı sosial təminat orqanları tərəfindən həyata keçirilir. Əlillik qrupları, əlilliyin, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Bu səbəbdən Sizin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ərazi üzrə tibbi-sosial ekspert komissiyasına müraciət etməyiniz məqsədəuyğundur Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008- ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicəsağlamlıq tədbirlərinin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi tibb müəssisələrinə həvalə olunmuşdur. Eyni zamanda, rayon (şəhər) çağırış komissiyalarının işində yerli icra hakimiyyəti başçılarının qərarı ilə dövlət səhiyyə müəssisələrində çalışan həkim mütəxəssislər iştirak edir (ezam edilir) və çağırışa cəlb olunan çağırışçıların tibbi müayinədən keçirilməsini və şəhadətləndirilməsini həmin həkim mütəxəssislər yerinə yetirirlər.”

33. Müdafiə Nazirliyinin Baş X3 Bölməsi tərəfindən verilmiş epikrizdən görünür ki, iddiaçıya “Sol ağciyərin aşağı payının ocaqlı pnevmoniyası, yüngül dərəcə. Hər iki gözün mürəkkəb miopik astiqmatizmi. Dərman mənşəli reaktiv hepatitdən sonraki vəziyyət” diaqnozu qoyulmuşdur.

34. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-600/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir.

35. Belə ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, hərbi xidmətkeçmə ilə bağlı fəaliyyətin subyekti kimi şəxsin tibbi qiymətləndirilməsinin aparılması və xidmətkeçmə baxımından yararlılıq kateqoriyasının müəyyən edilməsi zəruridir. Cavabdeh isə həmin hala əhəmiyyət vermədən iddiaçının hərbi xidmətə məhdud yararlı olduğunu nəzərə almamış, şəxs barəsində hər hansı əsaslı yoxlama aparmadan, xidmətə yararlılığı barədə qərar qəbul edərək hərbi xidmətə göndərilməsini təmin etmiş, lakin hərbi xidmət dövründə həmin şəxsin hərbi xidmətə məhdud olması barədə qənaətə gəlinmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hərbi xidmətə məhdud yararlığına əsas mövcud olsa da, həmin xəstəliklə hərbi xidmətin həyata keçirilməsinə məcbur qalmış şəxsə münasibətdə iddiaçıya həm maddi zərər vurmuş, həm də onun şəxsi qeyri-əmlak hüquqlarının pozulmasına, mənəvi sarsıntı və iztirab keçməsi, bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Qeyd olunmalıdır ki, adıçəkilən xəstəliyin xidmətdən öncə olub-olmamasına münasibətdə isə qeyd olunmalıdır ki, 2023-cü ildə aparılan müayinə zamanı iddiaçının sağ gözünün görmə itiliyi 0,1 korreksiya ilə 0,7, sol gözünün isə itiliyi 0,1 korreksiya ilə 0,6 olması, hər iki gözündə astiqmatizm olması və onun yüksək miopiya xəstəliyindən əziyyət çəkməsi müəyyən olunmuşdur. İddiaçı hərbi xidmətə yararlı hesab olunanadək Dünyagöz xəstəxanası tərəfindən ona buynuz qişanın tomoqrafiyası edilmiş, lakin həkim tərəfindən müayinə aparılmamışdır.

36. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, zərərlə bağlı üç əsas nüansa diqqət yetirmək lazımdır: - Qanunsuz hərəkət və hərəkətsizlik; - Zərərin mövcudluğu; - Səbəb-nəticə əlaqəsi.

37. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı 2022-ci ilin iyul çağırışı zamanı qeydiyyatda olduğu Xidmətin Suraxanı rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan, çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin İ qrafasına əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilərək xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinin hərbi hissəsinə müddətli həqiqi hərbi xidmətə göndərilmişdir.

38. İddiaçı hərbi xidmət dövründə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında tibbi şəhadətləndirilmiş (əsas: 1 mart 2023-cü il tarixli, 172 nömrəli Xəstəlik haqqında şəhadətnamə) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin İİ qrafasına əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilərək xx.xx.2023-cü il tarixdə vaxtından əvvəl ehtiyata buraxılmışdır.

39. Hazırkı iş üzrə iddiaçı barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən qəbul edilmiş qərarın mötəbərliyinə və əsassızlığına şübhə yaradan hər hansı hal mövcud deyildir. Belə ki, 01 mart 2023-cü il tarixli 172 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, Xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi "Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyən edilmişdir.

40. Qeyd edilən şəhadətnamə Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiq edilmiş və hal-hazırda qüvvədədir.

41. Göründüyü kimi, iddiaçının kompensasiya tələbinin əsası olan xəstəliyinin (XBT-H. 52 Hər iki gözün mürəkkəb miopik asiqmatizmi oxlarla sağ gğzdə M 5,0D və 3,0 D, sol gözdə m7,0D və 3,0D nəticəsində sağ gözün görmə itiliyinin 0,1-ə qədər azalması, korreksiyası ilə 0,7 sol gözün görmə itiliyinin 0,1-ə qədər azalması, korreksiya ilə 0,6 olmaqla) “hərbi xidmət dövründə” aldığını müəyyən edən inzibati akt qüvvədədir (ləğv edilməmiş və etibarsız sayılmamışdır). Hüquq müəyyənedici sənəd olan 172 nömrəli Hərbi Həkim Komissiyasının qərarı qüvvədə olduğu müddətdə iddiaçının hərbi xidmətə göndərilməmişdən əvvəl onda müvafiq xəstəliklərin mövcud olduğu da istisna olunur. Belə olan halda da cavabdeh inzibati orqanın hazırkı mübahisə üzrə təqsiri də istisna olunur.

42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2ci bəndinə əsasən, hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: ç) “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır”;

43. “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır” qərarına aşağıdakılar aiddir: - əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə; - əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; - əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; - əgər xəsarət hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa.

44. Cavabdeh apellyasiya şikayətində haqlı olaraq qeyd etmişdir ki, iddiaçının sağlamlıq vəziyyətində dəyişiklik xidmət zamanı baş verdiyindən cavabdeh orqanın hərəkəti ilə iddiaçıya maddi və mənəvi zərər vurulması baş verməmişdir.

45. Kollegiya yuxarıda qeyd olunanlara yekun vuraraq qeyd edir ki, iddiaçının sağlamlıq vəziyyətində baş vermiş dəyişikliklə cavabdeh inzibati orqanın faktiki hərəkəti arasında hər hansı səbəbli əlaqə mövcud olmadığından, iddiaçının müddətli hərbi xidmətə cəlb olunması qanuni əsaslarla həyata keçirildiyindən iddia tələbi əsassızdır.

46. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş Hərbi-həkim ekspertizası haqqında Əsasnaməyə istinad edərək bildirir ki, iddiaçının dəlillərinin heç birinin hüquqi əhəmiyyəti yoxdur. Belə ki, qeyd edilən Əsasnaməyə əsasən Azərbaycan Respublikasında hərbihəkim ekspertizasına metodik rəhbərliyi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyası həyata keçirir. Hərbi-həkim komissiyalarının (həkimuçuş komissiyalarının) qərarları “Xəstəliklər cədvəli”nə və vətəndaşların sağlamlıq vəziyyətinə əlavə tələblər cədvəlinə (bundan sonra — ƏTC) uyğun olaraq, hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) iclasda iştirak edən üzvlərinin səs çoxluğu ilə qəbul olunur.

47. Kollegiya iddia tələbinin ikinci hissəsi olan mənəvi zərərlə bağlı qeyd edir ki, tələbin ikinci hissəsi əsas tələbdən asılı olduğundan və əsas tələb üzrə iddia təmin edilmədiyindən tələbin sözügedən hissəsi də rədd edilməlidir.. 48.“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarın 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

49. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə cavabdeh inzibati orqanın çağırış zamanı iddiaçıya münasibətdə hüquqa zidd və təqsirli hərəkətləri məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bu səbəbdən, maddi və mənəvi ziyana görə kompensasiya ödəmək öhdəliyi daşımır.

50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsaslıdır və qərarın ləğvinə əsas verir, bu səbəbdən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-600/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-600/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi rədd edilsin. Qərardan Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar