Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2082/2021 02.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Baxışova Vüsalə Ələkbər qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan, yəni 01.07.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 18.05.2021-ci il tarixli, 2-1(112)-3058/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı İddiaçı 57 yaşdan, yəni 01.07.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 18.05.2021-ci il tarixli, 2-1(112)-3058/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 18.05.2021-ci il tarixli, 2-1(112)-3058/2021 saylı qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək kitabçası açılarkən həmin tarixdə mövcud olmayan etibarsız möhürlə təsdiqlənmişdir. Həmçinin, 2-5-ci səhifələrinin qeydlərində sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunmuşdur. Halbuki qeyd olunan dövrdə latın qrafikalı əlifba tətbiq edilmirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 18.05.2021ci il tarixli, 2-1(112)-3058/2021 saylı qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 18.05.2021-ci il tarixli, 2-1(112)-3058/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərini izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarında olan: _ Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı 25 noyabr 2020-ci il tarixli məktubundan görünür ki, iddaçının müraciətinin icrasından imtina edilmişdir. İmtinanın səbəbi kimi göstərilmişdir ki, iddiaçının mərkəzi filiala təqdim etdiyi 14 mart 1993-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunanlar araşdırılarkən orada göstərilən məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, iddiaçının əmək kitabçası açılarkən həmin tarixdə mövcud olmayan etibarsız möhürlə təsdiqlənmiş, həmçinin 2-5-ci səhifələrinin qeydlərində sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunmuşdur, halbuki qeyd olunan dövrdə latın qrafikalı əlifba tətbiq edilmirdi. _ "xxxx" QSC X2 arayışına əsasən, İddiaçı həqiqətən də Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin üzücü heyətinin nəqliyyat donanması gəmilərində 06.02.1985-ci il tarixdən hal-hazıradək matros, kapitanın 3-cü, 2-ci, baş köməkçisi və kapitan vəifələrində işləmişdir. Onun işlədiyi vəzifələr və çalışdığı gəmilər üzücü heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. O, gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzinti-səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı gəmiçilikdə ümumi iş stajı 36 il 01 ay 06 gün, üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 35 il 07 ay 16 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrinn, vəzifələrin və göstəricilərin siyahısı”21.2 bəndinin “b” yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının XXYİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndinə (kod ********) uyğun göstərilmişdir. _ Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Biləsuvar rayon İcra Hakimiyyəti Biləsuvar Rayon Dövlət Arxivinin 179 nömrəli 21.09.2020-ci il tarixli arxiv arayışına əsasən, Biləsuvar rayon sakini İddiaçı 1978-1980-ci illər S.Vurğun adına kolxozda cəmi 4 ay 28 gün iş stajı olmuşdur. _İddiaçı aid SSN **********670 nömrəli Dövlət Sosial Sığorta Şəhadətnaməsinin surətindən görünür ki, iddiaçı sosial sığorta ödəyicisidir. _Şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1963-cü il tarixdə Lerik rayonunda anadan olmuşdur. _İddiaçı aid 065941 nömrəli vəsiqənin surətindən görünür ki, iddiaçı müharibə veteranıdır. _Azərbaycan X3 16 sentyabr 2020-ci il tarixli, 39 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən də, 1981-ci ildə Qafur Məmmədov adına Bakı dəniz yolları məktəbinə “Gəmi sürücülüyü” ixtisası üzrə əyani şöbəyə qəbul olunmuş, 1984-cü ildə həmin məktəbi bitirmişdir. _İddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçı 26.01.1979cu ildə Puşkinskiy rabitə qovşağının poçtalyon vəzifəsinə qəbul olunmuş, 16.07.1979-cu il tarixdə öz ərizəsinə əsasən tutduğu poçtalyon vəzifəsindən azad edilmiş, 30.08.1981-ci ildə Bakı dənizçilik məktəbində gəmi sürücülüyü şöbəsinin ikinci kursuna kursant kimi qəbul olunub, 01.02.1985-ci ildə həmin şöbənin tam kursunu bitirmiş və X4 işə qəbul olunmuş, 06.02.1985-ci ildə Bakı Dənizçilik Məktəbini bitirdikdən sonra nəqliyyat donanmasının gəmilərinə matros vəzifəsinə qəbul olunmuş, 04.05.1988-ci ildə komanda heyətinə köçürülüb və nəqliyyat donanmasının gəmilərinə kapitanın 3-cü köməkçisi vəzifəsinə təyin edilmiş, 06.01.1994-cü ildə nəqliyyat donanmasının gəmilərinə kapitanın 2-ci köməkçisi, 04.03.1999-cu ildə nəqliyyat donanmasının gəmilərinə kapitanın baş köməkçisi təyin olunmuş, 06.12.2005-ci ildə kapitan vəzifəsinə keçirilmiş, 24.11.2014-cü ildə üzücü heyətə nəqliyyat donanması gəmilərinə kapitan vəzifəsinə keçirilmiş, halhazırda həmin vəzifədə işləyir. Birinci instansiya məhkəməsi işin hallarına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1, 9.8-ci maddələrini, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsini, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyi, tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına əsasən iddiaçı 1978-ci ildə əmək fəaliyyətə başlamış və 01.01.2006-ci il tarixinədək iddiaçının ümumi iş stajı 25 il 03 ay 14 gün təşkil etmişdir. İddiaçının ümumi iş stajı əmək kitabçaları və arxiv arayışları ilə təsdiq edilir. «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qüvvəyə mindiyi günə 01.01.2006-cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında (********), nəzərdə tutulan - üzən heyət, (********) daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla və (********) dəniz və çay donanması peşəsində güzəştli iş stajı 20 ildən çox, ümumi iş stajı 25 ildən çox olduğu üçün onun 57 yaşı tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. İddiaçının iddia ərizəsində göstərdiyi iş stajı "xxxx" QSC X2 arayışı və əmək kitabçası ilə təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, sözügedən şübhələr iş materiallarına əlavə edilmiş arxiv arayışları ilə aradan qaldırılmışdır. Həmin arxiv arayşlarında əks etdirilən məlumatların yanlış olmasına dair dəlil göstərilməmiş, bu məlumatları təkzib edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 18.05.2021-ci il tarixli, 2-1(112)-3058/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azər Hüseynov Hakimlər: Vüsalə Baxışova Vidadi Məmmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2082/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2082/2021
02.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver