Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2083/2022 16.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin cərimə edilməsi barədə ərizəsinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3254/2019 saylı, 23 fevral 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı ASC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı “90100.0 manat artıq ödəməsinin geri qaytarılması və geri qaytarılanadək gecikdirilmiş hər 1 gün üçün vergi ödəyicisinə 0.1 faiz olaraq ödənilməsi barədə rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3254/2019 saylı iş üzrə qəbul edilmiş 11 oktyabr 2019-cu il tarixli qərarı ilə, İddiaçı ASC-nin iddiasının təmin edilməsi, İddiaçı ASC –yə 90 100.0 manat artıq ödəməsinin geri qaytarılması və geri qaytarılanadək gecikdirilmiş hər 1 gün üçün vergi ödəyicisinə 0.1 faiz olaraq ödənilməsi barədə rəyin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Departamenti xx.xx.2019-cu il tarixdə apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-3254/2019 saylı, 11 oktyabr 2019-ci il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-187/2020 saylı 07 yanvar 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli kassasiya şikayəti əsasında, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1014/2020 saylı, 09 iyun 2020-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 yanvar 2020-ci il tarixli 2-1(103)-187/2020 saylı qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-114/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1315/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsini İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)-114/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3254/2019 saylı, 11 oktyabr 2019-cu il tarixli qərarı qanuni qüvvəyə mindikdən sonra 11 oktyabr 2021-ci il tarixli icra məktubu ilə icra edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə göndərilmişdir İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 13 oktyabr 2021-ci il, daha sonra xx.xx.2021-ci il tarixlərdə məhkəməyə müraciət edilərək, cavabdeh tərəfindən məhkəmə qərarının tam icra edilmədiyi bildirilmiş və cavabdeh inzibati orqanın 50000 manat məbləğində cərimə edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3254/2019 saylı, 23 fevral 2022-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli, 2- 1(82)- 3254/2019 saylı qərarı “qaytarılmanın gecikdirilməsinə görə həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün vergi ödəyicisnə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz olaraq ödənilməsi barədə rəyin verilməsi” hissəsində icrasını təmin etmədiyinə görə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 500 (beş yüz) manat məbləğində cərimə təyin еdilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən 500 manat məbləğində cərimənin məcburi qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3254/2019 saylı işi üzrə qəbul edilmiş 11 oktyabr 2019-cu il tarixli qərarının 90 100.0 manat artıq ödəmə geri qaytarılanadək gecikdirilmiş hər 1 gün üçün vergi ödəyicisinə 0.1 faiz olaraq ödənilməsi barədə rəyin verilməsi hissəsində rəy veriləcək məbləğ və dövr qeyd olunmadığından qərarın icrası zamanı çətinliklər yaranmışdır. Birinci instansiya icraatı zamanı Baş İdarə, qərarın tam icrası üçün rəy veriləcək məbləğin və dövrün müəyyən edilməsi ilə bağlı məhkəmədən qısa bir vaxt istənilməsinə baxmayaraq, məhkəmə əsassız olaraq cavabdehi cərimə etmişdir. Həmçinin, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı 90 100.0 manat artıq ödəmənin geri qaytarılması və 90 100.0 manat artıq ödəmənin geri qaytarılanadək gecikdirilmiş hər 1 gün üçün vergi ödəyicisinə 0.1 faiz olaraq ödənilməsi barədə rəyin verilməsi təmin olunmuşdur və rəy apellyasiya şikayətinə əlavə olunmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının tam icrasının təmin edildiyini və bu səbəbdən birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçınnı nümayəndəsi və vəkili iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin, izahatında bildirdi ki, cavabdeh inzibati orqan tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3254/2019 saylı işi üzrə qəbul edilmiş 11 oktyabr 2019-cu il tarixli qərarının 90 100.0 manat artıq ödəmə geri qaytarılanadək gecikdirilmiş hər 1 gün üçün vergi ödəyicisinə 0.1 faiz olaraq ödənilməsi barədə rəyin verilməsi hissəsində qərar tam icra edilməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin məhkəmə qərarının tam icra edilməməsinə görə cavabdeh inzibati orqana cərimə təyin edilməsi ilə bağlı gəldiyi nəticə əsaslı və qanuni olmuşdur. Belə ki, Bakı İnzibati Məhkəməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanladığı 01 dekabr 2021-ci il tarixli məktubuna əsasən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)- 3254/2019 saylı işi üzrə 11 oktyabr 2019-cu il tarixli qərarının “qaytarılmanın gecikdirilməsinə görə həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün vergi ödəyicisnə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz olaraq ödənilməsi barədə rəyin verilməsi” hissəsində icra edilməsinə dair sübutun 10 gün müddətində məhkəməyə təqdim olunması tələb edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2022-ci il tarixdə məhkəmə qərarının icrası barədə məlumat verərək bildirmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı 90 100.0 manat artıq ödəməsinin geri qaytarılması barədə rəyin verilməsi hissəsində təmin olunmuş, qərarın 90 100.0 manat artıq ödəməsinin geri qaytarılanadək gecikdirilmiş hər 1 gün üçün vergi ödəyicisinə 0.1 faiz olaraq ödənilməsi hissəsi ilə bağlı isə, İddiaçı Açıq Səhmdar Cəmiyyətində (VÖEN **********) Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən fəaliyyətinin yoxlanılması üçün növbədənkənar səyyar vergi yoxlaması aparılır. Qeyd olunanlarla əlaqədar qanunamüvafiq tədbirlər görülərək nəticəsi barədə məlumat veriləcəkdir. Birinci instansiya məhkəməsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qərarın icra edilmədiyi halda cərimə tətbiq ediləcəyi barədə 11 yanvar 2022-ci il tarixdə xəbərdarlıq göndərmişdir Beləliklə, cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3254/2019 saylı işi üzrə qəbul edilmiş 11 oktyabr 2019-cu il tarixli qərarının tam və vaxtında icra edilməməsi aşkardır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin İİ hissəsinə uyğun olaraq, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 79.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. İnzibati Prosessual Məcəlləsinin 79.2-ci maddəsinə əsasən məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 116.1-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 120.1-ci maddəsinə əsasən, bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir.; 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir.; 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili olan məhkəmə qərarının 90 100.0 manat artıq ödəməsinin geri qaytarılanadək gecikdirilmiş hər 1 gün üçün vergi ödəyicisinə 0.1 faiz olaraq ödənilməsi hissəsində də artıq icra edildiyi dəlili ilə bağlı qeyd edir ki, cərimənin mahiyyəti məhz məhkəmə qərarlarının vaxtında və tam icrasını təmin etməkdən ibarətdir. Hazırki işdən isə aydındır ki, cavabdeh inzibati orqan tərəfindən qanuni qüvvəyə minmiş və vaxtında icra olunması üçün müddət təyin edilərək göndərilmiş məhkəmə qərarının icrası tam həyata keçirilməmiş və birinci instansiya məhkəməsi də haqlı olaraq məsələni araşdırıb inzibati orqanı cərimələmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə qərarı vaxtında tam icra edilmədiyinə görə təyin olunan cərimənin ləğvi üçün əsas yoxdur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 120-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3254/2019 saylı, 23 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-2083/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2083/2022
16.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver