Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2087/2021 01.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, nümayəndəsi-vəkili Vəkil2, cavabdehin nümayəndəsi X10 və üçüncü şəxs X14 nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər X21, X12, X17, X13 və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti cəlb edilməklə) sərəncamın etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-516/2021 saylı 20 may 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 28 sentyabr-01 oktyabr 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər X21, X12, X17 və X13) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X18 müstəsna olaraq R.Ağayev küçəsi 17 nömrəli evin 1 otaqlı sahəsi 15.6 kv.m olan 2-ci mənzilinin verilməsi və pasport qeydiyyatına alınması haqqında Cavabdeh başçısının 25 fevral 1997-ci il tarixli 250 saylı sərəncamının hüquqi qüvvəsi olmayan hesab edilməklə etibarsız hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, öz ailəsi ilə birlikdə 1993-cü ilin oktyabr ayında erməni quldurları tərəfindən Zəngilan rayonu işğal edildikdən sonra Bakı şəhərində məskunlaşmağa məcbur olmuşdur. Həmin dövrdən hal-hazırki günədək onlar ünvan 1 ünvanda fərdi ev tikməklə orada yaşayır və həmin ünvanda müvəqqəti qeydiyyata götürülmüşlər. 1993-cü ilin oktyabr ayından hal-hazırkı günədək özünə məxsus və onun tərəfindən tikilmiş, ona məxsus fərdi evdə yaşayır. Təxminən 2017-ci ilin əvvəllərində Nizami Rayon Məhkəməsindən ona bildiriş gələrək məhkəməyə dəvət edilmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, X21 öz ailə üzvləri ilə birlikdə onun evinə pasport qeydiyyatına götürülüblər. V.İ.Muradov ona qarşı iddia qaldıraraq onun evinə köçmək istəyir. X14 iddiası ünvan 2 ünvana köçürülməsi barədədir. Belə ki, iddiaçının evi mənzil deyil fərdi evdir. Məhkəmə araşdırılması zamanı (Ali Məhkəmədə) müəyyən olunmuşdur ki, X14 qeydiyyata götürülməsi barədə Cavabdeh 25 fevral 1997-ci il tarixli, 250 saylı Sərəncamı mövcuddur. Həmin Sərəncam Cavabdeh 10 iyun 1993-cü il tarixli, 2273 saylı Sərəncamına qismən dəyişiklik edilməsi barədədir. Cavabdeh 10 iyun 1993-cü il tarixli, 2273 saylı Sərəncamı V.İ.Muradovun Korolenko küçəsi, 55 nömrəli evin 24-cü mənzilinə pasport qeydiyyatına alınması barəsindədir. Əslində isə həmin 25 fevral 1997-ci il tarixli, 250 saylı Sərəncamı tamamilə saxtalaşdırılıb. Həmin X5 heç bir aidiyyəti yoxdur. Belə ki, həmin 10 iyun 1993-cü il tarixli, 2273 saylı Sərəncamı Q.Qarayev küçəsindəki 94 nömrəli evin 48-ci mənzilində yaşayan vətəndaş X4 adına şəxsi ev kimi sənədləşdirilməsi haqqındadır. Bütün bu səbəblərdən iddiaçının hüququ kobud surətdə pozulur və hesab edir ki, Cavabdeh 25 fevral 1997-ci il tarixli, 250 saylı Sərəncamı etibarsız hesab edilməlidir. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2431/2020 saylı 27.02.2020-ci il tarixli qərardadı ilə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X18 müstəsna olaraq R.Ağayev küçəsi 17 nömrəli evin 1 otaqlı sahəsi 15.6 kv.m olan 2-ci mənzilinin verilməsi və pasport qeydiyyatına alınması haqqında Cavabdeh başçısının 25 fevral 1997-ci il tarixli 250 saylı sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-516/2021 saylı 20 may 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: E.Əliyev) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə nəzərə almamışdır ki, Sərəncamın etibarsız hesab edilməsi barədə iddianı bu sərəncamın verilməsi nəticəsində hüquqları pozulmuş vətəndaşlar, ixtiyarında mübahisəli yaşayış sahəsi olan və Sərəncamın qanunvericiliyə zidd verildiyini hesab edən səlahiyyətli icra hakimiyyəti orqanları, nazirliklər, dövlət komitələri, müvafiq müəssisələr, idarələr və təşkilatlar qaldıra bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddənin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən məhkəməyə şikayət verə bilər. Məhkəmə tərəfindən mübahisəli mənzilin ümumiyyətlə mövcud olub-olmaması müəyyən edilə bilməmişdir. Məhkəmə müəyyən enə bilməmişdir ki, mübahisə edilən əmlak fərdi evdir və ya mənzildir. (həmin ərazidə çoxmənzilli bina mövcud deyildir və ərazidə yalnız fərdi evlər mövcuddur. DƏDRX-nin məhkəməyə ünvanladığı arayış da bunu təsdiq edir) Mülki Prosessual qanunvericiliyin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hazırki halda iddia ərizəsində qeyd edilən tələbləri irəli sürməkdə iddiaçının məqsədi sahibliyində olduğu fərdi evə qanunsuz və əsassiz müdaxilənin qarşısını almaqdan ibarətdir. Hesab edirlər ki, cavabdehin məqsədi iddiaçıya məxsus fərdi evi tamah məqsədi ilə ələ keçirmək olmuşdur. Digər tərəfdən iddiaçı tərəfindən sərəncamın ləğv edilməsi zəruriliyi əsaslandırılmışdır. Tərəflərindən bu barədə Cavabdehnə müraciət olunmuş, belə bir Sərəncamın mövcud olmaması səbəbindən etibarsız hesab olunmamışdır. Cavabdeh 25 fevral 1997-ci il tarixli, 250 saylı Sərəncamı mövcuddur. Həmin Sərəncam Cavabdeh 10 iyun 1993-cti il tarixli, 2273 saylı Sərəncamına qismən dəyişiklik edilməsi barədədir. Guya ki, Cavabdeh 10 yun 1993-cu il tarixli, 2273 saylı Sərəncamı V.İ.Muradovun Korolenko küçəsi, 55 nömrəli evin 24-cü mənzilinə pasport qeydiyyatına alınması barəsindədir. Əslində isə həmin 25 fevral 1997-ci il tarixli, 250 saylı Sərəncamı tamamilə saxtalaşdırılıb. Həmin X5 heç bir aidiyyəti yoxdur. Belə ki, həmin 10 iyun 1993-cii il tarixli, 2273 saylı Sərəncam Q.Qarayev küçəsindəki 94 nömrəli evin 48-ci mənzilində yaşayan vətəndaş X4 adına şəxsi ev kimi sənədləşdirilməsi haqqındadır. Bütün bu səbəblərdən iddiaçımı hüququ kobud surətdə pozulur və hesab edir ki, Cavabdeh 25 fevral 1997-ci il tarixli, 250 saylı Sərəncamı etibarsız hesab edilərək ləğv edilməlidir. Apelyasiya baxışı zamanı İddiaçı və nümayəndəsi-vəkili Vəkil2 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X10 və üçüncü şəxs X14 nümayəndəsi X20 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə üçüncü şəxslər X21, X12, X17, X13 və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı X18 müstəsna olaraq R.Ağayev küçəsi 17 nömrəli evin 1 otaqlı sahəsi 15.6 kv.m olan 2-ci mənzilinin verilməsi və pasport qeydiyyatına alınması haqqında Cavabdeh başçısının 25 fevral 1997-ci il tarixli 250 saylı sərəncamının etibarsız hesab edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və məhkəmə belə qənaətə gəlmişdir ki, inzibati aktların etibarsız sayılmasına dair əsaslar mövcud qanunvericilikdə konkret göstərildiyindən və iddiaçının hazırkı iddia ilə mübahisələndirdiyi Bakı şəhəri Cavabdeh başçısının 25 fevral 1997-ci il tarixli, 250 saylı sərancamının etibarsız sayılması üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65-ci maddəsində göstərilən tələblərdən heç biri mövcud olmadığından, hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Cavabdeh başçısının “Cavabdeh 10 iyun 1993-cü il tarixli 2273 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında” 25 fevral 1997-ci il tarixli, 250 saylı Sərəncamında Rayon İcra Hakimiyyətinin 10 iyun 1993-cü il tarixli 2273 nömrəli sərəncamında düzəliş edilməsi, vətəndaş V.İ.Muradova müstəsna olaraq R.Ağayev küçəsi 17 nömrəli evin 1 otaqlı sahəsi 15.6 kv.m olan 2-ci mənzilinin verilməsi və pasport qeydiyyatına alınması göstərilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Cavabdeh başçısının 10 iyun 1993-cü il tarixli 2273 nömrəli sərəncamında Q.Qarayev küçəsindəki 94 №-li evin 48-ci mənzilində yaşayan vətəndaş X2 adına şəxsi ev kimi sənədləşdirilməsi göstərilmişdir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna cavab olaraq 09.07.2020-ci il tarixli məktubla bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Rafiq Ağayev küçəsi, ev 17, 2 saylı mənzilin qeydiyyatdan keçməsi haqqında məlumat İdarənin arxivində aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6275/19 saylı 29.09.2019-cu il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin 07 fevral 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı X14 cavabdehlər İddiaçı və X1 qarşı “mənzilə köçürülmə” barədə iddiası təmin edilərək, iddiaçının ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Rafiq Ağayev küçəsi, 17 saylı evin 2-ci mənzilinə köçürülmələri qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3673/2019 saylı 30 aprel 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 07 fevral 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6275/19 saylı 29.09.2019-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 aprel 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Müddəaların sadalanması onunla bağlıdır ki, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Müəyyən etmə və ya tanınma haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, iddiaçı ilə inzibati orqan arasında hüquq münasibətlərinin mövcud olub-olmaması və belə münasibətlərin müəyyən edilməsində iddiaçının marağının xarakteri, habelə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi və yaxud qəbul edilmiş inzibati aktın artıq icra edilibedilməməsi yoxlanılmalıdır. Habelə, müəyyən etmə və ya tanınma haqqında iddia yalnız o halda mümkün hesab oluna bilər ki, əgər həmin növ iddia iddiaçının inzibati orqanla münasibətlərin qısa müddətdə müəyyən edilməsində maraqlı olduğu hallarla əsaslandırılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28.12.2015-ci il tarixli qərarında müəyyən etmişdir ki, “İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. İddianın mahiyyətindən görünür ki, İddiaçı Cavabdeh başçısının 25 fevral 1997-ci il tarixli, 250 saylı sərancamının etibarsız hesab edilməsini tələb edir və tələbini onunla əsaslandırır ki, 25 fevral 1997-ci il tarixli, 250 saylı Sərəncamı saxtalaşdırılıb. Belə ki, həmin X5 heç bir aidiyyəti yoxdur. Belə ki, həmin 10 iyun 1993-cü il tarixli, 2273 saylı Sərəncamı Q.Qarayev küçəsindəki 94 nömrəli evin 48-ci mənzilində yaşayan vətəndaş X4 adına şəxsi ev kimi sənədləşdirilməsi haqqındadır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6275/19 saylı 29.09.2019-cu il tarixli qərarından isə görünür ki, X14 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Rafiq Ağayev küçəsi, 17 saylı evin 2-ci mənzilinə köçürülmələri barədə iddia tələbi təmin edilmişdir. Həmçinin qeyd olunan qərardan görünür ki, apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı Şəhəri Cavabdeh başçısının 250 saylı, 25 fevral 1997-ci il tarixli sərəncamı ilə 10 iyun 1993-cü il tarixli, 2273 saylı sərəncama düzəliş edilmiş, mübahisəli mənzil iddiaçının istifadəsinə verilmişdir. Zəngilan rayonundan məcburi köçkün olan cavabdehlər X6 və X3 rayonun işğalından sonra həmin ünvanda məskunlaşmışlar. Gülzar Allahverdiyeva hal-hazırda başqa ünvanda yaşayır. İddiaçı X21, onun həyat yoldaşı X12, oğlu X17 və qızı X13 1997-ci ildən həmin mənzilə pasport qeydiyyatına alınmışlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; kimə ünvanlandığı aydın olmayan inzibati akt etibarsız sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə sərəncamın etibarsız sayılması üçün yuxarıda sadalanan hallardan heç biri mövcud deyil. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, iddiaçı inzibati orqanın bundan təxminən 24 il əvvəl qəbul etdiyi sərəncamın etibarsız hesab edilməsini tələb edir. Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarından görünür ki, tərəflər arasında mübahisə 2017-ci ildən davam etmiş və həmin dövrdən hazırki iş üzrə mübahisələndirilən Cavabdeh Başçısının 25 fevral 1997-ci il tarixli 250 saylı sərəncamının mövcudluğu iddiaçıya məlum olmuşdur. İddiaçı hazırki iddia tələbi ilə 28.01.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddia qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verilmişdir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyristabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzrlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair qərarında qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Avropa İnsan Hüquqları Məhkəməsi “Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli Qərarında göstərilmişdir ki, atılmalı olan formal addımları və şikayətin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin prinsipləri ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Avropa Məhkəməsi “Novakoviç Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi həmin qərarında məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən, hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§20-21). İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İşə baxan birinci instansiya məhkəməsi mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparılmalı idi. Eyni zamanda qeyd etmək lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunun tələb edib-etməmələrindən asılı olmayaraq, xidməti vəzifəsinə görə yoxlamalı idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunan halları araşdırmaq apelyasiya instansiyası məhkəməsinin də xidməti vəzifəsinə aid olduğundan məhkəmə kollegiyası bu barədə araşdırma apararaq müəyyən etmişdir ki, işə birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin mümkünlük şərtlərini düzgün yoxlamadan işi mahiyyəti üzrə araşdırıb müvafiq qərar qəbul etmişdir ki, bununla da düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia mümkün sayılmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-516/2021 saylı 20 may 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2087/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2087/2021
01.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver