Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2087/2023 30.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüqüqunun qeydiyyata alınıb reyestrdən çıxarışın verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8326/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Zirə bağlar sahəsində 243 saylı BTK nəzdində (ərazisində) olan 0,12 hektar, 273/7 №-li bağ sahəsi üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş etmirşdir. İddianın əsaslarına görə İddiaçı xx.xx.1959-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhər İcra Hakimiyyətinin 06 iyul 1992- ci il tarixli, 898 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə bağlar sahəsində 243 saylı BTK nəzdində 0,12 ha bağ sahəsi olan 273/7 №-li bağ ona ayrılmış və bunula bağlı olaraq 9 saylı order verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 07 iyun 2021ci il tarixli məktubu ilə sözügedən bağ sahəsinə dair onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, mütəxəsisslər tərəfindən ünvana baxış keçirilən zaman ərazidə olan bağ sahələrinin yerləşmə ardıcıllığı və hasarlanması bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından bağ sahəsinin koordinatlarını mövcud sənədlər əsasında müəyyən etmək mümkün olmamışdır. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırılmışdır ki, iddiaçının tələbləri üzrə aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən əraziyə keçirilən baxış zamanı ərazidə olan bağ sahələrinin yerləşmə ardıcıllığı və hasarlanması bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından bağ sahəsinin koordinatlarını mövcud sənədlər əsasında müəyyən etmək mümkün olmamışdır. Kadastr məlumatlarına əsasən 273 saylı bağ sahəsinin ərazisi sxematik xəritəyə əsasən iddia olunan ərazidən 600 m kənarda yerləşir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********00 saylı xx.xx.2021, **********70 saylı xx.xx.2021-ci il tarixli cavab məktubları ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8326/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Zirə bağlar sahəsində 243 saylı BTK nəzdində (ərazisində) olan 0,12 hektar, 273/7 №-li bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, idarənin mütəxəssisləri tərəfindən əraziyə keçirilən baxış zamanı ərazidə olan bağ sahələrinin yerləşmə ardıcıllığı və hasarlanması bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından bağ sahəsinin koordinatlarını mövcud sənədlər əsasında müəyyən etmək mümkün olmamışdır. Kadastr məlumatlarına əsasən 273 saylı bağ sahəsinin ərazisi sxematik xəritəyə əsasən iddia olunan ərazidən 600 m kənarda yerləşir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1242 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-495/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi H.Allahverdiyev mübahisəli bağ sahəsinə dair orderinin idarənin arxvində mövcud olduğunu bildirsə də, apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını, iddiaçının nümayəndəsi Vəkil isə həmin bağ sahəsinin hal-hazırda iddaçının istifadəsində olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını təkrar apellyasiya qaydasında araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, “sxematik xəritədə 273 nömrəsi qeyd olunduğu halda, iddiaçının sənədlərində 273/7 qeyd edilmişdir. Odur ki, məhkəmə tərəfindən 273 nömrəli bağ ilə 273/7 nömrəli bağın eyni olub-olmaması araşdırılmalı idi. Bununla yanaşı, 273 nömrəli bağ sahəsinə dair başqa şəxslərin adına hüquqmüəyyənedici sənədlərin mövcudluğu yoxlanılmalı, 273 nömrəli bağ sahəsinin faktiki yerləşmə yeri müəyyən edilməli idi.” Ali məhkəmənin qeyd olunan göstərişlərindən irəli gələrək işə təkrar baxılarkən cavabdeh orqana sorğu göndərəilərək, Bakı şəhəri Xəzər rayonu Zirə bağlar sahəsində 243 saylı BTK nəzdində olan 273 nömrəli bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində kimin adına qeydiyyata alınması barədə məlumatın və həmin bağ sahəsinə dair reyestrdə qeydiyyat mövcud olmadığı halda qovluq materiallarının (orderin, sərəncamın və s.) təsdiq oolunmuş surətlərinin məhkəməyə təqdim edilməsi tələb olunmuş, məhkəmənin həmin sorğusu idarə tərəfindən 25 10.2023-cü il tarixli məktubu ilə aşağıdakı kimi cavablandırılmışdır: “ ...243 saylı BTK nəzdində Zirə bağ massivində 273 bağ nömrə ilə torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Sorğunun icrası ilə əlaqədar olaraq 243 saylı BTK nəzdində Zirə bağ massivi, 273/7 saylı bağ sahəsinə dair idarənin arxivində mövcud olan sənədlərin, eləcə də xx.xx.1992-ci il tarixli 898 nömrəli sərəncamdan çıxarışın təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilir.” Həmin məktubla məhkəməyə təqdim edilmiş arxiv sənədlərindən isə görünrür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə (müvafiq sənədlər də əlavə etməklə) Bağlar Təsərrrüfatı İdarəsinəinin rəisinə (M.Məmmədova) ərizə ilə müraciət edərək, Zirə sahəsində verilmiş bağa dair order verilməsini xahiş etmiş, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli sərəncamında 243 saylı BTK-nın üzvü kimi (sərəncamın 2.9-cu bəndi) ona da bağ sahəsi ayrılması barədə göstəriş verilmiş , həmin sərəncam əsasında da ona 9 nömrəli orderlə Zirə bağlar massivvində 243 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan, 273/7 nömrəli bağ ayrılmışdır. Qeyd olunmalıdır ki, həmin ərizənin üzərində “06.07.92” “273/7” və orderin üzərinə qoyulmuş dərkənarda isə “06.07.92”, “898”, “273/7”, “Kərimov Ş. imza 0,12” yazıları qeyd olunmuşdur. Tədqiq olunan sənədlərdən göründüyü kimi, iddiaçının iddia etdiyi bağ sahəsinə dair sənədlərdə hər hansı problemli və ziddiyyətli hal aşkar edilmir. Konkret halda, iddiaçının nümayəndəsinin məhkəməyə verdiyi izahatından da göründüyü kimi, həmin order əsasında ona ayrılmış bağ sahəsi hal-hazırda da onun istifadəsindədir. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsi nəzərdə tutur ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsi isə nəzərədə tutur ki, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış bağ sahələrinə hüququn qeydiyyata alınması üçün əsasdır. İşin qeyd olunan halları və qanunun sözügedən tələbləri baxımından, iddiaçının tələbində haqlı olduğu aydın görünür. Cavabdehin apellyasiya şikayətinin, torpaq sahəsinin bağların bölgüsünə dair sxematik xəritəyə uyğun olmadığına və 273 saylı bağ sahəsinin ərazisisindən 600 m kənarda yerləşdiyinə istinad olunan dəlillərinə gəldikdə isə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsinin sorğusuna cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixi cavab məktubundan və ona əlavə edilmiş sxematik xəritədən (i.v.17, 22) görünür ki, 273/7 nömrəsi sxematik xəritədə qeyd olunmayıb. Cavabdehin hazırkı, təkrar apelyasiya mərhələsində məhkəməyə təqdim 25 10.2023-cü il tarixli məktubunda qeyd olunanlardan isə göründüü kimi, 273 bağ nömrə ilə torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Konkret halda işin faktiki halları isə onu göstərir ki, mübahisəli bağ sahəsi iddiaçının istifadəsindədir. Bununla əlaqədar məhkəmə kollegiyası onu qeyd edir ki, 273/7 nömrəli bağ sahəsinin sxematik xəritədə qeyd olunmaması və yaxud həmin bağın, əslində, “273” nömrəli bağ olması və s. bu kimi nömrə və sxematik xəritə uyğunsuzluqarı - 1992-ci ildən qanuni əsaslarla istifadəsinə verilmiş və hal-hazırda da faktiki istifadəsində olan, bağ sahibi olan İddiaçı mülkiyyət hüqununu məhdudluşdıra və həmin bağın onun adına reyestrdə qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz. Ən azından, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun, hüquqların dövlət qeydiyyatından imtina hallarının təsbit olunduğu 15-ci maddəsində qeyd olunan əsasla qeydiyyatdan imtina nəzərdə tutulmamışdır. Digər tərəfdən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.20-ci bəndi isə nəzərdə tutur ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdeh qeydiyyat orqanının vəzifəsidir. Beləliklə də, göstərilənlər onu deməyə əsas verir ki, cavabdeh, mübahisəli bağ sahəsini iddiaçının adına qeydiyyata almaqdan imtina etməklə onun qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsininin tələbindən də görünür ki, aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8326/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8326/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2087/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2087/2023
30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver