Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2087/2024 08.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Əkbərov Kamran Hüseyn oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması tələbinə dair” inzibati mübahisə üzrə iddiaçının iddiadan imtina barədə ərizəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə iclası keçirmədən, yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İ. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2925/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək aşağıdakılar qərara alınmışdır: “...Cavabdeh xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna 244,07 manat və Dövlət Sosial Müdafiə Fonduna 1252,81 manat məbləğində borcuna görə fərqləndirici əlaməti qiyməti 10000 manat məbləğində 2011-ci il buraxılış olan “Nissan Tida“ markalı (ağ mirvari rəngli, C11418249 kuzov nömrəli) **-CN- *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi olmaqla, ümumilikdə 10000 manat məbləğində siyahıya alınmış əmlakı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılsın. Göstərilən daşınar əmlakın satılmasından əldə edilmiş məbləğdən cavabdehin yuxarıda göstərilən məbləğdə borcu tutularaq dövlət büdcəsinə ödənilsin. Satışdan artıq qalan məbləğ cavabdehə qaytarılsın....” Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2087/2024 saylı 18 iyul 2024-cü il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin həmin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə iddiadan imtina edilməsi barədə ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, Cavabdeh (VÖEN:1********) ilə bağlı onun icraatında olan 2-1(103)-2087/2024 nömrəli iş üzrə əmlakınsiyahıya alınması haqqında mövcud qərarlar üzrə vergi ödəyicisinin dövlət büdcəsinə və müvafiq fondlara borcu qalmamış və iş üzrə icraat vərəqəsi bağlanmışdır. Odur ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin (“İPM”) 55.1-ci maddəsinə müvafiq olaraq iiddiaçının iddiadan imtina etdiyinin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə kollegiyası iş materiallarını nəzərədən keçirib belə hesab edir ki, iddiaçının iddiadan imtina edilməsi barədə ərizəsi təmin edilməlidir. Belə ki, İPM-in 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Cavabdehin işə əlavə olunmuş xx.xx.2024-cü il taixli ərizəsindən görünür ki, iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraat xitam verilməsinə etiraz etmir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının iddiadan imtina etməsi məhkəmə tərəfindən qəbul edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının və Bakı İnzibati Məhkəməsinin qeyd olunan qərarları ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 80, 83, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının iddiadan imtina barədə ərizəsi təmin edilsin. İddiadan imtina qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2087/2024 saylı 18 iyul 2024-cü il tarixli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2925/2024 saylı xx.xx.2024-cü il tarixli qərarları ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(103)-2087/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2087/2024
08.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver