Məhkəmə qərarları › İş №2-1(103)-2088/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2088/2022

27.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2088/2022 27.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), oğlu və Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair” Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)- 5689/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə iddiaçı tərəfindən iddia olunur ki, N99N-ci ilin sonlarında yaradılmış N saylı Ağdam özünümüdafiə batalyonun tərkibində N992-ci ilin yanvar ayından N992-ci ilin dekabr ayinədək hərbi xidmətdə olaraq, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə (Sırxavənd, Bəşirlililər, Ballıqaya, Qaraşlar) iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş arxiv arayışında N saylı hərbi hissənin komandirinin xx.xx.N992-ci il tarixli 2 nömrəli əmrində şəxsi heyətin siyahısında bölmə komandiri, sıravi olaraq onun adı qeyd olunsa da, ona məxsus hərbi biletdə hərbi xidməti ilə bağlı heç bir qeyd aparılmamışdır. O, veteran adı və vəsiqəsi verilməsi üçün cavabdehə müraciət etmiş lakin sonuncu ona ünvanladığı xx.xx.202N-ci il tarixli cavab məktubunda döyüş əməliyytları aparılan zaman xx.xx.N992-ci il tarixdən sonra N nömrəli hərbi hissədə hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv sənədlərində məlumat aşkar olunmadığına görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-5689/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə, özünü inzibati orqan kimi aparmış, qanunsuz və əsassız qərar qəbul etmişdir. Belə ki, o, N saylı Ağdam özünümüdafiə batalyonun tərkibində N992-ci ilin yanvar ayından N992-ci ilin dekabr ayinədək hərbi xidmətdə olmuş, döyüşlərdə (Sırxavənd, Bəşirlililər, Ballıqaya, Qaraşlar) iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş arxiv arayışında N saylı hərbi hissənin komandirinin xx.xx.N992-ci il tarixli 2 nömrəli əmrində şəxsi heyətin siyahısında bölmə komandiri, sıravi olaraq onun adı qeyd olunmuşdur. Ona məxsus hərbi biletdə isə nəinki çıxış əmri, hətta giriş əmri belə yoxdur. Bu isə bir daha onu sübut edir ki, onun hərbi biletində həmin qeydlərin olmaması məhz səhlənkarlıq və ya həmin dövrdə mövcud olmuş ağır hərbi vəziyyətlə əlaqədar olmuşdur. Onun adının xx.xx.N992-ci il tarixli əmrdə olması sübut edir ki, döyüş əməliyyətlarında birbaşa iştirak etmişdir. Onunla döyüşən şəxsələrə müharibə veteranı statusu verilsə də, onun müvafiq müraciətindən imtina olunmuşdur. Hərbi bileti doldurmaq hərbi hissənin vəzifəsidir. Məhkəmə mötəbər sübutlara düzgün hüquqi qiymət verməmiş, işin faktiki hallarını və tərəflərin həqiqi vəziyyətininin işin hallarına uyğunluğunu dəqiqliklə yoxlamamışdır. Ona görə də məhkəmənin qərarı ləğv edilməli və mübahisəyə yenidən baxılaraq ədalətli qərar qəbul olunmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, N9 ildir veteran adı almaq üçün yollardadır. O, N992-ci ildə N saylı hərbi hissənin tərkibində xidmət etmiş, lakin sonradan hərbi hissədən hərbi bileti ona qaytarılaraq demişlər ki, çıxıb evə getsin, o da hərbi hissəni tərk edərək evinə çıxıb getmişdir. İddiaçı hesab etmişdir ki, iddia tələbinin təmin olunmalıdır. Məhkəmə kollegiyasının iclasınının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin Müdəfiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini tələb etmiş, birinci instansiya məhkəməsi tərəfindən isə onun iddiası rədd olunmuşdur. İddiaçının apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, o, birinci instansiya məhkəməsinin qərarını əsassız hesab edərək mübahisələndirir ki, Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivi tərəfindən verilmiş arxiv arayışında N saylı hərbi hissənin komandirinin xx.xx.N992-ci il tarixli 2 nömrəli əmrində şəxsi heyətin siyahısında onun adının qeyd olunması ilə sübuta yetirilir ki, döyüşlərdə iştirak etmişdir. Məhkəmə kollegiyası iddiaçının qeyd olunan dəlillərini əsassız sayır. Belə ki, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin: N-ci hissəsinin 3-cü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılır; Həmin maddənin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin N-ci hissəsinin N-ci bəndinin səkkizinci yarımbəndinin hazırda qüvvədə olan müddalarına əsasən müharibə veteranı adı - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın Ndən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, müharibə veteranı adı şəxsin hərbi xidmət keçdiyi orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Lakin konkret halda, qanunvericiliyin qeyd olunan tələblərinə müvafiq olan sənədlərlə təsdiq edilmədiyindən, iddiaçıya veteran adı verilməsi mümkün deyildir. Birinci instansiya məhkəməsinin sorğusu əsasında əldə edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.20N9-cu il tarixli 9/2-8838 saylı Arxiv arayışında onun adının N saylı hərbi hissənin komandirinin xx.xx.N992-ci il tarixli 2 nömrəli əmrində şəxsi heyətin siyahısında bölmə komandiri, sıravi olaraq qeyd olunması isə heç də onun döyüş əməliyyatlarında iştirak etdiyini deməyə əsas vermir. Belə ki, həmin arxiv arayışda, həmçinin qeyd olunur ki, iddiaçının N saylı hərbi hissənin komandirinin dekabr N992-ci il tarixli tarixli nizami hissə üzrə əmrlərində xidməti barədə məlumat aşkar edilməmişdir. Əslində, iddiaçının məhkəməyə verdiyi izahatından da aydın olur ki, o, N992-ci ildə hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilsə də evə buraxılmışdır. Qeyd olunmalıdır ki, onun hərbi hissədən qanuni əsaslarla evə buraxılması sübutlarla təsdiq olunmur. İş materiallarına əlavə olunmuş xx.xx.N986-cı ildə “Ağdam” hərbi komissarlığı tərəfindən verilmiş 29035 saylı hərbi biletində isə onun qeyd olunan hərbi hissədə hərbi xidməti, döyüş əməliyyatlarında iştirakı və ehtiyata buraxılması ilə bağlı heç bir qeydlər mövcud deyildir. Ümumiyyətlə, iddiaçının dediyi kimi, N992-cü ildə hərbi hissədən evə buraxılması da mümkün ola bilməzdi. Çünki, ən azından N994-cü ilin may ayının N2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən göyüşlər davam etmiş, səfərbərliyə çağrılanların ehtiyata buraxılması isə N996-cı ildən həyata keçirilməyə başlamışdır. Döyüş əməliyyatları dövründə hərbi xidmətin əsasında duran mühüm meyarlar, şəxsin təkcə hərbi hissəyə daxil olması və onun şəxsi heyətin siyahısında təsbit olunmasını deyil, onun nizamlı həmin hərbi hissənin tərkibində qalıb hərbi tapşırıqları yerinə yetirməsi və qanuni əsaslarla ehtiyata buraxılmasını da ehtiva edir. İddiaçı tərəfindən isə xidmətkeçmənin qeyd olunan şərtlərinə riayət olunduğu sübut olunmur. Halbuki, İPM-in N4.3-cü maddəsinin tələbi baxımından müharibə veteran adı verilməsi barədə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi məhz iddiaçının üzərinə düşür. Belə olan halda, cavabdeh tərəfindən ona veteran statusunun verilməsindən imtina olunması tam əsaslıdır. Ona görə də həmin imtina iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. Qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsi faktlar nöqteyi-nəzərindən işin hallarına və maddi hüquq normalarına uyğun nəticədir. Azərbaycan Respublikasının İPM-nin 73.N-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya hərəkət və hərəkətsizliyi qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Konkret halda isə, cavabdeh tərəfindən iddiaçıya veteran statusunun verilməsi ilə bağlı qanunvericiliyin qeyd olunan tələblərinə zidd olaraq onun hüquqlarının pozulduğu müəyyən edilmir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin məhkəmə tərəfindən işdə olan sübutlara düzgün hüquqi qiymət verilmədiyini, qanunsuz və əsassız qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-5689/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə və İPM-in 69, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-5689/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi N4, NN93-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Anar Tanrıverdiyev İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar