Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-209/2022 04.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, iddiaçının nümayəndəsi X4, üçüncü şəxs X5 nümayəndəsi, Vəkil iştirakları ilə, İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X8 və Bakı şəhəri Cavabdeh1) “çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-139/2021 saylı, 07.05.2021-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxs X8 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Cavabdeh1 tərəfindən tikinti obyektinin istismarına verilmiş 29.12.2017-ci il tarixli Ə-301-159 saylı icazənin və vətəndaş X5 adına rəsmiləşdirilən 30.10.2018-ci il tarixli ********** saylı çıxarışın etibarsız hesab etməklə ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Bakı şəhəri Cavabdeh1 cavabdehlər sırasından çıxarmaqla iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanla Bakı şəhəri, Zahid Xəlilov küçəsi, bina 26) ünvanında X5 adına rəsmiləşdirilən 30.10.2018-ci il tarixli ********** saylı çıxarışın və çıxarışdan irəli gələn nəticələrin, o cümlədən 05 aprel 2019-cu il tarixdə "xxxx" MMC ilə X8 arasında olan alqı-satqı müqaviləsinin və 04.06.2019cu il tarixli ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasına verilmiş çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandılmışdır ki, Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaranmasından sonra binanın həyətində hər hansı bir tikintinin aparılması yalnız mənzil mülkiyyətçilərinin birgə razılaşması əsasında həyata keçirilir, istənilən obyekt yalnız cəmiyyətin adına təsərrüfat fəaliyyəti kimi sənədləşdirilə bilər. Buna baxmayaraq, Bakı şəhəri Cavabdeh1 Başçısınin vəzifəsini icra edən zaman Səməd İslamov qanunsuz olaraq və Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin 08.09.2017-ci il tarixdə Cavabdeh1nə göndərdiyi məktuba məhəl qoymadan 10.01.2018-ci il tarixdə göstərilən ünvanda avtoyuma məntəqəsinin istismarına icazə vermişdir. X8 məhkəmə proseslərinə məhəl qoymadan, məhkəmənin qətnaməsindən 2 ay sonra 30.10.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın dövlət reyestri xidmətindən sahə mülkiyyətçilərinin ümumi əmlakını natura şəklində ayıraraq ünvan 4 ünvanla Zahid Xəlilov küçəsi 78 B) binanın həyətində yerləşən yuma məntəqəsinə ********** saylı çıxarışı qanunsuz və saxtakarlıqla əldə etmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 28.12.2001-ci il tarixli 821 nömrəli sərəncamı ilə torpaq sahəsi yalnız bina tikintisi üçün ayrılmışdır. Avtoyuma məntəqəsinin tikildiyi torpaq isə bina sakinlərinin ümumi istifadəsində olan yerdir. Cavabdeh1 qanunsuz olaraq tikinti obyektinin istismarına icazə sənədini vermişdir. Həmin sənəddə Fövqəladə Hallar Nazirliyinin X10 Xidmətinin 29.12.2017-ci il tarixli rəyinə istinad edilsə də, sonradan mılum olmuşdur ki, belə bir rəy olmamışdır. Layihədə əks olunan Fövqəladə Hallar Nazirliyinin X10 Xidmətinin «razılaşdırılmışdır» ştampı saxtadır. Əslində razılaşma və rəy möhür və vəzifəli şəxsin imzası ilə təsdiq edilməlidir. Belə bir razılaşma isə mövcud deyil. Fövqəladə Hallar Nazirliyi özü də belə bir rəyin verilmədiyini təsdiq etmişdir. 04.06.2019-cu ildə verilmiş çıxarış da qanunsuzdur və ləğv edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən X8 və Bakı şəhəri Cavabdeh1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-139/2021 saylı 07 may 2021-ci il tarixli qərardadı ilə iddia tələbi «ünvan 1 ünvanla Bakı şəhəri, Zahid Xəlilov küçəsi, bina 26) ünvanında X5 adına rəsmiləşdirilən 30.10.2018-ci il tarixli ********** saylı çıxarışın və çıxarışdan irəli gələn nəticələrin, o cümlədən 05 aprel 2019-cu il tarixdə "xxxx" MMC ilə X8 arasında olan alqısatqı müqaviləsinin ləğv edilməsi» hissəsində mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-139/2021 saylı, 07.05.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 78B ünvanında yerləşən qeyri-yaşayış binasına X5 xüsusi mülkiyyət hüququ ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrində 04.06.2019-cu ildə (qeydiyyat nömrəsi **********) aparılmış qeydiyyatın (həmin qeyri-yaşayış binasına X5 adına 04.06.2019-cu il tarixdə verilmiş çıxarış) ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-139/2021 saylı, 07.05.2021-ci il tarixli qərarının ləğv edilməsini, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, X5 mülkiyyətində olan müvafiq qeyri-yaşayış binasının və yerləşdiyi torpaq sahəsinin ünvan 5 ünvanına və həmin bina üzrə idarəedici olan İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə heç bir aidiyyəti yoxdur. Bu səbəbdən də, İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin digər şəxsin mülkiyyətində olan daşınmaz əmlaka (qeyri-yaşayış binası) dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və buna dair verilmiş reyestrdən çıxarışın mübahisələndirilməsi ilə bağlı subyektiv hüququ yoxdur. Belə ki, İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən mübahisələndirilən ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 32,6 kv.m olan qeyri-yaşayış binasına və yerləşdiyi 0,0036 ha torpaq sahəsinə dair iddiaçı “Yasamal- 11” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin adına hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Eyni zamanda, üçüncü şəxs X8 qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-139/2021 saylı, 07.05.2021-ci il tarixli qərarının ləğv edilməsini, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X8 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının bu iddianı qaldırmağa subyektiv hüququ çatmır. Belə ki, mübahisəli tikili iddiaçının maraqlarından çıxış etdiyi sakinlərin mənzillərinin yerləşdiyi Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 26 saylı binadan müstəqildir. Tikili həmin binaya hər hansı maneə törətmir. Mübahisəli tikili X6 məxsus torpaq sahəsində inşa edilmişdir. İş materiallarına əlavə edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 may 2019-cu il tarixli 2-2(81)- 317/2019 saylı qətnaməsinin surətindən görünür ki, torpaq sahəsi əvvəllər "xxxx" MMC-yə məxsus olmuşdur. Göründüyü kimi, şəxsin özünə məxsus torpaq sahəsində inşa edilmiş tikiliyə verilmiş çıxarışın ləğv edilməsinə dair hazırkı iddiaçının iddia irəli sürməyə subyektiv hüququ çatmamışdır. İddiaçı öz iddiasını həmin tikilinin avtoyuma məntəqəsi kimi fəaliyyət göstərərək sakinlərə narahatlıq yaratmasını bildirsə də, bunu əsaslandırmamışdır. Eyni zamanda sözügedən qeyri yaşayış obyektinin özünün mövcudluğunun onlara nə cür mane yaratması məhkəmə tərəfindən araşdırılmamışdır. Halbuki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 21.09.2020-ci il tarixli 2(102)-3714/2020 saylı qərarında da Ali Məhkəmənin mövqeyi bu istiqamətdə olmuşdur. Məhkəmə qərarında elan edilən sənədlər sırasında, X3 200 nömrəli 03 mart 2020-ci il tarixli ekspert rəyini göstərir. Qeyd edilməlidir ki, bu ekspert rəyi ilə razı olmamışıq, ümumiyyətlə rəy məhkəmə iclaslarında sübut kimi tədqiq edilməmişdir. Məhkəmə işdə olan sübutlara düzgün qiymət verməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş, Çıxarış və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 may 2019-cu il tarixli 2-2(81)-317/2019 saylı qətnamənin surətindən də göründyü kimi, tikilinin yerləşdiyi torpaq sahəsi “MÜLKİYYƏT” hüququ ilə "xxxx" MMC-уэ məxsus olmuşdur. Üçüncü şəxslə bağlanan alqı-satqı müqaviləsindən sonra da torpaqdan geriyə qalan sahə bu gün də "xxxx" MMC-yə məxususdur. Məhkəmə öz qərarını 28.12.2001-ci il tarixli 821 nömrəli sərəncama istinad edərək, həmin sərəncam da, hazırki qeyri-yaşayış obyektinin tikintisinin nəzərdə tutulmaması ilə əsaslandırır. Lakin məhkəmə nəzərə almamışdır ki, məhkəmə prosessində təqdim etdiyimiz həmin sərəncam əsasında hazırlanmış layihəyə verilmiş Texniki pasportunun (məhkəmə bu layihəni sübüt kimi elan belə etməmişdir) surətindən də görünür ki, hazırkı tikili layihədə təmir boksu kimi qeyd edilmiş və təsdiqlənmişdir. Eyni zamanda bildiririk ki, hazırkı tikilinin adının sərəncamda göstərilməməsi ona verilmiş Çıxarışın ləğvinə səbəb ola bilməzdir. Məhkəmə öz qərarını Bakı şəhəri Cavabdeh1 tərəfindən verilən Ə- 301- 159 nömrəli 29 dekabr 2017-ci il tarixli tikinti obyektinin istismarına icazə sənədində FHN X10 Xidmətinin 29.12.2017-ci il tarixli razılaşdırması (rəyi) nəzərə alınaraq ünvan 8 ünvanında yerləşən avtoyuma məntəqəsinin (qeyri-yaşayış obyekti) istismarına X7 29 dekabr 2017-ci il tarixdən icazə verilməsi qeyd olunsa da, Bakı şəhəri Cavabdeh1 qeyd olunan rəyi məhkəməyə təqdim edilməməsi ilə əsaslandırır. Lakin qeyd etməliyik ki, cavabdeh hazırkı çıxarışı FHN rəyi əsasında deyil, Yasamal RİH İstismara icazə aktı əsasında vermişdir. İstismara icazə aktı inzibati akt kimi bu gün də qüvvədədir və o, qüvvədə olduğu halda onun əsasında aparılan qeydiyyatın məhkəmə tərəfindən ləğv edilməsi qanunsuz və əsassızdır. İşə apellyasiya qaydasında baxılarkən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-139/2021 saylı, 07.05.2021-ci il tarixli qərarının ləğv edilməsini, iddianın təmin olunmamasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-139/2021 saylı, 07.05.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs Bakı şəhəri Cavabdeh1 (nümayəndələri) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, üçüncü şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. İş materiallarında olan: - Bakı şəhəri İcra Hakimiyyəti Başçısının «Yasamal rayonu, Z.Xəlilov küçəsindəki 554cü məhəllədə yaşayış binasının və sağlamlıq mərkəzinin layihələşdirilməsinə və tikintisinə icazə verilməsi haqqında» 28.12.2001-ci il tarixli 821 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 19.12.2001-ci il tarixli, 1334/d saylı razılıq məktubu, "xxxx" şirkətinin 06.12.2001-ci il tarixli, 10 saylı müraciəti, Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin 06.04.2001-ci il tarixli, 000928,000929 saylı qeydiyyat vəsiqələri nəzərə alınaraq, Yasamal rayonu, Z.Xəlilov küçəsindəki 554-cü məhəllədə yaşayış binasının və sağlamlıq mərkəzinin (sahəsi 0,6727 ha) layihələşdirilməsinə və tikintisinə icazə verilmişdir. Həmin sərəncama, ayrıc aktına və ayrılmış torpaq sahəsinin cizgisinə əsasən torpaq istifadəçisi olan hüquqi şəxs "xxxx" şirkətidir və torpağın verilmə məqsədi və şərti yaşayış binasının və sağlamlıq mərkəzinin tikintisi təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş qeyri kommersiya hüuqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti 01 may 2017-ci il tarixdə 1117-MM4-0046 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Hüquqi ünvanı ünvan 9yət ərazisi Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 554-məhəllə, ev 26-dır. Fəaliyyət predmeti daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdir. - 1119036747 qeydiyyat nömrəli, 10.05.2019-cu il tarixli hüquqların dövlət qeydiyyaı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 10 ünvanında yerləşən 0,6210 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə "xxxx" MMC-yə məxsusdur. - AN-İ seriyalı ******* saylı 05.04.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 0.67275 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 0.00362 ha hissəsini X2. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 78B ünvanında yerləşən 32.6 kv.m olan qeyri-yaşayış binasına X5 xüsusi mülkiyyət hüququ (payı tam) daşınmaz əmlakın dövlət reyestrində 79 nömrəli reyestr kitabının 7584 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat tarixi 30.10.2018-ci il, qeydiyyat nömrəsi **********. Torpaq sahəsinin mülkiyyət növü «Dövlət», torpaq sahəsi üzərində hüququn növü «İstifadə», torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) «Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar», torpaq sahəsinin ölçüsü «0.00362 hektar» kimi qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 78B ünvanında yerləşən 32.6 kv.m olan qeyriyaşayış binasına X5 xüsusi mülkiyyət hüququ (payı tam) daşınmaz əmlakın dövlət reyestrində 87 nömrəli reyestr kitabının 8289 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat tarixi 04.06.2019-cu il, qeydiyyat nömrəsi **********. Torpaq sahəsinin mülkiyyət növü «Xüsusi», torpaq sahəsi üzərində hüququn növü «Mülkiyyət», torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) «Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar», torpaq sahəsinin ölçüsü «0.0036 hektar» kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarının 9-cu maddəsində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin prosessual qanunvericiliyin tələblərini pozmaqla icraatına qəbul etdiyi iddia ərizəsi üzrə qəbul etdiyi qərar qanuni və əsaslı hesab edilə bilməz. Buna görə də həmin qərar ləğv edilməklə iddia qeyri-mümkün hesab edilməlidir. Belə ki, baxılan iş üzrə iş materiallarına əsasən müəyyən edilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə məxsus deyil. Belə ki, həmin torpaq sahəsi "xxxx" MMC-yə məxsus olmuş və notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən üçüncü şəxs X1. X5 mübahisəli torpaq üzərində mülkiyyət hüququ hüquqların dövlət qeydiyyaı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə, iddiaçının mübahisəli torpaq sahəsinə dair hər hansı hüququ müəyyən edilmədiyindən, eləcə də onun tərəfindən bu hüququ təsdiq edən sənədlər təqdim olunmadığından, onun hazırkı iddianı irəli sürmək üzrə subyektiv hüququ yaranmır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi İPM-də nəzərdə tutulmuş mümkünlük şərtlərinə (iddiaçının hazırki iddia tələbi üzrə subyektiv hüququnun olmaması) cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 87, 89-90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Üçüncü şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-139/2021 saylı, 07.05.2021-ci il tarixli qərarı qərarı ləğv edilsin. İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X8 və Bakı şəhəri Cavabdeh1) “çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-209/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-209/2022
04.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver