Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-209/2023 10.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və xx.xx.2020-ci il tarixdən ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və xx.xx.2020-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2005/2022 saylı 14 aprel 2022-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə 10 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2006-cı ilə qədər olan faktiki sığorta stajı nəzərə alınmaqla xx.xx.2020-ci il tarixdən pensiyanın təyin edilməsi, “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 80 faiz miqdarında artırılmaqla yenidən hesablanması və xx.xx.2020-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona xx.xx.2020-ci il tarixdə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin ona pensiya təyin olunarkən xx.xx.1997- ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan stajı, həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2011-ci il tarixədək ödənilmiş məcburi dövlət sosial sığorta haqları nəzərə alınmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2005/2022 saylı 14 aprel 2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı xx.xx.1997-xx.xx.2005-ci illərdə “Daşkəsən” kiçik müəssisəsində işlədiyi müddət sığorta stajına daxil edilməklə, ona təyin edilmiş əmək pensiyasının xx.xx.2020-ci il tarixdən yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın iddianın təmin edilməyən hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın təmin olunmayan hissəsində məhkəmənin qərarı qanunsuz və əsassızdır. Ona xx.xx.2020ci il tarixində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin olunmuşdur. Pensiya təyin olunan zaman cavabdeh inzibati orqan tərəfindən pozuntuya yol verilmişdir. Belə ki, onun xx.xx.1973-cü ildən hazıra qədər faziləsiz əmək fəaliyyətim olmasına baxmayaraq, cavabdeh onun xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan stajını nəzərə almamış, həmçinin 01.01 2006-cı il tarixindən xx.xx.2011- ci il tarixinə qədər tərəfindən ödənilmiş MDSSH nəzərə almamışdır. Cavabdehə etdiyi müraciətə ümumiyyətlə ötəri yanaşılmış, inzibati araşdırma aparılmamış, qanunvericiliklə müəyyən olunmuş müddətdə cavablandırılmamışdır. xx.xx.2006-cı il tarixinədək ümumi stajı 32 ildən artıq olmasına baxmayaraq cavabdeh xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan stajını nəzərə almamaqla onun hüququnu pozmuşdur. Qeyd olunan dövrdə “Daşkəsən” kiçik müəssisənin direktoru olmuş və DSMF-yə hər ay maaşından ödənişlər olmuşdur. Bundan sonra, yəni 07.01 2005-ci ildən Vüqar-N MMC-nin direktoru olmuş və həmin dövrdən də DSMF-na MDSSH ödənişləri aparılmışdır. Lakin cavabdeh heç bir araşdırma aparmamış, müvafiq orqanlara sorğular verməmiş, xx.xx.2021-ci il tarixli ərizəsinə xx.xx.2021-ci il tarixli imtina məktubu ilə cavab vermiş, həmin məktub isə ona avqust ayında göndərilmişdir. xx.xx.2006-cı il tarixindən xx.xx.2011-ci il tarixinə qədər tərəfindən ödənilmiş MDSSH barədə məhkəmə tərəfindən heç bir araşdırılma aparılmamış, cavabdeh inzibati orqanın əhəmiyyətsiz söz yığınından ibarət olan mübahisənin mahiyyətinə aydınlıq gətirməyən etirazına istinad olunmaqla xx.xx.2006-cı il tarixindən xx.xx.2011-ci il tarixinə qədər olan dövrə münasibətdə iddia təmin edilməmiş, tələbin “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalımın 80 faiz miqdarında artırılmaqla pensiyanıın yenidən hesablanması” hissəsinə isə ümumiyyətlə qiymət verilməmişdir. Məhkəmənin hansı əsasla həmin hissələrdə iddianı rədd etməsi aydın deyil. Məhkəmə qərarında qeyd etmişdir ki, “Məhkəmə, iddiaçının digər “xx.xx.2006-cı il tarixdən xx.xx.2011-ci il tarixədək fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması” tələbini aşağıda qeyd edilənlərə görə əsasız hesab edir. Belə ki, qanunvericilik xx.xx.2006-cı ildən sonra şəxsin iş dövrlərini sığorta stajına o şərtlə daxil edir ki, həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqları ödənilmiş olsun. Məhkəmə araşdırması zamanı, iddiaçının həmin dövrdə işlədiyi "xxxx" MMC tərəfindən iddiaçının xeyrinə xx.xx.2006-cı il tarixdən xx.xx.2011-ci il tarixədək məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi öz təsdiqini tapmamışdır. Bu barədə iddiaçı tərəfindən də hər hansı sübut təqdim edilməmişdir.” Qeyd edilməlidir ki, tərəfindən məhkəməyə kifayət qədər sübutlar təqdim olunmuş, lakin qərardan da göründüyü ki, həmin sənədlər və sübutlar qərarda qeyd olunmamış, onların qəbul olunmamasının səbəbləri qərarda əsaslandırılmamışdır. Halbuki həmin mübahisəli dövrdə müəssisə tərəfindən mütəmadi olaraq DSMF- nun X4 departamentinə hesabatlar verilmiş, MDSSH vaxtı-vaxtında ödənilmişdir. Məhkəmə tərəfindən İPM-nin 12-ci maddəsinin tələblərinə əməl olunmadan, həmin orqanlara sorğular verilmədən, zəruri sənədlər toplanmadan qanunsuz qərar qəbul olunmuşdur. Cavabdeh tərəfindən verilmiş apellyasiya iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, İddiaçı 01.02 1997-07.01 2005-ci il tarixlərdə “Daşkəsən” kiçik müəssisəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi qeyd edilən müəssisənin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından mümkün olmamışdır. Bununla yanaşı İddiaçı xx.xx.2005-xx.xx.2019-cu il tarixlərdə ‘Vüqar- N” firmasında işlədiyi dövrlərdə məcburi dövlət sosial sığorta haqları yalnız 2012-2019-cu il tarixlərdə ödənilmişdir (5101.04 manat). Lakin birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin 14 aprel 2022-ci il tarixli 2-1(112)-2005/2022 nömrəli qərarı əsassız və qanunazidd olduğundan ləğv edilməlidir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi Nümayəndə ərizə təqdim edərək, iddiaçının iddia tələblərinin inzibati orqan tərəfindən təmin edildiyini, şəxsə xx.xx.2023-cü il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasına dair **********9 saylı xx.xx.2023-cü il və 3-17-1/3-1-36959/2023 saylı xx.xx.2023-cü il tarixli qərarların qəbul olunduğunu bildirdi və bununla bağlı iş üzrə icrata xitam verilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil həqiqətən də iddiaçının tələblərinin cavabdeh inzibati orqan tərəfindən təmin olunduğunu qeyd edərək, cavabdehin ərizəsinin məhkəmə tərəfindən qəbul edilməsinə etiraz etmədiyini bildirdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının iş stajını təsdiq edən əmək kitabçasının mövcud olmasına, əmək kitabçasının normativ sənədlərə uyğun tərtib edilməsinə, cavabdeh tərəfindən iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübutun təqdim edilməməsinə istinad edərək iddia tələbinin qismən təmin olunması qənaətinə gəlmişdir. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “ona xx.xx.2006-cı ilə qədər olan faktiki sığorta stajı nəzərə alınmaqla xx.xx.2020-ci il tarixdən pensiyanın təyin edilməsi, “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 80 faiz miqdarında artırılmaqla yenidən hesablanması və xx.xx.2020-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi iddiaçı barəsində xx.xx.2023-cü il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasına dair **********9 saylı xx.xx.2023-cü il və 3-17-1/3-1-36959/2023 saylı xx.xx.2023-cü il tarixli qərarları, həmçinin ərizə təqdim edərək iddiaçıya artıq müvafiq pensiyanın təyin olunduğunu və buna görə də iddiaçının tələbi təmin olunduğu üçün tərəflər arasında artıq mübahisənin qalmadığını bildirmiş, bununla bağlı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi də həqiqətən iddiaçının bütün iddia tələblərinin cavabdeh orqan tərəfindən təmin edildiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci madddəsinə əsasən Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və ödənilməsi” ilə bağlı tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən və bununla da tərəflər arasında mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-209/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-209/2023
10.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver