Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-209/2024 22.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-546/2023 saylı, 30 may 2023-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, TSERAS-ın müraciətə cavabının etibarsız hesab edilməsini və ikinci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı, xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. xx.xx.1997-ci ildən etibarən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində gizir qismində müddətdən artıq həqiqi hərbi xidmətdə, xx.xx.2004-cü ildən isə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində gizir qismində həqiqi hərbi xidmətdə olmuşdur. 2008-ci ildə Ls-Sı diskin yırtığına görə cərrahi əməliyyat keçirmişdir. Əməliyyatdan sonra həmin nahiyədə residivli yırtıq aşkar olunmuşdur (2010-cu ildə). Dəfələrlə ambulator və stasionar müayinə və müalicə olunmasına baxmayaraq, onurğanın Lı-Sı səviyyəsində və nevroloji statusda mənfi dinamika qeyd olunmuşdur. xx.xx.2015-ci ildən ona xəstəlik səbəbindən ikinci dərəcəli əlillik (hərbi xidmət dövrü ilə əlaqədar əlillik) təyin olunmuşdur. Qoşmada bu ərizəyə əlavə edilmiş sənədlər də bunu sübut edir. Əlillik təyinatı zamanı diaqnoz bölməsində "Şmorle düyünləri. Bel fəqərəətrafınöqtələr kəskin ağrılı, valle nöqtələri ağrılıdır, sağ pəncənin parezi qeyd olunur, əzələtonusu və gücü sağ aşağı ətrafda enib, diz refleksi D böyükdür S enib, aşıl sağda alınmır" qeyd olunmuşdur. Əlilliyin müəyyən olunması meyarı - "fəqərəarası disklərin zədələnməsi zamanı sinir"dir. Daha sonra müxtəlif vaxtlarda müayinələrdən keçmiş və əlillik arayışında qeyd olunan diaqnoz öz təsdiqini tapmışdır. xx.xx.2021-ci il tarixli Həkim Məsləhət Komissiyasının 0019003AAB8R Neli Bildirişi və TQS N 088, 0019003AAB8R N-li Tibbi Sosial Ekspert Komissiyasına göndərişdən göründüyü kimi, yenidən bütün zəruri müayinələrdən keçmişdir. Sənədlərlə birlikdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (TSEK-ə) müraciət etmişdir. Tibbi-Sosial Ekspertiza və X3 (TSERAS) müraciətinə cavab olaraq daxil olmuş mesajda qeyd olunmuşdur ki, diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edimişdir. Qoşmada bu ərizəyə əlavə edilmiş iş materiallarına nəzər yetirdikdə ona təyin edilmiş əlilliyin etibarsız hesab edilməsi üçün hər hansı bir halın mövcud olmadığı aydın görünür. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə 2 nömrəli Şəhər Poliklinikası üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının prosessual iştirakına xitam verilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Daha sonra iddiaçı tərəfin “İddiaçı xx.xx.2021-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və "Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 - Osteopatiyalar və xondropatiyalar => M91-M94 - Xondropatiyalar => M93 - Digər osteoxondropatiyalar => M93.8 - ...: Diaqnozun mətni: Onurğanın osteoxondrozu,L5-S1 f/arası disk yırtığına görə aparılmış əməliyyatdan s/v; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi : Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina verilmişdir. Bakı 2 nömrəli Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli 0019003AABE8 saylı göndərişi əsasında baxılmış və "Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40- M54 - Dorsopatıyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr...; Diaqnozun mətni: Şmorle düyünləri.Bel fəqərə ətrafı nöqtələr kəskin ağrılı,valle nöqtələri ağrılıdır,sağ pəncənin parezi qeyd olunur,əzələtonusu və gücü sağ aşağı ətrafda enib,diz refleksi D böyükdür S enib,aşıl sağda alınmır: Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və bel.sağ aşağı ətrafda zəiflik” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar: X1: Xİİİ Sinif - Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40- M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr...; Diaqnozun mətni: Şmorle düyünləri.Bel fəqərəətrafınöqtələr kəskin ağrılı.valle nöqtələri ağrılıdır,sağ pəncənin parezi qeyd olunur,əzələtonusu və gücü sağ aşağı ətrafda enib,diz refleksi D böyükdür S enib,aşıl sağda alınmır; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və bel,sağ aşağı ətrafda zəiflik” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 2 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021 -ci il tarixli 0019003AAB8R saylı göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük- əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40- M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr,..: Diaqnozun mətni: Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələri, L5-S1 fəqərəarası disk yırtığının cərrahi müdaxiləsindən sonrakı kəskin və davamlı kökcük sindromu.(2008ci il).Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, L5-S1 disk yırtığının cərrahi müdaxiləsindən sonrakı kəskin və davamlı kökcük sindromu; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi : Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir" səbəbi ilə imtina verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-546/2023 saylı, 30 may 2023-ci il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti yazılı etiraza uyğun əsaslandırılmışdır və qeyd edilmişdir ki, iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” AR Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə icraatında tərəflərin iştirakı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə 2 nömrəli Şəhər Poliklinikasının 3-cü şəxs statusu ləğv edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə əlilliyin təyin edilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş edir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Birinci instansiya məhkəməsi iddianın mahiyyət üzrə də əsaslı olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarına əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 2.9-cu bəndinə görə Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-cü bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İnzibati işdən görünür ki, iddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və "Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 - Osteopatiyalar və xondropatiyalar => M91-M94 - Xondropatiyalar => M93 - Digər osteoxondropatiyalar => M93.8 - ...: Diaqnozun mətni: Onurğanın osteoxondrozu,L5-S1 f/arası disk yırtığına görə aparılmış əməliyyatdan s/v; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi : Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina verilmişdir. İddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli 0019003AABE8 saylı göndərişi əsasında baxılmış və "Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr...; Diaqnozun mətni: Şmorle düyünlerı.Bel fəqərəətrafınöqtələr kəskin ağrılı,valle nöqtələri ağrılıdır,sağ pəncənin parezi qeyd olunur,əzələtonusu və gücü sağ aşağı ətrafda enib,diz refleksi D böyükdür S enib,aşıl sağda alınmır: Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və bel.sağ aşağı ətrafda zəiflik” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının əlillik vəziyyətinə elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar: X1: Xİİİ Sinif - Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr...; Diaqnozun mətni: Şmorle düyünleri. Bel fəqərəətrafınöqtələr kəskin ağrılı, valle nöqtələri ağrılıdır, sağ pəncənin parezi qeyd olunur,əzələtonusu və gücü sağ aşağı ətrafda enib,diz refleksi D böyükdür S enib,aşıl sağda alınmır; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və bel, sağ aşağı ətrafda zəiflik” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 0019003AAB8R saylı göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük- əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr,.. Diaqnozun mətni: Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələri, L5-S1 fəqərəarası disk yırtığının cərrahi müdaxiləsindən sonrakı kəskin və davamlı kökcük sindromu.(2008ci il).Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, L5-S1 disk yırtığının cərrahi müdaxiləsindən sonrakı kəskin və davamlı kökcük sindromu; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi : Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir" səbəbi ilə imtina verilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Qərardadın icrası ilə bağlı cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məktub təqdim edilmişdir. Həmin məktubdan görünür ki, təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq cavabdeh tərəfindən iddiaçı barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspet komissiyasının xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir: “Bakı şəhər sakini xx.xx.1977-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0019003AAB8R nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. Yenidən əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. (ESDAS **********6). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçıa Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 224 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Funksiyaların mülayim dərəcədə pozulması ilə müşayiət olunan L5-S1 diskogen S1 sağtərəfli radikulit, residivli qedisli, xroniki davamlı ağrı sindromu, hərəki və hissi pozulmaları ilə. L5-S1 diskin yırtığına görə xx.xx.2008-ci il tarixdə aparılmış “L5 fəqərəsinin sapdan hissəvi hemilaminoektomiyası. L5-S1 fəqərəarası disk yırtığının xaric edilməsi” əməliyyatının uzaq qalıq əlamətləri. Onurğanın statik funksiyasının mülayim dərəcədə pozulması ilə onurğanın yayılmış osteoxondrozu. L5-S1 diskin residivli, sağ kökcük dəliyini kəskin daraldan, yırtığı (8.5 mm). C2-C3. C3-C4, C4-C5. C5-C6 disklərin protruziyası. Funksiyaların mülayim dərəcədə pozulması ilə diafraqmanın qida borusu dəliyi yırtığı. Qaraciyərin piy distrofiyası” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əllərində və ayaqlarında keyimədən və ağrılardan şikayətlənmişdir. Nevroloii müayinə zamanı hər iki yuxarı və aşağı ətraflarda reflekslər çağrılmamıs, D=S, əzələ gücü və tonusu dəyişiksiz, hərəkətlər sərbəst müəyyən edilmiş, parez, atrofiya müşahidə olunmamış, hərəki məhdudiyyət qeyd olunmamışdır. Anamnezində şəkərli diabet xəstəsi olduğu ifadə olunsa da, bununla bağlı ekspertizaya heç bir müavinə və müalicə sənədi təqdim olunmamışdır” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ ayağında, qolunda ağrı, keyimə və qıcolmadan, son zamanlar yaddaşsızlıqdan şikayət etmişdir. Müayinə zamanı aşağı və yuxarı ətraflarda əzələləri simmetrik, vətər refleksləri fizioloji zəif alınmış, hipotrofiya, atrofiya, iflic parez aşkar edilməmiş, əlillik təyinatına əsas verən nevrolojı defisit qeyd edilməmişdir. Spero Hospitalın xx.xx.2021-ci il tarixli Bel-oma fəqərələrin KT müayinəsinin nəticəsi “Bel osteoxondrozu. L5-S1 diskin yırtığı” kimi qeyd edilmişdir. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinəni nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntu müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” Komissiyasının 007733 nömrəli “Təkrar müayinədən keçən əlillər üçün” Arayışında qeyd Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspet komissiyasının xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir: “Bakı şəhər sakini xx.xx.1977-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0019003AAB8R nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. Yenidən əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. (ESDAS **********6). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçıa Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 224 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Funksiyaların mülayim dərəcədə pozulması ilə müşayiət olunan L5-S1 diskogen S1 sağtərəfli radikulit, residivli gedişli, xroniki davamlı ağrı sindromu, hərəki və hissi pozulmaları ilə. L5-S1 diskin yırtığına görə xx.xx.2008-ci il tarixdə aparılmış “L5 fəqərəsinin sapdan hissəvi hemilaminoektomiyası. L5-S1 fəqərəarası disk yırtığının xaric edilməsi” əməliyyatının uzaq qalıq əlamətləri. Onurğanın statik funksiyasının mülayim dərəcədə pozulması ilə onurğanın yayılmış osteoxondrozu. L5-S1 diskin residivli, sağ kökcük dəliyini kəskin daraldan, yırtığı (8.5 mm). C2-C3. C3-C4, C4-C5. C5-C6 disklərin protruziyası. Funksiyaların mülayim dərəcədə pozulması ilə diafraqmanın qida borusu dəliyi yırtığı. Qaraciyərin piy distrofiyası” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əllərində və ayaqlarında keyimədən və ağrılardan şikayətlənmişdir. Nevroloii müayinə zamanı hər iki yuxarı və aşağı ətraflarda reflekslər çağrılmamıs, D=S, əzələ gücü və tonusu dəyişiksiz, hərəkətlər sərbəst müəyyən edilmiş, parez, atrofiya müşahidə olunmamış, hərəki məhdudiyyət qeyd olunmamışdır. Anamnezində şəkərli diabet xəstəsi olduğu ifadə olunsa da, bununla bağlı ekspertizaya heç bir müavinə və müalicə sənədi təqdim olunmamışdır” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ ayağında, qolunda ağrı, keyimə və qıcolmadan, son zamanlar yaddaşsızlıqdan şikayət etmişdir. Müayinə zamanı aşağı və yuxarı ətraflarda əzələləri simmetrik, vətər refleksləri fizioloji zəif alınmış, hipotrofiya, atrofiya, iflic parez aşkar edilməmiş, əlillik təyinatına əsas verən nevrolojı defisit qeyd edilməmişdir. Spero Hospitalın xx.xx.2021-ci il tarixli Bel-oma fəqərələrin KT müayinəsinin nəticəsi “Bel osteoxondrozu. L5-S1 diskin yırtığı” kimi qeyd edilmişdir. X8 Centerin xx.xx.2023-cü il tarixli MR müayinəsinin nəticəsi "L5-S1 intervertebral diskin deqenerativ dəyişiklikləri və arxa sağ tərəfli paramedian yırtığı” kimi müəyyənləşdirilmişdir. Medistyle Hospitalın 21,02.2023-cü il tarixli EMG müayinə nəticəsi “Bu müayinə zamanı əldə olunan elektrofizioloji göstəricilər sağ ayaqda L5, S1 ifadəli olmaqla L4, L5, S1, sol ayaqda əsasən L5 innervasiyalı əzələlərdə xroniki dövr poliradikulopatiyaya işarət edir” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” Beləliklə, iş materiallarından müəyyən olunur ki, iddiaçının əlillik vəziyyətinə ilkin olaraq xx.xx.2015-ci il tarixli göndəriş əsasında baxılmış və ona “əlavə müalicəyə ehtiyacın olması” səbəbilə imtina verilmişdir. Daha sonra xx.xx.2015-ci il tarixli və xx.xx.2016-cı il tarixli göndərişlər əsasında iddiaçının əlillik vəziyyətinə yenidən baxılmış və ona birinci dəfə “Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və bel.sağ aşağı ətrafda zəiflik” səbəbi ilə bir il müddətinə, daha sonra isə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Əlillik müddəti bitdikdən sonra iddiaçının sağlamlıq vəziyyətinə 2 saylı Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 0019003AAB8R saylı tibbi göndərişdə qoyulmuş diaqnoz əsasında baxılmış və diaqnoza münasibətdə “diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” əsası ilə əlillik dərəcəsinin təyinatından imtina edilmişdir. Beləliklə, cavabdehin növbəti dəfə əlillik təyinatından imtinasının və apellyasiya şikayətinin əsasında iddiaçıya qoyulmuş əsas xəstəlik və ağırlaşmaların onun sağlamlıq vəziyyətinə uyğun olmaması, dolayısı ilə sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas verməməsi durur. Kollegiya cavabdeh inzibati orqanın imtinasını və apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. İşin hallarından görünür ki, iddiaçıda mövcud xəstəliyin olması cavabdeh orqan tərəfindən inkar edilməmişdir. Digər tərəfdən, müayinə tarixində qüvvədə olmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına” dair Əsasnamənin 2.2-ci bəndinə əsasən iddiaçı 2 nömrəli Şəhər Poliklinikası, həmçinin digər tibb müəssisəsi tərəfindən müayinə olunmuş və onda xəstəlik təkrarlanmış, ağırlaşma və yanaşı xəstəlikləri nəinki azalmış əksinə artmışdır. Eyni zamanda kollegiya qeyd edir ki, iddiaçıya xx.xx.2021-ci il tarixədək eyni diaqnozla ardıcıl olaraq 2 dəfə müxtəlif vaxtlarda (2015 və 2016-cı illərdə) qüvvədə olmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq 2-ci dərəcə əlillik təyin edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 12.2-ci maddəsinə əsasən İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Apellyasiya instansiya məhkəməsində icraat zamanı Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının 2-1(103)-2912/2023 saylı, xx.xx.2023-cü il qərardadı ilə hazırki iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsin T 893/2023 nömrəli Ekspert Rəyinin nəticə hissəsində göstərilmişdir: vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün 2 nömrəli şəhər poliklinikası tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli 0019003AAB saylı göndərişdə qeyd olunan xəstəlik və onun ağırlaşmaları “Diaqnoz: Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələri, L5-S1 fəqərəarası disk yırtığının cərrahı müdaxiləsindən sonrakı kəskin və davamlı kökcük sindromu (2008-ci il), Ağırlaşmalar: Aşağı ətrafların monoplegiyası. Sağ aşağı ətrafın (pəncənin) parezi; Bel və digər şöbələrin fəqərəarası disklərinirin radikulopatiya ilə, L5-S1 disk yırtığının cərrahi müdaxiləsindən sonrakı kəskin və davamlı kökcük sindromu; Hərəkətin və yerişin pozulmaları. Hərəki funksiyanın məhdudlaşması. “Sidik ifrazının ləngiməsi” xəstəlikləri aparılmış kliniki, laborator və funksional diaqnostik müayinələrinin nəticələri əsasında müəyyən edilmişdir və hazırda da onun hazırkı vəziyyətini əks etdirir. Ağırlaşmaların bir hissəsi 2023-cü ildə aparılmış aşağı ətraf əzələlərinin EMG müayinəsi ilə də öz təsdiqini bir daha tapmışdır. İddiaçı iş materiallarında olan tibbi sənədlərə əsasən düçar olduğu xəstəliyin başlanması 088 saylı Formada xx.xx.2008-ci il tarixi göstərilmişdir. Xəstəlik yırtıq əməliyyat yolu ilə aradan qaldırılsa da, son proqnozu barədə əvvəlcədən fikir söyləmək mümkün deyildir. Əməliyyat aparılmadıqda isə mütəmadi bərpa müalicəsi (müalicə bədən tərbiyəsi) aparılmalıdır. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, diaqnozda qeyd edilmiş xəstəliklər və onların ağırlaşmaları hazırda qüvvədə olan Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda müvafiq əlilliyin təyininə əsas verir. 2022-ci il iyulun 1-dən qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının 13.5.1-ci bəndinə əsasən digər şöbələrin fəqərəarası disklərinin zədələnmələri (M51); osteoxondroz (М42); 13.5.1.1-ci bəndinə əsasən - aşağı ətraf hərəkətliliyinin mülayim pozuntusu: mülayim paraparez, təzahür edən distal və ya mülayim proksimal paraparez, təzahür edən və əhəmiyyətli təzahür edən proksimal monoparez, proksimal monoplegiya, təzahür edən, əhəmiyyətli təzahür edən monoparez, aşağı ətraf monoplegiyası sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəliklərinə; 2.1-ci bəndinə əsasən Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər (İ10 - İ15.0) qan dövranı sisteminin xəstəliklərinə; 6.8-ci bəndinə əsasən Polinevropatiyalar (G63*) Sinir sistemi xəstəliklərinə; 11.2.1-ci bəndinə əsasən insulindən asılı olmayan şəkərli diabet (E11), Piylənmə və artıq qidalanmanın digər növləri (E65-E68) endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntuları xəstəliklərinə aid edilmişdir. Qeyd edilənlərə əsasən kollegiya bu nəticəyə gəlir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu əsasla birinci instansiya məhkəməsinin iddiaçıya əliliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməli olması ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-546/2023 saylı, 30 may 2023-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-546/2023 saylı, 30 may 2023-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Məmməd Məmmədov Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-209/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-209/2024
22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver