Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2090/2025 08.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X4 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “borcun silinməsi və ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X4 üzrə Baş İdarəsinə qarşı “borcun silinməsi və ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-3089/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X4 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı dövlət büdcəsinə olan 55129.16 AZN, "xxxx" MMC-nin dövlət büdcəsinə olan 6231.54 AZN, Dövlət Sosial Müdafiə Fonduna olan 1207.57 AZN, İşsizlikdən Sığorta Fonduna olan 48.89 AZN, İcbari Tibbi Sığorta Fonduna olan 96.53 AZN, "xxxx" MMC-nin dövlət büdcəsinə olan 12692.93 AZN, Dövlət Sosial Müdafiə Fonduna olan 873.49 AZN, İşsizilikdən Sığorta Fonduna olan 34.61 AZN məbləğində borcların dövlət büdcəsinə ödənilməkdən yayındırılmasında iştirakının olmadığı təsdiqini tapdığından həmin borcların İddiaçı adından silinməsi və İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X4 Baş İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, İddiaçı dövlət büdcəsinə olan 55129.16 AZN, "xxxx" MMC-nin dövlət büdcəsinə olan 6231.54 AZN, Dövlət Sosial Müdafiə Fonduna olan 1207.57 AZN, İşsizlikdən Sığorta Fonduna olan 48.89 AZN, İcbari Tibbi Sığorta Fonduna olan 96.53 AZN, "xxxx" MMC-nin dövlət büdcəsinə olan 12692.93 AZN, Dövlət Sosial Müdafiə Fonduna olan 873.49 AZN, İşsizilikdən Sığorta Fonduna olan 34.61 AZN məbləğində borcunun ödənilməsini təmin etmək üçün İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, № e-2-2(113)-6015/2022 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. İddiaçı həmin müəssisələrə faktiki rəhbərlik etməmiş, o cümlədən fərdi sahibkar kimi də fəaliyyət göstərməmişdir. Həmin müəssisələr və fərdi sahibkar hesabı X5, Rafiq, Rövşən və Zaur adlı şəxslər tərəfindən aldadılaraq İddiaçı adına açılmış, vergilərin və digər ödənişlərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması sözügedən şəxslər tərəfindən icra olunmuşdur. Qeyd olunanlarla əlaqəli İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə ərizə ünvanlanmış, həmin ərizə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə istintaq aparılan ********* nömrəli cinayət işinin materiallarına əlavə edilmişdir. Baş İdarənin xx.xx.2024-cü il tarixli, № **********172200 saylı məktubunda bildirilmişdir ki, “İddiaçı fiziki şəxs kimi və təsisçisi olduğu "xxxx" MMC və "xxxx" MMC-nin dövlət büdcəsinə olan vergi borcunun məbləği 50000 manatdan aşağı olduğundan, həmin məbləğ Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə nəzərdə tutulan vergidən yayınma cinayətinin tərkibini yaratmadığından, habelə qeyd olunan vergi borcunun dövlət büdcəsinə ödənilməkdən yayındırılmasında İddiaçı iştirakı təsdiq olunmadığına görə onun əməlində vergidən yayınma cinayətinin əlamətləri olmadığından, xx.xx.2024-cü il tarixli qərarla İddiaçı barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmişdir.” Göründüyü kimi, istintaq orqanının rəsmi cavabı ilə təsdiq olunmuşdur ki, İddiaçı qeyd olunan vergi borclarının dövlət büdcəsinə ödənilməkdən yayındırılmasında iştirakı olmamışdır. Belə olan halda həmin borclar onun adından silinməli və onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması aradan qaldırılmalıdır. xx.xx.2024-cü il tarixli, **********102100 qeydiyyat nömrəli ərizə ilə tərəflərindən yuxarıda qeyd edilən xüsusatlarla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X4 Baş İdarəsinə dövlət büdcəsinə olan vergi borcu və digər ödənişlərin onun adından silinməsi və İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə müraciət edilmişdir. xx.xx.2024-cü il tarixli, 3- 21-2-8/2-A-xx-xx/2024 saylı cavab məktubu ilə ərizənin icrasında qanuna zidd və əsassız şəkildə imtina edilmişdir. Belə ki, məktubda qeyd edilmişdir: “...Vergilər, faizlər və maliyyə sansksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir... Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər... Nəzərinizə çatdırırıq ki, təmsil etdiyiniz İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qətnaməsinin mübahisələndirilməsi, eyni zamanda müraciətinizdə qeyd etdiyiniz digər şəxslərin təqsirkar olması ilə bağlı məhkəməyə müraciət edə bilərsiniz. Qeyd olunanlar Vergi Məcəlləsinin 1.4-cü, 23.1.15-3- cü, 24.1.2-1ci və 93-cü maddələri ilə tənzimlənir.” Göründüyü kimi, inzibati orqan ərizədə qeyd edilmiş əsaslara deyil də, tamamilə fərqli əsaslara istinad edərək qanunsuz olaraq ərizənin icrasından imtina etmişdir. Belə ki, ərizədə İddiaçı qeyd edilən dövlət büdcəsinə borclara əlaqəsinin olmamasına istinad edilmişdir. Lakin inzibati orqan Vergi Məcəlləsinin ümidsiz borclarla əlaqəli hissələrinə istinad etmişdir. Əlavə olaraq, inzibati orqan cavab məktubunda İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qətnaməsinin mübahisələndirilməsini təklif etmişdir. Nəzərə alınmamışdır ki, inzibati orqan tərəfindən İddiaçı adına olan dövlət büdcəsinə olan borclar silinmədiyi müddətcə həmin qətnamədən şikayət verilməsinin heç bir mənası yoxdur. Belə ki, Bakı Kommersiya Məhkəməsi xx.xx.2022-ci il tarixli, № e-2-2(113)-6015/2022 saylı qətnaməsi ilə inzibati orqan tərəfindən təqdim edilmiş bildirişlər və digər materiallara uyğun olaraq əsaslı nəticəyə gəlmişdir. Qeyd edilən dövlət büdcəsinə olan borcların silinməsi isə həmin məhkəmə işinin predmeti deyildir və həmin qətnamədən şikayət verilməsi heç bir arzuolunan nəticə verməyəcəkdir. İnzibati orqan ərizəyə aidiyyati üzrə cavab verməmiş, toxunulmuş məsələlərə deyil də mübahisə ilə əlaqəsi olmayan digər məsələlərə cavab verərək müraciətin icrasından əsassız və qanunsuz şəkildə imtina etmişdir. İnzibati orqan ərizəyə əlavə edilmiş sənədləri kifayət qədər araşdırsa və hüquqi qiymət versə idi, aydın olardı ki, Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, № **********172200 saylı məktubu ilə təsdiq olunduğu kimi İddiaçı qeyd edilən dövlət büdcəsinə olan borclarla əlaqəsi yoxdur, buna görə də barəsində aparılan cinayət təqibinə xitam verilmişdir. İddiaçı həmin borclarla əlaqəsinin olmadığı digər inzibati orqanın araşdırması ilə öz təsdiqini tapdığından fiziki şəxs kimi və təsisçisi olduğu qeyd edilən "xxxx" MMC və "xxxx" MMC-nin dövlət büdcəsinə olan vergi borcu və digər ödənişlər onun adından silinməli və İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması götürülməlidir.
3. Cavabdeh iddia ərizəsinə dair etiraz ərizəsində qeyd etmişdir ki, aşağıda qeyd olunan səbəblərə görə hesab edirlər ki, iddia təmin edilməməlidir: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, İddiaçı dövlət büdcəsinə olan 55129.16 AZN, "xxxx" MMC-nin dövlət büdcəsinə olan 6231.54 AZN, Dövlət Sosial Müdafiə Fonduna olan 1207.57 AZN, İşsizlikdən Sığorta Fonduna olan 48.89 AZN, İcbari Tibbi Sığorta Fonduna olan 96.53 AZN, "xxxx" MMC-nin dövlət büdcəsinə olan 12692.93 AZN, Dövlət Sosial Müdafiə Fonduna olan 873.49 AZN, İşsizilikdən Sığorta Fonduna olan 34.61 AZN məbləğində borcunun ödənilməsini təmin etmək üçün İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, № e-2-2(113)-6015/2022 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Vergi Məcələsinin 24.1.2-1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanlarının vəzifələrinə aid edilmiş, lakin iddia ərizəsində qeyd olunan hal üzrə əsaslar aradan qalxmamışdır. Belə ki, qətnamə ilə təmin edilmiş 76314,72 manat borc məbləği ödənilməmişdir. Bundan əlavə xx.xx.2024-cü il tarixində Axtarış&Hesabat informasiya sistemindən alınan məlumata əsasən İddiaçı hələ də həmin müəssisələrin rəhbəridir. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. Vergilərin ödənilməsi üzrə ümumi qaydalar Vergi Məcəlləsinin Vİİ fəsli ilə tənzimlənir. Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və 90.1- ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli Qərarı). Vergi Məcəlləsinin 24.0.1 -ci maddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz.
4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-3089/2025 nömrəli qərardadı ilə iddia mümkünsüz hesab edilmişdir.
5. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Məhkəmə tərəfindən iddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilərək, onun dövlət büdcəsinə yaranmış 55129.16 AZN vergi borcunun yaranmasına əsas olan vergi orqanının müvafiq inzibati aktını (məsuliyyət qərarı) mübahisələndirmək hüququnun olması izah olunsa da iddiaçı və vəkili və nümayəndəsi borcun iddiaçıya aid olmaması əsası ilə bu hüquqdan istifadə etməkdən imtina etmişlər. Belə olan halda məhkəmə qeyd edir ki, mübahisələndirilən borcun yaranmasına əsas olmuş inzibati akt iddiaçı tərəfindən mübahisələndirilmədiyindən həmin borcun silinməsi barədə tələbi mümkün sayıla bilməz. "xxxx" MMC-nin dövlət büdcəsinə olan 6231.54 AZN, Dövlət Sosial Müdafiə Fonduna olan 1207.57 AZN, İşsizlikdən Sığorta Fonduna olan 48.89 AZN, İcbari Tibbi Sığorta Fonduna olan 96.53 AZN, "xxxx" MMC-nin dövlət büdcəsinə olan 12692.93 AZN, Dövlət Sosial Müdafiə Fonduna olan 873.49 AZN, İşsizilikdən Sığorta Fonduna olan 34.61 AZN məbləğində borclarının ona aid olmaması əsası ilə onun adından silinməsi öhdəliyinin cavadehin üzərinə qoyulması tələbinə gəldikdə isə məhkəmə qeyd edir ki, nə qədər ki, Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin cinayət işinin rədd olunması barədə qərarı ilə İddiaçı qeyd edilən dövlət büdcəsinə olan borclarla əlaqəsinin olmaması müəyyən olunduğundan iddiaçı adı çəkilən müəssisələrin vergi borclarının silinməsi ilə bağlı tələb irəli sümək üçün subyektiv hüquqa malik deyil. İddiaçının hazırkı tələbinə mahiyyəti üzrə baxılması üçün ilkin olaraq, onun bu məzmunda iddia qaldırmağa subyektiv hüququ olmalıdır. Bu (subyektiv) hüququn sahibi olmayan şəxsin iddiasına mahiyyəti üzrə baxılıb, iddianın əsaslılığına qiymət verilməsi mümkünsüzdür. İPM-in 35-ci maddəsində nəzərdə tutulmuş ümumi mümkünlük şərti ödənilmədiyindən, iddiaçının qeyd olunan tələblə bağlı iddia qaldırmaq üçün subyektiv hüququ istisna edilir. İddiaçının məhkəmə qətnaməsi ilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına əsas olmuş vergi borcları ödənilmədiyindən (silinmədiyindən və ya ləğv olunmadığından) və ya məhdudlaşdırılmanın qoyulmasına səbəb olmuş hallar hər hansı başqa əsaslarla aradan qalxmadığından məhkəmə hesab edir ki, iddiaçının bununla bağlı tələbinə də hazırki halda mahiyyəti üzrə baxıla bilməz.
6. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-3089/2025 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, “İnzibati icraat haqqında” Qanunda qeyd edilir ki, Bu Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Məhkəmə hazırda şikayət verilən qərardadla iddia ərizəsini mümkün hesab etməməklə, İddiaçı törətmədiyi əmələ görə məhdudiyyətlərə məruz qalmasına göz yummuşdur. Məhkəmə İddiaçı fiziki şəxs kimi dövlət büdcəsinə yaranmış 55129.16 AZN vergi borcunun silinməsi tələbini mübahisələndirilən borcun yaranmasına əsas olmuş inzibati aktın iddiaçı tərəfindən mübahisələndirilmədiyinə görə mümkünsuz hesab etmişdir. Əvvəla bildirmək istəyirik ki, iddiaçı iddia tələbində borcun silinməsini deyil, sözü gedən borcun iddiaçının adından silinməsini xahiş edir. İkincisi iddiaçı onunla əlaqəsi olmadığı təsdiq olunmuş borcun silinməsini tələb edəciyi halda, sual yaranmazmı ki, “borc sənin deyilsəsən niyə onun silinməsini istəyirsən?” Üçüncüsü həmin inzibati akt 2021-ci il tarixlidir. Onun mübahisələndirilməsi üçün müddət də keçmişdir. Məhkəmə iddiaçının hazırkı iddia tələbini qaldırmağa subyektiv hüququnun olmadığını qeyd edərək aşağıdakı “əsas”a istinad edir: “... nə qədər ki, Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin cinayətişinin rədd olunması barədə qərarı ilə İddiaçı qeyd edilən dövlət büdcəsinə olan borclarla əlaqəsinin olmaması müəyyən olunduğundan iddiaçı adı çəkilən müəssisələrin vergi borclarının silinməsi ilə bağlı tələb irəli sümək üçün subyektiv hüquqa malik deyil.” Bununla bağlı bildiririk ki, məhkəmə iş materiallarını hər tərəfli araşdırsa idi, ona məlum olardı ki, iddiaçının iddia tələbini adı çəkilən müəssisələrin vergi borclarının silinməsi deyil, həmin borcların iddiaçı ilə əlaqəsinin olmadığı təsdiq edildiyinə görə onun adından silinməsinin təşkil etdiyiniaydın şəkildə görərdi. Qeyd edilməlidir ki, İddiaçı “fiziki şəxs” kimi və “təsisçisi” (həmçinin “qanuni təmsilçisi”) olduğu müəssisələrin vergi borclarının onun adında olması iddiaçı olaraq onun maraqlarına birbaşa toxunur, çünki, həmin borclar hələ də onun adında qalmaqdadır. Eyni zamanda onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması da aradan qaldırılmayıb. Halbuki, Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.1.2-1 ci maddəsi və 54.0.1-ci maddəsi. İdarəsinin xx.xx.2024-cü il tarixli cinayət təqibinə xitam verilməsi qərarı ilə İddiaçı qeyd edilən dövlət büdcəsinə olan borclarla əlaqəsinin olmaması müəyyən edilmişdir. Məhkəmə də hazırkı mübahisə edilən qərardadda buna istinad etmiş, iddiaçının qeyd edilən dövlət büdcəsinə olan borclarla əlaqəsinin olmamasını təsdiq etmişdir. Buna baxmaraq məhkəmə İddiaçıSeymur oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi ilə bağlı tələbinə münasibət bildirirək vergi borcları ödənilmədiyindən (silinmədiyindən və ya ləğv olunmadığından) və ya məhdudlaşdırılmanın qoyulmasına səbəb olmuş hallar hər hansı başqa əsaslarla aradan qalxmadığından hazırkı halda mahiyyəti üzrə baxıla bilməyəcəyini bildirmişdır. Beləliklə, məhkəmə bir tərəfdən iddiaçının dövlət büdcəsinə olan borclarla əlaqəsinin olmamasını qeyd etsə də, digər tərəfdən həmin borcların ödənilməməsini (silinməməsini və ya ləğv olunmamasını) əsas gətirərək ziddiyyətli mövqey ifadə etmiş, iddiaçının əlaqəsi olmadığı borclarla bağlı əsassız olaraq hərəkət etmək azadlığının məhdudlaşırılmısının götürülməsindən imtina etməklə onun hüquq və azadlıqlarının pozulmasına rəvac vermişdir. Maddə 24. Vergi orqanlarının vəzifələri. 24.1. Vergi orqanları: 24.1.2-1. vergi ödəyicisi olan fizikişəxsin və ya hüquqişəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbuletməyə borcludur. Maddə 54. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallar. 54.0. Şəxsaşağıda müəyyən olunmuş hallardan ənazı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: … 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması; Dövlət VergiXidmətiVergiCinayətlərinin İbtidaiAraşdırılması Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, № **********172200 saylı məktubunda bildirilmişdir ki, “İddiaçı fiziki şəxs kimi və təsisçisi olduğu "xxxx" MMC və "xxxx"MMC-nin dövlət büdcəsinə olan vergi borcunun məbləği 50000 manatdan aşağı olduğundan, həmin məbləğ Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə nəzərdə tutulan vergidən yayınma cinayətinin tərkibini yaratmadığından, habelə qeyd olunan vergi borcunun dövlət büdcəsinə ödənilməkdən yayındırılmasında İddiaçı iştirakı təsdiq olunmadığına görə onun əməlində vergidən yayınma cinayətinin əlamətləri olmadığından, xx.xx.2024-cü il tarixli qərarla İddiaçı barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmişdir.” Güründüyü kimi, istintaqla da müəyyən edilmişdir ki, İddiaçı qeyd olunan vergi borcuları ilə əlaqəsi yoxdur. Belə olan halda həmin borclar onun adından silinməlidir. Həmçinin onun “fiziki şəxs” kimi və “təsisçisi” (eynizamanda “qanuni təmsiliçi”) olduğu müəssisələrə faktiki rəhbərliyi həyata keçirtmədiyi təsdiq olunduğuna görə, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxmışdır. Odur ki, X1 ölkədən getmək hüququnun müvəqqətiməhdudlaşdırılması dərhal götürülməlidir. AzərbaycanRespublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 iyun 2022-ci il tarixli “İ.Əhmədovvə qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 iyul 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarında qeyd edilmişdir: “Avropa Məhkəməsinin bir sıra qərarlarında qeyd edilmişdir ki, öz səhvləri nəticəsində dövlətin mülkiyyət hüquqlarına zərərvurulduğu hallarda “lazımi idarəetmə” (good governance) prinsipi baxımından, dövlət vaxtında, düzgün və ardıcıl hərəkət etməli (Osipkovs və digərləri Latviyaya qarşı iş üzrə § 80, 2017-ci il 4 may, Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə §§ 138-139, 2018-ci il 12 iyun, Maltseva və digərləri Rusiyaya qarşı iş üzrə § 32, 2019-cu il 17 dekabr tarixli Qərarlar) və həmçinin belə səhvlərin aradan qaldırılmasının müvafiq şəxsin hüquqlarının pozulması ilə nəticələnməməsinə xüsusi diqqət yetirməlidir (Qladışeva Rusiyaya qarşı iş üzrə § 80, 2011-ci il 6 dekabr, Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə § 140, 2018-ci il 12 iyun tarixli Qərarlar). Seryogin və digərləri Rusiyayaqarşı iş üzrə 2021-ci il 16 mart tarixli Qərarında Avropa Məhkəməsinin ifadə etdiyi mövqeyə əsasən, torpaqların əldə edilməsinə maneə törədə biləcək mümkün pozuntuların üzə çıxarılmasında məhdud imkanlara malik olan, qanuni əsaslara və öz hərəkətlərinin qanunauyğunluğunun həmçinin dövlət orqanlarının hərəkətləri ilə inkar edilməməsinə də güvənən şəxslər vicdanlıvə qanun çərçivəsində davranan hesab edilir.” Şərh olunanlardan da görünür ki, qeyd olunan dövlət büdcəsinə ödənilməli olan borclar iləəlaqəsi olmadığı və bu dalazımı qaydada sübuta yetrildiyi halda həmin borcların iddiçının adında qalmaqda davam etməsi və buna görə də Bakı Kommersiya Məhkəməsini qətnaməsi ilə qərara alınmış İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərarın da qüvvədə olması iddiaçının hüquqlarını pozmuş olur. Beləliklə bununla da iddiaçının hazırkı iddanın qaldırmağa subyektiv hüququnun olduğu təsdiqini tapmış olur Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları,ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur..... Q e y d edilən maddənin tələbləri baxımdan, işin hallarının araşdırılması prinsipi çərçivəsində, məhkəmənin təqdim olunan bütün sübutları vəfaktiki halları diqqətlə nəzərdən keçirməsi, o cümlədən müvafiq inzibatiaktların qanuniliyini xidməti vəzifəsinə görə araşdırmasızəruri idi. Buprinsip, məhkəmənin işin əhəmiyyətli faktiki halları üzrə tam və obyektiv araşdırma aparmasını təmin etməyə yönəlmiş bir prinsipdir. Lakin, məhkəməiddiaçı tərəfindən təqdimedilmiş sənədləri, sübutları və mübahisənin həllində əhəmiyyət kəsb edən bütün faktiki halları tam şəkildəaraşdırmadan qərardad qəbuledib. Əgər lazımi qaydada araşdırma aparılsa idi, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olması məlum olardı, bununla da, iddia mümkün sayılardı. HəminMəcəllənin 35.1-ci maddəsinə əsasən, Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Buna münasibətdə qeyd edək ki, iddia ərizəsində yaranmış vergi borclarının İddiaçı adından silinməsi və İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında DövlətVergi Xidməti X4 Baş İdarəsinin üzərinə qoyulması tələbinin mümkünlüyü yetəri qədər əsaslandırmışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.
10. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.
15. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən, yəni birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi hissəsində əsaslıdır. İş üzrə əlavə araşdırmanın və onun nəticəsində asılı olaraq müvafiq qiymətləndirmənin aparılması zəruri olduğu üçün mübahisəyə dair hazırkı mərhələdə yekun qərarın çıxarılması mümkün deyildir. Buna görə də, iş təkrar birinci instansiya məhkəməsinə göndərilməlidir.
17. İPM-in 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır.
18. İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
19. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir.
20. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir.
21. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.
22. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.
23. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır.
24. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır.
26. Həmçinin sözügedən qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. 27.Lakin qərardadda hüquqi yardım edilməsi qeyd edilsə də, buna dair sübut (iş üzrə keçirilmiş iclaslara dair protokolda və həmin iclasların audio-video çəkilişində, o cümlədən bu barədə məktub) müəyyən edilməmişdir.
28. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadından görünür ki, məhkəmə iddianın mümkün sayılmaması nəticəsinə gələrkən – iddiaçının hazırkı iddianı irəli sürmək üçün qanunla müəyyən subyektiv hüquqa malik olmadığına əsaslanmışdır.
29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyü ilə bağlı məsələni tam, hərtərəfli və obyektiv araşdırmamışdır.
30. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçının tələbi iki hissədən ibarətdir:
1. borcların dövlət büdcəsinə ödənilməkdən yayındırılmasında iştirakının olmadığı təsdiqini tapdığından həmin borcların İddiaçı adından silinməsi
2. İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi
31. Məhkəmə kollegiyası, tələbin birinci hissəsinə münasibətdə qeyd edilməlidir ki, İddiaçı adına borc yaranmasına dair inzibati aktın mövcudluğu, hazırda qüvvədə olubolmaması məhkəmə tərəfindən araşdırılmamışdır. Həmçinin qərarın 30-cu bəndində qeyd edildiyi kimi tələbin dəqiqləşdirilməsi ilə bağlı hüquqi yardımın edildiyi iş materialları ilə müəyyən olunmur.
32. Tələbin ikinci hissəsinə münasibətdə qeyd edilməlidir ki, iş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərarla İddiaçı barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmişdir.” Güründüyü kimi, istintaqla da müəyyən edilmişdir ki, İddiaçı qeyd olunan vergi borcuları ilə əlaqəsi yoxdur.
33. Bununla belə məhkəmə qərardadda qeyd etmişdir ki, iddiaçının məhkəmə qətnaməsi ilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına əsas olmuş vergi borcları ödənilmədiyindən (silinmədiyindən və ya ləğv olunmadığından) və ya məhdudlaşdırılmanın qoyulmasına səbəb olmuş hallar hər hansı başqa əsaslarla aradan qalxmadığından məhkəmə hesab edir ki, iddiaçının bununla bağlı tələbinə də hazırki halda mahiyyəti üzrə baxıla bilməz.
34. Belə ki, VM-in 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etməsi vergi orqanlarının hüquqlarından biri kimi göstərilmişdir.
35. Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsinə əsasən vergi orqanları, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur
36. Hazırki iş üzrə Vergi orqanı 23.1.15-3-cü maddədə göstərilən hüququndan istifadə etmişdir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi bununla bağlı ətraflı bir araşdırma aparmamış, bununla da ərizəçinin konstitusion hüququnu pozulmasına şərait yaranmışdır.
38. Belə ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.
39. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz.
40. Kollegiya qeyd edir ki, ərizəçinin ölkədən çıxışına qoyulan məhdudiyyətə dair əsaslarının aradan qalxıb-qalxmaması məsələləri (vergi borcları ödənilmədiyindən (silinmədiyindən və ya ləğv olunmadığından) və ya məhdudlaşdırılmanın qoyulmasına səbəb olmuş hallar) iddianın mümkünlüyünə deyil, işin mahiyyətinə təsir edən məsələdir. Odur ki, qeyd edilən əsaslarla idda tələbinin ikinci hissəsinin mümkünsüz sayılması da əsassız olmuşdur.
41. Qeyd edilən mübahisələrlərlə bağlı Ali Məhkəmənin 2-1(102)-81/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli, 2-1(102)-274/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərarlarından müəyyən olunur ki, iddiaçının ölkədən çıxışına qoyulmuş məhdudiyyətin götürülməsi işlərinə mahiyyəti üzrə baxılmışdır.
42. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Belə ki, məhkəmə qaydasında baxılan iddia tələbi hüquq və ya qanunla qorunan mənafeyin müdafiəsi yaxud təsdiq edilməsi məqsədilə irəli sürülməli, iddia tələbinin məhkəmə tərəfindən təmin edilməsilə pozulmuş hüququn bərpası təmin edilməlidir. Şəxsin hüquqi vəziyyətinin strukturunu bir-biri ilə qarşılıqlı əlaqədə olan onun hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquqa müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında söz edilə bilər. Yalnız o hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun.
43. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
44. Prosessual qanunvericiliyin tələblərinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin təkrar baxılmaq üçün birinci instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır.
45. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
46. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
47. Avropa İnsan Hüquqları Məhkəməsinin «Delkurun Belçikaya qarşı işi üzrə» qərarında qeyd etmişdir ki, «ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: - qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; - məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; - müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması.
48. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir».
49. İPM-in 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallarda (inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə) apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər.
50. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, hər bir inzibati iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddiaların yolverilən olmasına dair mühüm şərtlərdən biridir. Lakin, qeyd edildiyi kimi, birinci instansiya məhkəməsinin göstərilən halları tam və ətraflı araşdırmadan iddianın mümkün sayılmaması nəticəsinə gəlməsi əsaslı sayıla bilməz. Buna baxmayaraq, işə yenidən baxılarkən, sonradan iddianın mümkünlüyünə (bu hal dəyişdirilmiş iddiaya münasibətdə də qüvvədədir) təsir edə biləcək, qanunvericilikdə nəzərdə tutulmuş halların (əsasların) müəyyən olunması mümkünlük əsaslarının yoxlanılmasını istisna etmir.
51. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən halları tam və ətraflı araşdırmadan, onlara düzgün hüquqi qiymət vermədən iddianı mümkün saymamaqda haqlı olmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bu səbəbdən də şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-3089/2025 nömrəli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-3089/2025 nömrəli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.