Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2093/2019 20.08.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası X1 Ağayevin sədrliyi ilə (məruzəçi); Afaq Bayram qızı Nuriyeva və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə; İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası Yazıçılar Birliyi və ARƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi) sərəncamın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 iyul 2019-cu il tarixli, 2-1(81)-2755/2019 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri İcra Hakimiyyəti başçısının 09.01.2019-cu il tarixli, 14 saylı sərəncamının ləğv edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqrnə dair ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsinin şimaı hissəsində İddiaçınə laboratoriya korpusunun layihələndirilməsi və tikintisi üçün ayrılmış, hazırda azərbaycan Respublikası Yazıçılar Birliyinə Bakı şəhər İcra hakimiyyətinin 09.01.2019-cu il tarixli 4 saylı sərəncamı ilə verilmiş torpaq sahəsinin üzərinə həbs qoyulmaqla müvafiq qeydiyyatın aparılması, təmir işlərinin aparılması, satılması, sərəncamın başqasının adına dəyişdirilməsi, sənədləşdirmənin və digər işlərin aparılması Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Yazıçılar Birliyi, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər ərazi idarəsinə və digər şəxslərə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 iyul 2019-cu il tarixli, 2-1(81)- 2755/2019 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 12 iyul 2019-cu il tarixli, 2-1(81)-2755/2019 saylı qərardadının ləğv edilməsi və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.1-ci maddəsində göstərilmişdir:" Maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər.40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər.40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər..." Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən, inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. Həmin Məcəllənin 41.2,-ci maddəsinə əsasən, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəilənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Həmin Məcəlləsinin 43.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır:43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması;43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi, iddianın uğurluluq ehtimalının az olmasını nəzərə alaraq yuxarıda sadalanan qanunvericilik normalarına əsasən işə mahiyyəti üzrə baxılıb həll edilənədək Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsinin şimaı hissəsində İddiaçınə laboratoriya korpusunun layihələndirilməsi və tikintisi üçün ayrılmış, hazırda azərbaycan Respublikası Yazıçılar Birliyinə Bakı şəhər İcra hakimiyyətinin 09.01.2019-cu il tarixli 4 saylı sərəncamı ilə verilmiş torpaq sahəsinin üzərinə həbs qoyulmaqla müvafiq qeydiyyatın aparılması, təmir işlərinin aparılması, satılması, sərəncamın başqasının adına dəyişdirilməsi, sənədləşdirmənin və digər işlərin aparılması Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Yazıçılar Birliyi, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər ərazi idarəsinə və digər şəxslərə qadağan edilməsinə dair ərizə təmin edilməməli olduğunu hesab etməklə doğru nəticəyə gəlmişdir. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qəbul etidiyi qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 iyul 2019-cu il tarixli, 2-1(81)- 2755/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Valeh Ağayev Hakimlər imzalar: Afaq Nuriyeva Cahangir Yusifov Əsli ilə düzdür: Hakim Valeh Ağayev
Məhkəmə qərarları › İş №2-1(103)-2093/2019
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2093/2019
20.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver