Məhkəmə qərarları › İş №2-1(103)-2096/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2096/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2096/2024 25.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər Cavabdehna qarşı “müstəntiqin hərəkətləri barədə tədbir görülməsi tələbinə dair” iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6447/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı Şəhər Cavabdehna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək müstəntiq barəsində lazımi tədbirlər görülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-6447/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən səthi yanaşılaraq, prosessual hüquq normalarının pozuntusu ilə qərardad qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək cavabdeh tərəfindən onun şikayətlərinə məhəl qoyulmadığını bildirərək şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iddiaçını dinləyib və iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddia ərizəsinə və iş üzrə digər materiallara əsasən müəyyən olunur ki, iddiaçının üçüncü şəxs barəsində şikayətinin cavabdeh prokurorluq orqanı tərəfindən araşıdırlımadığı və hərəkətsizlik nümayiş etdirərək məhkəmə qərarını icra etməyən borclunun cinayət əməlinə hüquqi qiymət verilmədiyi və barəsində tədbir görülmədiyi mübahisələndirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. Qanunun qeyd olunan tələbi baxımından, inzibati qanunvericiliklə müəyyən olunan məsələlər cinayət təqibini həyata keçirən orqanın cinayət prosesual fəaliyyət dairəsinə aid olduğundan iddiaçının hazırkı cavabdeh orqana qarşı iddia tələbinə inzibati məhkəmə icraatında baxılması mümkünlüyü istisna edilir. İPM-in 2.1-ci maddəsindən isə görünür ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilmişdirsə, həmin mübahisəyə inzibati məhkəmə icraat qaydasında baxıla bilməz. Qanunun qeyd olunan tələbi baxımından, iddiaçının hazırkı iddia tələbləri üzrə başqa aidiyyət qaydası müəyyən edildiyindən, İPM-in 35.1-ci maddəsində nəzərdə tutulan əsaslandırılmış iddia kimi qiymətləndirilə və inzibati məhkəmə icraatında baxıla bilməz. Belə olan halda, İPM-in 35.3-cü maddəsinin tələbinə müvafiq olaraq birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılması işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğun nəticədir. Beləliklə də, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərardadının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6447/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Eyni zamanda, iddiaçıya izah edilir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi və qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6447/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar