Məhkəmə qərarları › İş №2-1(103)-2098/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2098/2025

16.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2098/2025 16.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X8 ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “sağlamlıq imkanlarının 65-80% pozulmasının müəyyən edilməsi” iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-38N2/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixində əyani baxışda iştirak etdiyi, əlilliyin qiymətləndirilməsi üçün H00N83N89DGD saylı forma 88-ə rəsmi statusun verilməsi və elektron sistemə yüklənməsi öhdəliyininin Dövlət Tibbi-Sosial Ekspertiza və X6 Sosial Ekspert Komissiyasının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək İddiaçı göndərişin verildiyi xx.xx.2024-cü il tarixdən sağlamlıq imkanlarının 65-80% pozulmasının müddətsiz olaraq təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Xuduyev XNN azad olunması uğrunda döyüşlərdə qəhrəmancasına iştirak etmiş, yaralanaraq qazi olmuşdur. İddiaçı Silahlı Qüvvələrinin hərbi qulluqçusu, xüsusi təyinatlı İddiaçı Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Füzulinin azad olunmasına görə” medalı, “Şuşanın azad olunmasına görə” medalı, “Müharibə iştirakçısı” medalı və “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. İddiaçı xx.xx.202N-ci ildən 3-cü dərəcəlik əlillik diaqnozu qoyulmuşdur. Bu müddət ərzində onun səhhətində ciddi problemlər yaranmış, vəziyyəti kəskin səkildə pisləşmişdir. Buna görə də əlillik dərəcəsinin artırılmasına dair müxtəlif tibbi komissiyalardan keçərək 2024-cü ilin aprel ayında Tibbi Sosial Ekspert Komissiyasına müraciət olunmuşdur. H00N83N89DGD saylı forma 88-ə Dövlət Tibbi-Sosial Ekspertiza və X4 Sosial Ekspert Komissiyası tərəfindən əyani baxışa dair çoxsaylı şikayətlərdən sonra tərtib edilmişdir. İddiaçı özü hərəkət edə bilmir, danışma qabiliyyətini itirmişdir və özünü idarə edə bilmir. Hərbi Həkim Komissiyası yaxınlarının komissiyada iştirakına şərait yaratmır, dərmansız halda apardıqda müayinəyə qeyri-adekvat olduğu üçün müayinədən ümumiyyətlə imtina edirlər, dərmanlar və sakitləşdiricilər qəbul etdikdə də eyni qaydada belə halda müayinə edə bilmədiklərini bildirirlər. Sonuncu müayinənin cavabı isə xx.xx.2024-cü il tarixdən təqdim edilməmiş, elektron formada sistemə, şəxsi kabinetə yüklənməmişdir. Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının xx.xx.2023cü il tarixli, 3-N7-4/3-3-3655/2023 nömrəli Qərarında qeyd olunmuşdur ki, Bakı şəhər sakini xx.xx.N992-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında 26.07 202N-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçun tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki. İddiaçı Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Daxılı Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.202N -ci il tarixli N87 nömrəli Şəhadətnamə verilmişdir Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-bevin travması. baş-beyın silkələnməsi nəticəsində şəxsiyyət pozuntusu, ifadəli davranış pozuntuları, tez-tez dekompensasiyalar və kəkələmə ilə” dıaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 26N8/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Baş-beyin üzvi xəstəliyi (kallə-bevin travması mənşəli) nəticəsində şəxsiyyət pozuntusu, ifadəli davranış pozuntusu, tez-tez bas verən dekomoensasivalar və kəkələmə ilə.” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli N770/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Baş-beyın üzvi xəstəliyi (kəllə-bevin travması mənşəli İİ Qarabağ müharibəsi) nəticəsində yaranan şəxsiyyət pozuntusu, kobud davranış pozuntusu, tez-tez bas verən dekompensasivalarla, kəkələmə, psixotik daxilolmalarla.” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X3 PHŞ xx.xx.2023-cü il tarixli N446 nömrəli Tibbi rəyində diaqnoz “Başbeyin üzvi xəstəliyi kəllə-beyin travması mənşəli İİ Qarabağ müharibəsi) nəticəsində yaranan şəxsiyyət pozuntusu, kobud davranış pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar, psixotik daxilolmalar və kəkələmə ilə, kımı müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, baş ağrısından, kəkələmədən, qulaqda küydən, yuxunun pozulmasından şikayətlənmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Dissosiativ-konversion pozuntu.” kimi müəyyənləşdirilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin N3 may 2022-cı ıl tarixli N87 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarfna müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 35 faiz pozulması barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçun tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyanı müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.202N-ci il tarixli N87 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi nəticəsində şəxsiyyət pozuntusu, ifadəli davranış pozuntuları, tez-tez dekornoensasivalar və kəkələmə ilə” diaanozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatrıya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 40NN nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli səxsivvət pozuntusu, tez-tez dekornoensasivalar, cari psixotik vəziyyət, epileotiform tutmalarla” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X3 PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli N260 nömrəli Tibbi rəyində diaqnoz “Baş-beynin xəstəliyi (İİ Qarabağ müharibəsində kəllə-beyin travması mənşəli) nəticəsində yaranan kəskin ifadə olunan səxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez təkrarlanan dekompensasiyalaria, nitqin kəskin kəkələməsi, davamlı sizofrenəbənzər psixotik pozuntu, kənar şəxsin müsavətinə ehtiyac var” kimi müəyyənləşdirilmişdir. Müayinə zamanı RRM-ə məxsus təkərlikli oturacaqda daxil olmuş, danışmamış, qışqırmışdır. Bu səbəbdən xəstəni müayinə etmək mümkün olmamışdır. xx.xx.2024-cü il tarixli komissiyada anası övladının avtomobildə müayinə edilməsini istəmiş, ona bunun imkansız olduğunu və “vəziyyətinə” uyğun olaraq daimi nəzarətdə stasionar şəraitdə müalicə olunması tövsıyyə edilmişdir. Lakin buna əməl edilmədən, xəstəni yenidən komissiyaya gətirmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən tam aydınlaşdırılması rnumkun olmamış, qeyd olunan diaqnozlarla sərgilənən klinika uyğunsuz hesab edilmiş və əlillik dərəcəsinin güclənməsinə əsas verə biləcək əlamətlər kimi qəbul edilməmişlər. Nəticədə xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 35 faiz pozulması barədə qərar qüvvədə saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-38N2/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı orqanizmin funskiyalarının 65-80% pozulmasının göndərişin verildiyi xx.xx.2024-cü il tarixdən 2 il müddətinə təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Bakı 2 Nömrəli X2 xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Baş-beyin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi) nəticəsində yaranan kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntu, tez-tez təkrarlanan dekompensasiyalar, nitqin kəskin kəkələmə formasında, davamlı şizofrenəbənzər psixotik pozuntu ilə diaqnoz qoyulmuşdur. Göndərişdən imtina edilməsi səbəbləri kimi isə göndərişin natamam doldurulması və xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 35 faiz pozulması barədə qərar qüvvədə saxlanılması göstərilmişdir. Apellyasiya şikayətində məhkəməyə münasibətdə qeyd olunmuşdur: “Diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun N6.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir.” Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-N(N02)-489/2022 nömrəli qərarının N6-cı bəndinə əsasən göndərişin natamam doldurulması ilə əlaqədar imtina edilmə qərarında nə Tibbi-Sosial Ekspertiza Agentliyinin, nə də ki iddiaçı tərəfin təqsiri mövcud deyil. Həmin halda məsuliyyəti tibb müəssisəsi daşıyır Bu halda iddiaçının əlilliyin səbəbinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmək hüququ yaranmır. Lakin adıçəkilən şəxsin tibb müəssisəni məhkəməyə verərək tərəfindən hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə keçən müddət ərzində kompensasiyanın ödənilməsini tələb etmək hüququ mövcuddur. Yəni, iddiaçı sözügedən aidiyyəti sənədləri təqdim edərək dövlət tibb müəssisəsi tərəfindən sənədləri düzgün doldurduğu təqdirdə və müvafiq qanunvericiliyin tələblərinə cavab verdiyi halda ona uyğun əlillik dərəcəsi verilə bilər. Həmçinin, əlillik təyinatı üçün tibb müəssisələri tərəfindən verilmiş göndərişdə (Forma-088) şəxsin diaqnozu ilə bağlı məlumatlarda ziddiyyət və uyğunsuzluqlar aşkar olunduqda, müayinələr əsas diaqnozu təsdiq etmədikdə, şəxsin stasionar və ambulator müalicələri yetərli olmadıqda və yaxud ziddiyyət təşkil etdikdə, göndəriş düzgün tərtib olunmadıqda, natamam doldurulduqda və s. hallarda həmin göndəriş üzrə məlumatların dəqiqləşdirilməsi, çatışmazlıqların aradan qaldırılması üçün tibb müəssisəsinə geri qaytarılır. Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli N2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na əsasən, şəxsin sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, XN uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar göstərilməklə göndərişin tərtibi, rəsmiləşdirilməsi və elektron sənəd formasında müvafiq altsistemə daxil edilməsi dövlət tibb müəssisələrinin səlahiyyətlərinə aiddir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu, qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Kollegiya məhkəmənin mövqeyilə razılaşır, hesab edir ki, hazırki işin faktiki halları baxımından iddianın təmin edilməsi ilə düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il N6 yanvar tarixli NN nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: N.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 2.4. TSEK N0 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən N5 (on beş) iş gününədək uzadıla bilər. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEKlərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 3.N-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən N0 iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə N5 iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il N3 may tarixli N87 nömrəli Qərarı ilə (2022-ci il iyulun N-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N5-ci il 30 dekabr tarixli 4N3 nömrəli Qərarının N-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0) Qiymətləndirmə 7.6.2.N. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) - orqanizmin funksiyalarının pozulmasının 35-60 faizi ilə 2 il müddətinə əlillik təyin edilir. 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti - orqanizmin funksiyalarının pozulmasının 65-80 faizi ilə 2 il müddətinə əlillik təyin edilir. İş materialları əsasında müəyyən edilir ki, İddiaçı xx.xx.202N-ci il tarixində hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi nəticəsində şəxsiyyət pozuntusu, ifadəli davranış pozuntuları, tez-tez dekompensasiyalar və kəkələmə ilə diaqnozun mətni ilə 5 il müddətinə ilkin 2.3. üçüncü dərəcə əlillik təyin edilmişdir. xx.xx.2023-cü il tarixində baş beyin üzvi xəstəliyi (KBT mənşəli) nəticəsində yaranan şəxsiyyət pozuntusu, kobud davranış pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar, psixotik daxil olmalarla və kəkələmə ilə diaqnozun mətni ilə 2 il müddətinə təkrar üçüncü dərəcə əllik təyin edilmişdir (meyar – 7.6.2.N); xx.xx.2023-cü il tarixində baş beyin üzvi xəstəliyi (XN6 İİ Qarabağ Müharibəsi) nəticəsində yaranan kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez təkrarlanan dekompensasiyalar, nitqin kəskin kəkələmə formasında. davamlı şizofrenəbənzər psixotik pozuntu ilə diaqnozun mətni ilə 2 il müddətinə təkrar üçüncü dərəcə əllik təyin edilmişdir (meyar – 7.6.2.N); xx.xx.2024-cü il tarixində baş beyin üzvi xəstəliyi (İİ Qarabağ Müharibəsi) nəticəsində yaranan kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntu, tez-tez təkrarlanan dekompensasiyalar, nitqin kəskin kəkələmə formasında. davamlı şizofrenəbənzər psixotik pozuntu ilə diaqnozun mətni ilə xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 35 faiz pozulması barədə qərar qüvvədə saxlanılmışdır. Əlilliyin təyininə dair sonuncu forma 88 arayışına əsasən (xx.xx.2024-cü il tarixdə müayinə olunmuşdur): - (status localis) Xəstə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyünün bərpa olunması uğrunda aparılan əks-hücum əməliyyatlarında xx.xx.2020-ci il tarixdə yaxınlığında mərmi partlaması nəticəsində travma almış, ilk tibbi yardım göstərilərək xx.xx.2020-ci il tarixdə MN-in N nömrəli hərbi hissəsinə təxliyə olunmuş və xx.xx.2020- ci il tarixədək "Şəraitlə əlaqədar dissosiativ reaksiya" diaqnozu ilə stasionar müalicədə olmuşdur. Xəstə xx.xx.2020-ci il tarixdə DİN-in DQ-ın qospitalına köçürülmüş, xx.xx.2020ci il tarixədək "Partlayış travması, baş-beyin silkələnməsi. İsterik mutizm" diaqnozu ilə stasionar müalicədə olmuş (x/t-N200/2020), xx.xx.2020-ci tarixdə QHHK-da hərbi xidmətə müvəqqəti yararsız hesab olunmaqla məzuniyyət verilməsi barədə qərar verilmişdir (345 nömrəli arayış) Xəstə DQ-ın qospitalında xx.xx.202N-ci il tarixdən xx.xx.202N-ci il tarixədək "İsterik mutizm." (x/t-87/202N)xx.xx.202N-ci il tarixdən xx.xx.202N-ci il tarixədək "Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı asteno-nevrotik vəziyyət, kəkələmə ilə. Partlayış travması nəticəsində səltərəfli subyektiv qulaq küyü. AD/AS=5 m/5m" diaqnozları ilə stasionar müalicədə olmuş (x/t-533/202N), diaqnozun dəqiqləşdirilməsi üçün Respublika Psixiatriya Xəstəxanasına köçürülmüşdür. Xəstə xx.xx.202N-ci il tarixdən xx.xx.202N-ci il tarixədək "Baş-beyin travması nəticəsində şəxsiyyət pozuntusu, ifadəli davranış pozuntuları, tez-tez dekompensasiyalar və kəkələmə ilə diaqnozu ilə stasionar müalicədə olmuşdur (x/t-395N/202N). PSİXİ STATUS: Bələdliyi saxlanılıb. Zahirən narahatdır. Nitqi qüsurludur, kəkələmə müşahidə olunur. Əhval-ruhiyyəsi bir qədər enikdir.Ünsiyyətə çətinliklə daxil olur. Emosional labildir. Verilən suallara qısa, konkret cavablar verir. Özünə qarşı tənqidi formaldır. HHK-nın hərbi xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: Xəstəliklər cədvəlinin N4 "b", 89 "a" maddələrinin İİİ qrafasına və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı və DİN-in xx.xx.2008-ci il tarixli 559 nömrəli təlimatının "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"- yə qoşma) əsasən: Azərbaycan Respublikası DİN-in DQ-ın Hərbi-həkim komissiyasının N528 No xx.xx.202N tarixli qərarına əsasən: “C” yararsız, müharibə dövründə məhdud yararlıdır. sülh dövründə hərbi xidmətə Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır". - Əsas diaqnoz. F23.2. Kəskin şizofreniyaya bənzər psixotik pozuntu., Davamlı şizofrenəbənzər psixotik pozuntu, kənar şəxslərin himayəsinə ehtiyacı var. - Ağırlaşma. F07.0. Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Baş beyin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsində XN6 mənşəli) nəticəsində yaranan kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez təkrarlanan dekompensasiyalar, nitqin kəskin kəkələmə formasında, davamlı şizofrenəbənzər psixotik pozuntu, kənar şəxslərin himayəsinə ehtiyacı var. - Ağırlaşma. F07.8. Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pоzuntuları, Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları. - Ağırlaşma. F06.2. Üzvi sayıqlama [şizofreniyayabənzər] pоzuntusu, Üzvi sayıqlama [şizofreniyayabənzər] pozğunluğu. - Ağırlaşma. T90.5. Kəllədaxili travmaların nəticələri, İİ Qarabağ müharibəsində XN6. - Ağırlaşma. Z74.3. Daimi müşahidəyə ehtiyac, Kənar şəxslərin himayəsinə ehtiyacı var. - Ağırlaşma. F98.5. Kəllədaxili travmaların nəticələri, İİ Qarabağ müharibəsində XN6 - Yanaşı xəstəlik. S06.0. Baş beynin silkələnməsi, Kəllədaxili travma - Yanaşı xəstəlik. Y36.2. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Hərbi əməliyyatlar - Həkim müayinəsi nəticəsində F07.0 Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Baş beyin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsində XN6 mənşəli) nəticəsində yaranan kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez təkrarlanan dekompensasiyalar, nitqin kəskin kəkələmə formasında, davamlı şizofrenəbənzər psixotik pozuntu, kənar şəxslərin himayəsinə ehtiyacı var. T90.5 Kəllədaxili travmaların nəticələri, İİ Qarabağ müharibəsində XN6. Z74.3 Daimi müşahidəyə ehtiyac, Kənar şəxslərin himayəsinə ehtiyacı var. F98.5 Kəkələmə [hıqqana-hıqqana danışmaq], Kəkələmə [hıqqana-hıqqana danışmaq]. Respublika Psixiatriya Xəstəxanası XN7 Həkim Psixiatr Komissiyasının xx.xx.2024cü il tarixli 40NN nömrəli Rəyinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin N7 fevral 2023-cü il 3-28/3-N-NN8/2023 saylı “Vətən müharibəsi iştirakçılarının müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz “üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, cari psixotik vəziyyət, epileptiform tutmalarla F07.0” müəyyən edilmişdir. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının qeyd edilən əlillik təyin edən xəstəlikdən (üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0)) əziyyət çəkməsi işin mübahisəsiz halı olmaqla tibbi göndərişlə (forma 88) təsdiqini tapmış, həmin tibbi göndəriş həkim müayinəsinə əsaslanmışdır. İddiaçı qeyd edilən xəstəliklə bağlı illər ərzində (202N-2024) mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində müayinə və müalicələrdə olmuş, həmin müayinənin nəticəsi digər tibb müəssisələri tərəfindən də (Bakı Psixi Sağlamlıq Mərkəzi, 2 nömrəli X7, Bakı N saylı Respublika Psixiatriya Xəstəxanası, Daxili İşlər Nazirliyi XN0) təsdiqlənmişdir. Həmçinin iddiaçının əziyyət çəkdiyi “F07.0 üzvi mənşəli şəxsiyyət pozuntusu” xəstəliyinin qiymətləndirməsi zamanı orqanizmin funksiyalarının pozulması faizinin (7.6.2.N-ci bəndə əsasən 35-60 faiz, 7.6.2.2-ci bəndə əsasən 65-80 faiz) müəyyən edilməsində əsas meyarlardan biri şəxsin daimi müşahidə zərurətinin olması, eləcə də xəsəliyin azı 2 il davam etməsidir. Belə ki, orqanizmin funksiyalarının pozulmasının 35-60 faiz müəyyən edilməsi (7.6.2.N) üçün əsas kimi “bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması” nəzərə alınsa da, orqanizmin funksiyalarının pozulmasının 65-80 faiz müəyyən edilməsi üçün əsas “daimi müşahidə zərurəti”nin olması və xəstəliyin azı 2 il davam etməsidir. İddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, İddiaçı daimi qulluğa və nəzarətə ehtiyacı var. Digər tərəfdən əlilliyin təyininə dair sonuncu forma 88 arayışında xəstəliyin (F07.0 üzvi mənşəli şəxsiyyət pozuntusu) ağırlaşması olaraq “Z74.3. Daimi müşahidəyə ehtiyac, kənar şəxslərin himayəsinə ehtiyacı var” müəyyən edilmiş və İddiaçı xəstəliyi ilə əlaqədar daimi müşahidə zərurətinin olması aşkar şəkildə qeyd edilmiş, eləcə də iddiaçının 202N-ci ildən (qiymətləndirildiyi vaxt 3 il ərzində) həmin xəstəlikdən əziyyət çəkdiyi müəyyən edilmişdir. Belə ki, iddiaçıya 202N-ci ildən əlillik təyin edilmiş olması işin mübahisəsiz halıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əziyyət çəkdiyi “F07.0 üzvi mənşəli şəxsiyyət pozuntusu” xəstəliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il N3 may tarixli N87 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndinə əsasən əlilliyin təyin olunmasına əsas verməsinə baxmayaraq, əlilliyin həmin Meyarların 7.6.2.N-ci bəndinə əsasən təyin edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Əlilliyin müddətsiz təyin olunması tələbinə münasibətdə isə məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il N6 yanvar tarixli NN nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”ndan aşağıdakı maddələri nəzər alır: 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 3N- 60 faiz aralığında ardıcıl olaraq N5 il, 6N-80 faiz aralığında ardıcıl olaraq N0 il və 8N- N00 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla N5 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il N3 may tarixli N87 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 8N-N00 faiz, 6N-80 faiz və 3N-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. Onu da qeyd etmək lazımdır ki, İddiaçı əlillik təyin edilməsi üçün əsas olan xəstəlikdən (üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0)) qiymətləndirildiyi tarixə 3 ildir (202N-ci ildən bəri olan müayinə sənədləri ilə təsdiq olunur) əziyyət çəkir. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, əlilliyin müddətsiz təyin edilməsi üçün müddət tələbi yerinə yetirilməmişdir. Cavabdeh apellyasiya şikayətində bildirir ki, diaqnoz əsasında şəxsin əlil olubolmamasınıın (əlillik dərəcəsinin) müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. Bununla bağlı birinci instansiya məhkəməsi haqlı olaraq qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbiinstrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyət kimi nəzərdə tutulmuşdur. Hər iki halda, yəni həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri də əsassız sayılmalıdır. Həmçinin qeyd edilməlidir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə inzibati orqanın üzərinə belə qərarın qəbul edilməsinə dair öhdəlik qoyur və bu yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır. İnzibati İcraat Haqqında Qanunun ; 24.N-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; İş üzrə müəyyən olunmuş hallardan görünür ki, cavabdeh iddiaçının tələbinin təmin edilməsini istisna edən şərtlərin mövcudluğunu sübut edə bilməmiş, formal mülahizələrə əsasən iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, cavabdehin apelyasiya şikayəti isə hər hansı mötəbər dəlillə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-38N2/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən N (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar