Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-21/2024 04.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və X13 ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı1 və onun vəkili Vəkil2, İddiaçı3 nümayəndəsi və vəkili Vəkil6, İddiaçı X3 nümayəndəsi və vəkili Vəkil5, Cavabdehin nümayəndəsi X14 iştirakları ilə, İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi”, iddiaçılar X11 və İddiaçı1 həmin cavabdehə qarşı “bağ sahəsinə dair hüquqların tanınması və çıxarışın verilməsi” ilə bağlı olan tələblərinə dair iş üzrə apelyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: 1)İddiaçı1 iddia tələbi üzrə aparılan icraat: İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 0.12 ha torpaq sahəsi olan 1722 v nömrəli bağ sahəsinin üzərində mülkiyyət hüququnun onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-387/2018 nömrəli işi üzrə qəbul etdiyi 01 mart 2018-ci il tarixli qərarı ilə, iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 0.12 ha torpaq sahədən ibarət olan 1722v nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və planölçünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. X27 xx.xx.2018-ci il tarixdə 2 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 2-1(82)-387/2018 nömrəli, 01 mart 2018-ci il tarixli qərarın ləğv edilməsi və onun üçüncü şəxs qismində işə cəlb olunmasını xahiş etmişdir. 2 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-387/2018 nömrəli, 24 may 2018-ci il tarixli qərardadı ilə, 2 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 387/2018 nömrəli işi üzrə qəbul edilmiş 01 mart 2018-ci il tarixli qərarı ləğv edilmiş, X27 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1146/2020 nömrəli işi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli Qərarı ilə, iddia tələbi təmin edilmiş İddiaçı1 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 0.12 ha torpaq sahəsi olan 1722 v nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın verilməsi və “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan üçüncü şəxs İddiaçı3 apellyasiya şikayəti təqdim edərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)- 1146/2020 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsini, inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti təqdim edərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1146/2020 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı2 xx.xx.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə vəsatət təqdim edərək, məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-245/2021 nömrəli işi üzrə qəbul etdiyi, xx.xx.2021-ci il tarixli qərardadı ilə, ərizəçi İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilməsi, İddiaçı2 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması, üçüncü şəxs İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, AR ƏMDK yanında DƏDRX-in 1 nömrəli Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 1(112)-1146/2020 nömrəli qərarının ləğv edilməsi qərara alınmış, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-21/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş, apellyasiya şikayəti mümkün sayılaraq 2-1(1- 3)-188/2023 nömrə ilə icraata qəbul edilmişdir. 2) İddiaçı3 iddia tələbi üzrə aparılan icraat: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bakı şəhər XDS İK-nin 01 mart 1991-ci il tarixli 26 nömrəli protokolu, 01 mart 1991-ci il tarixli 3/75 nömrəli qərarı və 11 mart 1991-ci il B/S nömrəli orderlə X19 verilmiş Bakı şəhəri Bilgəh massivində yerləşən 1722 B nömrəli 0,12 ha bağ sahəsinin mərhum X19 məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 1 aprel 2022-ci il tarixli, 2-1(112)-1433/2022 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmiş, Bakı şəhər XDS İK-nin 01 mart 1991ci il tarixli 26 nömrəli protokolu, 01 mart 1991-ci il tarixli 3/75 nömrəli qərarı və 11 mart 1991-ci il Б/С nömrəli order əsasında Bakı şəhəri Bilgəh massivində yerləşən 1722 B nömrəli 0,12 ha. bağ sahəsinin mərhum X19 məxsus olmasına dair arayışın iddiaçıya verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Üçüncü şəxslər həmin qərardan ayrı-ayrılıqda apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 2- 1(103)-2502/2022 nömrəli qərardadı ilə (hakimlər: X.Cəmilova – sədrlik edən və məruzəçi, M.Tağızadə və İ.Kərimli) hazırki iş üzrə icraat İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair hüquqların tanınması və çıxarışın verilməsi” tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-21/2022 saylı və iddiaçı X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Bağlar ərazisində 1722E saylı bağ evinə Bakı şəhəri XDS İcraiyyə Komitəsinin qeydiyyat vəsiqəsinin dəyişdirilib dövlət reyestrindən çıxarış verilməsi” tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1250/2021 saylı inzibati işlərinə baxılıb yekun məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər dayandırılması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, sözügedən inzibati işlərin nəticəsinin hazırki inzibati işin baxılmasına əhəmiyyətli təsiri vardır. Həmin işlərə baxılıb yekun məhkəmə qərarları qanuni qüvvəyə minənə qədər hazırki inzibati işə baxmaq mümkün deyil. Bu baxımdan hazırki inzibati işin icraatı Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2-1(103)-2473/2022 saylı və icraatı yekunlaşmış 2-1(103)-670/2022 saylı inzibati işlərə baxılıb, yekun məhkəmə qərarı qəbul edilib qanuni qüvvəsini alanadək dayandırılmalıdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 601/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə, iddiaçının kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 2- 1(103)-2502/2022 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. 3) İddiaçı2 iddia tələbi üzrə aparılan icraat: İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Bağlar ərazisində 1722 E nömrəli bağ evinə Bakı şəhəri ZDS İK-nın qeydiyyat vəsiqəsinin dəyişdirilib dövlət reyestrindən çıxarış verilməsi” tələbi ilə 20 iyul 2020-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1250/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. (hakim M.T.Hacıbəyova). İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər A.Ə.Hüseyn-sədrlik edən, S.İ.Bəktaşi və A.S.Hüseynov) 7 oktyabr 2022-ci il tarixli, 2- 1(103)-670/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1250/2021 saylı qərarı ləğv edilmiş, İddiaçı2 adına Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Bağlar ərazisində 1722 E nömrəli bağ evinə Azərbaycan SSR X10 İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinin dəyişdirilib dövlət reyestrindən çıxarış verilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023cü il tarixli, 2-1(102)-563/2023 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 oktyabr 2022-ci tarixli, 2- 1(103)-670/2022 nömrəli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kassasiya instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən iş materiallarında olan qeydiyyat vəsiqəsinin surətində olan möhürün hansı orqana məxsus olması, adı möhürdə qeyd edilən orqanın həqiqətən qeydiyyat vəsiqəsi vermək səlahiyyəti və qeydiyyat vəsiqəsini verməsi, qeydiyyat orqanının (onun hüquqi varisinin) mövcudluğu məhkəmə tərəfindən yoxlanılmamış, həmin orqanlara, o cümlədən dövlət arxivinə sorğular edilməmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 56-cı maddəsi rəhbər tutularaq Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimlərinin icraatında olan hər üç inzibati iş 2-1(103)-188/2023 (21/2024) nömrə altında birləşdirilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 və onun vəkili Vəkil2 izahatında, apelyasiya şikayətlərini müdafiə edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 21/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Eyni zamanda iddiaçı Bakı İnzibati Məhkəməsinin İddiaçı3 Rauf oğlunun iddia tələbi ilə bağlı qəbul edilmiş qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini, X3 isə iddia tələbi üzrə qəbul edilmiş məhkəmə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən X3 nümayəndəsi və vəkili Vəkil5da izahatında apelyasiya şikayətlərini müdafiə edərək, Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1250/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələblərinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Eyni zamanda İddiaçı3 Rauf oğlunun iddia tələbi üzrə qəbul edilmiş 1 aprel 2022-ci il tarixli, 2-1(112)- 1433/2022 nömrəli məhkəmə qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini, digər İddiaçı1 iddia tələbi ilə bağlı qəbul edilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-21/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı3 Rauf oğlunun nümayəndəsi və vəkili Vəkil6 üçüncü şəxslər tərəfindən verilmiş apelyasiya şikayətlərinin əsassız olduğunu, Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilən 1 aprel 2022-ci il tarixli, 2-1(112)- 1433/2022 nömrəli qərarın qanuni və əsaslı olduğunu, dəyişdirilmədən saxlanılmasını, digər iddiaçılar İddiaçı1 və X3 iddia tələbi üzrə qəbul edilmiş məhkəmə qərarlarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı iş üzrə mübahisə predmeti olan torpaq sahəsinin hər üç iddia tələbində iddia olunan torpaq sahəsi olması işin mübahisəsiz halıdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, toplanmış sübutlara qiymət verərək, hər üç iddiaçının iddia tələbinə münasibətdə aşağıdakı nəticəyə gəlir: İddiaçı1 iddia tələbi üzrə apelyasiya instansiya məhkəməsinin mövqeyi: İşin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Bakı Şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və X28 bağlar sahəsindəki 32 nömrəli kooperativin 11 nömrəli orderinə əsasən Bakı şəhər icraiyyə komitəsinin 1993-cü il tarixli qərarı ilə Bilgəh bağlar sahəsindəki 32 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 1722 V nömrəli bağ iddiaçının istifadəsinə verilmişdir. İddiaçı qeyd olunan bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması məqsədilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının hüquqlarının təmin edilməsindən imtina etmişdir. Daha sonra iddiaçı hazırkı tələblə birinci instansiya məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ yekunda iddia tələbinin təmin edilməməsi ilə yekunlaşmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İş materiallarında olan : Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 09 iyul 2016-cı il tarixli, **********13 saylı məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, bağlar bölgüsünə dair sxematik xəritəyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivi ünvanında yerləşən 1722 V saylı bağ sahəsi 1722 B saylı bağın yerinə uyğundur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli, **********56 nömrəli iddiaçıya ünvanlanmış məktubuna əsasən bildirilmişdir ki, idarənin arxiv məlumatlarına əsasən İddiaçı1 adına olan orderin arxiv nüsxəsində möhür aşkar edilməmişdir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən sahə “1722b” saylı bağın ərazisinə düşür. Bundan əlavə, sözügedən bağ sahəsinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-5215/2017 saylı işi üzrə məhkəmədən bildiriş daxil olmuş, lakin qanuni qüvvəyə minmiş yekun qərar daxil olmamışdır. Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı birliyinin Bilgəh bağlar sahəsindəki 32 nömrəli kooperativin 11 nömrəli orderinin kserosurətinə əsasən, İddiaçı1 Bakı şəhər icraiyyə komitəsinin 12 fevral 1993-cü il tarixli qərarına əsasən, Bilgəh bağlar sahəsində 32 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1722 V nömrəli bağ ayrılmışdır. Bakı şəhər İcrayyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X28 Bağlar Sahəsindəki 32 №-li Kooperativi tərəfindən verilmiş Б/С nömrəli orderin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Arxivi tərəfindən təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin 30 yanvar 1991-ci il tarixli 1/16 №-li qərarına əsasən, Bilgəh Bağlar sahəsində 32 №-li BTK nəznində 0.12 ha torpaq sahəsi olan 1722 V №-li bağ sahəsi X4 ayrılmışdır. Ölüm haqqında şəhadətnamədən görünür ki, X8 02 fevral 1992-ci ildə 66 yaşında vəfat etmişdir. İddiaçı1 Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X28 Bağlar Sahəsindəki 32 №-li BTK-ya ünvanladığını ərizənin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Arxivi tərəfindən təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1 ərizə ilə müraciət edərək, atası X1 vəfatı ilə əlaqədar 0,12 ha torpaq sahəsi olan 1722 V №-li bağ sahəsinin onun adına keçirilməsini xahiş etmişdir. X5 və X6 Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X28 Bağlar Sahəsindəki 32 №-li BTK-ya ünvanladığını ərizənin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Arxivi tərəfindən təsdiq olunmuş surətindən görünür ki, X15 və X16 ərizə ilə müraciət edərək, atası X1 vəfatı ilə əlaqədar 0,12 ha torpaq sahəsi olan 1722 V №-li bağ sahəsinin qardaşları İddiaçı1 adına keçirilməsinə etiraz etməmişdirlər. Bakı şəhər İcrayyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X28 Bağlar Sahəsindəki 32 №-li Kooperativi tərəfindən verilmiş 11 nömrəli orderin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Arxivi tərəfindən təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhər İcrayyə Komitəsinin 12 yanvar 1993-cü il tarixli ПР 65/БТИ №-li qərarına əsasən, Bilgəh Bağlar sahəsində 32 №-li BTK nəznində 0.12 ha torpaq sahəsi olan 1722 V №-li bağ sahəsi İddiaçı1 ayrılmışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı filialının 11 aprel 2019-cu il tarixli, 848 saylı məktubuna əsasən, keçmiş Bakı şəhər XDS İK-nın (indiki Bakı şəhər İH) arxiv fondu üzrə 1993-cü ilə dair arxiv sənədləri, o cümlədən xx.xx.1993-cü il tarixli, ПР 65/БТИ qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Həmçinin, həmin qərar idarənin arxivində aşkar edilməmişdir. (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 17 aprel 2019-cu il tarixli məktubu). Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı filialı tərəfindən 275 №-li 08 may 2020-ci il tarixli məktub ilə təqdim olunmuş Bakı şəhər X21 İcrayyə Komitəsinin 30 yanvar 1991-ci il tarixli 1/16 saylı qərarına əsasən, Bilgəh bağlar sahəsində 32 №-li BTK nəznində olan torpaq sahəsi X4 verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Azərbaycan Respublikasi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ünvanlanmış mütəxəssis rəyindən görünür ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinə yerində baxış keçirilib koordinatları müəyyən edilməklə ölçülmüşdür. Ölçülmüş ərazinin faktiki sahəsi 0.1490 hektardır, mişar daşı ilə hasarlanıb, həyətdə tikintisi başa çatmamış yarımçıq tikili mövcuddur. Elektron kadastr baza məlumatlarında İddiaçı1 və üçüncü şəxs X19 torpaq sahəsinin ayrılması barədə heç bir məlumat aşkar edilmədi. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 0,12 ha torpaq sahəsi olan 1722 v saylı bağ sahəsinin texniki göstəricilərini əks etdirən sənədlərin (texniki pasport, torpaq sahəsinin plan və ölçüsü, sxem və sair) mülki işə əlavə edilməməsi səbəbindən İddiaçı1 iddia etdiyi və 6 naturada göstərdiyi torpaq sahəsinin hansı bağ sahəsi ilə üst-üstə düşməsini və ya hansı bağ sahəsi olmasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2186 nömrəli 22 may 2007-ci il tarixli yerli icra hakimiyyəti orqanlarının nəznində olan X25nin ləğv edilməsi barədə sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X25 ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Ximdətinə təhvil verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məlumatına əsasən İddiaçı1 iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi 1722 b saylı bağ sahəsi ilə üst-üstə düşür. (1 saylı Bakı Ərazi İdarəsinin 23 noyabr 2018-ci il tarixdə təqdim etdiyi sxemlər əlavə olunur). Məhkəmə araşdırması zamanı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 387/2018 saylı 21 avqust 2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 23495 saylı 21 dekabr 2018-ci il tarixli ekspert rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məlumatına əsasən İddiaçı1 iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi 1722 B saylı bağ sahəsi ilə üst-üstə düşür. Məhkəmə araşdırılması zamanı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 38/2019 saylı 04 iyul 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 19224 saylı 18 dekabr 2019-cu il tarixli ekspert rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İlham Şərifovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr bazasına və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən koordinatlar verilmiş sahə (vətəndaş İddiaçı1 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivindəki 1722 V kimi iddia etdiyi bağ sahəsi) 1722 B saylı bağ sahəsinin yerinə uyğundur İş materiallarını nəzərdən keçirən məhkəmə kollegiyasə birinci instansiya məhkəməsi ilə razılaşaraq qeyd edir ki, Bilgəh bağ massivində yerləşən 32 nömrəli kooperativin 1722 V saylı bağın torpaq sahəsinin ilkin torpaqayırma sənədləri(yerləşmə planı), torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsinə dair müvafiq müqaviləsi olmadığından məhkəmə iş materiallarına əlavə edilmiş sxematik xəritədən çıxarışına, mütəxəssis və ekspert rəylərinə əsasən müəyyən edilir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi 1722 V saylı bağ sahəsi deyil. Eyni zamanda İddiaçı1 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 1722 V saylı bağ sahəsinin ona ayrılmasına dair istinad etdiyi sənədin, yəni İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının inkişafı və X28 bağlar sahəsindəki 32 nömrəli kooperativin 11 nömrəli orderinin əslini təqdim edə bilməmişdir. Həmçinin birinci instansiya məhkəməsinin sorğularına cavab məktublarından müəyyən edilmişdir ki, sözügedən order və onun verilməsi üçün əsas olmuş Bakı şəhər XDS icraiyyə komitəsinin 12 fevral 1993-cü il tarixli, ПР65/БТИ nömrəli qərarı dövlət arxivində mövcud deyil. Beləliklə, qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, İddiaçı1 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 0.12 ha torpaq sahəsi olan 1722 v nömrəli bağ sahəsinin üzərində mülkiyyət hüququnun onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və planölçünün verilməsinə dair iddia tələbi əsassız olduğundan birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. İddiaçı2 iddia tələbi üzrə apelyasiya instansiya məhkəməsinin mövqeyi: İşdən görünür ki, iddiaçı 20 iyul 2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Bağlar ərazisində 1722 E nömrəli bağ evinə qeydiyyat vəsiqəsinin dəyişdirilib dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını etmişdir. Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1250/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. (hakim M.T.Hacıbəyova). İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər A.Ə.Hüseyn-sədrlik edən, S.İ.Bəktaşi və A.S.Hüseynov) 7 oktyabr 2022-ci il tarixli, 2- 1(103)-670/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1250/2021 saylı qərarı ləğv edilmiş, İddiaçı2 adına Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Bağlar ərazisində 1722 E nömrəli bağ evinə Azərbaycan SSR X10 İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinin dəyişdirilib dövlət reyestrindən çıxarış verilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Bağlar ərazisində 1722 E nömrəli bağ evi iddiaçıya ayrıldığından və bağ sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlərin ləğvi və ya etibarsızlığı barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, iddiaçı bağ sahəsinin qanuni istifadəçisi sayılmalıdır. Odur ki, qeyd edilən bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və bu barədə reyestrdən çıxarışın verilməsindən cavabdehin imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmişdir. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 563/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 oktyabr 2022-ci tarixli, 2-1(103)-670/2022 nömrəli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə Kollegiyası işin obyektiv araşdırılması məqsədilə ilk öncə yuxarda qeyd edilən Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarında göstərdiyi göstərişləri nəzərə alaraq, iddiaçı X2 xx.xx.1991 tarixli, 30/2694 nömrəli qeydiyyat vəsiqəsinin əslini təqdim etməsini tələb etmiş, həmin sənədin əsli təqdim edildikdən sonra isə xx.xx.2023-cü il tarixli məhkəmə kollegiyasının iclasında Kollegiya tərəfindən sözü gedən qeydiyyat vəsiqəsinə baxış keçirilərək qeydiyyat vəsiqəsinin üzərində olan möhrün hansı orqana məxsus olmasının müəyyənləşdirilməsinə zərurət olduğu qənaətinə gəlinmiş və Kollegiyanın müvafiq qərardadı ilə iş üzrə sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzindən xx.xx.2023-cü il tarixli ekspert rəyi daxil olduqdan sonra məhkəmə icraatı davam etdirilmişdir. Həmin ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş xx.xx.1991-ci il tarixli, 30/2694 nömrəli qeydiyyat vəsiqəsinin üzərində olan möhür əksi şırnaqlı printerdə çap edilmişdir. Təqdim edilmiş xx.xx.1991-ci il tarixli, 30/2694 nömrəli qeydiyyat vəsiqəsinin üzərində azərbaycan dilində “Азəрбаjҹан ССР Бакы шəhəри …….. советинин иҹраиjjə koмитəси …… инвентарлашдырма буросу” məzmunlu, rus dillərində isə “Азəрб ССР .... Бакйн …. Совета народных депутатов” məzmunlu mətnlər (nöqtələr oxunulmayan sözləri bildirir) vardır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2020-ci il tarixli, 996 nömrəli məktubundan görünür ki, Azərbaycan SSR X10 İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosunun arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2020-ci il tarixli “Google maps” xəritələrində mübahisəli bağ sahəsinin yeri və bağ sahəsində yerləşən yarımçıq tikili göstərilmişdir. Həmçinin həmin bağ sahəsi İddiaçı1 məxsus olan 1722 V nömrəli, X26 məxsus olan 1722 B nömrəli və X7 məxsus olan 1722 E nömrəli bağ sahəsi kimi işarələnmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.3-cü bəndinə əsasən təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, 3.0.4-cü bəndinə əsasən bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, 3.0.7-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydaları”nın 3.7-ci bəndinə əsasən ərazi idarəsinin daşınmaz əmlaka dair qeydiyyat və hüquq şöbələrində ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla sənədlərin ekspertizası həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan X25 tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam veriməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı tərəfindən hüquqmüəyyənedici sənəd olaraq mübahisəli bağ evinə dair 30/2694 nömrəli, xx.xx.1991-ci il tarixli qeydiyyat vəsiqəsi təqdim olunsada, həmin sənədin arxiv əsası olmadığından, mötəbərliyi toplanmış sənədlərlə təsdiq olunmur. Belə ki, sözügedən qeydiyyat vəsiqəsinin alınmasına əsas olmuş ilkin hüquqmüəyyənedici sənədlər (müqavilə, qərar, order və s.) aşkar olunmamış, bu sənədlərin mövcud olması barədə məlumat verilməmişdir. Eyni zamanda yerli baxış zamanı müəyyən edilmişdir ki, qeydiyyat vəsiqəsində bağ evi kimi göstərilmiş daşınmaz əmlak həqiqətdə yarımçıq tikilidir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək doğru nəticəyə gəlmişdir. İddiaçı3 iddia tələbi üzrə apelyasiya instansiya məhkəməsinin mövqeyi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bakı şəhər XDS İK-nin 01 mart 1991-ci il tarixli 26 nömrəli protokolu, 01 mart 1991-ci il tarixli 3/75 nömrəli qərarı və 11 mart 1991-ci il B/S nömrəli orderlə X19 verilmiş Bakı şəhəri Bilgəh massivində yerləşən 1722 B nömrəli 0,12 ha bağ sahəsinin mərhum X19 məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 1722 B nömrəli, 0,12 ha torpaq sahəsi və torpaq sahəsindəki yarımçıq tikili iddiaçının atası X19 verilmişdir. Torpaq sahəsi iddiaçının atası X19 Bakı şəhər X30 İcraiyyə Komitəsinin 01 mart 1991-ci il tarixli 26 nömrəli protokolu və 01 mart 1991-ci il tarixli, 3/75 nömrəli qərarı əsasında, 11 mart 1991-ci il tarixli B/C nömrəli orderlə verilmişdir. 29 mart 1991-ci il tarixli 110 nömrəli qərarla Bilgəh bağlar sahəsindəki BTK-32 nömrəli bağda (sxematik) yer hissəsinin planı tərtib olunmuş və X34a verilmişdir. Bakı şəhər X30 İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyinin xx.xx.1991-ci il tarixli, 216 nömrəli məktubu ilə X34a verilmiş torpaq sahəsində ev və hasar tikintisinə icazə verilmişdir. Torpaq sahəsi üzərində 01 mart 1991-ci il tarixdə istifadə hüququ əldə etdikdən və yer hissəsinin planını əldə etdikdən sonra iddiaçının X34 tərəfindən bağ sahəsinin tikintisi, abadlaşdırılması işlərinin görülməsinə başlanılmışdır. Belə ki, iddiaçının atası X27 ilə Xəzər dəniz gəmiçiliyinin sənaye kombinatının direktoru arasında 04 aprel 1991-ci il tarixli “əhalinin sifarişi ilə təmir-tikinti işlərinin görülməsinə dair” podrat müqaviləsi bağlanmışdır. Müqavilədə nəzərdə tutulmuş təmir-tikinti işlərinin qiyməti 23981,67 rubl dəyərində hesablanmışdır. X34 ilə TO-7 “Baktonnelstroy” arasında 30 sentyabr 1991-ci il tarixli “Əhaliyə xidmətlərin göstərilməsinə dair” podrat müqaviləsi bağlanılmışdır. Bakı şəhəri, Bilgəh bağ massivində yerləşən 1722b nömrəli, 0.12 ha torpaq sahəsində tikinti işlərinin aparılması üçün iddiaçının atası X27 18 iyun 1991-ci il tarixdə mənzil tikinti kooperativi üzvü kimi Dövlət Bankı ilə borc müqaviləsi bağlamışdır. Həmin borc müqaviləsinin şərtlərinə görə iddiaçının atası X27 özü tərəfindən 3 ildən 10 il müddətinə alınmış pul məbləğini xx.xx.1991-ci ilə kimi məqsədli istifadə etməyi öhdəsinə götürmüşdür. Borc müqaviləsi ilə müəyyən edilmiş məbləğ 24.000 rubl təşkil etmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 1722b nömrəli bağ sahəsinə telefon çəkilməsi üçün iddiaçının atası X9 rayon A.T.S müraciət etmişdir. Həmin müraciət əsasında Lenin rayon A.T.S-ə təqdim olunması üçün Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən xx.xx.1991-ci il tarixli, 109 nömrəli arayış iddiaçının atası X19 verilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 1722b nömrəli, 0,12 ha torpaq sahəsi və torpaq sahəsindəki yarımçıq tikilinin atası X19 məxsus olması Bakı şəhər XDS İK-nin Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyinin 29 mart 1991-ci il tarixli, 111 nömrəli məktuba da sübut olunur. Belə ki, Bakı şəhər XDS İK-nin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən Azərbaycan SSR Hidrogeologiya İdarəsinin hidroloji ekspedisiyasına ünvanladığı 29 mart 1991-ci il tarixli 111 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi BTK-32 nömrəli müqaviləyə əsasən idarəsi Əhmədov T.K-ya məxsus Bilgəh bağlar sahəsindəki BTK-32 nömrəli bağda su quyusunun qazılmasını Azərbaycan SSR Hidrogeologiya İdarəsinin hidroloji ekspediyasından xahiş edir. Həmçinin məktubda əsasnaməyə görə bütün işlərinin xərclərinin icarəçinin hesabından çıxılması xahiş edilmişdir. X12 xx.xx.1994-cü il tarixdə vəfat etdikdən sonra tikili yarımçıq saxlanılmış, tikinti işləri başa çatdırılmamışdır. X27 xx.xx.1994-cü il tarixdə vəfat etdikdən sonra onun miras qalmış əmlaklarını qanun üzrə vərəsəsi olaraq iddiaçı qəbul etmişdir. İddiaçının X34un vərəsəsi olmağınla bağlı Bakı şəhəri 3 saylı “ASAN xidmət” mərkəzinin notariat kontoruna müraciət etmişdir. İddiaçının müraciəti əsasında vərəsəlik işi açılmış və iddiaçı atası X17 vərəsəsi olaraq tanınmışdır. Bakı şəhəri 3 saylı “ASAN xidmət” mərkəzinin notariat kontoru tərəfindən 02 may 2018-ci il tarixli, 699 nömrəli məktubla AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, ünvanında yerləşən 1722b saylı bağ evinin tikintisi üçün ayrılmış 0.12 ha torpaq sahəsinə çıxarışın verilməsi barədə müraciət edilmişdir. Lakin həmin müraciət təmin olunmamış, iddiaçıya çıxarış verilməmişdir. Miras qalmış əmlaklar, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət 1722b nömrəli bağ sahəsi 2018-ci ildən vərəsəlik hüququ əsasında iddiaçıya qalmış, onun sahibliyində və istifadəsində olmuşdur. 1991-ci ildən ötən müddət ərzində torpaq sahəsindən mütəmadi olaraq istifadə etmişlər, hazırda da onun sahibliyi və istifadəsindədir. 14 aprel 2015-ci il tarixdə 2002-ci ildən 2015ci ilədək həmin bağ sahəsinə qoyulmuş torpaq vergisini ödəmişdir. Lakin həmin bağ sahəsi hələ də daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmamışdır. xx.xx.2021-ci il tarixdə ********** nömrəli məktubla cavabdehə müraciət etsə də, xx.xx.2021-ci il tarixli **********50 nömrəli cavab məktubu ilə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 1722b nömrəli bağ sahəsinin ona məxsus olması barədə müraciəti təmin edilməmişdir. Müraciətinin təmin edilməməsinin əsası olaraq verilən sənəd və sübutların qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı ilə bağlı iradlar bildirilmişdir. Lakin bütün verilən sənədlər və həmin bağ sahəsinin onun mülkiyyətində olduğunu təsdiq edən sübutlar qanunla müəyyən edilmiş tələblərə uyğundur, həmin bağ sahəsinin dövlət reyestrində qeydiyyata alınmaması üçün heç bir əsaslı səbəb yoxdur. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun olmasına dair yuxarıda qeyd edilən zəruri sənədlər mövcuddur və iş materiallarına əlavə olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 1 aprel 2022-ci il tarixli, 2-1(112)- 1433/2022 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmiş, Bakı şəhər XDS İK-nin 01 mart 1991ci il tarixli 26 nömrəli protokolu, 01 mart 1991-ci il tarixli 3/75 nömrəli qərarı və 11 mart 1991-ci il Б/С nömrəli order əsasında Bakı şəhəri Bilgəh massivində yerləşən 1722 B nömrəli 0,12 ha. bağ sahəsinin mərhum X19 məxsus olmasına dair arayışın iddiaçıya verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Üçüncü şəxslər həmin qərardan ayrı-ayrılıqda apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İş materiallarında olan: Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 15 aprel 2019-cu il tarixli, 876 nömrəli məktubuna əsasən, Vəkil4 Bakı şəhər XDS İKnin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli, 3/75 saylı qərarından və həmin qərara əlavə edilmiş protokoldan təsdiq edilmiş arxiv çıxarışı təqdim edilmişdir. Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X28 Bağlar Sahəsindəki 32 №-li Kooperativi tərəfindən verilmiş 11 mart 1991-ci il tarixli, Б/С nömrəli orderin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin 1 mart 1991-ci il tarixli 3/75 №-li qərarına əsasən, Bilgəh Bağlar sahəsində 32 №-li BTK nəznində 0.12 ha torpaq sahəsi olan 1722 B nömrəli bağ sahəsi X19 ayrılmışdır. Bakı şəhər X21 İcrayyə Komitəsi Bağlar Təsərrüfaıtının İnkişafı və Birliyi tərəfindən verilmiş 29 mart 1991-ci il tarixli 109 saylı arayışdan görünür ki, Bilgəh bağlar sahəsindəki BTK-32 nömrəli bağ sahəsi X27 tərəfindən icarəyə götürülmüşdür. Bakı şəhər X21 icraiyyə komitəsi Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin xx.xx.1991-ci il tarixli 216 nömrəli məktubuna əsasən, Bakı şəhər Sovetinin 18/924 nömrəli, xx.xx.1986-cı il və 6/333 nömrəli, xx.xx.1988-ci il tarixli qərarına əsasən Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi icarədara ona verilən sahədə ev və hasar tikməyə icazə verir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 3 saylı “ASAN Xidmət” Mərkəzində notariat kontorunun 669 saylı, 02 may 2018-ci il tarixli məktubuna əsasən, 3 saylı “ASAN Xidmət” Mərkəzində notariat kontoru Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə məktub ilə müraciət edərək, X22 xx.xx.1994-cü il tarixdə vəfatı ilə əlaqədar vərəsəsi İddiaçı3 ərizəsi əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ünvanında yerləşən 1722 b saylı bağ evinin tikintisi üçün ayrılmış 0.12 hektar torpaq sahəsinə çıxarışın verilməsi xahiş olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********50 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətinə **********79 nömrəli, xx.xx.2016-cı il tarixli məktubla cavab verilmiş və həmin məktubda qeyd olunan iradlar tam aradan qaldırılmamışdır. Həmçinin qeyd olunan əmlaka dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4937/2021 saylı bildirişi daxil olmuş, lakin müvafiq məhkəmə mübahisəsinin yekunlaşması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı İdarəyə daxil olmamışdır. 1649209 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 xx xxxxxxx 1968-ci il tarixdə anadan olmuşdur. X27 onun atasıdır. 033696 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X27 19 fevral 1994-cü il tarixdə vəfat etmişdir. İddiaçı sübut qismində əlavə olaraq vətəndaş Əhmədova T.K 29 mart 1991-ci il tarixli, 110 nömrəli qərarla Bilgəh bağlar sahəsindəki BTK-32 nömrəli bağda (sxematik) verilmiş yer hissəsinin planını, əhalinin sifarişi ilə təmir-tikinti işlərinin görülməsinə dair xx.xx.1991ci il tarixli nümunəli sifariş – müqaviləni məhkəməyə təqdim etmişdir. Qeyd olunan iş materiallarına istinadən Kollegiya bildirir ki, mübahisəli ərazinin iddiaçının atasına ayrılmasına dair hər hansı şübhə doğuran hal olmadığından, eyni zamanda torpağın (bağ sahəsinin) ayrılmasına dair inzibati akt qüvvədə olduğundan, iddia tələbi təmin edilməlidir. Xüsusilə qeyd etmək lazımdır ki, iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən hər hansı mötəbər dəlil göstərilməmiş, sadəcə olaraq üçüncü şəxslərin həmin əraziyə dair müraciətlərinin olması əsası ilə iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Halbuki, “İnzibati İcraat Haqqında Qanunun” 19.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1 qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan X25 tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin... Həmin Qanunun 11-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2016-cı il tarixli qərarında göstərtilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə Avropa Məhkəməsi 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları”, “mülkiyyət” kimi qiymətləndirilə bilər “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Beləliklə, qeyd edilənlərə əsasən Kollegiya belə qənaətə gəlir ki: -İddiaçı2 iddia tələbi üzrə aparılan araşdırma zamanı iddiaçıda mövcud olan qeydiyyat vəsiqəsinin arxiv əsaslarının olmadığı müəyyən edildiyindən (qeydiyyat vəsiqəsinin alınmasına əsas olmuş ilkin hüquqmüəyyənedici sənədlər (müqavilə, qərar, order və s.) iddia tələbi əsassızdır. -İddiaçı1 iddia tələbinə münasibətdə isə qeyd edilir ki, Bilgəh bağ massivində yerləşən 32 nömrəli kooperativin 1722 V saylı bağın torpaq sahəsinin ilkin torpaqayırma sənədləri(yerləşmə planı), torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsinə dair müvafiq müqaviləsi olmadığından iş materiallarına əlavə edilmiş sxematik xəritədən çıxarışına, mütəxəssis və ekspert rəylərinə əsasən mübahisəli ərazinin iddiaçının iddia etdiyi torpaq sahəsinin 1722 V saylı bağ sahəsi olmadığından iddia tələbi təmin edilməməlidir. - İddiaçı3 iddia tələbi üzrə aparılan araşdırma zamanı isə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 0,12 ha torpaq sahəsi olan 1722 B nömrəli bağ sahəsinin Azərbaycan SSR Bakı şəhər X21 6/333 nömrəlli, 14 iyun 1988-ci il tarixli qərarı, Bakı şəhər İcraiyyə komitəsinin 01 mart 1991-ci il tarixli, 3/75 nömrəli qərarına, Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən verilmiş b/s nömrəli 11 mart 1991-ci il tarixli orderi ilə iddiaçının atası X19 ayrılması iş materiallarında olan sənədlər iə öz təsdiqini tapdığından və həmin sənədlərin mötəbərliyini şübhə altına alacaq hər hansı əsas olmadığından, iddiaçı iddia tələbində haqlı olmuşdur. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1433/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2-1(112)-21/2022 nömrəli, xx.xx.2022ci il tarixli, 23 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1250/2021 nömrəli mübahisələndirilən qərarları qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı1 apelyasiya şikayəti təmin edilməsin. İddiaçı2 apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-21/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və 2- 1(112)-1250/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarları dəyişdirilmədən saxlanılsın. Üçüncü şəxslər İddiaçı1 və İddiaçı2 apelyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1433/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-21/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-21/2024
04.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver