Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-210/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmədbağı qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil XN, cavabdehin nümayəndəsi Quliyeva ElnarəTahir qızının iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adının verilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin N-1(11N)- N680/N0N1 saylı, N6.04.N0N1-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adının verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilən arayışa əsasən Bakı Dövlət Universitetinin tələbə heyyətinin atıcısı olmuşdur. İddiaçı 199N-ci ilin fevral ayında könüllü hərbi xidmətə yola düşmüş və Hərbi hissə komandirinin başçılıq etdiyi könüllü özünümüdafiə dəstəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda könüllü olaraq xidmət etmişdir. Azərbaycan Respublikası Milli X1 eyni dəstədə ermənilərə qarşı vuruşmuşdur. Bakı Dövlət Universitetinə imtahanda iştirak emək səbəbindən 199N-ci ilin N may tarixində hərbi hissə komandirinin verdiyi əmr əsasında N may tarixdə hərbi hissədə olan xidməti başa çatmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda könüllü olaraq hərbi xidməti başa çatdıqdan sonra həmin dövrdə müharibənin yaratdığı qarışıqlıq və düzənsizlik səbəbindən hərbi biletini əldə edə bilməmişdir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin 3-cü abzasında göstərilir ki, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, silahlı qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti tərəfindən verilir. «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 1N-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində — Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 1N may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim etdiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, əsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakına görə İddiaçı “müharibə veteranı” adı verilməlidir. Bakı İnzibati Məhkəməsinin N-1(11N)-N680/N0N1 saylı, N6.04.N0N1-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya, ona “müharibə veteranı” adının verilməsi ilə bağlı müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin N6.04.N0N1-ci il tarixli N-1 (11N)-N680/N0N1 №-li qərarının tam ləğv edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini qismən təmin etsə də, tələbdə olmayan vəzifəni cavabdehin üzərinə qoymuşdur. Çünki məhkəmə inzibati iş materiallarından görmək olar ki, iddiaçı artıq Komissiyaya müraciət etmiş, ona imtina olunmuşdur (yəni “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” ilə bağlı artıq inzibati akt qəbul olunmuşdur) və İddiaçı artıq həmin imtinanı mübahisələndirmişdir. Qərar qəbul etmək əvəzində məhkəmə qərardad qəbul edə bilərdi ki, həmin müddət ərzində və orada müvafiq inzibati aktın qəbul edilməsi üçün müəyyən müddət təyin olunsun və inzibati iş üzrə icraat həmin müddətdə dayandırıla bilərdi. Həmçinin qeyd olunmuşdur ki, İddiaçı xidməti arxiv arayışı ilə təsdiq olunmadığından ona “Müharibə veteranı” adının verilməsindən imtina olunmuşdur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin N-1(11N)-N680/N0N1 saylı, N6.04.N0N1-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8N-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etsə də, şikayətin məzmununa əsasən müəyyən olunur ki, cavabdeh məhkəmənin qərarının iddianın təmin olunmuş hissəsində ləğv olunmaqla iddianın tam təmin olunmamasını xahiş etmişdir. İddiaçı isə qərarı mübahisələndirməmişdir. Odur ki, hazırda kollegiya Bakı İnzibati Məhkəməsinin N-1(11N)-N680/N0N1 saylı, N6.04.N0N1-ci il tarixli qərarını iddianın təmin olunmuş hissəsində yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddianın təmin olunmuş hissəsində ləğv olunmaqla iddia tələbi təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş: - AR Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin hazırkı iddiaçının nümayəndəsinə ünvanlanmış N4 oktyabr N0N0-ci il tarixli məktubunda ərizəçinin müraciətinə cavab olaraq aşağıdakılar bildirilir: - Vətəndaş İddiaçı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyi aparatı məzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın N3 oktyabr N0N0-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Vətəndaş İddiaçı sənədləri tam göndərilmədiyindən və arxiv arayışlarında hərbi xidməti barədə tam məlumat olmadığından, ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Vətəndaş ətraflı olaraq hansı aylarda xidmət etməyi ilə bağlı ərizəsini və hərbi biletinin birinci səhifəsi notarial, qalan səhifələrinin yalnız surətlərini sənədlərə əlavə edərək təkrar müraciət edərsə, komissiyanın iclasında yenidən baxıla bilər. «Vətəndaşların müraciətləri haqqında» AR Qanununun 14-cü maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda, həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. Birinci instansiya məhkəməsi işin hallarını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, İddiaçı müvafiq dövrdə Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissədə xidmət etdiyindən, onun qaldırdığı məsələnin həlli hazırkı cavabdeh AR Müdafiə Nazirliyinin səlahiyyətləri daxilindədir. Lakin məhkəmə icraatında müəyyən edilir ki, iddiaçının müraciəti üzrə bütün hallar araşdırılmadan, təqdim olunan sənədlərin müvafiq qaydada təsdiqlənməməsini əsas gətirməklə, məsələnin həllindən cavabdeh tərəfindən imtina olunmuşdur. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi belə olmuşdur ki, iddiaçının müraciəti üzrə cavabdehin hərəkətləri formal mülahizələrə söykənən hal qismində qiymətləndirilməli və iddiaçının müvafiq dövrdə xidməti ilə bağlı təqdim olunan sənədlər qiymətləndirilməklə ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məsələsinə işin bütün halları araşdırılaraq yenidən baxılmalıdır. Beləliklə məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilərək, İddiaçı ona “müharibə veteranı” adının verilməsi ilə bağlı müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi cavabdeh AR Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar iddianın təmin olunmuş hissəsimdə ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmaqla iddia tsm təmin olunmamalıdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli N16 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 1N-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 1N may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar planları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası müdafiə nazirinin 06.01.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın 1.6-cı bəndinə əsasən 1988-ci il fevralın 1-dən 1991-ci il oktyabrın 9dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.N-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd olunan qanunvericilik normalarına əsasən müəyyən olunur ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi müvafiq orqan tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.N-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən şağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.N. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Həmin Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.N-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 16.N-ci maddəsinə əsasən Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Həmin Qanunun N1.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun N4.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun N4.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun N4.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun N4.5-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Qeyd olunan normalara əsasən qeyd olunmalıdır ki, İPM-in 73.3-cü maddəsinə əsasən, məhkəmə bu kimi hallarda inzibati orqanın diskresion səlahiyyətini qüsurlu həyata keçirdiyini müəyyən etdikdə, bir qayda olaraq, inzibati orqanın üzərinə İPM-nin 73.1. maddəsində göstərildiyi kimi, arzu edilən inzibati aktı qəbul etmək öhdəliyi qoya bilməz. Ona görə də İPM-in 73.N-ci və 73.3.1-ci maddələrində aydın şəkildə təsbit edilmişdir ki, məhkəmə belə hallarda iddiaçının tələbinə uyğun olan qərar qəbul etmək iqtidarında deyil. İnzibati orqanın təkcə səhvə yol verməsi, hələ iddiaçının nəyisə tələb edə bilməsi hüququnun yaranmasına gətirib çıxarmır, bir şərtlə ki, tələbin irəli sürülməsinə əsas verən normada inzibati orqan üçün diskresion səlahiyyət nəzərdə tutulmuş olsun. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda O, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır və hüququn icrasını əhatə etmir. Yəni məhkəmə İPM-in 73.N-ci maddəsində təsbit olunmuş qaydaya uyğun surətdə hərəkət edir. Həmin müddəaya əsasən, məhkəmə inzibati orqanın üzərinə müvafiq məsələyə dair yeni qərarın qəbul edilməsi öhdəliyi qoyur. Bu zaman məhkəmənin diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı müəyyən etdiyi məsələlər inzibati orqan üçün məcburi xarakter daşıyır və inzibati orqan yeni inzibati aktı məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla qəbul etməlidir. Beləliklə, İPM-in 73.N-ci maddəsində söhbət iddiaçının „xeyrinə“ olan qərardan gedir, çünki sözügedən müddəanın tətbiqi çərçivəsində məhkəmə inzibati orqanın qərarını yoxlayarkən bu qərarın ləğvinə aparıb çıxaran və diskresion səlahiyyətin həyata keçirilməsi ilə əlaqədar olan qüsurlar müəyyən edir ki, onların da inzibati orqan tərəfindən təkrarlanması yolverilməzdir. Qeyd: İnzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da (bax: İİQ-nin 14-cü maddəsi) tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (bax: İİQ-nin 16.N-ci maddəsi). O bu tələbi İPM-in 73.N-ci maddəsinə əsasən, inzibati orqanın yenidən (bu dəfə düzgün) qərar qəbul etməsinə dair məcburetmə haqqında iddia qaldırmaqla məhkəmə qaydasında həyata keçirə bilər. Əgər iddiaçı inzibati aktın qəbul olunması ilə bağlı müraciət edibsə və məhkəmə inzibati orqanın üzərinə yalnız yeni inzibati akt qəbul edilməsi öhdəliyi qoyursa, bu o deməkdir ki, iddiaçı ərizədə istədiyindən daha az nəticəyə nail olub. Ona görə də məhkəmə iddianı qismən rədd etməlidir ki, bu da xərclərlə bağlı iddiaçı üçün mənfi nəticələrə gətirib çıxara bilər. Lakin iddiaçı əvvəlcədən ərizəsini inzibati orqanın yalnız yeni qərar qəbul etməli olması ilə əsaslandırmaqla göstərilən mənfi nəticələrdən yan keçə bilər. Apellyasiya baxışı zamanı kollegiya tərəfindən cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş sənədlərə əsasən müəyyən edilmişdir ki, inzibati orqan tərəfindən inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmışdır. Belə ki, inzibati orqan təqdim olunmuş sübutlarla kifayətlənməmiş, öz təşəbbüsü ilə əlavə sübutlar toplamışdır. Cavabdehin araşdırması zaman müəyyən edilmişdir ki, iddiaçı 199N-ci ilin fevral ayından həmin ilin N may tarixinədək N saylı xidmət etdiyini və N may tarixində təhsilini davam etmək üçün bu hərbi hisəni tərk etdiyini göstərsə də, iş materiallarına əlavə edilmiş arxiv arayışına görə, iddiaçı 199N-ci ilin N aprelində N saylı hərbi hissəyə xidmət etmək üçün daxil olmuş və eyni tarixdə N saylı hərbi hissədə xidmətinin davam etdirilməsi üçün göndərilmişdir (əsas: N saylı hərbi hissə komandiri N.Sadıqovun N saylı NN.04.199N-ci il tarixli əmri). Cavabdeh tərəfindən həmçinin müəyyən edilmişdir ki, N saylı hərbi hissə yalnız 19.07.199N -1N.05.1994-ci il tarixlərdəki dövrdə döyüşlərdə iştirak etmişdir (iddiaçının göstərdiyi aprel-may aylarında N saylı hərbi hissə döyüş əməliyyatları aparan hərbi hissə olmamışdır). Bundan başqa iddiaçının xidmət etmək üçün N saylı hərbi hissəyə keçirilməsi barədə əmr verilsə də, iddiaçı həmin hissəyə getməmişdir. Beləliklə, inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət vermişdir. Ona görə də məhkəmə apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin N-1(11N)-N680/N0N1 saylı, N6.04.N0N1-ci il tarixli qərarı iddianın təmin olunmuş hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8N, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin N-1(11N)-N680/N0N1 saylı, N6.04.N0N1-ci il tarixli qərarı iddianın təmin hissəsində ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı iddiası iddianın təmin olunmuş hissəsində də təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-210/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-210/2022
02.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver