Məhkəmə qərarları › İş №2-1(103)-2100/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2100/2022

02.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2100/2022 02.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X16 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Əliyeva Günay Firdovsi qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X20 üzrə Baş İdarəsinə qarşı “qərarların ləğv olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1910/2022 saylı, 16 fevral 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X20 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul olunmuş 16 iyul 2021ci il tarixli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********8325 saylı və 16 iyul 2021-ci il tarixli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********8305 saylı qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflərindən cavabdehə ünvanlanmış məktubda, həmçinin tərtib olunmuş akla bağlı qəbul olunacaq qərarla bağlı materiallara baxılmada iştirak etmək üçün dəvət olunduqda, "xxxx" MMC-nin aktda göstərilən hallarda təqsirinin olmaması barədə zəruri hesab edilən sənədlər təqdim edilsə də cavabdeh tərəfindən həmin faktlara qiymət verilməmişdir. Mübahisələndirilən qərarda məsuliyyətin MMC-nin daşıdığı qeyd olunsa da hansı səbəbdən qanunvericiliyin tələblərinin tərəflərindən pozulması qeyd olunmur. Qərarda əksini tapmasa da qeyri-yaşayış sahəsinin mülkiyyətçisi ilə MMC arasında olan icarə müqaviləsinə istinad olunur. İlkin olaraq bu mövqenin doğru olması təssəvvürü yaransa da tərəflərindən təqdim olunmuş sübutlar əsasında qanunvericiliyin tələblərinin MMC tərəfindən deyil, X17 tərəfindən pozulduğu bəlli olur. Həmçinin 34 nəfərin etirafı olaraq, əmək müqaviləsi və ya xidməti müqavilə bağlamadan işə cəlb olunmaları ilə bağlı, tərəflərindən təqdim olunmuş sənədlər arasında həmin 34 nəfərin Hacıyev Bəhruz tərəfindən işə cəlb olunmaları təsdiq olunsa da nədənsə məsuliyyət MMC üzərində qalmışdır. "xxxx" MMC marka sahibi olaraq yalnız marketinq xidməti və mülk idarəçiliyi ilə məşğul olur. Digər fəaliyyət növləri, o cümlədən iaşə xidməti göstərmir. 50 Qəpik Yemək Bazarı adı (markası, brendi) ilə iaşə xidmətləri göstərmək istəyən mikro və kiçik sahibkarlar "xxxx" MMC ilə icarə və (ya) marketinq xidməti müqaviləsi bağlayaraq fəaliyyət göstərirlər. "xxxx" MMC icarə və marketinq, o cümlədən cəmiyyətin adı altında fəaliyyət göstərmək barədə müqavilə bağlamadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin fəaliyyəti qanunsuzdur. Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Qış Parkı ərazisində müqavilə əsasında istifadələrində olan qeyri-yaşayış sahəsi "xxxx" MMC adı altında fəaliyyət göstərməsi məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün VÖEN ********** olan (qeydiyyatdan keçmiş) X17 ilə icarə və marketinq müqavilələri bağlanaraq həmin qeyri-yaşayış sahəsində iaşə xidmətlərinin göstərilməsi nəzərdə tutulduğundan, müqavilənin rəsmi qaydada bağlanmasına kimi ilk olaraq qeyri-yaşayış sahəsində olan əşyaların və avadanlıqların təhvil-təslimi və fəaliyyətə başlanılması üçün hazırlıq işlərinin aparılması məqsədi ilə qeyriyaşayış sahəsinə daxil olmasına icazə verilmişdir. Onların etibarından istifadə edən X17 cəmiyyətlə rəsmi müqavilə bağlamadan, müxtəlif bəhanələr altında fəaliyyətə başlayaraq, qısa müddət ərzində fəaliyyətini rəsmiləşdirəcəyinə dair vədlər vermişdir. Ona dəfələrlə müraciət olunaraq ya müqavilə bağlayaraq, hüquqi əsaslarla orda fəaliyyətini davam etdirməsini ya da ki, həmin qeyri-yaşayış sahəsini tərk etməsi bildirilmişdir. Lakin bütün təkliflərinə əhəmiyyət verməyən X17 qanunsuz olaraq öz fəaliyyətini davam etdirirdi. Dəfələrlə iddiaçıya müqavilə bağlayacağı vədi verərək, hətta notariat orqanında müqavilənin təsdiqi üçün getsələr belə, son məqamda müqavilənin imzalanmasından yayınmışdır. Cəmiyyətin rəhbəri tərəfindən X10 cəmiyyətlə müqavilə bağlamayacağı təqdirdə yeni icarədar operatorla müqavilə bağlanacağı və bu səbəbdən də qeyri-yaşayış sahəsini tərk etməli olduğu barədə xəbərdar etsə də X4 şəkildə qeyri-yaşayış sahəsindən çıxmaqdan imtina edərək qanunsuz fəaliyyətini davam etdirirdi. X17 barəsində etdikləri şikayətə əsasən Nəsimi RPİ İŞ-nin 29 aprel 2021-ci il tarixli cinayət işinin rədd olunması barədə qərarda X17 özünü "xxxx" MMC-nin direktoru olduğunu bildirərək, cəmiyyətin hüquqşünasının ona kassa aparatlarının qoyulmaması ilə bağlı iradlarını bildirdiyini və hüquqşünasın bu cür iradını bəyənmədiyi üçün aralarında mübahisənin olduğunu etiraf etmişdir. Qeyd olunan qərarda belə tərəflərindən X9 qanuni əsaslarla işləməsini tələb etməkləri təsdiqini tapır, həmçinin qərardan da göründüyü kimi özünü "xxxx" MMC-nin direktoru kimi təqdim etsə də 01 iyun 2021-ci il tarixə qədər qanunsuz fəaliyyət göstərdiyi müddətdə faktiki olaraq şirkətlərlə müqaviləni fiziki şəxs kimi bağlayaraq özünə aid VÖENdən istifadə etmişdir. Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Qış Parkı ərazisində "xxxx" MMC adı altında fəaliyyət göstərən, heç bir hüquqi əsas olmadan X9 istifadəsində olan və onun tərəfindən qanunvericiliyin tələblərini pozaraq iqtisadi fəaliyyətlə məşğul olduğundan davamiyyətli şikayətləri nəticəsində, o cümlədən 3 dəfə hüquq mühafizə orqanlarına şikayətdən sonra 01 iyun 2021-ci il tarixdə polis vasitəsi ilə qeyri-yaşayış sahəsindən çıxarılmışdır. Cavabdeh orqanın iddiaya yazılı etirazları onunla əsaslandırılmışdır ki, "xxxx" MMCnin (VÖEN: **********) sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi “Qış” parkının ərazisində yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə dair xx.xx.2021-ci il tarixli DVX seriyalı 000773 nömrəli akt tərtib edilmiş, həmin aktın bir surəti vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 09:45:08-də oxunmuşdur. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********8325 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunaraq vergi ödəyicisinə 68000 (altmış səkkiz min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamənin vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 20:38:15-də oxunduğu müəyyən edilmişdir. O cümlədən, "xxxx" MMC (VÖEN: **********) tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilərək, xx.xx.2021-ci il tarixli DVX seriyalı 005264 nömrəli aktın tərtib edildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalanmadığı və bir nüsxəsini qəbul etməkdən imtina edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş aktın bir surəti vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 09:50:36-da oxunduğu müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********8305 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunaraq vergi ödəyicisinə 1000,00 (bir min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 20:34:00-da oxunduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 50.1.3-cü maddəsinə əsasən “əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması” və 50.1.7-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” OVN tədbirinin keçirilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. "xxxx" MMC xx.xx.2020-ci il tarixində vergi orqanında qeydiyyata alınmış və həmin tarixdən müəssisənin qanuni təmsilçisi X17 olmuşdur. xx.xx.2021-ci il tarixində rəhbər dəyişikliyi üçün müraciət olunmuş və xx.xx.2021-ci il tarixində müəssisənin qeydiyyat məlumatlarında dəyişiklik edilərək X11 müəssisənin qanuni təmsilçisi kimi qeydiyyata alınmışdır. Xüsusilə vurğulanır ki, işçilər izahatlarında X17 deyil, X11 tərəfindən işə cəlb edildiklərini qeyd etmişdirlər. Digər 18 nəfər işçi oxşar məzmunlu izahat verərək onlarla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadıqlarını, adlarına sabit qəbzin olmadıqlarını bildirmiş, 9 nəfər isə heç bir əsas göstərmədən izahat verməkdən imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1910/2022 saylı, 16 fevral 2022-ci il tarixli qərarı (hakim: A.Əhədova) ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, operativ vergi nəzarəti mənbəyi bəlli olan məlumatlar əsasında deyil, vergi orqanının şəxsi istəyi əsasında keçirilmişdir. Məhkəmənin özünün də istinad etdiyi Çıxarışdan görünür ki, OVN növündə yoxlamanın hüquqi əsası kimi VM-in 50.2.2-ci maddəsi göstərilmişdir. Həmin maddənin tələbinə əsasən vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar OVN keçirilməsi üçün əsasdır. VM-də vergi orqanları tərəfindən əldə edilən mənbəyi bəlli mənbə və məlumatların anlayışı verilməsə də, Vergilər nazirinin xx.xx.2020-ci il **********044300 nömrəli əmri ilə təsdiq edilmiş "Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları" (bundan sonra - "Qaydalar") həmin məlumatların dairəsini açıqlamışdır. Nə Çıxarışdan, nə də OVN Qərarından görünmür ki, OVN təyin edilməsinin hüquqi əsası kimi hansı məlumatlar mənbəyi bəlli məlumatlar olmuş və həmin məlumatlar əsasında da OVN keçirilmişdir. Həm Çıxarışda, həm də OVN qərarında mənbəyi bəlli olan məlumatların konkret olan nədən ibarət olmasının təsvir edilməməsi OVN keçirilməsinin əsassızlığını və qanunsuzluğunu təsdiq edir. Bundan başqa, OVN Qərarından görünür ki, OVN keçirilməsinin predmeti nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması (VM-irı 50.1.3-cü maddəsi) və Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi (VM-in 50.1.7-ci maddəsi) olmuşdur. Qaydaların 7.1 və 10.1-ci bəndlərinə əsasən Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda qeyd edilən 2 predmet üzrə OVN keçiriləcəyi vergi ödəyicisi və ona məxsus təsərrüfat subyekti müəyyənləşdirilir. Operativ vergi nəzarətinin keçirilməsi hər hansı bir risk meyarına əsaslanmamışdır. Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarları nə açıq mənbələrdə mövcuddur, nə də Vergilər Nazirliyindən əldə edilməsi mümkündür. Bundan əlavə, obyekt X17 tərəfindən öz adına uçota alınmadan faktiki subicarə əsasında idarə edilmişdir. X5 rəsmi İddiaçıdan təhvil almış və adına uçota alınmadan qeyri-rəsmi olaraq istifadə etmişdir. OVN keçirildiyi Obyektin İddiaçının adına uçota alınması Obyektdə aşkar olunmuş pozuntulara görə onun avtomatik vergi hüquq pozuntusunun subyekti kimi qəbul edilməsi üçün əsas deyildir. Çünki təsərrüfat obyektinin subicarəyə verilməsi və bu halda icarəyə götürmüş vergi ödəyicisi Obyekti öz adına uçota almaması mümkündür, hansı ki, İddiaçı obyekti X12 faktiki subicarəyə vermiş, o, Obyekti təhvil götürmüş və idarə etmişdir, lakin VM-in 34.3-1-ci maddəsinə əsasən təsərrüfat obyektini olduğu ünvan üzrə yenidən uçota almalı olduğu halda, uçota almamış və vergi orqanından uçot kodu əldə etməmişdir.Sonradan isə subicarə müqaviləsini imzalamamış, onun müqaviləni imzalamaması və Obyekti təhvil verib çıxmaması üstündə mübahisələr yaranmış, hətta mübahisə polisə müraciətlə nəticələnmişdir. Qeyd edilən faktları xx.xx.2020-ci il tarixli təhvil-təslim aktı, xx.xx.2021-ci il tarixli subicarə müqaviləsi və Rədd Qərarı təsdiq edir. Belə ki, xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, həqiqətən də Obyekt xx.xx.2020-ci il tarixdə X12 təhvil verilmişdir. X3 tərəfindən isə geri təhvil verilməsi barədə hər hansı bir akt mövcud deyildi. Məhkəmənin iddia etdiyi kimi, əgər X9 İddiaçı ilə hüquqi bağlılığı qanuni təmsilçilikdən irəli gəlirdisə, onda onun qanuni təmsilçiliyinə xitam verildiyi andan - xx.xx.2021-ci il tarixdən o, məntiqlə Obyekti təhvil verməli idi. Həmin təhvil aktının olmaması isə onu bir daha təsdiq edir ki, o, Obyekti subicarəyə götürmüşdür. Rədd Qərarı onu təsdiq edir ki, İddiaçının hüquqşünası X7 ərizə ilə polisə müraciət etmişdir ki, X17 onu təhqir etmiş və Obyekti yandıracağı ilə hədələmişdir. X7 və X17 izahatlarında göstərmişlər ki, mübahisəyə səbəb sonuncuya X18 kassa aparatının qoyulması barədə zəruri tədbirlər görməməsi ilə bağlı irad bildirməsi, Ərşad Sərdarovun həmin restorana heç bir aidiyyətinin, əlaqəsinin olmamasının Bəhruz Hacıyev tərəfindən iddia edilməsidir. X23 öz izahatından da görünür ki, İddiaçı və onun hüquqşünasının həmin restoranın idarəetməsinə heç bir əlaqəsi yoxdur. Bu da onu təsdiq edir ki, Bəhruz Hacıyev özü Obyekti idarə etmiş, orada faktiki sahibkarlıq fəaliyyətini həyata keçirmişdir. Həmçinin, Bəhruz Hacıyev özü əlyazma ilə təsdiqlədiyi xx.xx.2021-ci il tarixli ərizəsində də qeyd etmişdir ki, icarəçidir və təkbaşına göstəriş qəbul etmədən iş aparır. Həmin ərizə də iş materiallarında vardır və onu təsdiq edir ki, X22 özü idarə etmişdir. Bütün bu göstərilənlər onu təsdiq edir ki, Obyekt İddiaçının adına qeydiyyata alınsa da, X12 icarəyə verilmiş, həmin şəxs isə Obyekti öz adına uçota almayaraq idarə etmişdir, subicarə müqaviləsini imzalamamış və sonradan polis vasitəsilə Obyektdən çıxarılmışdır. Polisə ərizə verilməsi həqiqətən də OVN keçirildiyi xx.xx.2021-ci il tarixə təsadüf etsə də, bu ilkin ərizə olmamışdır. Rədd Qərarından da görünür ki, əvvəlki ərizə xx.xx.2021-ci il tarixdə olmuşdur ki, OVN-dən əvvəldə də Obyektlə bağlı iddiaçının hüquqşünası və X17 arasında mübahisə olmuşdur. Odur ki, OVN keçirildiyi Obyektin İddiaçının adına qeydiyyatdan keçməsi orada aşkar olunmuş pozuntulara görə onun vergi hüquq pozuntusunun subyekti kimi avtomatik qəbul edilməsini istisna edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 iddia ərizəsinə və iddiaçının apellyasiya şikayətinə etirazlara uyğun izahat verərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X20 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********1584 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Füzuli, Səməd Vurğun və M.Əliyev küçələrinin kəsişməsi, “Heydər Əliyev” adına sarayın arxasındakı “Qış” parkının ərazisində yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 34 (otuz dörd) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmiş, “operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmiş, tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən "xxxx" MMC (VÖEN: **********) barəsində xx.xx.2021-ci il tarixli **********8325 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunaraq vergi ödəyicisinə 68000 (altmış səkkiz min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilərək, xx.xx.2021-ci il tarixli DVX seriyalı 005264 nömrəli akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********8305 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunaraq vergi ödəyicisinə 1000,00 (bir min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırkı iddia üzrə iddiaçı vergi orqanının qeyd edilən xx.xx.2021-ci il tarixli **********8325 nömrəli və **********8305 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlarının ləğvini mübahisələndirir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırkı iş üzrə iddiaçı cavabdehin xx.xx.2021-ci il tarixli qərarlarının ləğvinə dair iddia ərizəsini xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim etmiş, bununla da 30 günlük iddia müddətini ötürməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur; - 50.1-ci maddəsinə görə operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması. 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; - 50.2-ci maddəsinə görə operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. - 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. - 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. - 50.5-ci maddəsinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Azərbaycan Respublikasının vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın: - 1.4-cü bəndinə görə operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. - 1.6-cı bəndinə görə operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslarla yanaşı, aşağıdakı risk meyarlarından biri olmalıdır: 1.6.1. Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş risk meyarları; 1.6.2. Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən müəyyən edilmiş və Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarları. - 1.10-cu bəndinə əsasən operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir. - 1.13-cü bəndinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi, ekspertin cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçinin dəvət edilməsi və aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların siyahıya alınması Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 10-cu bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi: -10.1. Bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və (və ya) ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. - 10.2. Operativ vergi nəzarəti tədbiri zamanı barəsində nəzarət tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş vergi ödəyicisinin adı (hüquqi şəxs olduqda hüquqi şəxsin tam adı, rəhbərinin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri, fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri), VÖEN-i, səlahiyyətli nümayəndəsi olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilir. Vergi orqanının vəzifəli şəxsi tərəfindən vergi nəzarətinə başlamazdan əvvəl müvafiq elektron informasiya sistemindən əmək müqaviləsi bildirişləri barədə məlumat əldə edilməlidir. - 10.3. Operativ vergi nəzarəti tədbirinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir və onlardan birinin iştirakı ilə vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilir. Tələbnamə bu Qaydaların əlavəsində göstərilən formada tərtib edilməli və həmin Tələbnamə ilə nəzarət kitabçası, əmək müqavilələri, işəgötürənin və işçilərin, habelə işəgötürənin səlahiyyətli nümayəndəsi olduqda onun şəxsiyyət vəsiqələrinin surətləri, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumat, habelə həmin obyektdə Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər barədə müvafiq məlumatları əks etdirən sənədlər (işlərə /xidmətlərə/ cəlb edilmə ilə bağlı müvafiq sənədlər /müqavilələr/, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin surətləri) və digər zəruri sənədlər vergi ödəyicisindən tələb edilməlidir. - 10.4. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilir. Operativ vergi nəzarəti tədbiri keçirilən təsərrüfat subyektində (subyektlərində) ilk növbədə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə əmək müqavilələrinin və mülki qaydada müqavilələrin bağlanılıb-bağlanılmadığı və həmin müqavilələrin hüquqi qüvvəyə minməsini təsdiq edən bildirişlərin və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin fəaliyyət göstərdiyi təqdirdə onlar tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin mövcudluğu araşdırılır. - 10.5. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan məşğul olduğu halları aşkar edilərsə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə həmin fiziki şəxslərin sayı və mümkün olduğu təqdirdə bu şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri əldə olunmalı, yaxud soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilməli, fiziki şəxslərin aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat obyektində çalışan digər şəxslərin soyadı, adı, atasının adı barədə məsələlər aydınlaşdırılmalı, habelə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan fəaliyyət göstərən fiziki şəxslərin izahatları alınmalıdır. Azərbaycan Respublikasında fəaliyyət göstərən əcnəbilərin izahatları alınarkən zəruri hallarda onların tərcüməçi xidmətindən istifadə hüququ təmin edilməlidir. - 10.6. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslərdən alınan izahatda həmin şəxslərin hansı tarixdən və kim tərəfindən işə (xidmətə) cəlb edilməsi, əmək müqaviləsi bildirişinin olub-olmaması, işəgötürən tərəfindən həmin şəxslərə əmək müqaviləsi bildirişinin və bu bildirişin qeydiyyata alınması haqqında məlumatın surətinin verilib-verilməməsi, aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat subyektində (subyektlərində) çalışan digər şəxslərin soyadı, adı, atasının adı, onların hansı tarixdən işə (xidmətə) cəlb edildikləri barədə məlumatlar əks etdirilməlidir. İşəgötürəndən alınan izahatda əmək münasibətləri rəsmiləşdirilməmiş fiziki şəxslərin hansı tarixdən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri, sayı, adı, soyadı, atasının adı və əmək haqları müəyyənləşdirilməlidir. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) muzdlu işlə çalışan işçilərlə yanaşı xidməti müqavilə əsasında və ya Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilən şəxslər fəaliyyət göstərdikdə onların müvafiq sənədlərinin olması yoxlanılır və bu barədə aktda qeyd edilir. - 10.7. Operativ vergi nəzarəti tədbirinin nəticələri üzrə bu Qaydalara uyğun olaraq akt və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin aktın əlavəsinə müvafiq olaraq siyahısı tərtib olunur. - 10.8. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi, habelə həmin təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslər tələb olunan sənədləri təqdim etməkdən və (və ya) izahat verməkdən imtina etdikdə, bu hal nəzarətin həyata keçirildiyi obyektdə həmin şəxslər və vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən imzalanan, sərbəst formada tərtib edilmiş aktla rəsmiləşdirilir. Qeyd edilən şəxslər həmin aktı imza etməkdən imtina etdikdə, bu barədə aktda müvafiq qeydlər edilir. Vergi orqanı tərəfindən həmin akta əsasən müvafiq köməklik göstərilməsi üçün Vergi Məcəlləsinin 26.2-ci maddəsinə uyğun olaraq digər dövlət hakimiyyəti orqanlarına müraciət oluna bilər. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İş üzrə mübahisələndirilən qərarın qəbuluna əsas olan “həm Çıxarışda, həm də OVN qərarında mənbəyi bəlli olan məlumatların konkret olan nədən ibarət olmasının təsvir edilməməsi OVN keçirilməsinin əsassızlığını və qanunsuzluğunu təsdiq etməsi” ilə bağlı dəlilinə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixdə KY211583119 nömrə ilə qeydiyyata alınmış “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarışdan görünür ki, yoxlayıcı orqanın adı: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti; yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı: "xxxx" MMC; yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN-i: **********; yoxlamanın müddəti (başlama, sona çatma tarixi): xx.xx.2021 xx.xx.2021; yoxlanılan dövr: cari fəaliyyət; yoxlamanın predmeti və hüquqi əsasları: əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması (“Azərbaycan Respublikasının Vergi Məcəlləsi”, Məcəllə, Azərbaycan Respublikasının Milli Məclisi, xx.xx.2000. Maddə 50.1.3); Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi (“Azərbaycan Respublikasının Vergi Məcəlləsi”, Məcəllə, Azərbaycan Respublikasının Milli Məclisi, xx.xx.2000. Maddə 50.1.7); yoxlanılan təsərrüfat obyektinin kodu, ünvanı və fəaliyyət növü: 14001 restoran, AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Füzuli, S.Vurğun və M.Əliyev küçələrinin kəsişməsi, “Heydər Əliyev” Sarayının arxası, parkın ərazisində, restoranlar tərəfindən xidmətlərin göstərilməsi və yeməklərin çatdırılması üzrə xidmətlər; yoxlamanın növü: operativ vergi nəzarəti; yoxlamanın tipi: plandankənar (növbədənkənar); plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas: Vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar, Vergi Məcəlləsi, maddə 50.2.2 göstərilmişdir. Belə ki, vergi orqanı xx.xx.2021-ci il tarixdə operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamə təqdim etmiş, “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərarına əsasən "xxxx"MMC-dən (VÖEN: **********) yoxlama predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan sənədlərin götürülməsi qərara alınmış, şəxsiyyət vəsiqələri könüllü surətdə təqdim edilmiş, götürülmə hərəkətində MMC-nin rəhbəri X11 iştirak etmiş, ona xx.xx.2021-ci il tarixli **********1590 nömrəli qərar təqdim edilmiş, protokolu X8 imza etməkdən imtina etməsi barədə akt tərtib edilmişdir. “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi” Qaydalarına əsasən Vergi Məcəlləsinin 50.2-ci maddəsinə əsasən aşağıda göstərilənlər operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsas hesab edilir: 1.5.1. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar olduqda, o cümlədən: vergi orqanlarının, o cümlədən operativ nəzarət strukturlarının müəyyən etdikləri digər əsaslar. xx.xx.2021-ci il tarixli DVX seriyalı 000773 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akta əsasən operativ vergi nəzarəti nəticəsində "xxxx" MMCyə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Füzuli, S.Vurğun və M.Əliyev küçələrinin kəsişməsində yerləşən restoranda xx.xx.2021-ci il tarixdə saat 15:45-də təqdim edilmiş əmək müqavilələrinə əsasən "xxxx" MMC-yə məxsus obyektdə (restoranda) işlərin yerinə yetirilməsinə cəlb olunmuş 36 (otuz altı) nəfər fiziki şəxsdən 34 (otuz dörd) nəfərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə, Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən obyektdə yerinə yetirilən işlərin və ya göstərilən xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bu işçilərin siyahısı akta əlavə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 34 (otuz dörd) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə və 0 (sıfır) nəfəri fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə "xxxx" MMC-yə Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün tədbirlərin görülməsi təklif olunur. İşlərin yerinə yetirilməsinə cəlb olunmuş fiziki şəxslərlə əmək müqaviləsi (kontaktı) bağlanması tövsiyə olundu. xx.xx.2021-ci il tarixli akta əsasən xx.xx.2021-ci il tarixdə saat 15:45-də obyektdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən və ya xidməti müqavilə bağlamadan işlərin yerinə yetirilməsinə cəlb olunmuş 34 nəfərdən 25 nəfəri yazılı qaydada izahat vermiş və izahatlarında Rəşid Dadaşov (MMC-nin hazırki qanuni təmsilçisi) tərəfindən işə götürüldüklərini, işəgötürənlə aralarında əmək müqaviləsi və ya xidməti müqavilələrinin olmadığını etiraf etmişlər. 9 nəfər yazılı izahat verməkdən imtina etmişdir. Akt vergi əməkdaşları və 2 nəfər hal şahidinin iştirakları ilə tərtib olunmuş və imzaları ilə təsdiq edilmişdir. Apellyasiya şikayətinin dəlili olan “İddiaçının riskli vergi ödəyicisinin hansı Meyarına cavab verməsi” ilə bağlı Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın 1.6-cı bəndinə görə operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslarla yanaşı, aşağıdakı risk meyarlarından biri olmalıdır: 1.6.1. Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş risk meyarları; 1.6.2. Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən müəyyən edilmiş və Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarları. Belə ki, iş materiallarından müəyyən edilir ki, xx.xx.2021-ci il tarixində saat 15:30-da MMC-yə məxsus obyektdə 1 (bir) manat nağd qaydada ödənilməklə reyhan şirəsi alınmış və əvəzində NKA çeki təqdim olunmamışdır. MMC-yə məxsus obyektdə NKA tətbiq olunmadığından məbləği bərpa etmək mümkün olmamışdır. xx.xx.2021-ci il tarixli DVX seriyalı 005264 nömrəli akt tərtib edilmiş və aktın vergi ödəyicisi tərəfindən imzalanmadığı və bir nüsxəsini qəbul etməkdən İmtina edildiyi müəyyən edilmişdir. Qaydaların 10.1-ci bəndinə əsasən, bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və (və ya) ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. İnzibati iş materiallarından aydın olur ki, iddiaçı iddia ərizəsində operativ vergi nəzarəti nəticəsində aşkar olunmuş pozuntuları qəbul edir, lakin bu pozuntularda onun təqsiri olmadığını iddia edir. Apellyasiya şikayətinin digər bir dəlilinə münasibətdə Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı sözügedən obyekti subicarəyə verdiyini bildirsə də həmin obyekt icarəyə verilmiş başqa bir vergi ödəyicisinin deyil, özünün, yəni "xxxx" MMC-nin adına təsərrüfat obyekti olaraq vergi orqanında uçotdadır. Bu halda operativ nəzarətin keçirildiyi obyekt məhz "xxxx" MMC-nin adına təsərrüfat obyekti olaraq qeydiyyatdan keçdiyindən vergi orqanının da həmin obyektdə aşkar olunmuş pozuntulara görə adına qeydiyyat aparılmış vergi ödəyicisini məsuliyyətə cəlb etməsi və onu vergi hüquq pozuntusunun subyekti kimi qəbul etməsi qanunazidd sayıla bilməz. İddiaçı hər nə qədər obyektin X1 verildiyinə istinad etsə də, lakin adıçəkilən şəxslə obyektin subicarəyə verilməsi barədə müqaviləni məhkəmə araşdırması zamanı təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli subicarə müqaviləsi iddiaçı MMC tərəfindən imzalansa da icarəyə götürən qismində X17 tərəfindən imzalanmamışdır. Beləliklə, iddia edilən obyektin subicarəyə verilməsi haqqında tərəflərin iradəsinin ifadə olunduğu və qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş subicarə müqaviləsi, obyektin təhvil-təslim aktı mövcud deyildir. Həmçinin, iddiaçı X9 müqaviləni imzalamağı qəsdən uzatdığını, müqaviləni imzalamadığından obyektdən çıxmasının polis nəzarəti qaydasında da tələb edildiyini bildirmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş polis orqanına ünvanlanmış ərizələr daha öncə deyil, bilavasitə vergi orqanının operativ vergi nəzarətini keçirdiyi xx.xx.2021-ci il tarixlə eyni vaxta təsadüf edən ərizələrdir. Bundan başqa, "xxxx"MMC xx.xx.2020-ci il tarixində vergi orqanında qeydiyyata alınmış və həmin tarixdən müəssisənin qanuni təmsilçisi X17 olmuşdur. xx.xx.2021-ci il tarixində rəhbər dəyişikliyi üçün müraciət olunmuş və xx.xx.2021-ci il tarixində müəssisənin qeydiyyat məlumatlarında dəyişiklik edilərək X11 müəssisənin qanuni təmsilçisi kimi qeydiyyata alınmışdır. Göründüyü kimi X17 MMC-yə yad olan şəxs deyildir, o, hüquqi şəxs qeydiyyata alındığı xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək MMC-nin qanuni təmsilçisi olmuşdur. xx.xx.2021-ci ildən sonra keçən müddət ərzində, eləcə də xx.xx.2021ci il tarixdən operativ vergi nəzarətinin keçirildiyi xx.xx.2021-ci il tarixədək sonuncu ilə subicarə müqaviləsinin bağlanılmasına nail olunmaması ağlabatan hesab olunmaması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. - 331.1-ci maddəsinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Vergi Məcəlləsinin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 34.3-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır. Sadalanan qanunvericilik normalarının təhlilinə əsasən, icarə müqaviləsinin bağlanmış olması üçün ilk növbədə tərəflərin ikisinin də iradəsi ifadə olunmalı və həmin obyektdən icarə müqaviləsi əsasında Hacıyev Bəhruzun istifadə etməsi üçün vergi orqanında obyekt təsərrüfat subyekti kimi uçota alınmalı idi. İddiaçı apellyasiya şikayətində Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarına istinad edərək, X2 obyektdən qanunsuz istifadə etməsi, onun həmin obyektdən çıxarılması ilə bağlı MMC-nin şikayəti olduğunu və B.Hacıyevin orada faktiki sahibkarlıq fəaliyyətini həyata keçirdiyini bildirsə də, Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir: “13 aprel 2021-ci il tarixdə vətəndaş X7 ərizə ilə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinə müraciət edərək, tanışı X17 tərəfindən təhqir olunduğunu və obyektinin yandırılacağı ilə hədələndiyini bildirmişdir. Materialın araşdırılması zamanı izahatı alınmış X7 izahatında rəsmi olaraq "xxxx" MMC-də hüquqşünas vəzifəsində işlədiyini, X10 birneçə ildir tanıdığını, Bəhruz Hacıyev ilə tanışlıqlarının iş əsasında yarandığını, aralarında heç bir düşmənçilik və ya şəxsi ədavətlərinin olmadığını, Bəhruz Hacıyevin daha əvvəllər Bakı şəhəri, Nəsimi rayonunun ərazisində yerləşən qış parkının yaxınlığında olan 50 qəpik yemək bazarı restoranının direktoru olduğunu, hazırda da restoran ilə əlaqədar çətinliklərinin və ya suallarının olduğu zaman Bəhruza müraciət edərək ondan köməklik istədiklərini, xx.xx.2021-ci il tarixdə saat 15:20-də Bakı şəhəri, Nəsimi rayonunun ərazisində yerləşən qış parkının yaxınlığında olan 50 qəpik yemək bazarı restoranında olduqları zaman Bəhruz ilə işlə əlaqədar söhbət etdiklərini, söhbət zamanı onun Bəhruza vaxtında kassa aparatının qoyulması istiqamətində zəruri tədbirləri görmədiyi üçün irad bildirdiyini, həmin vaxt Bəhruzun ona aqressiv cavab verərək, restoran ilə heç bir əlaqəsinin olmadığını söylədiyini, problemlərinin özlərinin həll etməsini tələb etdiyini, Bəhruzun aqressiv cavab verdiyi üçün aralarında söz mübahisəsinin yarandığını, söz mübahisəsi zamanı Bəhruzun ona əsəbləşdiyini və obyekti yandıracağını söylədiyini, bundan sonra Bəhruzun həmin yerdən getdiyini, bir-neçə dəqiqə sonra Bəhruzla mobil telefon vasitəsi ilə əlaqə saxladığını, Bəhruzun yenidən onu mobil telefonda təhqir etdiyini, hadisənin şahidlərinin olmadığını, hadisə zamanı bir-birilərinə qarşı zor tətbiq etmədiklərini bildirdi. Materialın araşdırılması zamanı izahatı alınmış X17 izahatında rəsmi olaraq heç bir yerdə işləməsə də, fərdi əməklə məşğul olaraq ailəsini dolandırdığını, X6 bir-neçə ildir tanıdığını, Ərşad Sərdarov ilə tanışlıqlarının iş əsasında yarandığını, aralarında heç bir düşmənçilik və ya şəxsi ədavət olmadığını, daha əvvəllər Bakı şəhəri, Nəsimi rayonunun ərazisində yerləşən qış parkının yaxınlığında olan 50 qəpik yemək bazarı restoranının direktoru olduğunu, Ərşad Sərdarovun isə hazırda həmin restoranın hüquqşünası olduğunu, hazırda onların restoran ilə əlaqədar çətinlikləri və ya sualları olan zaman ona müraciət edərək köməklik istədiklərini, xx.xx.2021-ci il tarixdə saat 15:20-də Bakı şəhəri, Nəsimi rayonunun ərazisində yerləşən qış parkının yaxınlığında olan 50 qəpik yemək bazarı restoranında olduqları zaman Ərşad Sərdarov ilə işlə əlaqədar söhbət etdiklərini, söhbət zamanı Ərşadın ona aqressiv davranaraq vaxtında restorana kassa aparatının qoyulması istiqamətində gəlmədiyini, restoranla heç bir əlaqəsinin olmadığını və buna görə də öz işlərini özlərinin görməsini söylədiyini, bu səbəblə aralarında söz mübahisəsinin yarandığını, mübahisə zamanı onun ünvanına nalayiq ifadələr işlətdiyini, daha sonra həmin ünvandan getdiyini, bir-neçə dəqiqə sonra mobil telefon vasitəsi ilə yenidən ona zəng etdiyindən Ərşadı təhqir etdiyini, ona zəng etməməsini tələb etdiyini, hadisənin şahidlərinin olmadığını, hadisə zamanı bir-birilərinə qarşı zor tətbiq etmədiklərini bildirdi. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır”. Göründüyü kimi, hər ikisinin izahatlarından Bəhruz Hacıyevin cari dövrdə obyektin hüquqi və faktiki əsasla istifadəçisi olduğu nəticəsinə gəlinmir. Apellyasiya şikayətinin növbəti dəlilinə münasibətdə Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, “X27 LTD” MMM ilə müqavilənin X17 ilə bağlanmasına gəlincə məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş qeyd edilən müqavilə xx.xx.2020-ci il tarixlidir və həmin müqavilə bilavasitə X9 "xxxx" MMC-nin qanuni təmsilçisi olduğu dövrdə bağlanmışdır ki, bu hal da obyektlə bağlı məsuliyyətin MMC-yə aid olmamasını bildirməyə yetərli əsas hesab olunmur. Bundan əlavə, iddiaçının işlərin yerinə yetirilməsinə cəlb edilmiş işçilərin obyektdə işəgötürən X9 olmasını təsdiq etmələri ilə bağlı iş materiallarına əlavə etdiyi ərizələrə gəlincə, məhkəmə kollegiyası sübut qismində təqdim edilən 20 nəfərin ərizəsi hər hansı səlahiyyəti quruma deyil, 50 qəpik restoranına işə qəbul etmək üçün direktor Zaur Baxışlıya ünvanlanmış, eyni tarixli olmaqla əlyazma ilə yazılmış və qanunla müəyyən edilmiş qaydada təsdiq edilməmiş ərizələrdir. Hətta qeyd edilən işçilərin ərizələri “mötəbər sübut” qismində qəbul edilsə belə həmin ərizələr iddiaçının vergi hüquq pozuntusunun törədilməsində təqsirsizliyini sübuta yetirmir. Belə ki, ərizələri imzalayan 20 nəfərin adları ilə vergi orqanının əməkdaşları tərəfindən izahatları alınmış işçilərin siyahısını müqayisə etdikdə cəmi 09 nəfərin adlarının vergi orqanının aşkar etdiyi işçilərin adları ilə üst-üstə düşdüyü müəyyən olunur. Başqa sözlə, iddiaçı tərəfin təqdim etdiyi işçilərin siyahısı ilə vergi orqanının əməkdaşları tərəfindən əmək müqaviləsi bağlamadan işə cəlb edilmiş şəxslərin siyahısı eyni deyildir. Bu halda da iddiaçı tərəfin təqdim etdiyi ərizələrə əsaslanaraq operativ vergi nəzarəti zamanı aşkar edilmiş 34 nəfər işçinin "xxxx" MMC ilə əlaqəsinin olmadığı nəticəsinə gəlinə bilməz. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan Məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mübahisələndirilən 16 iyul 2021-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********8325 nömrəli və **********8305 nömrəli qərarlar qəbul olunarkən cavabdehin iddiaçını vergi məsuliyyətinə cəlb edərək, ona maliyyə sanksiyalarını tətbiq etməsinə əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM- 14.1), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur (VM-37.4), cavabdeh iddiaçının hüquqlarını və qanuni mənafelərini gözləmişdir (VM-24.0.2), cavabdehin mübahisəli qərarları qəbul olunan anda qüvvədə olan maddi hüquq normalarına, habelə inzibati icraatla bağlı tələblərə uyğun olmuş və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır (İPM-70.1), qərar mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1910/2022 saylı, 16 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar