Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2101/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlunun sədrliyi ilə (məruzəçi); Tanrıverdiyev Anar Vəzir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Hüseynova Arzu İsrafil qızının katibliyi, İddiaçının nümayəndəsi X3 və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamenti) “mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiası üzrə ünvan 4li qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə instansiyası olaraq qanunla sizə verilmiş səlahiyyətlərdən ədalətlə istifadə edib məhkəmə araşdırması aparmaqla təqdim etdiyim sənədlər əsasında Bakı şəhəri Binəqədi rayonu, Sumqayıt şossesi, 8 nömrəli evin, 91 nömrəli mənzili üzərində daşınmaz əmlaka dair mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alıb onun adına müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o "Bakı şəhəri Binəqədi rayonu, Sumqayıt şossesi, 8 nömrəli evin, 91 nömrəli mənzili olan daşınmaz əmlak üzərində hüquqlarını dövlət qeydiyyatına alıb onun adına müvafiq çıxarışı və texniki pasportun verilməsi” barədə ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi idarəsinə müraciət etmişdir. Müraciətinə aşağıdakı sənədləri: Şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq olunmuş surəti, Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 06 sentyabr 2021-ciil tarixli 50/2 nömrəli sərəncamın təsdiq edilmiş surəti, 138 saylı Mənzil- Kommunal istismar sahəsinin onunla bağladığı kiyayə müqaviləsinin əsli, Mənzilin sxeminin əsli, Forma 2 -Arayışın əsli, Mənzilin verilməsinə əsas olmuş 17 iyun 2016-cı il tarixli 9 nömrəli iclas Protokolun təsdiq edilmiş surəti. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi idarəsinin ona ünvanladığı 10 noyabr 2021-ci il tarixli **********06 nömrəli imtina məktubu verilmişdir. Həmin məktubda bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt yolu, 8 saylı evin, 91 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin müraciətinə əlavə etdiyi qeyd olunan məzilə dair Bakı Şəhəri icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 50/2 saylı sərəncamı xx.xx.2021-ci il tarixdə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı" dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. Lakin cavabdeh hansı hüquqmüəyyənedici sənədlə qeyd olunan ünvan 2 ünvanda yerləşən mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını qadağa edən qanun normasına əsaslanaraq imtinasını əsaslandırmamışdır. Məhkəmənin nəzərinə çatdırmağı zəruri hesab edir ki, işlədiyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən növbəlilik əsasında ona qeyd olunan Bakı şəhəri Binəqədi rayonu, Sumqayıt şossesi, 8 nömrəli evin, 91 nömrəli mənzili (otaqlar) verilmişdir. 2000-ci ildən bugünədək həmin mənzildə pasport qeydiyyatında olmaqla yaşayır. Bakı şəhəri Binəqədi rayonu, Sumqayıt şossesi, 8 nömrəli evin 91 nömrəli mənzilinə onun adına kirayə müqaviləsi bağlanması barədə müraciəti əsasında Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 06 sentyabr 2021-ci il tarixli 50/2 nömrəli sərəncamı ilə "Bakı şəhəri Binəqədi rayonu, Sumqayıt şossesinäə yerləşən 8 saylı evin, yaşayış sahəsi 12,0 kv. metr olan 1 otaqlı 91-ci mənzilinə İddiaçı adına icarə müqaviləsi bağlanılmış və o həmin mənzilin icarədarı hesab olunmuşdur. Qeyd olunan mənzilə İddiaçı adına şəxsi maliyyə hesabının açılması 2 saylı Xüsusi Təyinatlı MKTB-nin 138 saylı Mənzil-Kommunal İstismar Sahəsinə tapşırılmışdır. Hal-hazırda o, həmin mənzildə yaşayır, onun adına mənzilin kirayə müqaviləsi bağlanmış və o həmin mənzilin kirayəçisi hesab olunmuş, mənzilin şəxsi maliyyə hesabı onun adına açılmış, vaxtlı-vaxtında mənzil kommunal xidmətlərin haqqını ödəyir. Bunları qeyd edərək Bakı şəhəri Binəqədi rayonu, Sumqayıt şossesi, 8 nömrəli evin, 91 nömrəli mənzil olan daşınmaz əmlak üzərində hüquqlarımın dövlət qeydiyyatına alıb onun adına müvafiq çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən yuxarıda qeyd etdiyi imtina məktubları verilmişdir. Onun müraciətilə əlaqədar cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21, 24, 28, 45 və 61-ci maddələrinin tələblərinə tam əməl olunmamışdır, çünki cavabdeh icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, imtina qərarını kifayət qədər əsaslandırmamış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi idarəsinin mənə ünvanladığı qeyd edilən məsələ ilə bağlı müraciətimə 10 noyabr 2021-ci il tarixli **********06 nömrəli məktubunda yazılan sözləri ilə razılaşmır. İşin yuxarıda göstərilən hallarını nəzərə alaraq belə qənaətə gəlmək olar ki, onun iddia tələbi qanuni əsasını xx.xx.1993-cü il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi təşkil edir. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Onun müraciətilə əlaqədar cavabdehin “mənzilin kirayə müqaviləsinin iddiaçının adına dəyişdirilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən 50/2 nömrəli sərəncamın xx.xx.2021-ci il tarixdə verilməsi” ilə bağlı dəlili ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan 138 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin xx.xx.2021-ci il tarixli 138/18 saylı arayışına əsasən onun 2000-ci ildən həmin mənzildə yaşadığı nəzərə alınmalıdır və Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən xx.xx.2021-ci il tarixli 50/2 nömrəli sərəncamı əsasında tam qanuni əsasla 138 saylı Mənzil İstismar Sahəsi ilə mənim aramda 07 sentyabr 2021-ci il tarixdə 05 nömrəli kirayə müqaviləsi bağlanılmışdır. Göründüyü kimi mübahisəli mənzil onun qanuni istifadəsində olmaqla, mənzilin kirayəçisi kimi hüquq və vəzifələr həyata keçirir. Belə olan halda hesab edir ki, sözügedən mənzilə dair mənim zəruri sənədlərə malik olduğum halda cavabdeh inzibati orqanın imtinası əsassızdır və iddiaçı kimi mənim hüquqlarımın pozulmasına səbəb olmuşdur. 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan və mənzil münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 299-cu maddəsinin (1966-cı il 23 dekabr tarixdən qüvvədə olan redaksiyada) İ hissəsinə əsasən, yerli X2 evlərində mənzillər yerli Sovetin İcraiyyə komitəsi tərəfindən ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə verilir. Dövlət, kooperativ təşkilatlarının və ictimai təşkilatların evlərində mənzillər müdiriyyətlə həmkarlar ittifaqı fabrik, zavod, yerli komitəsinin xalq deputatları Soveti icraiyyə komitəsi tərəfindən təsdiq edilən birgə qərarı ilə verilir, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müdiriyyətlə həmkarlar ittifaqı fabrik, zavod, yerli komitəsinin birgə qərarı ilə verilir və köçmək üçün mənzil ayrıldığı barədə yerli Sovetin icraiyyə komitəsinə məlumat təqdim olunur. Həmin Məcəllənin 301-ci maddəsinin İ hissəsinə əsasən, evlər idarəsi, adına order verilmiş şəxslə, orderdə göstərilən mənzilin kirayəsi üçün yazılı müqavilə bağlamalıdır. Həmin maddənin İİ hissəsinə əsasən, yerli X2 evlərində, habelə dövlət, kooperativ təşkilatlarının və ictimai təşkilatların evlərində mənzil kirayə müqaviləsi tərəflərin razılığı ilə, sair hal müəyyən edilməyibsə, bir qayda olaraq, müddət göstərilmədən bağlanılır. Həmin Məcəllənin 306-cı maddəsinə əsasən, mənzildə kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri müqavilədən törəyən hüquq və vəzifələri bərabər surətdə əldə edirlər. Kirayəçinin ailə üzvləri - kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Digər tərəfdən, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun qüvvəyə mindiyi 1993-cü ilədək (və bundan sonra) həmin mənzildə yaşayış sahəsindən istifadə hüququna malik (bu hüquq 1982-ci il Mənzil Məcəlləsi ilə də aradan qaldırılmamışdır) iddiaçının həmin mənzilə dair kirayə hüquq münasibətlərinin subyekti olmasını yazılı kirayə müqaviləsinin olmaması aradan qaldırmır. Onun 2000-ci ilin əvvəlindən həmin mənzildə yaşadığı vaxtdan "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Qanunun qüvvəyə mindiyi 1993-cü ilədək (və bundan sonra) yazılı kirayə müqaviləsinin olmaması iddiaçının da iştirakçısı olduğu mənzil kirayə münasibətlərinin etibarlılığına təsir etmir. İddia olunan mənzilə dair kirayə müqaviləsinin 2021-ci ildə, yəni, yeni (2009cu il ) Mənzil Məcəlləsinin qüvvəyə minməsindən sonra yazılı formada bağlanması həmin Məcəllənin qüvvəyə minməsindən əvvəl yaranmış və davam edən münasibətlərin mahiyyətinə təsir etmir. Əksinə, bu müqavilə mövcud münasibətləri yazılı formada təsbit etmiş, tərəflərin həmin münasibətlərdən irəli gələn hüquq və öhdəliklərini müəyyən etmişdir. Hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin 10 noyabr 2021-ci il tarixli **********06 nömrəli məktubunda “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə ” imtinası əsassız hesab edilməli və təqdim etdiyim sənədlər əsasında istifadəsində olan, Bakı şəhəri Binəqədi rayonu, Sumqayıt şossesi, 8 nömrəli evin, 91 nömrəli mənzil olan daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alıb onun adına müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin üzərinə qoyulması barədə müvafiq qərar qəbul edilməlidir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt yolu, 8 saylı evin, 91 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin müraciətə əlavə edilmiş qeyd olunan mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 50/2 saylı sərəncamı xx.xx.2021-ci il tarixdə verilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və vətəndaşa **********06 saylı, xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. ünvan 4li qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, ünvan 4li qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin gəldiyi nəticə ilə razılaşmaq olmaz, belə ki onun müraciətimlə əlaqədar cavabdehin “mənzilin kirayə müqaviləsinin iddiaçının adına dəyişdirilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən 50/2 nömrəli sərəncamın xx.xx.2021-ci il tarixdə verilməsi” ilə bağlı dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, iş materiallarında olan 138 saylı Mənzil- Kommunal İstismarı Sahəsinin xx.xx.2021-ci il tarixli 138/18 saylı arayışına əsasən iddiaçının 2000-ci ildən həmin mənzildə yaşaması nəzərə alınmalıdır və Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən xx.xx.2021-ci il tarixli 50/2 nömrəli sərəncamı əsasında tam qanuni əsasla 138 saylı Mənzil İstismar Sahəsi ilə iddiaçının arasında 07 sentyabr 2021-ci il tarixdə 05 nömrəli kirayə müqaviləsi bağlanılmışdır. Göründüyü kimi mübahisəli mənzil onun qanuni istifadəsində olmaqla, mənzilin kirayəçisi kimi hüquq və vəzifələr həyata keçirməkdədir. Belə olan halda hesab edir ki, sözügedən mənzilə dair onun zəruri sənədlərə malik olduğu halda cavabdeh inzibati orqanın imtinası əsassızdır və iddiaçı kimi onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, ünvan 4li qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi, 8 ünvanında yerləşən evin 91 saylı mənzilinə dair kirayə müqaviləsinin İddiaçı adına bağlanması barədə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2021-ci il tarixli, 50/2 saylı sərəncamın təsdiq edilmiş surəti və həmin sərəncamın verilməsinə əsas olan sənədlər təqdim edilmişdir. Həmin sənədlərə əsasən müəyyən olunur ki: - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2021-ci il tarixli 50/2 nömrəli sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesində yerləşən 8 saylı evin, yaşayış sahəsi 12,0 kv.metr olan 1 otaqlı 91 saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsi bağlanılması və onun həmin mənzilin kirayəçisi hesab olunması qərara alınmışdır. Həmin sərəncamda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar özəlləşdirilən dövlət müəssisələrinə, ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinə, digər təşkilatların isə müraciətlərinə əsasən onlara məxsus olan yaşayış binalan, o cümlədən, yataqxanalar (idarə mənzil fondu) əvəzsiz olaraq Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə Departamentin balansına verilmişdir. ünvan 5 ünvanda yerləşən keçmiş yataqxana binası da mənzil fonduna daxil edildiyindən, İddiaçı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət edərək, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən faktiki olaraq yaşadığı mənzilə öz adına kirayə müqaviləsi bağlanılmasını xahiş etmişdir. Vətəndaş İddiaçı 2000-ci ildən qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesində yerləşən 8 saylı evin, yaşayış sahəsi 12,0 kv.metr olan 1 otaqlı 91 saylı mənzilində yaşayır. - Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin arayışına əsasən, İddiaçı qeyd edilən qismən kommunal şəraitli mənzildə 2000-ci il tarixdən qeydiyyatdadır. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2013-cü il tarixli əmri ilə yaradılmış "Xidməti yaşayış sahələri ilə bağlı komissiya"nın iclasının 9 nömrəli17 iyun 2016-cı il tarixli protokoluna əsasən, Binəqədi rayonu, Sumqayıt şossesi 8 ünvanında yerləşən X6 Xidmətinin 1 saylı ailəvi yataqxana binasında müxtəlif səbəblərdən boşalmış yaşayış sahələrinin komplektləşdirilməsinə dair iclasın gündəliyi müəyyən olunmuş, Binəqədi rayonu, Sumqayıt şossesi 8 ünvanında yerləşən X6 Xidmətinin 1 saylı ailəvi yataqxana binasındakı boşalmış 2- ci giriş, 5-ci mərtəbədə yerləşən 1 otaqlı 98 nömrəli mənzilin İddiaçı (ailə üzvləri 3 nəfər) verilməsi qərara alınmışdır. - İddiaçı tərəfindən məhkəməyə Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi 8, 91 saylı mənzilə dair 138 saylı Mənzil-İstismar sahəsi ilə bağladığı xüsusi təyinatlı yaşayış sahəsinin xx.xx.2021-ci il tarixli kirayə müqaviləsi təqdim olunmuşdur. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddia tələbini rədd edərək qeyd etmişdir ki, iddiaçı ilə Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti arasında müqavilənin bağlanması haqqında sərəncam xx.xx.2021-ci il tarixdə qəbul edilmiş, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi isə xx.xx.2021-ci il tarixdə bağlanmışdır. Məhkəmə qeyd etmişdir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 6-cı maddəsi daha sonra qəbul edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.11-ci maddəsi ilə tamamlanmışdır. Həmin norma müvafiq sərəncam və ya mənzil kirayəsi müqaviləsinin Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) bağlandığı halda daşınmaz əmlakın üzərində hüquqların yaranmasına əsas olduğunu müəyyən edir. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009- cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. İşin faktiki hallarından müəyyən edilmişdir ki, iddiaçı ilə Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti arasında müqavilənin bağlanması haqqında sərəncam xx.xx.2021-ci il tarixdə qəbul edilmiş, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi isə xx.xx.2021-ci il tarixdə bağlanmışdır. İddiaçı Bakı şəhəri Binəqədi rayonu, Sumqayıt şossesi, 8 nömrəli evin, 91 nömrəli mənzili üzərində daşınmaz əmlaka dair mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alıb onun adına müvafiq çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu, Sumqayıt şossesi, 8 nömrəli evin, 91 nömrəli mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Daha sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 6-cı maddəsi daha sonra qəbul edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.11-ci maddəsi ilə tamamlanmışdır. Həmin norma müvafiq sərəncam və ya mənzil kirayəsi müqaviləsinin Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) bağlandığı halda daşınmaz əmlakın üzərində hüquqların yaranmasına əsas olduğunu müəyyən edir. Göründüyü kimi iddiaçının qeyd edilən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” yoxdur. Yuxarıda qeyd edilən əsasdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etməmişdir. X8 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X1 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50). Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı 2000-ci ildən həmin mənzildə yaşamasını qeyd etsə də, iddiaçı ilə Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti arasında müqavilənin bağlanması haqqında sərəncam xx.xx.2021-ci il tarixdə qəbul edilmiş, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi isə xx.xx.2021-ci il tarixdə bağlanmışdır.Göründüyü kimi müvafiq sərəncam və mənzil kirayəsi müqaviləsi Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) bağlanmadığından apellyasiya şikayəti əsassızdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ünvan 4li qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə ünvan 4li qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2101/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2101/2022
12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver