Məhkəmə qərarları › İş №2-1(103)-2101/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2101/2023

20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2101/2023 20.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-2101/2023 (Açar sözlər: “kirayə müqaviləsinin bağlanması”) Bakı şəhəri 20 iyun 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X3 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7649/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 20 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçıya ünvanlanmış Q-60-068 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, yaşadığı Bakıxanov qəsəbəsi, Axundov küçəsi, 10 saylı evin 45 saylı mənzilinə dair onunla mənzil kirayə müqaviləsinin bağlanması barədə müvafiq sənədlər (evin orderi, RİH-nin sərəncamı vəs.) təqdim edilmədiyindən xahişi təmin edilməmişdir.

2. Notarial qaydada təsdiq olunmuş Bakı şəhər XDS İK tərəfindən verilmiş 132377 saylı 18 avqust 1972-ci il tarixli orderin surətindən görünür ki, 26 Bakı Komissarı adına XDS İK-nin 40 nbmrəli xx.xx.1972-c il tarixi qərarına əsasən X4 Bakı şəhəri, Razin qəsəbəsi, Axundov küçəsi, 10 saylı evin 45 saylı mənzili verilmişdir, ailə tərkibi X11 və X13maqla.

3. Sabunçu rayonu İH MKTB-nin 86 saylı MKİS-nin 205: 205/1:205/2 No-li xx.xx.2020-ci il tarixli və 71 №-li xx.xx.2021-ci il tarixli arayışlardan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsi, 10 saylı evin 45 saylı mənzili tam kommunal şəraitli, təcrid olunmuş Yerli İcra hakimiyyətinə məxsusdur. Sahibi (kirayəşin) X9 xx.xx.1990-cı ildə qydiyyatdan çıxıb. Mənzildə X7 xx.xx.1989-cu il tarixdən və İddiaçı1993-cü ildən daimi qeydiyyatdadırlar. Posoxova Taisiya xx.xx.1990-cı il tarixdə, X14 xx.xx.1989-cu il tarixdə, X11 xx.xx.1989-cu il tarixdə həmin ünvan üzrə qeydiyyatdan çıxıblar.

4. Rusiya Federasiyasında qeyydiyyatda olan X9 (ƏP:xx-xx-499098, RF, Volqoqrad vilayəti, Elanskiy RDİŞ b/k 342-015-xx.xx.2001, FİN d/t xx.xx.1939) adından etibarnamə əsasında nümayəndəsi X7 tərəfindən verilmiş notarial təsdiq olunmuş xx.xx.2022-ci il tarixli **********828 saylı ərizədən görünür ki, X9 yaşadığı ünvan 1 ünvanında yerləşən 45 nömrəli mənzilin kirayə müqaviləsinin İddiaçı adına bağlanması üçün sərəncam verilməsinə etiraz etmir.

5. X7 tərəfindən verilmiş notarial təsdiq olunmuş xx.xx.2022-ci il tarixli **********709 saylı ərizədən görünür ki, o, yaşadığı ünvan 2 ünvanında yerləşən 45 nömrəli mənzilin kirayə müqaviləsinin İddiaçı adına bağlanması üçün sərəncam verilməsinə etiraz etmir.

6. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətindən daxil olmuş 1/2060 nömrəli 30 sentyabr 2022-ci il tarixli məktubla Sabunçu rayonu İH MKTB-nin 86 saylı MKİS-nin 179 saylı xx.xx.2022-ci il tarixli aryışı təqdim edilmişdir. Həmin arayışdan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 45 nömrəli mənzildə X7 və İddiaçı qeydiyyatdadırlar.

7. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli BA-07948-2022 nömrəli cavab məktubundan görünür ki, vətəndaşlara mənzillərə dair verilmiş orderlər Dövlət Arxivinin Bakı filalında saxlanılmır. Eləcə də həmin məktubla keçmiş 26 Bakı Komissarı XDS İK-nin (indiki Səbail RİH) arxiv fondu üzrə xx.xx.1972-ci il tarixli, 40/3232 saylı qərarının təsdiq edilmiş ksero surəti təqdim edilmişdir. Həmin qərardan müəyyən olunur ki, yerli komitənin və işçilərin ümumi yığıncağının qərarı təsdiqlənərək X4 ailə tərkibi 3 nəfərdən (özü və iki uşağı) ibarət tərkibdə Bakı şəhəri, Razin qəsəbəsi, Axundov küçəsi, 10 saylı evin 45 saylı mənzilə order verilməsi qərara alınmışdır.

8. 0451 saylı “Şəxsi Hesab” vərəqində Sabunçu rayonu İH MKTB-nin 86 saylı MKİS-in rəisi Ə.Məmmədovun və mühasibi M.Əliyevin imzası ilə və möhürlə təsdiqlənmiş xx.xx.2020-ci il tarixli qeyddən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsi, 10 saylı evin 45 saylı mənzilin sahibi (kirayəşin) X9 xx.xx.1990-cı ildə qydiyyatdan çıxıb. Mənzildə X7 xx.xx.1989-cu il tarixdən və İddiaçı1993-cü ildən daimi qeydiyyatdadırlar və yaşayırlar.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxs X7 göstərilməklə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsi, 10 saylı evin 45 saylı mənzilinə dair onunla kirayə müqaviləsinin bağlanması haqqında sərəncam qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

10. Tələb onunla əsaslandırılmışdır ki, 18 avqust 1972-ci il tarixli orderə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsi, 10 saylı evin 45 saylı mənzilinin icəradarı həmin mənzildən 1990-cı ildən qeydiyyatdan çıxıb Rusiyaya daimi yaşamaq üçün köçmüş X1. Eyni zamanda həmin orderdə onun ailə üzvləri olan 1989cu ildə oradan qeydiyyatdan çıxmış X8 və X12 adları vardır. Hazırda həmin mənzildə o, İddiaçı və onun anası X7 yaşayır. O, orda doğulduğu vaxtdan, anası isə 1989-cu ildən yaşayır və daimi pasport qeydiyyatındadırlar. Onlardan başqa həmin mənzildə qeydiyyatda heç kim yoxdur. İndi isə onlar həmin mənzlin icarədarının onun olmasını istəyirlər. Sabunçu İH-nə xx.xx.2022-ci il tarxdə ərizə ilə müraciət edərək, həmin mənzilə dair onunla kirayə müqaviləsi bağlanması barədə sərəncam qəbul edilməsini xahiş etmişdir. Lakin, cavabdeh özünün xx.xx.2022-ci il tarixli məktubu ilə bildimişdir ki, onunla mənzil kirayə müqaviləsinin bağlanması barədə müvafiq sənədlər (order, sərəncam və s.) təqdim edilmədiyindən xahişi təmin edilməmişdir. Məkəmənin diqqətinə çatdırır ki, mübahisəli mənzil dövlət mənzil fonduna aiddir və icarədarı X9 1990-cı ildən qeydiyyatdan çıxıb Rusiyaya daimi yaşamaq üçün köçmüşdür. Həmin səbəbədən də, o, mənzilə dair onunla kirayə müqaviləsinin bağlanmasını istəyir. Onunla qeydiyyatda olan anası buna razıdır.

11. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilməsinə baxmayaraq, məhkəməyə iddia ərizəsinə qarşı hər hansı bir münasibət (etiraz) təqdim edilməmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7649/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, 1993-cü ildən istifаdəsində оlаn mənzildən iddiаçı tərəfindən mаnеəsiz istifаdə еdilməsinə, qeydiyyatda olmasına bахmаyаrаq, mənzilə dаir cаvаbdеhin hər hаnsı bir sərəncаmı mövcud dеyildir. Hаlbuki, 2009-cu ilin оktyаbrın 1-dək qüvvədə оlmuş Аzərbаycаn SSR-in 1982-ci il 08 yul tаriхli qаnununu ilə təsdiq оlunmuş Аzərbаycаn SSR-i Mənzil Məcəlləsinin 51-ci mаddəsinə əsаsən, dövlət və ictimаi mənzil fоndu еvlərində yаşаyış sаhəsindən icаrə müqаviləsinə uyğun оlаrаq istifаdə еdilir. İnzibati orqan tərəfindən qаnunvеricilik ilə müəyyən еdilmiş dövlət mənzil fоndunа dаir nəzаrəti həyаtа kеçirmək vəzifəsi yеrinə yеtirilməmiş, iddiaçının yaşadığı mənzil dövlət nəzаrətindən kənаrdа qаlmışdır, belə ki, həmin mənzilin kirayəçisinin mənzildən istifadə etməsinə baxmayaraq yeni kirayə müqaviləsi bağlanmamışdır.İddiaçının həm 2009-cu ilin oktyabr ayının 1-nə qədər, həm də ondan sonra, yəni hazırda mənzil münasibətlərini tənzimləyən Mənzil Məcəllələrində iddiaçının istifadə etdiyi mənzilə dair kirayə müqaviləsinin onunla bağlanmasını tələb etmək hüququ nəzərdə tutulmuşdur

14. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə və 60-cı maddəsinə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci və 2.0.6-cı maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli, 649 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.9.8-ci maddəsinə, 2009-cu ilin oktyabr ayının 1-dən qüvvədə olan Аzərbаycаn Rеspublikаsının Mənzil Məcəlləsinin 1; 4.0; 16; 17.3.1; 17.4; 18; 59.1; 135.1-ci mаddələrinə, 2009-cu ilin oktyabr ayının 1-nə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 59.1; Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2; 15.1; 33.1; 52; 58.1; 58.7; 68.1; 68.2; maddələrinə istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

15. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7649/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, AR Mənzil Məcəlləsinin 4.0-cı maddəsində qeyd edilir ki, - dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır. Sual olunur ki, qüvvədə olan Mənzil Məcəlləsinin hansı tələbinin iddiaçı tərəfindən həyata keçirilməsinə Sabunçu RİH tərəfindən maneçilik yaradılıb. Qeyd edilən maddənin tətbiqi hansı zərurətdən yaranır məlum deyil. Mənzil Məcəlləsinin 4.0.2-ci maddəsində isə qeyd edilir ki, - dövlət və ya bələdiyyə müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. Qanunun tələbindən görünür ki, vətəndaşlar sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi ilə təmin edilirlər. Mənzil Məcəlləsinin tələblərinə əsasən Sosial Kirayə müqaviləsinə əsasən hansı vətəndaşların mənzil almaq hüququna malik olması müəyyən edilməlidir. Lakin, həmin kateqoriyadan olan vətəndaşların dairəsi müəyyən edilməmişdir. Eyni zamanda Sosial kirayə müqaviləsinin forması Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilməmişdir. Bu səbəbdən iddiaçı ilə sosial kirayə müqaviləsinin bağlanması qanuna ziddir. Sabunçu RİH tərəfindən bəzi mənzil mübahisələrinə aydınlıq gətirilməsi üçün ilə bağlı xx.xx.2022-ci il tarixli, 5/45 saylı məktubla Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət edilmişdir. Müraciətə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən baxılmış və Sabunçu RİH daxil olmuş xx.xx.2023-cü il tarixli, 5-19/1-428/2023 saylı məktubda “Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası”nın təsdiq edilməsi haqqında, “Sosial kirayə müqaviləsi verilən yaşayış sahələrinə ehtiyacı olan vətəndaşların aztəminatlı hesab edilməsinin əsasları və Qaydası”nın təsdiq edilməsi haqqında, “Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması”nın müəyyən olunması barədə və “Yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının qərar layihələri Ədliyyə, Daxili İşlər, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mənzil İnşaat Dövlət Agentliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edildiyi bildirilmişdir.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Prosses iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X10 izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş və bildirmişdir ki, 1993-cü ildən mənzildən iddiaçı tərəfindən maneəsiz istifadə edilməsinə, iddiaçının orada qeydiyyatda olmasına baxmayaraq mənzilə dair Sabunçu RİH tərəfindən hər hansı bir sərəncam verilməmişdir. RİH tərəfindən iddiaçı ilə bağlı sərəncam verilməli olduğu halda hansı sərəncamın verməli olduğu konkret göstərilməmişdir. Sabunçı RİH tərəfindən qanunun hansı tələbinin və vətəndaşın hansı hüquqlarının pozulması məlum deyil. Vətəndaşın mənzilə qeydiyyatda olması həmin vətəndaşla mənzil kirayə müqaviləsinin, eyni zamanda sosial kirayə müqaviləsinin bağlanmasına əsas vermir. Cavabdehin nümayəndəsi verilən suallara cavab olaraq bildirmişdir ki, vətəndaşın qohumluq münasibətləri olsa idi kirayə müqaviləsi dəyişdirilə bilərdi, vətəndaşın anası 1998-ci ildən qeydiyyatdadır, sosial kirayə müqaviləsi ehtiyacı olan şəxslərlə bağlanır, vətəndaş müraciət etdikdən sonra inzibati icraat aparılmışdır.

19. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmiş və bildirmişdir ki, X9 mənzili icarədarı idi, mənzildən 1990-cı ildən qeydiyyatdan çıxıb Rusiyaya daimi yaşamaq üçün köçmüşdür. Eyni zamanda orderdə onun ailə üzvləri olan 1989-cu ildə oradan qeydiyyatdan çıxmış X8 və X12 adları vardır. Hazırda həmin mənzildə İddiaçı və onun anası X7 yaşayır. O, orda doğulduğu vaxtdan, yəni 1993-cü ildən, anası isə 1989-cu ildən yaşayır və daimi pasport qeydiyyatındadırlar. Onlardan başqa həmin mənzildə qeydiyyatda heç kim yoxdur. İndi isə onlar həmin mənzlin icarədarının onun olmasını istəyirlər. Məkəmənin diqqətinə çatdırır ki, mübahisəli mənzil dövlət mənzil fonduna aiddir və icarədarı X9 1990-cı ildən qeydiyyatdan çıxıb Rusiyaya daimi yaşamaq üçün köçmüşdür. Həmin səbəbədən də, o, mənzilə dair onunla kirayə müqaviləsinin bağlanmasını istəyir. Onunla qeydiyyatda olan anası buna razıdır.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır; 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

21. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli, 649 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin: ... - 4.9.8-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli İcra Hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir....

22. 2009-cu ilin оktyаbrın 1-dək qüvvədə olmuş Azərbaycan SSRİ-nin Mənzil Məcəlləsinin: 51-ci maddəsinə əsasən Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. 83.-cü maddəsinə əsasən SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsini icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. 87.-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir.İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

98. –ci maddəsinə əsasən yaşayış sahəsini özbaşına tutmuş şəxslər bu Məcəllənin 89-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulan qaydada digər yaşayış sahəsi verilmədən çıxarılırlar. 89.-cu maddəsinə əsasən Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsindən çıxarma hallarına yalnız qanunla müəyyən edilmiş əsaslar üzrə yol verilir. Yaşayış sahəsindən çıxarma məhkəmə qaydasında həyata keçirilir. Ancaq yaşayış sahəsini özbaşına tutmuş və ya uçmaq qorxusu olan evlərdə yaşayan şəxslərin prokurorun sanksiyası ilə inzibati qaydada çıxarılmasına yol verilir. Vətəndaşlar yaşayış sahəsindən çıxarılarkən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna edilməklə, eyni zamanda başqa yaşayış sahəsi verilir.

23. 2009-cu ilin оktyаbrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 1.1.-ci maddəsinə əsasən Mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. 4.0-cü mаddəsinə əsаsən dövlət оrqаnlаrı və bələdiyyələr öz səlаhiyyətləri dахilində mənzil hüquqlаrının həyаtа kеçirilməsi üçün şərаit yаrаdır və bu məqsədlə: 4.0.2.müəyyən еdilmiş qаydаdа sоsiаl kirаyə müqаvilələri əsаsındа və yа dövlət və yа bələdiyyə mənzil fоndu yаşаyış sаhələrinin kirаyə müqаvilələri əsаsındа vətəndаşlаrı yаşаyış sаhələri ilə təmin еdir. 16-ci mаddəsinə əsаsən, yаşаyış sаhələri üzərində mülkiyyət və digər əşyа hüquqlаrı Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsində və digər qаnunvеricilik аktlаrındа nəzərdə tutulmuş hаllаrdа və qаydаdа dövlət qеydiyyаtınа аlınmаlıdır; 17.3.1.-ci mаddəsinə əsаsən-sоsiаl təyinаtlı mənzil fоndu-dövlət və bələdiyyə mənzil fоndlаrındаn sоsiаl kirаyə müqаvilələri əsаsındа vətəndаşlаrа vеrilən yаşаyış sаhələrinin məcmusudur; 17.4-cü mаddəsinə əsasən mənzil fоndu qаnunvеricilikdə müəyyən еdilmiş qаydаdа dövlət uçоtunа аlınmаlıdır; 18-ci mаddəsinə əsаsən, Mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir. 59.1-ci mаddəsinə əsаsən, yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. 135.1-ci mаddəsinə əsаsən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 73.1.İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

27. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia mümkün iddiadır.

29. Məhkəmə Kollegiyası işin sadalanan faktiki hallarına tətbiq edilən hüquq normalarından çıxış edərək qeyd edir ki, hаzırki iddiа vаsitəsi ilə iddiаçı оnun istifаdəsində оlаn mənzilə dаir kirаyə müqаviləsini bаğlаmаq bаrədə аrzulаdığı inzibаti аktın sərəncаmın vеrilməsi vəzifəsinin cаvаbdеh Bakı şəhər Sabunçu Rayon İcrа Hаkimiyyətinin üzərinə qоyulmаsını tələb еdir.

30. Belə ki, məhkəmə kollegiyası iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, o, doğulduğu vaxtdan yəni, 1993-cü ildən ünvan 2 ünvanında yerləşən 45 nömrəli mənzildə qeydiyyatdadır və yaşayır, mənzilin kirayəçisi X2muş və onun adına mənzilə dair order keçmiş 26 Bakı Komissarı XDS İK-nin (indiki Səbail RİH) xx.xx.1972-ci il tarixli, 40/3232 saylı qərarı əsasında ailə tərkibi 3 nəfər-özü və iki uşağı X11 və X13maqla verilmiş, onlar mənzildən 1990-cı ildən qeydiyyatdan çıxaraq, başqa yaşayış məntəqəsinə köçüb getmişlər və həmin mənzildə yaşamamışlar. Həmin vaxtdan mənzildə iddiaçının anası qeydiyyatda olmaqla yaşayır. Hazırda mənzildə qeydiyyatda olan iddiaçının anası X5 və əvvəlki kirayəçi X9 tərəfindən mənzilin kirayə müqaviləsinin iddiaçının adına bağlanmasına dair notarial təsdiq olunmuş razılıq ərizəsi verilmişdir.

31. Cavabdeh isə iddianı əsassız sayır və həmçinin apellyasiya şikayətində bildirir ki, 1993-cü ildən mübahisəli mənzildən iddiaçı tərəfindən maneəsiz istifadə edilməsinə, iddiaçının və anasının orada qeydiyyatda olmasına baxmayaraq mənzilə dair Sabunçu RİH tərəfindən hər hansı bir sərəncam verilməmişdir.RİH tərəfindən iddiaçı ilə bağlı sərəncam verilməli olduğu halda hansı sərəncamın verməli olduğu konkret göstərilməmişdir.Sabunçı RİH tərəfindən qanunun hansı tələbinin və vətəndaşın hansı hüquqlarının pozulması məlum deyil.Vətəndaşın mənzilə qeydiyyatda olması həmin vətəndaşla mənzil kirayə müqaviləsinin, eyni zamanda sosial kirayə müqaviləsinin bağlanmasına əsas vermir.Vətəndaşın qohumluq münasibətləri olsa idi kirayə müqaviləsi dəyişdirilə bilərdi, sosial kirayə müqaviləsi ehtiyacı olan şəxslərlə bağlanır.

32. Məhkəmə Kollegiyası şikayətin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının doğulduğu vaxtdan yəni, 1993-cü ildən anası ilə birgə mübahisəli ünvan 2 ünvanında yerləşən 45 nömrəli mənzildə qeydiyyatda olması və yaşaması işin mübahisəsiz halı olduğundan, cavabdehin sosial kirayə müqaviləsinin mənzilə ehtiyacı olan şəxslərlə bağlanmalı olması dəlili iddiaçının əleyhinə deyil, lehinə olan dəlil kimi qəbul edilməlidir.

33. Cavabdehin apellyasiya şikayətinin 1993-cü ildən mübahisəli mənzildən iddiaçı tərəfindən maneəsiz istifadə edilməsinə, iddiaçının və anasının orada qeydiyyatda olmasına baxmayaraq mənzilə dair Sabunçu RİH tərəfindən hər hansı bir sərəncam verilməməsi ilə bağlı dəlilinə münasibətdə isə məhkəmə Kollegiyası diqqətə çəkir ki, mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan, yəni 2009-cu ilin оktyаbrın 1-dək qüvvədə olmuş Azərbaycan SSRİ-nin Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir.98.–ci maddəsinə əsasən yaşayış sahəsini özbaşına tutmuş şəxslər bu Məcəllənin 89-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulan qaydada digər yaşayış sahəsi verilmədən çıxarılırlar.

34. Göründüyü kimi, iddiaçı və anası 30 ilə yaxın bir dövrdə yaşadıqları və qeydiyyatda olduqları mübahisəli mənzildən yaşayış sahəsini özbaşına tutmuş şəxslər qismində nə çıxarılmamışlar (xüsusən nəzərə alınır ki, cavabdeh iddiaçıların yaşayış sahəsini özbaşına tutmuş şəxslər olmasına dair heç bir dəlil və mübahisəyə istinad etmir), nə də çıxarılmadıqları təqdirdə cavabdeh inzibati orqan 2009-cu ilin оktyаbrın 1-dək qüvvədə olmuş Azərbaycan SSRİ-nin Mənzil Məcəlləsinin 51-ci maddəsinin tələblərinə əməl etməyərək yaşayış sahəsindən yaşayış sahəsinin icarə müqaviləsinə uyğun olaraq istifadə edilməsinin təmin olunması üçün yaşayış sahəsinin icarə müqaviləsini bağlamamışdır.

35. Qeyd edilməlidir ki, 2009-cu ilin оktyаbrın 1-dək qüvvədə olmuş Azərbaycan SSRİ-nin Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir.İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

36. Təqdim edilmiş sübutlardan görünür ki, mənzilin kirayəçisi X2muş və onun adına mənzilə dair order keçmiş 26 Bakı Komissarı XDS İK-nin (indiki Səbail RİH) xx.xx.1972-ci il tarixli, 40/3232 saylı qərarı əsasında ailə tərkibi 3 nəfər-özü və iki uşağı X11 və X13maqla verilmiş, onlar mənzildən 1990-cı ildən qeydiyyatdan çıxaraq, başqa yaşayış məntəqəsinə köçüb getmişlər və həmin mənzildə yaşamamışlar.

37. Cavabdeh isə iddiaçının təqdim etdiyi bu sübutları təkzib edəcək hər hansı sübuta istinad etmir.

38. Nəhayət, cavabdeh şikayətində iddiaçının əvvəlki icarədarın qohumu olmadığına istinad edərək bildirir ki, vətəndaşın qohumluq münasibətləri olsa idi kirayə müqaviləsi dəyişdirilə bilərdi.

39. Məhkəmə Kollegiyası qeyd edir ki, yenə 2009-cu ilin оktyаbrın 1-dək qüvvədə olmuş Azərbaycan SSRİ-nin Mənzil Məcəlləsinin 83.-cü maddəsinə əsasən SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsini icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər.

40. Hazırkı halda isə mübahisə qohumluq münasibətində olan şəxsin icarə müqaviləsinin dəyişdirilməsi ilə bağlı deyil, fərqli faktiki və hüquqi əsalara söykənir.

41. Yəni işin faktiki halları olaraq iddiaçı və anası 30 ilə yaxın bir dövrdə yaşadıqları və qeydiyyatda olduqları mübahisəli mənzildən yaşayış sahəsini özbaşına tutmuş şəxslər qismində nə çıxarılmamışlar (xüsusən nəzərə alınır ki, cavabdeh iddiaçıların yaşayış sahəsini özbaşına tutmuş şəxslər olmasına dair heç bir dəlil və mübahisəyə istinad etmir), nə də çıxarılmadıqları təqdirdə cavabdeh inzibati orqan 2009-cu ilin оktyаbrın 1-dək qüvvədə olmuş Azərbaycan SSRİ-nin Mənzil Məcəlləsinin 51-ci maddəsinin tələblərinə əməl etməyərək yaşayış sahəsindən yaşayış sahəsinin icarə müqaviləsinə uyğun olaraq istifadə edilməsinin təmin olunması üçün yaşayış sahəsinin icarə müqaviləsini bağlamamışdır.

42. Baxmayaraq ki, iş üzrə sadalanan digər faktiki hallar və sübutlardan başqa hətta 0451 saylı “Şəxsi Hesab” vərəqində də Sabunçu rayonu İH MKTB-nin 86 saylı MKİS-in rəisi Ə.Məmmədovun və mühasibi M.Əliyevin imzası ilə və möhürlə təsdiqlənmiş xx.xx.2020-ci il tarixli qeyddən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsi, 10 saylı evin 45 saylı mənzilin sahibi (kirayəşin) X9 xx.xx.1990-cı ildə qydiyyatdan çıxıb. Mənzildə X7 xx.xx.1989-cu il tarixdən və İddiaçı1993-cü ildən daimi qeydiyyatdadırlar və yaşayırlar.

43. Göründüyü kimi, iddiaçının iddia tələbinin hüquqi əsası 2009-cu ilin оktyаbrın 1-dək qüvvədə olmuş Azərbaycan SSRİ-nin Mənzil Məcəlləsinin 83.-cü maddəsinə deyil, həmin Məcəlləsinin 51-ci maddəsinin təsiri altına düşür.

44. Bundan başqa həmçinin, 2009-cu ilin оktyаbrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin1.1.-ci, 4.0-cı, 4.0.2.-ci, 16-ci, 17.3.1.-ci, 17.4-cü, 18ci, 59.1-ci, 135.1-ci mаddələri də (qərarın 23-cü bəndi) iddiaçının istifadə etdiyi mənzilə dair kirayə müqaviləsinin onunla bağlanmasını tələb etmək hüququ nəzərdə tutulmuşdur.

45. Göründüyü kimi, iddiaçının həm 2009-cu ilin oktyabr ayının 1-nə qədər, həm də ondan sonra, yəni hazırda mənzil münasibətlərini tənzimləyən Mənzil Məcəllələrində iddiaçının istifadə etdiyi mənzilə dair kirayə müqaviləsinin onunla bağlanmasını tələb etmək hüququ nəzərdə tutulmuşdur.

46. Odur ki, məhkəmə Kollegiyası hesab edir ki, ünvan 2 ünvanında yerləşən 45 saylı mənzilə dair kirayə müqaviləsinin iddiaçı ilə bağlanılması barədə müvafiq inzibati akt qəbul edilməlidir.

47. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, inzibati orqan tərəfindən qаnunvеricilik ilə müəyyən еdilmiş dövlət mənzil fоndunа dаir nəzаrəti həyаtа kеçirmək vəzifəsi yеrinə yеtirilməmiş, iddiaçının yaşadığı mənzil dövlət nəzаrətindən kənаrdа qаlmışdır, belə ki, həmin mənzilin kirayəçisinin mənzildən istifadə etməsinə baxmayaraq yeni kirayə müqaviləsi bağlanmamışdır.

48. İşin yuxarıda sadalanan hallarından cavabdehin tətbiq edilən normalara əməl etməsi müəyyən edilmir ki, bu da hazırkı iddianın əsaslı olması qənaətinə gəlmək üçün kifayətdir.

49. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının iddiası əsaslıdır, odur ki, iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur

50. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7649/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7649/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar