Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2101/2024 24.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “faiz məbləğinin qaytarılması barədə müvafiq rəyin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-3412/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2023-cü il tarixli **********135800 saylı ərizədə göstərilən 135113 manat 33 qəpik penya məbləğinin ödənilməsi üçün rəy verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən məhkəmə qərardadı ilə iddia tələbi “iddiaçı "xxxx" MMCnin artıq ödəmə məbləğinin qaytarılması üçün rəyin verilməsinin gecikdirilməsi ilə əlaqədar qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi vaxtdan həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) müvafiq məbləğin 0,1 faizinin, yəni 135.113,33 manat məbləğin ödənilməsi barədə rəyin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı artıq ödəmələrin geri qaytarılması üçün ərizə ilə vergi orqanına müraciət etmiş, lakin vergi orqanı həmin məbləği geri qaytarmamışdır, ona görə də məhkəməyə müraciət etdi və iddiası təmin edildi. Ərizədə göstərilən məbləğ məhkəmə qərarı ilə qaytarıldı, lakin 805 gün gecikdirilmə ilə qaytarıldı. Belə ki, ərizənin təqdim edildiyi gündən artıq ödəmə məbləğinin hesaba ödəndiyi gün də daxil edilməklə gecikdirilmiş gün sayı 805 təşkil etmişdir. Vergi Məcəlləsinin 59.3-cü maddəsinə əsasən artıq ödəmə qanunda nəzərdə tutulan müddətdə geri qaytarılmadıqda hər gecikdirilmiş gün üçün 0,1% olmaqla penya da, yəni 135113 manat 33 qəpik (167842,65*0.1%*805) də ödənməli idi, lakin həmin məbləğ bu günədək ödənilməmişdir. Həmin məbləğin ödənilməsi üçün qanunamüvafiq tədbirlərin görülməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə ərizəni imzalayan şəxs haqqında məlumat: xx.xx.2023-cü il tarixli **********135800 saylı ərizə ilə və Maliyyə Nazirliyinə ərizə ilə müraciət etməyinə baxmayaraq, bu günədək həmin məbləğin ödənilməsi üçün adıçəkilən orqanlar hər hansı bir tədbir görməmişdir. Yalnız Maliyyə Nazirliyi cavab məktubunda bu barədə vergi orqanının rəyinin olmasının vacibliyini göstərmişdir. Göründüyü kimi cavabdeh üzərinə düşən vəzifəni yerinə yetirməmiş, Maliyyə Nazirliyinə rəyi göndərməmişdir. Bununla da qanunla qorunan hüquqlarını pozmuşdur. Penya məbləğinin ödənilməsinin təmin ediləsi üçün cavabdehin üzərinə rəy verilməsi öhdəliyin qoyulmalıdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3412/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı "xxxx" MMC-nin artıq ödəmə məbləğinin qaytarılması üçün rəyin verilməsinin gecikdirilməsi ilə əlaqədar qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi vaxtdan həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) müvafiq məbləğin 0,1 faizinin, yəni 135.113,33 manat məbləğin ödənilməsi barədə rəyin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 393 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən həmin Məcəllənin 87.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları” təsdiq edilmişdir. Bundan sonra həmin qərarda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019- cu il tarixli 313 nömrəli qərarı ilə “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” yeni redaksiyada təsdiq edilmişdir. X5 Məcəlləsinin 87.4-cü maddəsinə, "Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2-ci maddəsinə və "İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, hesablanmış faizlərin, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının, eyni zamanda, Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir. Qaydaların 1.2.1-ci bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar dedikdə tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol vergisinə, ƏDV və aksizlərə münasibətdə gömrük orqanları, digər vergilərə, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına, hesablanmış faizlərə, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarına münasibətdə vergi orqanları nəzərdə tutulur. Qaydaların 4.9-cu bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. Göründüyü kimi həmin Qaydaların tələbinə görə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların, o cümlədən vergi orqanlarının yalnız rəy vermək səlahiyyətinin olduğu müəyyən edilmişdir. Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması və qaytarılmanın kecikdirilməsinə görə hesablanmış faizlərin ödənilməsi isə Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Vergi orqanlarının yalnız rəy vermək səlahiyyətinin olduğunu nəzərə alsaq, iddiaçının qeyd olunan hissə üzrə, 135.113,33 manat faiz məbləğinin artıq ödəmələrin qaytarılması barədə xx.xx.2021-ci il tarixli ərizədə göstərilən hesaba ödənilməsi formasında ərizə ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etməsi yuxarıda qeyd olunan Qaydaların tələbərinə zidd olmuş, məhkəmə işə baxarkən qeyd olunan halı nəzərə almamış və cavabdehin imtinasının olubolmamasını yoxlamadan işin faktiki hallarına uyğun olmayan qərar qəbul edilmişdir. 167.842,65 manat artıq ödəmə məbləğinin qaytarılması üçün rəyin verilməsinin gecikdirilməsi ilə əlaqədar qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi vaxtdan həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) müvafiq məbləğin 0,1 faizinin, yəni 135.113,33 manat məbləğin ödənilməsi ilə bağlı cavabdeh tərəfindən iddiaçıya imtina verilmədiyi və imtina barədə sübutun işin materiallarında olmadığı üçün “İddianın mümkün sayılmaması barədə” xx.xx.2023-cü il tarixli **********627500 nömrəli vəsatət məhkəməyə təqdim edilməsinə baxmayaraq, məhkəmə tərəfindən nəzərə alınmamışdır. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 59.3. Müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. .“Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 yul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın: 4.1. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar aşağıdakı artıq ödənilmiş vergilər, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.3. Bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.8. Hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi əlavə dəyər vergisinə sıfır (0) dərəcəsi ilə cəlb olunan vergi ödəyicisinə hesabat dövründə əvəzləşdirilən vergi məbləğlərinin hesablanmış vergi məbləğindən artıq olan hissəsi vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi vaxtdan 20 gün müddətində ona qaytarılır. Digər vergi ödəyiciləri üçün – əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara elektron formada ərizəsini verdiyi vaxtdan 4 (dörd) aydan gec olmayaraq qaytarılır. 4.9. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. 6.1. Vergi ödəyicisi və ya sığortaedən tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə və ya sığortaedənə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixli **********593000 saylı artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə cavabdehə müraciət etmişdir. Cavabdeh müfaviq rəyin verilməsindən imtina etmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli, **********593000 saylı “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizədə göstərilən 168136,41 manat artıq ödəmə məbləğinin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə birinci instansiya məhkəməsiin qərarı qüvvədə saxlanılmışdır. Qərar xx.xx.2023-cü il tarixdə, yəni 805 gün gecikdirilərək icra edilmişdir. Bununla da iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş artıq ödənilmiş vergilərin qaytarılmasının gecikdirilməsinə görə ödəyicinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz olaraq əlavə olaraq ödənilməsi tələb etməklə haqlı olmuşdur. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Vergi orqanlarının yalnız rəy vermək səlahiyyətinin olduğunu nəzərə alsaq, iddiaçının qeyd olunan hissə üzrə, 135.113,33 manat faiz məbləğinin artıq ödəmələrin qaytarılması barədə xx.xx.2021-ci il tarixli ərizədə göstərilən hesaba ödənilməsi formasında ərizə ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etməsi yuxarıda qeyd olunan Qaydaların tələbərinə zidd olmuş, məhkəmə işə baxarkən qeyd olunan halı nəzərə almamış və cavabdehin imtinasının olub-olmamasını yoxlamadan işin faktiki hallarına uyğun olmayan qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya ilk növbədə qeyd edir ki, müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilməsi Vergi Məcəlləsində imperativ norma kimi nəzərdə tutulmuş və vergi ödəyicisinin qeyd edilən faiz məbləğinin ödənilməsi üçün vergi orqanına müraciət etməsi nəzərdə tutulmamışdır. Kollegiya bildirir ki, iddiaçının cavabdehə müraciəti olmadan müvafiq məbləğlərin 0,1 faizi məbləğində faizin ödənilməsi üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək vergi orqanlarının vəzifəsidir. Digər tərəfdən Kollegiya əlavə olaraq bildirir ki, cavabdeh özüdə apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının onlara müraciəti olmuş, lakin müraciəti müvafiq qaydalara zidd olmuşdur. Bununla əlaqədar olaraq Kollegiya bildirir ki, “İnzibati İcraat Haqqında Qanun”nun 23.1-ci maddəsində əsasən, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Həmin Qanunun 23.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin müraciətinə əsasən müvafiq inzibati orqan ərizələrin və inzibati icraatla bağlı digər formulyarların (blankların) nümunələrini onlara verməyə, yaxud poçt rabitəsi və ya digər elektron rabitə kanalları vasitəsilə göndərməyə borcludur. Kollegiya qeyd edir ki, iddiaçının tələbi (çatmaq istədiyi məqsəd) həm məhkəməyədək olan dövrdə, həmdə məhkəmədə aparılan icraat zamanı cavabdehə aydın idi. Cavabdeh inzibati orqan olaraq iddiaçının ərizəsində müvafiq düzəlişlərin və ya dəyişikliklərin edilməsi məqsədi ilə ona hüquqi yardım edə bilərdi. Eyni zamanda cavabdeh iddiaçının “artıq ödəmə məbləği ilə əlaqədar müraciətə baxılması barədə” ərizəsinə cavab olaraq müraciətinin baş idarə tərəfindən araşdırıldığını və nəticəsi barədə tədbirlər görüləcəyini bildirsə də, bununla bağlı hansısa tədbir görülməsi barədə məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçıya imtina verilmədiyini, iddiaçının dərhal məhkəməyə müraciət etdiyini bildirmişdir. Bununla bağlı isə Kollegiya qeyd edir ki, iddiaçının dərhal məhkəməyə müraciət etməsi, cavabdehə inzibati icraatın aparılmasına və bununla bağlı yekun nəticəyə gəlinməsinə maneə deyildir. AR İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti formal mülahizələrə əsaslandığından təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3412/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2101/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2101/2024
24.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver