Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2103/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə əmək pensiyasının 65 yaşı tamam olduğu 02 dekabr 2019-cu il tarixindən etibarən ömürlük təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13894/2022 saylı, 21 dekabr 2022-ci il il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə əmək pensiyasının 65 yaşı tamam olduğu 02 dekabr 2019-cu il tarixindən etibarən ömürlük təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin tələblərinə əsasən 24 iyul 2015ci il tarixindən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Lakin 24 iyul 2021ci il tarixindən əlilliyə görə əmək pensiyası, ümumi əsaslarla yaşa görə əmək pensiyası növü ilə əvəz olunmuş və əlilliyə görə əmək pensiyasının ödənilməsi dayandırılmışdır. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu müraciətə cavab olaraq bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin xx.xx.2015-ci il tarixində qüvvədə olan tələblərinə əsasən iddiaçıya həmin tarixdən xx.xx.2021-ci il tarixinədək İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Həmçinin, təqdim edilmiş əmək kitabçaların və digər sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1973-cü il tarixindən xx.xx.1978-ci il tarixinədək təhsil aldığı dövr, xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr, eyni zamanda əmək kitabçaların surətlərində qeyd edilən digər dövrlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 33 il 5 ay sığorta stajı və xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixidək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 33.144,8 manat pensiya kapitalı əsasında iddiaçıya xx.xx.2021-ci il tarixindən 447,90 manat yaşa görə əmək pensyası təyin olunmuşdur.” İddiaçı hesab edir ki, cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.2-ci maddəsində nəzərdə tutulmuş norma kobud surətdə pozulmuşdur. Belə ki, qanuna əsasən, ona pensiya yaşına çatdığı, yəni 65 yaşı tamam olduğu 02 dekabr 2019-cu il tarixindən etibarən ömürlük təyin edilməli idi. Bununla əlaqədar iddiaçının müraciətinə imtina cavabı verilmişdir. Mübahisənin inzibati qaydada məcburetmə yolu ilə məhkəmədə həll edilməsinə zərurət yaranmışdır. Cavabdeh tərəfindən iddiaya verilən etirazda göstərilmişdir ki, İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə əlilliyin müddətinin bitməsi ilə əlaqədar ödəniş xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. İddiaçının əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1973-cü il tarixdən xx.xx.1978-ci il tarixədək əyani təhsil illəri, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 33 il 5 ay 27 gün sığorta stajı və xx.xx.2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 33.144,80 manat pensiya kapitalı əsasında xx.xx.2021-ci il tarixdən (əlilliyə görə əmək pensiyasının ödənişinin dayandırıldığı tarixdən) 447,96 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hal-hazırda aktiv əlillik dərəcəsi olmadığı üçün yaşa görə əmək pensiyasının əlilliyə görə əmək pensiyası növünə keçirilməsi mümkün hesab edilməmişdir. Əlavə olaraq, iş materiallarından görünür ki, iddiaçı X4 əlilliyə görə əmək pensiyasının 65 yaşı tamam olduğu 02 dekabr 2019-cu il tarixdən etibarən ömürlük təyin olması ilə bağlı qanunvericiliyin tələbinə əsasən müraciəti qeydə alınmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13894/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilərək, İddiaçı əlilliyə görə əmək pensiyasının 65 yaşı tamam olduğu 02 dekabr 2019-cu il tarixindən etibarən ömürlük təyin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13894/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. İnzibati işin araşdırılmış hallarından görünür ki, iddiaçı xx.xx.1954-cü il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır. Ona xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək təyin edilmiş İİ dərəcə əlilliyə görə əmək pensiyası ödənilmiş, xx.xx.2021-ci il tarixdə əlillik müddətinin bitməsi ilə əlaqədar olaraq pensiya ödənişi cavabdeh tərəfindən dayandırılmış, xx.xx.2021-ci il tarixdən isə cavabdeh öz təşəbbüsü ilə (avtomatlaşdırılmış qaydada) iddiaçıya yaşa görə əmək pensiyasını təyin etmiş və 463,19 manat məbləğində pensiya ödəməyə başlamışdır. İddiaçı hesab edir ki, ona əlilliyə görə əmək pensiyasının ödənilməsinin dayandırılması qanunsuz olmuş, belə ki, artıq 02 dekabr 2019-cu il tarixindən əlilliyə görə ömürlük əmək pensiyası hüququ yaranmışdır. Cavabdeh imtinasını onunla əsaslandırır ki, iddiaçının aktiv əlillik dərəcəsi olmadığı üçün yaşa görə əmək pensiyasının əlilliyə görə əmək pensiyası növünə keçirilməsi mümkün deyildir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarla hesab etmişdir ki, 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyası hüququ olan şəxslərə cavabdeh inzibati orqan tərəfindən avtomatlaşdırılmış qaydada əmək pensiyası təyin edilməsi nəzərdə tuulmuşdur. Belə olan halda, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanununun 32.2-ci maddəsinə əsasən 65 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixdə əlilliyə görə ömürlük əmək pensiyası hüququ yarandığından cavabdeh tərəfindən yaşa görə əmək pensiyası deyil, əlilliyə görə əmək pensiyası təyin edilməli idi. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin əsas dəlili İddiaçı hal-hazırda aktiv əlillik dərəcəsi olmadığı üçün yaşa görə əmək pensiyasının əlilliyə görə əmək pensiyası növünə keçirilməsi mümkün hesab edilməməsindən və iddiaçının əlilliyə görə əmək pensiyasının 65 yaşı tamam olduğu 02 dekabr 2019-cu il tarixdən etibarən ömürlük təyin olması ilə bağlı qanunvericiliyin tələbinə əsasən müraciətinin qeydə alınmamasından ibarətdir. İş materiallarından müəyyən olunur ki, İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə əlilliyin müddətinin bitməsi ilə əlaqədar ödəniş xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilir. Həmin Qaydanın 4.4-cü bəndinə əsasən “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası istisna olmaqla) və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddətsiz müəyyən edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.3-cü bəndinə əsasən TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət) tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Həmçinin qeyd olunan Əsasnamənin 4.26-cı bəndində göstərilmişdir ki, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Həmin Əsasnamənin 5.3-cü və 5.3.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Qanunlarına uyğun olaraq, yaşa görə əmək pensiyası və ya sosial müavinət almaq hüququ olan əlillərin müraciəti olduqda əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyin təkrar qiymətləndirilməsi yə ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Həmin Qanunun 32.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Qanunvericilik aktlarının qarşılıqlı təhlilindən məlum olur ki, pensiya yaşına çatmış şəxsə əlilliyə görə əmək pensiyasının ömürlük təyin edilməsi üçün ilk növbədə onun əlilliyinin şəxsin müraciəti əsasında yenidən qiymətləndirilməsi və əlillik dərəcəsinin müddətsiz müəyyən olunması əsas şərtdir. İş materiallarından görünür ki, iddiaçı X3 əlilliyə görə əmək pensiyası təyin edilən zaman əlillik dərəcəsi 5 il müddətinə, yəni xx.xx.2016-xx.xx.2021- ci illəri arasındakı dövr üçün müəyyən edilmiş, pensiya yaşına çatdığı 02 dekabr 2019- cu il tarixdən etibarən əlilliyin ömürlük təyin olması ilə bağlı qanunvericiliyin tələbinə əsasən müraciəti qeydə alınmamışdır. Beləliklə, İddiaçı əlilliyə görə əmək pensiyasının ömürlük təyin edilməsi üçün hazırki vəziyyətdə aktiv əlilliyinin olmaması və ya əlillik müddətində müddətsiz əlillik müəyyən edilməsi üçün müraciəti olmadığından ona əlilliyə görə pensiyanın 65 yaşı tamam olduğu 02 dekabr 2019-cu il tarixdən təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanunauyğun olmuşdur. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir, şikayətin dəlilləri qərarın ləğvinə əsas verir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə əmək pensiyasının 65 yaşı tamam olduğu 02 dekabr 2019-cu il tarixindən etibarən ömürlük təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13894/2022 saylı, 21 dekabr 2022-ci il il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə əmək pensiyasının 65 yaşı tamam olduğu 02 dekabr 2019-cu il tarixindən etibarən ömürlük təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2103/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2103/2023
12.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver