Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2103/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X15 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X6 və X7 ibarət tərkibdə, X10-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4, Üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və “X11 Limited” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı Filialı) “çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2330/2025 saylı 04 fevral 2025-ci il tarixli qərarından üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə 21 may 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: 1 nömrəli Zeytun sovxozunun fəhlə həmkarlar təşkilatının növbəti iclasının xx.xx.1990-cı il tarixli 13 saylı qərarı ilə Dövlət Aqrar-Sənaye Komitəsinin xx.xx.1989-cu il tarixli 42 nömrəli əmrinə, Bakı şəhəri XDS İK-nin qərarına əsasən İddiaçı fərdi ev tikmək üçün 1000 kv.m torpaq sahəsi ayrılmışdır. Suraxanı rayonu 1 nömrəli Zeytun sovxozu ünvanında yerləşən fərdi yaşayış evinə dair 1997-ci ildə İddiaçı adına texniki pasport tərtib edilmişdir. Texniki pasportda inventar nömrəsi 32, reyestr nömrəsi 6547 göstərilmişdir. xx.xx.1998-ci il tarixli Abşeron Rayon X2 və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən Suraxanı rayonu 1 nömrəli Zeytun sovxozunda yerləşən 3 yaşayış otaqlı, yaşayış sahəsi 69,2 kv.m, köməkçi sahəsi 21,1 kv.m olan 48 saylı yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Reyestr kitabı № 6547, inventar işi № 32. İddiaçı 1 nömrəli Zeytun sovxozunun ərazisində ona ayrılmış torpaq sahəsi üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin, texniki pasportun baş planı ilə torpaq sahəsinin faktiki vəziyyəti arasında perimetrik ölçü fərqi və uyğunsuzluq mövcuddur. Həmin imtina məktubundan narazı qalan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SSRİ Dövlət Aqrar-Sənaye Komitəsinin 26 yanvar 1989-cu il tarixli 42 nömrəli əmri və Bakı Şəhəri Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin qərarına əsasən fərdi yaşayış evinin tikilməsi məqsədilə xx.xx.1990-cı il tarixində 1 nömrəli Zeytun sovxozunun fəhlə həmkarlar təşkilatı tərəfindən İddiaçı ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli Zeytun sovxozu ünvanında olan 48 saylı fərdi yaşayış evinin yerləşdiyi 1000 kv.m torpaq sahəsinə dair hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması, bununla bağlı müvafiq çıxarışın və torpaq sahəsinin plan-sxeminin verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli qərardadları ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “X11 Limited” Əməliyyat Şirkəti üçüncü şəxslər qismində zəruri cəlb etmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçının “SSRİ Dövlət AqrarSənaye Komitəsinin 16 yanvar 1989-cu il tarixli 42 nömrəli əmri və Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin qərarına əsasən fərdi yaşayış evinin tikilməsi məqsədilə xx.xx.1990-cı il tarixində 1 nömrəli Zeytun sovxozunun fəhlə həmkarlar təşkilatı tərəfindən İddiaçı ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli Zeytun sovxozu ünvanında olan 48 saylı fərdi yaşayış evinin yerləşdiyi 1000 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli Zeytun sovxozu ünvanında olan 48 saylı fərdi yaşayış evinin yerləşdiyi 1000 kv.m torpaq sahəsi SSRİ Dövlət Aqrar-Sənaye Komitəsinin 26 yanvar 1989-cu il tarixli 42 nömrəli əmri və Bakı şəhəri X12 İcraiyyə Komitəsinin qərarına əsasən fərdi yaşayış evinin tikilməsi məqsədilə xx.xx.1990-cı il tarixində 1 nömrəli Zeytun sovxozunun fəhlə həmkarlar təşkilatı tərəfindən İddiaçı ayrılmışdır. Torpaq sahəsinin daşınmaz əmlakın reyesterində İddiaçı adına qeydə alınması, buna dair çıxarışın və torpaq sahəsinin plansxeminin verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş, lakin İdarə elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsini və texnikipasportun baş planı ilə torpaq sahəsinin faktiki vəziyyəti arasında primetrik ölçü fərqinin olmasını iddia edərək müraciət üzrə tələbin icra edilməsindən imtina etmişdir. SSRİ Dövlət Aqrar-Sənaye Komitəsinin 26 yanvar 1989-cu il tarixli 42 nömrəli əmri və Bakı şəhəri X12 İcraiyyə Komitəsinin qərarına əsasən fərdi yaşayış evinin tikilməsi məqsədilə xx.xx.1990-cı il tarixdə 1 nömrəli Zeytun sovxozunun fəhlə həmkarlar təşkilatı tərəfindən İddiaçı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin üzərində yerləşən yaşayış sahəsi 69.2 kv.m, köməkçi sahəsi 21.1 kv.m olmaqla, ümumi sahəsi 90.3 kv.m olan 48 nömrəli fərdi yaşayış evi Abşeron Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 08/08 nömrəli 29 yanvar 1988-ci il tarixli qərarı əsasında Abşeron Rayon X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 6547 nömrəli reyestr kitabına 32 inventar nömrəsi ilə daxil edilməklə verilmiş xx.xx.1998-ci il tarixli qeydiyyat vəsiqəsi əsasında İddiaçı adına qeydə alınmışdır. İddiaçı 1989-cu il tarixdən hazırkı tarixədək (təxminən 35 il müddətinə) ailəsi ilə birlikdə sözügedən fərdi yaşayış evində məskunlaşmış və torpaq sahəsinə faktiki sahibliyi həyata keçirmişdir. Sözügedən fərdi yaşayış evinə dair torpaq sahəsinin ayrılmasını təsdiq edən bütün sənədlər, o cümlədən 1 №-li Zeytun sovxozu fəhlə həmkarlar təşkilatının iclasının protokolundan çıxarış, ilkin plan-sxemlər və texniki pasport mövcuddur. İddiaçıya ayrılmış torpaq sahəsinin ətrafı müxtəlif vətəndaşlar tərəfindən inşa edilmiş fərdi yaşayış evləri, onlara məxsus torpaq sahələri ilə əhatələnmiş, bu illər ərzində həmin ərazi çoxsaylı insanların yaşadığı böyük məhəlləyə çevrilmiş, insanların rahat yaşayışının təmin edilməsi üçün elektrik, qaz, su və kanalizasiya xətləri ilə təchiz edilmişdir. Bir sıra şəxslər isə özlərinə məxsus olan torpaq sahələrinin, o cümlədən fərdi yaşayış evlərinin daşınmaz əmlakın reyestrində qeydə alınmasına nail olmuşdular (çıxarışlar ərizəyə əlavə edilir). Lakin, İddiaçı qanuni əsaslarla ona mənsub olan torpaq sahəsinə 35 il müddətində sahiblik etsə də, həmin torpağa və onun üzərində yerləşən fərdi yaşayış evinə dair istənilən vergi, kommunal və digər ödənişləri vaxtlı-vaxtında həyata keçirməklə, bütün borclarını icra etsə də, onun torpaq sahəsinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, buna dair çoxsaylı müraciətləri nəticəsiz qalmışdır.. Cavabdehin imtina üçün əsas gətirmiş arqumentdərdən biri 35 ildir sahibliyində olan torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsi olmuşdur ki, bu arqument tamamilə əsassızdır. Belə ki, həmin torpaq sahəsi iddiaçı tərəfindən təqdim edilmiş, Azərbaycan Respublikasının Dövlət Arxiv İdarəsində də nüsxələri mövcud olan müvafiq təsdiqedici sənədlər əsasında, tam qanuni yolla 1989-cu ildə İddiaçı ayrılmışdır və həmin torpaq sahəsinə dair hər hansı üçüncü şəxsin iddiası olmamışdır. Bundan başqa, həmin torpaq sahəsi iddiaçıya ayrıldığı zaman Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti kimi hər hansı müəssisə mövcud olmamışdır. Sonradan iddiaçıya heç bir məlumat vermədən tam qanuni əsaslarla onun adına qeydə alınmış fərdi yaşayış evinin yerləşdiyi, ona fərdi yaşayış evi tikmək məqsədilə ayrılmış torpaq sahəsinin hər hansı şirkətin və ya dövlət şirkətinin istifadəsinə ayrılması, bu cür ayrılmanı əsas gətirilərək həmin torpaq sahəsinin onun adına qeydə alınmasından imtina edilməsi tam əsassızdır və iddiaçının hüquqlarının müvafiq dövlət orqanları tərəfindən pozulması kimi qiymətləndirilməlidir. Belə ki, həmin torpaq sahəsi həqiqətən Dövlət Neft Şirkətinin istifadəsinə verilmişdisə, onun yerləşdiyi ərazidə olan digər sahələrdə də fərdi yaşayış evlərinin tikilməsinə, onaların elektrik, qaz, su təchizatı İlə təmin edilməsinə və əhalinin normal yaşayışının təmin edilməsi üçün digər şəraitin qurulmasına imkan verilməzdi. Cavabdehin imtina üçün 2-ci arqumenti isə texniki-pasportun baş planı ilə torpaq sahəsinin faktiki vəziyyəti arasında primetrik ölçü fərqinin olması olmuşdur ki, bununla bağlı hər hansı sübut təqdim edilməmiş, uyğunsuzluğun hansı hissə ilə əlaqədar olması və hansı ölçüdə olması qeyd edilməmişdir. Bundan başqa, iddiaçının tələbi qanuni əsaslarla ona mənsub olan torpaq sahəsinə dair çıxarışın verilməsi ilə əlaqədar olduğundan qeyd edilən arqument əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçının müvafiq aktda göstərilən torpaq sahəsi ilə onun faktiki istifadə etdiyi torpaq sahəsinin cizgisi arasında konfiqurasiya fərqinin olması həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmamasına əsas ola bilməz. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etirazın məzmunu imtina məktubunun məzmunu ilə eynilik təşkil edir. Üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin etirazları: Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia etdiyi torpaq sahəsinin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) daimi istifadəsində olan ərazilərin hüdudları daxilində olub-olmadığına dair məlumat verilməsi barədə Elektron Məhkəmə Sistemində (elektron kabinet) olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında göstərilən koordinatlar əsasında müvafiq araşdırma aparılmışdır. Həmin koordinatların WGS 84/UTM zona 39N koordinat sistemində yoxlanılması nəticəsində müəyyən olunmuşdur ki, X Y 421852.2770 4471228.4270 421843.7040 4471244.6190 421843.3070 4471244.3810 421838.4650 4471255.2550 421882.5190 4471275.4960 421888.9480 4471262.5570 421893.0760 4471253.1920 421895.2180 4471247.8730 421874.4220 4471238.9040 koordinatlarında olan sözügedən 1451 m2 torpaq sahəsi Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X23 haqqında” Sazişə əsasən neft-qaz əməliyyatları aparmaq məqsədi ilə Podratçının, xüsusi olaraq “X11 Limited” Əməliyyat Şirkətinin vahid və müstəsna olaraq istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Bu səbəbdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə həmin torpaqlardan yalnız neft-qaz əməliyyatlarının aparılması üçün istifadə oluna bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 11-ci maddəsinə əsasən torpaq sahələrindən məhdudiyyətli istifadə rejimi müəyyən edilmişdir ki, həmin rejim torpaq sahəsindən onun məqsədli təyinatı üzrə istifadəsini nəzərdə tutur. Həmin Məcəllənin 22- ci maddəsinin 1-ci hissəsinə əsasən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlarda sənaye, rabitə, nəqliyyat və digər bu kimi obyektlərin yerləşdirilməsinə icazə verilir. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 5-ci hissəsinə əsasən sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi” Qaydalarının 2-ci bəndinə əsasən sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri sənaye təyinatlı torpaqlar sayılır. Göründüyü kimi sənaye təyinatlı torpaqlarda yalnız sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti nəzərdə tutulmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996cı il tarixli Qanununun 6-cı maddəsinə əsasən dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə dövlət torpaqları alqı-satqı obyekti ola bilməz. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli Qərarına əsasən neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtinası əsaslı olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının 2-ci bəndinə əsasən Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarına əsasən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. Həmçinin, Sazişin təsdiq olunduğu Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanununun 4-cü bəndində göstərilir ki, Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Həmçinin, Sazişin 25.1-ci bəndi ilə tövsif olunmuşdur ki, ... bu Saziş Azərbaycan Respublikasının Parlamenti tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Qanunu qüvvəsinə minir və Azərbaycan Respublikasında müddəaları bu Sazişə uyğun gəlməyən və ya zidd olan hər hansı başqa mövcud və ya gələcək qanundan, fərmandan, yaxud inzibati sərəncamdan (və ya onun bir hissəsindən) üstün tutulur, (bu Sazişdə konkret olaraq başqa cür göstərilən hallar istisna olmaqla). SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR-ın nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin qeyd olunan normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə Dövlətə əsaslı şəkildə maddi ziyan dəyir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2330/2025 saylı 04 fevral 2025-ci il tarixli qərarı ilə iddia təmin edilərək, 1 nömrəli Zeytun sovxozunun fəhlə həmkarlar təşkilatının növbəti iclasının xx.xx.1990-cı il tarixli 13 saylı qərarı ilə ayrılmış 1000 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə əlavə olaraq bildirilmişdir ki, qərarın “Təsvir“” hissəsində və “Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq” hissəsində müvafiq qeydlər edilmişdir. Qərarda da qeyd edildiyi kimi, torpaq sahəsinin “X11 Limited” Əməliyyat Şirkətinin vahid və müstəsna olaraq istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları daxilində yerləşməsi səbəbindən SOCAR və Əməliyyat şirkəti üçüncü şəxs qismində cəlb edilmişdir. Yuxarıda qeyd edildiyi kimi, SOCAR tərəfindən verilmiş etirazda da iddiaçının ərizəsində qeyd etdiyi torpaq sahəsinin neft-qaz əməliyyatlarının aparılması üçün neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X23 haqqında” Sazişə əsasən, neft-qaz əməliyyatları aparmaq məqsədi ilə Podratçının, xüsusi olaraq “X11 Limited” Əməliyyat Şirkətinin vahid və müstəsna olaraq istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları daxilində yerləşdiyi bildirilmişdir. SOCAR tərəfindən verilmiş etiraza qoşma olaraq həmin ərazinin olaraq “X11 Limited” Əməliyyat Şirkətinin vahid və müstəsna olaraq istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları daxilində yerləşməsini təsdiq edən xəritədən və Sazişin 2 nömrəli Əlavəsindən çıxarışı əlavə etmişdir. Lakin məhkəmə, həmin torpaq sahəsinin neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X23 haqqında” Sazişə əsasən, neft-qaz əməliyyatları aparmaq məqsədi ilə Podratçının, xüsusi olaraq “X11 Limited” Əməliyyat Şirkətinin vahid və müstəsna olaraq istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları daxilində yerləşməsi ilə bağlı məsələyə münasibət bildirməmiş, fakta qiymət verməmiş, Qərarda bu məsələyə toxunmamışdır. Belə məlum olur ki, məhkəmə təqdim etdiyimiz xəritədən və Sazişin 2 nömrəli Əlavəsindən çıxarışa, həmçinin Sazişin müddəalarına əhəmiyyət verməmişdir. Məhkəmə iclası zamanı qeyd edilən faktları dəfələrlə bidirsək də, birinci instansiya məhkəməsi qəbul etdiyi qərarda ümumiyyətlə SOCAR tərəfindən təqdim edilmiş sübutlara qiymət verməmişdir. Bütün bunlar isə cavabdehin, üçüncü şəxs olaraq SOCAR-ın və “X11 Limited” Əməliyyat Şirkətinin etirazları və iş materialında olan sənədlərlə ziddiyət təşkil edir. Beləliklə də məhkəmə qərarda cavabdehin və üçüncü şəxslərin arqumentlərini nəzərə almamış və buna qiymət verməmişdir, nəticədə düzgün qərar qəbul etməmişdir. Məhkəmənin diqqətinə çatdırırıq ki, həmin torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X23 haqqında” Sazişə əsasən, neft-qaz əməliyyatları aparmaq məqsədi ilə Podratçının, xüsusi olaraq “X11 Limited” Əməliyyat Şirkətinin vahid və müstəsna olaraq istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları daxilində yerləşdiyindən üzərində aparılan hər hansı fəaliyyət insanların həyat və sağlamlığı üçün potensial təhlükə mənbəyidir. Eləcə də iddiaçının hüquqazidd hərəkətləri nəticəsində göstərilən torpaq sahəsinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud surətdə pozulmuş və “X11 Limited” Əməliyyat Şirkəti istifadəsində olan sənaye təyinatlı torpaq sahəsində neft və qaz əməliyyatları aparmaq imkanından faktiki olaraq məhrum olmuşdur. Təhlükə potensiallı obyektlərin ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonalarının yaradılmasının məqsədləri əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması olduğundan həmin ərazilər yaşayış üçün nəzərdə tutulmamışdır. Təhlükə potensiallı obyektlərin ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonalarının yaradılmasının məqsədləri əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması olduğundan həmin ərazilər yaşayış üçün nəzərdə tutulmamışdır. Odur ki, həmin ərazidə Əzizbəyov rayon X12 İcraiyyə Komitəsinin “13 nömrəli xx.xx.1991- ci il tarixli qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz və iddiaçının hüquqlarına həmin müdaxilə X25 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin 3-cü qaydasına uyğun olmuşdur (mülkiyyətdən isitifadəyə nəzarət). Belə ki, müdaxilə qanuni olmuş, qanuni məqsəd daşımış (əhalinin təhlükəsizliyinin təmin olunması) və zəruri olmuşdur (neft-qaz əməliyyatlarının aparılması və aparılmasına lazımi şərait yaradılması). Hüquqi müəyyənlik prinsipi mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Məhkəmələr qəbul etdikləri qərarlarla həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirməli, ziddiyyətli məqamları aradan qaldırmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı (19 aprel 1993-cü il) iş üzrə qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır. Göründüyü kimi, bu iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə, “X11 Limited” Əməliyyat Şirkətinin sahiblik və istifadə hüquqlarını pozmuşdur. Apellyasiya şikayətinə etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ) bu iş üzrə apellyasiya şikayəti vermək hüququnun – yəni subyektiv hüququnun mövcud olub-olmaması məsələsinə aydınlıq gətirilməlidir. İşin mahiyyəti ondan ibarətdir ki, iddiaçı 35 ildən artıqdır ki, ailə üzvləri ilə birlikdə faktiki və fasiləsiz şəkildə məskunlaşdığı, qanuni əsaslarla ona ayrılmış və legitim gözlənti hüququ əsasında mülkiyyətində hesab etdiyi torpaq sahəsinə dair çıxarışın verilməsini tələb edir. Bu tələbin cavabdehi isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsidir. Qurum, sözügedən ərazinin guya ARDNŞ-nin istifadəsinə verilmiş əraziyə daxil olduğunu əsas gətirərək çıxarış verməkdən imtina etmişdir. Nəticədə, ARDNŞ işə üçüncü şəxs qismində cəlb edilmiş və indi isə qərardan apellyasiya qaydasında şikayət vermişdir. Lakin qeyd olunmalıdır ki, iddiaçının bu torpaq sahəsində mülkiyyət hüququna malik olması faktiki və hüquqi əsaslara söykənir. Torpaq sahəsində onun adına qanuni əsaslarla qeydiyyata alınmış fərdi yaşayış evi mövcuddur. Uzun illər ərzində ARDNŞ tərəfindən bu əraziyə münasibətdə nə hüquqi, nə də faktiki olaraq heç bir müdaxilə edilməmiş, ərazidə şirkətə məxsus hər hansı qurğu, avadanlıq və ya fəaliyyət olmamış, şirkət tərəfindən məskunlaşmaya qarşı heç bir irad və ya etiraz irəli sürülməmişdir. Bu müddət ərzində üçüncü şəxslə iddiaçı arasında hər hansı rəsmi və ya qeyri-rəsmi mübahisə qeydə alınmamışdır. Əsas məsələ odur ki, iddiaçının tələbi ARDNŞ-nin hər hansı hüququna xələl gətirmir və onun torpaqdan istifadəsinə dair hüququnun ləğvini nəzərdə tutmur. Belə olan halda şikayətçinin hazırkı apellyasiya şikayəti vermək hüququndan, buna dair subyektiv hüququnun mövcudluğundan danışmaq mümkün deyil. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 2.3cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qeyd edək ki, şikayətçi birinci instansiya məhkəməsi tərəfindən hüququn düzgün tətbiq edilmədiyini, məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğunu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğunu, yaxud təcrübənin ümumiyyətlə olmadığını əsaslandırmamışdır. Nəzərə alınmalıdır ki, ARDNŞ bu işdə hüquqlarının pozulduğunu və ya müdafiə olunmalı olduğunu əsaslandıracaq heç bir fakt təqdim etməmişdir. Yalnız formal bir səbəb – ərazinin guya sənaye təyinatlı olması – irəli sürülür ki, bu da illərdir faktiki yaşayış məntəqəsi kimi istifadə edilən, mülkiyyət hüququ faktiki və hüquqi baxımdan formalaşmış bir ərazi üçün hüquqi əsasa malik deyil. Əlavə olaraq, ARDNŞ bildirir ki, guya bu ərazi yalnız neft-qaz əməliyyatlarının aparılması üçün istifadə oluna bilər. Lakin bu iddia da hüquqi və faktiki baxımdan əsassızdır. Belə ki, illərdir həmin ərazidə məskunlaşma mövcuddur, insanların burada yaşamasına qarşı heç bir rəsmi tədbir görülməmiş, onların çıxarılması və ya ərazinin təmizlənməsi ilə bağlı heç bir dövlət proqramı icra olunmamışdır. Əgər ərazi təhlükəli zonadırsa, hansı səbədən bu barədə nə ARDNŞ, nə də digər dövlət orqanları tərəfindən heç bir addım atılmayıb? Belə olan halda bu ərazinin sənaye təyinatlı olması iddiası sadəcə formal və məqsədli şəkildə sənədləşməni əngəlləməyə yönəlmiş arqument kimi çıxış edir. Bu baxımdan, apellyasiya şikayətinin hüquqi əsası yoxdur. ARDNŞ-nin nə iddianın predmeti üzrə subyektiv hüququ, nə də həmin hüququn pozulmasına dair əsaslandırılmış iddiası mövcuddur. Şikayət, sadəcə hüquqi prosesin ləngidilməsi və iddiaçının qanuni mülkiyyət hüquqlarının həyata keçirilməsinə süni maneələr yaradılması məqsədi daşıyır. Digər məsələlərə gəldikdə, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Belə ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli Zeytun sovxozu ünvanında olan 48 saylı fərdi yaşayış evinin yerləşdiyi 1000 kv.m torpaq sahəsi SSRİ Dövlət Aqrar-Sənaye Komitəsinin 26 yanvar 1989-cu il tarixli 42 nömrəli əmri və Bakı şəhəri X12 İcraiyyə Komitəsinin qərarına əsasən fərdi yaşayış evinin tikilməsi məqsədiləxx.xx.1990-cı il tarixində 1 nömrəli Zeytun sovxozunun fəhlə həmkarlar təşkilatı tərəfindən İddiaçı ayrılmışdır. Həmin torpaq sahəsinin üzərində yerləşən yaşayış sahəsi 69.2 kv.m, köməkçi sahəsi 21.1 kv.m olmaqla, ümumi sahəsi 90.3 kv.m olan 48 nömrəli fərdi yaşayış evi Abşeron rayon X12 İcraiyyə Komitəsinin 08/08 nömrəli 29 yanvar 1988-ci il tarixli qərarı əsasında Abşeron rayon X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 6547 nömrəli reyestr kitabına 32 inventar nömrəsi ilə daxil edilməklə verilmiş xx.xx.1998-ci il tarixli qeydiyyat vəsiqəsi əsasında İddiaçı adına qeydə alınmışdır. İddiaçı 1989-cu il tarixindən hazırkı tarixədək (təxminən 35 il müddətinə) öz ailəsi ilə birlikdə sözügedən fərdi yaşayış evində məskunlaşmış və torpaq sahəsinə faktiki sahibliyi həyata keçirmişdir. Aradan keçən bu müddət ərzində İddiaçı yeganə yaşayış yeri qeyd edilən ünvan olmuş, həmin torpağa dair bütün vergilər onun tərəfindən vaxtında ödənilmişdir. Sözügedən fərdi yaşayış evinə dair, torpaq sahəsinin ayrılmasını təsdiq edən bütün sənədlər, o cümlədən 1 №-li Zeytun sovxozu fəhlə həmkarlar təşkilatının iclasının protokolundan çıxarış, ilkin plan-sxemlər və texniki pasport mövcuddur. Qeyd edək ki, hazırda ona ayrılmış torpaq sahəsinin ətrafı müxtəlif vətəndaşlar tərəfindən inşa edilmiş fərdi yaşayış evləri, onlara məxsus torpaq sahələri ilə əhatələnib, bu illər ərzində həmin ərazi çoxsaylı insanların yaşadığı böyük məhəlləyə çevrilib, insanların rahat yaşayışının təmin edilməsi üçün elektrik, qaz, su və kanalizasiya xətləri ilə təchiz edilib. Birinci instansiya məhkəməsinə təqdim edilmiş peyk görüntülərindən, fotoşəkilllərdən və videogörüntülərdən mübahisəli torpaq sahəsinin ətrafında inşa edilmiş fərdi yaşayış evləri, salınmış küçələr, nizamnamə kapitalları Dövlətə məxsus təşkilatlar tərəfindən kommunal xidmətlərin göstərilməsi üçün çəkilmiş xətlər aydın görünməkdədir. Bir sıra şəxslər isə özlərinə məxsus olan torpaq sahələrinin, o cümlədən fərdi yaşayış evlərinin daşınmaz əmlakın reyestrində qeydə alınmasına nail olublar. Belə ki, iş materiallarında olan X18, X3, X1, X19 və Babırov Babıra aid çıxarışlardan görünür ki, mübahisəli torpaq sahəsinin yaxın qonşuluğunda yerləşən torapaq sahələri kateqoriyasına görə cavabdehin və üçüncü şəxslərin iddia etdikləri kimi “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” deyil, “yaşayış məntəqələrinin torpaqları”dır. Mübahisəli torpaq sahəsinin yaxın qonşuluğunda yerləşən torpaq sahələri üzərində X16 və X8 xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2024cü il tarixli qərardadına əsasən, “Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin, habelə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələblərinə müvafiq olaraq, inzibati orqan tərəfindən müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qəbul edilməsi yolverilməzdir. Belə olan halda iddiaçının hüquqlarının pozulmasına yönələn inzibati orqan tərəfindən edilən hərəkətlər tamamilə əsassız olmuşdur. Qeyd edilən hallar birinci instansiya məhkəməsində də öz təsdiqini tapmışdır. Üçüncü şəxs ayrılmış torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsində verilmiş ərazidə yerləşməsini iddia etsədə, mübahisəli torpaq sahəsinin yaxın qonşuluğunda yerləşən torpaq sahələri üzərində X16 və X8 xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Qeyd edilənlər məhkəmə sorğusuna əsasən təqdim edilmiş sənədlərdən də görünür. xx.xx.1990-cı il tarixdə iddiaçıya torpaq sahəsi ayrılan vaxt həmin torpaq sahəsinin neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşməsi iş materialları ilə təsdiq olunmamış, cavabdeh və üçüncü şəxslər bunu təsdiq edən dəlil təqdim etməmişdir. Nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində mülkiyyət hüququ həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Belə ki, torpaq sahəsi iddiaçıya xx.xx.1989cu il tarixdə fərdi yaşayış evi tikmək üçün qanuni əsaslarla ayrılmışdır. Həmin sənədlər hazırda da hüquqi qüvvəsini itirməmişdir, göründüyü kimi, mübahisəli torpaq sahəsi iddiaçının qanuni istifadəsindədir, məhz bir neçə il sonra torpaq sahəsinin yerləşdiyi ərazi Dövlət tərəfindən üçüncü şəxsin ümumi istifadəsinə verilmişdir. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Bu zaman icra hakimiyyəti orqanlarının funksional səlahiyyət bölgüsü, icra hakimiyyətinin vahidliyi prinsipi, şəxsin ona münasibətdə inzibati orqan tərəfindən qəbul olunmuş əlverişli inzibati aktın, yəni hüquqmüəyyənedici sənədin məzmununa etimad hüququ nəzərə alınmalıdır. Şəxsin müraciəti əsasında əlverişli inzibati aktın qəbul edilməsi və həmin aktın qanunauyğunluğunun təmin edilməsi inzibati orqanın məsuliyyət sferasına aidddir. Qeydiyat aparan orqan həmin aktı məzmun baxımından təftiş etmək və onun qanunauyğunluğuna qiymət vermək səlahiyyəti ilə təchiz olunmamışdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. 1 nömrəli Zeytun sovxozunun fəhlə həmkarlar təşkilatının növbəti iclasının xx.xx.1990-cı il tarixli 13 saylı qərarı geri çağırılmamış, ləğv olunmamış, dəyişdirilməmiş və ya qüvvədən düşmüş hesab olunmamışdır, cavabdeh və üçüncü şəxslər də bu protokolu (qərarı) mübahisələndirməmişdir. Belə olan halda, cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilməklə iddiaçının göstərilən hüququnun və qanunla qorunan mənafeyinin pozulmasına yol verilməsi barədə mövqeyini əsassız hesab edir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1842/2023 saylı xx.xx.2023-ci il tarixli qərarında məhkəmə hüquqi mövqeyini bu cür əsaslandırılmışdır. Üçüncü şəxs “X11 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialının iddia tələbinə dair yazılı mülahizəsi “X11 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialının iddiaya dair mülahizəsini onunla əsaslandırmışdır ki, qərarda maddi və prosessual hüquq normaları pozulduğundan qərar əsassızdır və ləğv edilməlidir. Belə ki, iddiaçının mülkiyyət hüququ əldə etmək istədiyi topraq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli, 256-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqların daxil olduğu Blokun Bərpası, İşlənməsi və X23 haqqında” Sazişə əsasən, neft- qaz əməliyyatları aparmaq məqsədi ilə Podratçının xüsusi olaraq AOC-un vahid və müstəsna olaraq istifadəsinə verilmiş Kontrakt sahəsi hüdudları daxilində yerləşir. Bu səbəbdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız neft-qaz əməliyyatlarının aparılması üçün istifadə oluna bilər. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 11-ci maddəsinə əsasən, torpaq sahələrindən məhdudiyyətli istifadə rejimi müəyyən edilmişdir ki, həmin rejim torpaq sahəsindən onun məqsədli təyinatı üzrə istifadəsini nəzərdə tutur. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının 02.11,1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Belə ki, həmin torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X23 haqqında” Sazişə əsasən, neft-qaz əməliyyatları aparmaq məqsədi ilə Podratçının, xüsusi olaraq AOC-un vahid və müstəsna olaraq istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları daxilində yerləşdiyindən üzərində aparılan hər hansı fəaliyyət insanların həyat və sağlamlığı üçün potensial təhlükə mənbəyidir. Eləcə də iddiaçının hüquqazidd hərəkətləri nəticəsində göstərilən torpaq sahəsinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud surətdə pozulmuş və AOC istifadəsində olan sənaye təyinatlı torpaq sahəsində neft və qaz əməliyyatları aparmaq imkanından faktiki olaraq məhrum olmuşdur. Təhlükə potensiallı obyektlərin ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonalarının yaradılmasının məqsədləri əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması olduğundan həmin ərazilər yaşayış üçün nəzərdə tutulmamışdır. Təhlükə potensiallı obyektlərin ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonalarının yaradılmasının məqsədləri əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması olduğundan həmin ərazilər yaşayış üçün nəzərdə tutulmamışdır. Odur ki, həmin ərazidə iddiaçıya ayrılmış torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz və iddiaçının hüquqlarına həmin müdaxilə X25Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin 3-cü qaydasına uyğun olmuşdur (mülkiyyətdən isitifadəyə nəzarət). Belə ki, müdaxilə qanuni olmuş, qanuni məqsəd daşımış (əhalinin təhlükəsizliyinin təmin olunması) və zəruri olmuşdur (neft-qaz əməliyyatlarının aparılması və aparılmasına lazımi şərait yaradılması). Odur ki, hesab edirik ki, iş üzrə Cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtinası əsaslı olmuşdur. Odur ki, həmin ərazidə iddiaçıya ayrılmış torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz və iddiaçının hüquqlarına həmin müdaxilə X25 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin 3-cü qaydasına uyğun olmuşdur (mülkiyyətdən isitifadəyə nəzarət). Belə ki, müdaxilə qanuni olmuş, qanuni məqsəd daşımış (əhalinin təhlükəsizliyinin təmin olunması) və zəruri olmuşdur (neft-qaz əməliyyatlarının aparılması və aparılmasına lazımi şərait yaradılması). Hüquqi müəyyənlik prinsipi mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Məhkəmələr qəbul etdikləri qərarlarla həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirməli, ziddiyyətli məqamları aradan qaldırmalıdır. Tərəflərin izahatları: xx.xx.2025-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olmasına baxmayaraq 3-cü şəxs “X11 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştiraçıları hazırki işə 3-cü şəxsin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə 3-cü şəxs “X11 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi X13 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinin təmin edilmə məsələsini məhkəmənin mülahizəsinə buraxmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası ilk növbədə hazırki iş üzrə apellyasiya şikayətini üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti verdiyi üçün əvvəlcə onun apellyasiya şikayətinin mümkünlüyünə qiymət verərkən həm də onun işə cəlb edilməsinin hüquqi əsaslarını bir daha yoxlamış, bunun üçün iddiaçının üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin 3-cü şəxsə aidiyyatının olub-olmadığını araşdırmışdır. Bu məqsədlə verilmiş məhkəmə sorğusuna əsasən 3-cü şəxsin təqdim etdiyi sənədlərdən müəyyən olunmuşdu ki, iddiaçının üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyi torpaq sahəsi Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X23 haqqında” Sazişə əsasən “X11 Limited” Əməliyyat Şirkətinin Kontrakt sahəsi daxilində ARDNŞ-nin daimi istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və “X11 Limited” Əməliyyat Şirkətinin 3-cü şəxslər qismində işə cəlb edilməsini düzgün hesab etmiş, eyni zamanda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətini mümkün sayaraq birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığının yanız ona münasibətdə yoxlanıldığını bildirir. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2024-cü il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “1 nömrəli Zeytun sovxozunun fəhlə həmkarlar təşkilatının növbəti iclasının xx.xx.1990-cı il tarixli 13 saylı qərarı ilə ayrılmış 1000 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi” barədədir. İddiaçı həmin torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən “ektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsinə və texniki pasportun baş planı ilə torpaq sahəsinin faktiki vəziyyəti arasında perimetrik ölçü fərqinin və uyğunsuzluğun mövcudluğu”na istinad olunaraq tələbin təmin olunmasından imtina olunmuşdur. Həmin imtinadan narazı qalan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdur. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Hazırki işdə iddiaçının tələbinin hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi çıxış edir. Həmin maddənin 8.0.8-ci bəndinə görə bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin müddəa eynilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.8-ci maddəsində də öz əksini tapmışdır. Belə ki, həmin maddəyə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və ya bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlər qismində: 1.4-cü bəndində rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, “...Müraciətiniz ilə əlaqədar bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ciil tarixli 2866 saylı Sərəncamı ilə Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olan Binəqədi, Xəzər (Əzizbəyov), Xətai, Sabunçu, Suraxanı rayonlarının inzibati ərazi hüdudları nəzərə alınmaqla Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmışdır.” Cavabdeh inzibati orqan imtina məktubunda əsas dəlil kimi elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsini və texniki pasportun baş planı ilə torpaq sahəsinin faktiki vəziyyəti arasında perimetrik ölçü fərqinin və uyğunsuzluğun mövcudluğunu göstərmişdir. Həmçinin üçüncü şəxs də apellyasiya şikayətində əsas dəlil kimi iddiaçının mülkiyyət hüququ əldə etmək istədiyi torpaq sahəsinin neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X23 haqqında” Sazişə əsasən, neft-qaz əməliyyatları aparmaq məqsədi ilə Podratçının, xüsusi olaraq “X11 Limited” Əməliyyat Şirkətinin vahid və müstəsna olaraq istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları daxilində yerləşdiyini göstərmişdir. Məhkəmə kollegiyası cavabdehin və üçüncü şəxsin “fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsi” dəlilinə münasibətdə qeyd edir ki, mübahisəli torpaq sahəsi 2007-ci il tarixdə saziş əsasında X11 Limited” Əməliyyat Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edildiyi halda, həmin sahə iddiaçıya bundan daha əvvəl – SSRİ Dövlət Aqrar-Sənaye Komitəsinin xx.xx.1989-cu il tarixli 42 nömrəli əmri və Bakı şəhəri X12 İcraiyyə Komitəsinin qərarına əsasən fərdi yaşayış evinin tikintisi məqsədilə xx.xx.1990-cı il tarixdə 1 nömrəli Zeytun sovxozunun fəhlə həmkarlar təşkilatı tərəfindən qəbul edilmiş 13 saylı qərar əsasında ayrılmışdır. Göründüyü kimi, iddiaçı mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsi üzərində hüquqları 3-cü şəxsdən (3-cü şəxsin daimi istifadəsinə 2007-ci ildə keçmişdir) daha öncə, yəni 1990-cı ildə əldə etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında onun adına qeydiyyata alınmış və ona bu barədə Abşeron Rayon X2 və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən müvafiq qeydiyyat vəsiqəsi verilmişdir. Belə olan halda, məhkəmə kollegiyası xx.xx.1990-cı ildə iddiaçıya torpaq sahəsi ayrılan zaman həmin torpaq sahəsinin neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyini nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə (2007-ci ildən) iddia olunan torpaq sahəsinin üçüncü şəxsin kontrakt sahəsinə düşməsi və onun daimi istifadəsinə verilməsi faktı iddiaçının üzərində fərdi yaşayış evi olan həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına mane ola bilməz. Nəzərə alınmalıdır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi qərarlarında yuxarıdakı qaydada əsaslandırılmışdır (xx.xx.2024-cü il tarixli, 2-1(102)-1984/2024 saylı və xx.xx.2025-ci il tarixli, 2-1(102)- 190/2025 saylı qərarları mövcuddur. Bundan əlavə, iş materiallarında olan ortofoto planından görünür ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazi yaşayış massividir, ərazidə avtomobil yolları var, yolların hər tərəfi yaşayış evlərindən ibarətdir. İş üzrə birinci instansiya məhkəməsinin sorğusuna əsasən təqdim edilmiş ayrı-ayrı şəxslərə aid daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan da görünür ki, həmin çıxarışlarda mübahisəli torpaq sahəsinin yaxın qonşuluğunda yerləşən torpaq sahələri təyinatına görə “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kimi deyil, məhz “yaşayış məntəqələrinin torpaqları” kimi qeydə alınmışdır. Beləliklə, həmin ərazidə yerləşən qonşu torpaq sahiblərinin hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışlar verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydə alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Halbuki Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. O ki qaldı cavabdehin imtinasında göstərdiyi “texniki pasportun baş planı ilə torpaq sahəsinin faktiki vəziyyəti arasında perimetrik ölçü fərqinin və uyğunsuzluğun mövcudluğu”na, bu barədə məhkəmə kollegiyası qeyd edir ki, sözügedən uyğunsuzluğun aradan qaldırılması qanunvericiliyin və inzibati orqanın fəaliyyətini tənzimləyən müvafiq Əsasnamənin tələbinə görə cavabdeh qurumun vəzifələrinə aid edilmişdir. Sözügedən uyğunsuzluğun mövcudluğu iddiaçının tələbinin təmin olunmasından imtina üçün əsas ola bilməzdi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən verilmiş apelyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2330/2025 saylı 04 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X21 Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-2103/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2103/2025
21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver