Məhkəmə qərarları › İş №2-1(103)-2104/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2104/2025

30.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2104/2025 30.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının e-2-1(103)- 227/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına izah verilməsi barədə iddiaçı tərəfindən verilmiş ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona əlillik təyin edilməməsi barədə qərarın qanunsuz hesab edilərək ləğv edilməsi və əlilliyin təyin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin e-2-1(112)-907/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı “İddiaçı 2021-ci ilin may ayından əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-227/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 2021-ci ilin may ayından əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 1(103)- 1900/2024 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2-1(112)- 227/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 1(102)-2406/2024 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-1900/2024 nömrəli qərarı dəyişdirilmiş və cavabdehin üzərinə iddiaçıya xx.xx.2021-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyi qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 1(102)-2406/2024 nömrəli qərarı xx.xx.2024-cü il tarixli məktubla icra edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə sistemi” vasitəsilə daxil olmuş məktubundan görünür ki, məhkəmənin qərarı icra olunaraq, İddiaçı xx.xx.2021-ci il tarixdən 5 il müddətinə İİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı ilə ərizə təqdim edərək, məhkəmə qərarına izah verilməsini xahiş edilmişdir. Ərizədə qeyd edilmişdir ki, Bakı İnzibatı Məhkəməsinin e-2-1(112)-227/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddia təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibatı Kollegiyasının 2-1(103)-1900/2024 saylı xx.xx.2024- cü il tarixli qərarı ilə Bakı İnzibatı Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respubliası Ali Məhkəməsinin İnzibatı Kollegiyasının 2-l(102)-2406/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdehin üzərinə iddiaçıya xx.xx.2021-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyi qoyulmuşdur. Belə ki, iddiaçıya aid xx.xx.2013-cü il tarixli 24 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən “Hər iki bud sümüklərinin orta 3/1-nin qapalı-qəlpəli, sol daban sümüyünün sınıqlarına görə (2011) aparılmış ekstramedulyar osteosintez əməliyyatlarından sonrakı sağ bud sümüyünün bitişmiş sınığı, sol bud sümüyünün qeyridüzgün bitişmiş sınığı, sol diz oynağının bükücü-açıcı, sağ diz oynağının bükücü kontrakturaları, sol aşağı ətrafın 3 sm qısalığı və ətrafda funksiyanın pozulması ilə” travmasının səbəb əlaqəsi “Travma DİO-da xidmətkeçmə dövründə alınmışdır” kimi müəyyən olunmuşdur. “Hər iki bud sümüyü orta sol daban sümüyünün sınıqlarına görə aparılan ekstramedulyar osteosintezden sağ bud sümüyünün qeyri-düzgün bitişmiş sınığı. Sol diz oynağının bükücü açığı. Sağ diz oynağının bükücü konstrakturası. Sol aşağı 3 sm qısalığı” diaqnozu ilə xx.xx.2013-cü il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə ilkin ikinci dərəcəli əlillik təyin olunmuşdur. xx.xx.2014-cü tarixdən “Hər iki bud sümükləri orta 1/3 qapalı qəlpəli, sol daban sümüyünün sınıqlarına görə aparılan ekstramedulyar osteosintezdən əməliyyatından sonrakı sağ bud sümüyünün bitişmiş sınığı. Sol bud sümüyünün qeyri-düzgün bitişmiş sınığı. Sol aşağı 3 sm qısalığı” diaqnozu əsasında hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə təkrar ikinci dərəcəli əlillik təyin olunmuşdur. Daha sonra eyni diaqnoz və eyni səbəb əsasında xx.xx.2015-ci il tarixdən 1 il müddətinə, xx.xx.2016-cı il tarixdən isə 5 il müddətinə təkrar ikinci dərəcəli əlillik təyin olunmuşdur. xx.xx.2021-ci il tarixli müayinə nəticəsində “Bud sümüyü cisminin (diafizinin) sınığı, hər iki bud sümüklərinin orta 1/3-nin qapalı qəlpəli, sol daban sümüyünün sınıqlarına görə (2011) aparılmış ekstramedulyar osteosintez əməliyyatlarından sonrakı sağ bud sümüyünün bitişmiş sınığı, sol bud sümüyünün qeyri-düzgün bitişmiş sınığı, sol diz oynağının bükücü-açıcı, sağ diz oynağının bükücü kontrakturası, sol aşağı ətrafın 3 sm qısalığı və ətrafda funksiyanın pozulması” diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlilliyin təyin olunmasından imtina verilmişdir. Əlilliyin qiymətləndirilməsindən verilmiş şikayət üzrə TSEK-in xx.xx.2022-ci il tarixli **********0 nömrəli qərarı ilə Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İnzibati iş üzrə bütün məhkəmə instansiyaları tərəfindən tam, hərtəfli və obyektik araşdırma aparılmış və ekspertiza təyin edilmiş, yenidən müayinələr keçirilərək müvafiq arayışlar alınmışdır. Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitunda tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, o, həmin tarixdə İnstitutda komissiya tərəfindən muayinə olunmuşdur. Diaqnoz: Hər iki bud sümüyünün orta 1/3-nin kobud döyənəkli yerdəyişən bitişmiş sınığı. Hər iki bud sümüyünün postravmatik qövsvari varus deformasiyası. Hər iki diz oynağının postravmatik İİİ-İV mərhələ deformasiyaedici artrozu. Hər iki oynağın kəskin kontrakturası (bükmə-110°, açma-150°). Sol daban sümüyünün qeyri-düzgün bitişmiş sınığı. Sol aşıq-daban oynağının ankilozu. Hər iki aşıq sümüyünün qeyri-düzgün bitişmiş sınığı. Hər iki aşıq-baldır oynağının İİİ-İV mərhələ deformasiyaedici arttrozu. Hər iki aşıq-baldır oynağının kəskin kontrakturası (bükmə-100°, açma- 85°). Hər iki aşağı ətrafın funksiya pozğunluğu. Yerişin pozulması. Axsama. Dayaq-hərəkət funksiyasının pozulması. Ağrı sindromu. S72.3; М21.8; S92.1; M26.7; M24.5; M84.0; S92.0; M17.; M84.1; M19; R26.0; R26.2; R26.8. Azərbaycan Respublikasinin Səhiyyə Nazirliyi “Azərbaycan X1 Ortopediya İnstitutu” X5 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı xəstəlik vəziyyətinin təyin edilməsi ilə bağlı “X1 Ortopediya İnstitutu” X5də yenidən müayinə olunmuş və onun barəsində ********** AB9873- 2023 saylı xx.xx.2023-cü il tarixli arayış tərtib edilmişdir. Arayışda hər iki bud sümüyünün orta 1/3 sınıqdan sonrakı kobud döyənəyi və qeyri-düzgün bitişmiş sınıq və varus deformasiyası, bud çanaq oynaqlarının kontrakturası İV dərəcə-ankilozu. Hər iki diz oynaqlarının post travmatik artrozu (ankilozu). Hərəkət məhdudluğu və yerişin pozulması. Hər iki aşıq-baldır oynaqlarının qeyri-düzgün bitişmiş sınığından sonrakı kontrakturası İİİİV mərhələ ankilozu, hərəkət və dayaq funksiyasının pozulması. Sol aşıq aşağı ətrafın gödəkliyi 3-4 sm müyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi xx.xx.2023-cü ildə qərardada uyğun olaraq İ. Nağıyevin sağlamlıq vəziyyətinin təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə -Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X5inin tərtib etdiyi T 223/2023 saylı ekspert rəyində İddiaçı əililik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib olunmuş Forma № 088 göndərişlərində qeyd olunan diaqnozların onun barəsində xx.xx.2022-ci il tarixdə X1 Ortopediya İnstitutunda komissiya tərəfindən muayinəsi zamanı müəyyən edilmiş diaqnozarla eynilik təşkil edilməsi, yəni onun hazırda da həmin xəstəliklərdən əziyyət çəkməsi nəticəsinə gəlinmişdir. Göründüyü kimi iddiaçıya xx.xx.2013-cü il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə ilkin ikinci dərəcəli əlillik təyin olunmuş həmin dövürdə alımış olduğu xəsarətlər, səhhətində olan problemlərdə heç bir dəyişiklik olmamış, almış olduğu xəsarətlər travmatik, ömürlük və sağalmaz, müalicə və müayinələrlə aradan qaldırılması mümkün olmayan xəsarətlər olduğundan ona təyin edilmiş diaqnozda müsbət dəyişiklik olmamış, əksinə daha da ağırlaşmışdır. Qeyd olunan hal həm birinci, həm apellyasiya instansiya məhkəməsi, həm də Ali Məhkəmənin qərarlarında öz əksini tapmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə “sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müvafiq həkim komissiyasının qərarına əsasən ömürlük, yəni bərpası mümkün olmayan xəsarətlər aldığı müəyyən edildiyindən, əlillik dərəcəsinin təyin edilməsindən imtina edilərkən müəyyən edilən xəstəlik diaqnozu ilə əvvəl əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnoz eynilik təşkil etdiyindən, həmin diaqnoz digər səhiyyə müəsissəsi tərəfindən də qoyulduğundan, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnoz müvafiq normativ hüquqi aktlarda da (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır”. (Səh 13) Qeyd olunan hal Apelyasiya və Ali Məhkəmənin qərarlarında öz əksini tapmış, məhkəmə qərarının əsaslandırma hissəsində almış olduğu xəsarətlərin sağalmaz, ömürlük olduğunu qəbul etmişdir. xx.xx.2013-cü il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə ilkin ikinci dərəcəli əlilliyin ona təyin edilməsinin Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının qəbul edilməsi tarixinə, yəni xx.xx.2024-cü il tarixinə kimi davam etməsi işin mübahisəsiz halıdır. Lakin cavabdeh orqan qanuni qüvvəsini almış məhkəmə qərarları ilə müəyyən edilmiş halları və qanunvericiliyin tələblərini heçə sayaraq, ona müddətsiz, yəni ömürlük əlillik təyin etməli olduğu halda, heç bir əsas olmadan müddətli əlillik təyin ediləcəyinə, 2026-cı il tarixində yenidən təkrar müayinə keçiriləcəyinə dair şifahi məlumat verilmişdir. Müddətsiz əlillik təyin edilməli olduğunu bildirsədə, qərarda iddia qaldırılan zaman müddətsiz əlillik təyin edilməsi öhdəliyi qeyd olunmadığı üçün müddətli təyin ediləcəyi bildirilmişdir. Məhkəmə qərarlarından görünür ki, 2021-cü il tarixdə etmiş olduğu müraciət 3 ildən sonra 2024-cü il tarixdə Ali Məhkəmənin qərarının qəbul edilməsi ilə sonlandırılmışdır. Belə olan halda 2026-cı il tarixdə cavabdeh oqan tərəfindən qanunsuz qərarın yenidən qəbul ediləcəyi ehtimalı ilə iddiaçı yenidən məhkəməyə müraciət edəcək və məhkəmə prosesləri 2029-cu ilə kimi davam edəcəkdir. Həmin vaxta kimi qeyd olunan xəsarətlərlə yaşayıbyaşamayacağı isə sual altındadır. Cavabdeh orqanın qeyd olunan hərəkətləri mənəvi sarsıntı və iztirablar çəkməyinə, sağalmaq əvəzinə səhhətinin daha da pisləşməsinə səbəb olmuş və olacaqdır. 2013-cü il tarixdə ona 2-ci dərəcəlli əlillik təyin edilsədə, əslində işin mübahisəsiz halı olaraq, sənədlədən görünür ki, həmin xəsarətləri 2011-ci il tarixdə keçirmiş olduğu yol nəqliyyat hadisəsi zamanı almış, həmin xəsarətlərin fəsadları daha da ağırlaşmış və 2011-ci il tarixdən 2025ci il tarixə kimi həmin xəsarətlərdən əziyyət çəkir, almış olduğu xəsarətlər müddətsiz olaraq, 10 ildən artıq davam etdiyi halda ona müddətsiz əlillik təyin edilməli idi. Göründüyü kimi məhkəmə qərarı icraya yönləndilsə də, cavabdeh orqan qərarda müəyyən edilmiş hallara uyğun deyil, öz mülahizəsi ilə natamam icra etmişdir. Bu səbəbdən məhkəmə qərarının izah edilməsi zərurəti yaranmışdır. Belə ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-227/2024 nömrəli qərarı ilə ona müddətli və ya müddətsiz (ömürlük) əlillk təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması məsələsinə izah verilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının e-2-1(103)-227/2024 saylı xx.xx.2024cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti ərizəyə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesaba gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası İPM-in 116.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və «İcra haqqında» Azərbaycan Respublikasının Qanunun müvafiq müddaları tətbiq olunur. Bu Məcəllədə isə qərarının izahı ilə bağlı başqa qayda nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-in 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.2-ci maddəsinə əsasən birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. Qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Hazırkı işin hallarından isə müəyyən edilir ki, iddiaçı icra edilmiş məhkəmə aktına münasibətdə izah verilməsini xahiş edir ki, bu qüvvədə olan qanunvericilik normalarının tələblərinə ziddir. Belə ki, iş materiallarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı icra edilərək, İddiaçı xx.xx.2021-ci il tarixdən 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırda məhkəmə qərarının düzgün icra edilmədiyini, cavabdeh tərəfindən məhkəmə qərarı icra edilərək, ona müddətsiz əlillk təyin edilməli olduğunu iddia edir və bu mövqeyini qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə əsaslandırır. Halbuki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçıya müddətsiz əlillik təyin edilməsi təsdiqini tapmır. “Əlilliyin qiymətləndirilməsi” Qaydasının müddəalarına görə müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. İş materiallarından görünür ki, iddiaçıya ilk dəfə xx.xx.2013-cü il tarixdə ikinci dərəcəli əlillk təyin edilmiş, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə isə xx.xx.2021-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi cavabdehin üzərinə qoyulmuşdur. Təbii ki, belə olan halda (10 il olmadığı üçün) qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ona müddətsiz əlillik təyin edilməsindən söhbət gedə bilməzdi. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının e-2-1(103)-227/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına izah verilməsi ilə bağlı iddiaçı X2 tərəfindən təqdim edilmiş ərizə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının e-2-1(103)-227/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına izah verilməsi ilə bağlı İddiaçı tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar