Məhkəmə qərarları › İş №2-1(103)-2106/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2106/2021

24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2106/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat İdarəsinə qarşı “04 iyul 2003-cü il təvəllüdlü oğlu X1 aid doğum haqqında şəhadətnamənin “valideynləri” səhifəsinin “atası” qrafasında onun ata adının “İddiaçı Habilyeviç” kimi yazılmış akt qeydinin “İddiaçı” kimi qeyd olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3016/2021 saylı 19 may 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 24 noyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ 04 iyul 2003-cü il təvəllüdlü X1 aid doğum haqqında şəhadətnamənin “Valideynləri” səhifəsinin “Atası” qrafasında iddiaçının ata adının “İddiaçı Habilyeviç” kimi yazılmış akt qeydinin “İddiaçı” kimi qeyd olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun 04 iyul 2003-cü il tarixdə oğlu dünyaya gəlmiş və 25.07.2003-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən 943 nömrəli qeydlə doğum haqqında şəhadətnamə verilmişdir. Lakin həmin doğum haqqında şəhadətnamənin “Valideynləri” səhifəsinin “Atası” qrafasında iddiaçının onun ata adı “İddiaçı” qeyd olunmalı olduğu halda, “İddiaçı Habilyeviç” kimi qeyd olunmuşdur. Buna görə oğlunun doğum haqqında şəhadətnaməsi ilə onun şəxsiyyət vəsiqəsində qeyd edilmiş ata adları arasında uyğunsuzluq yaranmışdır. Bu səbəbdən onun övladı X1 şəxsiyyət vəsiqəsi ala bilmir. Sözügedən uyğunsuzluqların aradan qaldırılması üçün o, aidiyyəti üzrə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. O, cavabdeh orqanın imtinasını əsassız hesab edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3016/2021 saylı 19 may 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə son olaraq baxılması 24.11.2021-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nüayəndəsinin iştirakını təmin etməmişdir. Belə ki, 26.10.2021-ci il tarixdə Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərək işin çoxluğu ilə əlaqədar məhkəmə iclasında nümayəndənin iştirakının təmin edilməsinin mümkün olmayacağı və bununla bağlı işə nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. İnzibati məhkəmə icratının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı İddiaçı məhkəməyə ərizə təqdim edərək, hazırki iş üzrə hüququ marağı bitdiyindən iddiadan imtina etdiyini və bununla bağlı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçı tərəfindən verilmiş iddiadan imtina barədə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddiadan imtina qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, iddiadan imtina qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş iddiadan imtina qəbul edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar