Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2106/2022 29.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X20 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və İkram Sabir oğlu Şirinovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi (oğlu) X8 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2505/2022 saylı 15 aprel 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 29 iyun 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayon icra hakimiyyəti başçısının 11 noyabr 1999cu il tarixli 813 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 14 aprel 1998-ci il tarixli 254 saylı Sərəncamını yerinə yetirmək məqsədi ilə ailəvi yataqxanaların qanunvericilikdə nəzərdə tutulan qaydada rayon mənzil-kommunal təsərrüfat birliklərinin balansına verilməsini və sakinlərin yaşadıqları mənzilləri onların adına rəsmləşdirilməsini təmin etmək məqsədilə Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin 22 aprel 1998-ci il tarixli, 50 saylı Sərəncamı ilə yaradılmış mərkəzi komisiyyasının 18 saylı Sərəncamı ilə 22 noyabr 2003-cü il tarixli, 18 saylı sərəncamı ilə Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin tabeliyində olan 7-ci MKR, Xarici Dairəvi küçəsi 76 saylı mənzilində yaşayan İddiaçı çıxarış verilməsi qərara alınmışdır. Həmin sərəncama əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 254 saylı Sərəncamına əsasən ailəvi yataqxanalarda yaşayan ailələrə daimi çıxarışlar verilməsi Bakı Tikinti və Şəhərin İnkişafı Departamentində fəaliyyət göstərən komisiyyanın rəyi əsasında ailəvi yataqxanaların hər hansı bir mənzilində yaşayan vətəndaşları həmin mənzil üzrə sənədləşdirilməli idi. Bundan əlavə sərəncamda qeyd edilir ki, vətəndaş uzun müddət həmin mənzildə yaşadığı üçün həmin şəxsə məxsusdur. O, həmin mənzildə qeydiyyatdadır. Sərəncamın 1-ci bəndinə əsasən 7-ci MKR. Xarici Dairəvi küçəsindəki 76 saylı binada yerləşən 2 otaqlı yaşayış sahəsi 39.2 kv.m olan 5 saylı mənzilə İddiaçı adına çıxarış verilməsi qərara alınmışdır. Bundan əlavə, yaşayış sahəsinin icarəsi üçün 22 sentyabr 2002-ci il tarixli müqaviləyə əsasən ünvan 3 ünvanında yerləşən mənzil ona sentyabr 2002-ci il tarixdən yanvar 2020-ci il tarixə qədər icarəyə verilib. Səhhətində yaranmış ciddi problem ilə əlaqədar olaraq bir müddət oğlunun evində qalmağa məcbur oldu. Sonradan öz evinə qayıdarkən ona bəlli oldu ki, məcburi köçkünlər ona məxsus mənzildə məskunlaşıblar. 2020-ci ildə mənzilə dair çıxarış almaq məqsədilə müraciət etdikdə ona bildirildi ki, mənzilə dair mülkiyyət hüquqları digər şəxsin adına qeydiyyata alınıb. Verilmiş sorğular nəticəsində bəlli olur ki, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 11 noyabr 1999-cu il tarixli 813 saylı Sərəncamına əsasən Bakı şəhəri, 7-ci mkr-n. Xarici dairəvi küçəsində yerləşən 7 saylı binanın 2 otaqdan ibarət 5 nömrəli mənzilə dair X7 ailə tərkibi 4 nəfərlə daimi order verilməsi qərara alınmışdır. Hüquqların qeydə alınmasına dair çıxarışın verilməsinə əsas olmuş sənədə əsasən müəyyən olundu ki, ona məxsus mənzil cavadeh X11 digər cavadeh X4. O, həmin mənzildə qeydiyyatda olduğu halda ona məxsus mənzil qanunsuz, olaraq başqa şəxsin adına qeydiyyata alınıb. Hesab edir ki, mənzil Sərəncama əsasən ona məxsus olduğu halda və o, həmin mənzildə qeydiyyatda olduğu halda qanunsuz olaraq başqa şəxsə satılmışdır. İlkin olaraq mülki qaydada iddia qaldırdı və mübahisəli mənzilə dair verilmiş çıxarışın ləğvi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən verilmiş sorğulara əsasən bəlli oldu ki, mübahisəli mənzilə dair cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısının 11 noyabr 1999-cu il tarixli 813 saylı Sərəncamına əsasən Bakı şəhəri, 7-ci MKR-n, Xarici dariəvi küçəsində yerləşən 7 saylı binanın 2 otaqdan ibarət 5 nömrəli mənzilə dair X7 ailə tərkibi 4 nəfərlə (həyal yoldaşı X9, uşaqları X21 və Muxtarov Müşv iq Rəsul oğlu) daimi order verilməsi qərara alınmışdır. 040589 №-li 1 İ novabr İ999-cu il tarixli mənzilə dair orderə əsasən Bakı şəhəri, 7-ci MKR, Xarici dairəvi küçəsində yerləşən 7 saylı binanın 2 otaqdan ibarət 5 nömrəli mənzil X7 və ailə üzvlərinə verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvenlarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 068067 saylı qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu. Xarici Dairəvi küçəsi, 76 saylı evin 39.2 metr yaşayış sahəsindən ibarət 2 otaqlı 5 nömrəli mənzili X6 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir, bu barədə 1146 saylı reyestr kitabında 172084 səhifədə 30\172-84 nömrə ilə xx.xx.2001-ci il tarixdə qeydə alınmışdır. Sonradan bu əmlakı X2 Əfqan Əbülfəz, oğluna salmış və hal-hazırda sonuncunun mülkiyyətindədir. Hesab edir ki, Binəqədi Rayon icra Hakimiyyəti Başçısının 11 novabr 1999-cu il tarixli 813 saylı sərəncamı qanunsuz və əsassızdır. Ona görə məhkəmə qaydasında ləğv edilməlidir. 2 fevral 1994-ci il tarixli 39 saylı protokol ilə Bakı şəhəri 6 saylı Təmir tikinti idarəsində həmkarlar təşkilatının qərarı ilə ailə üzvlərinin sayı nəzərə alınmaqla mübahisəli mənzilə dair ona 125 saylı order verilmişdir. Bu isə o deməkdir ki, mənzilə dair order ilkin olaraq ona verilmişdir. Həmin mənzilə dair order onun adına olduğu halda cavabdeh orqan qanunsuz olaraq 3-cü şəxsin adına sonradan order vermişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2505/2022 saylı 15 aprel 2022-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi və sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün işin Bakı İnzibati Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan sərəncamlar saxta və tamamilə qanunsuz olduğuna görə, həmin sərancamlar etibarsız sayılmalıdır. Bu baxımdan məhkəmə həmin sərəncamları ləğv etməli, yaxud etibarsız saymalı olduğuna dair məsələyə də diqqət yetirməli və bununla bağlı iddia tələbində müvafiq dəqiqləşmələrin aparılmasına ehtiyac olub-olmadığına da dair iddiaçıya məsləhətlər verməli idi. Lakin məhkəmə xidməti vəzifəsinə görə üzərinə düşən, xidməti vəzifələrini də icra etməmişdir. Bu fakt məhkəmə qərardadı ilə də təsdiq olunur. Belə ki, məhkəmə öz qərardadında qeyd etmişdir ki, hətta Binəqədi Rayon Xalq Deputatları Sovetinin 04 noyabr 1999-cu il tarixli, 790 nömrəli sərəncamı mübahisələndirildiyi halda belə, bu hal iddianın mümkünsüzlüyünü istisna etməyəcəkdir. Buna görə də iddiaçıya onun niyyətinə və marağının təmin olunmasına yönəlmiş hüquqi təkliflərin verilməsini məhkəmə mümkün hesab etmir. Göründüyü kimi, bununla da məhkəmə İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya hüquqi yardım göstərmədiyini özü də etiraf etmişdir. Məhkəmə iddianın mümkünsüzlüyünü iddia müddətinin ötürülməsi ilə izah edir. Bu yanaşma tamamilə səhvdir. Belə ki, əvvəla qeyd olunan sərəncamların mövcudluğu barədə əvvəllər iddiaçının heç bir məlumatı olmamışdır. Mübahisəli mənzilə dair adlarına order və mülkiyyət hüququna dair çıxarışlar verilən şəxslər həmin mənzilə ümumiyyətlə gəlmədiklərinə və ona faktiki sahiblik və ondan istifadə etmədiklərinə görə iddiaçı bu barədə xəbər tuta da bilməzdi. Qeyd olunan şəxslər hazırda da həmin mənzildən istifadə etmirlər. Deməli, onun öz hüquqlarının pozulduğunu bilmədiyi və həmin şəraitdə bilməli olmadığı halda, onun məhkəmədə iddia qaldırması mümkün deyildir. Belə olan halda məhkəmənin hazırki mübahisə üzrə iddia müddətinin ötdüyü qənaətinə gəlməsi absurddur. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi (oğlu) X15 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmuna uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə bildirişi 3-cü şəxslər X10 və X6 iş materiallarında olan ünvanınlara göndərilsə də, poçt zərflərinin üzərindəki qeydlərə əsasən “bu ünvanda yaşamır” səbəbindən geri qaytarıldığı üçün sözügedən şəxslər məhkəmə iclası barədə məlumatlandırıla bilməmiş və ona görə də məhkəmə iclasında iştiraklarını təmin edə bilməmişlər. İşdə iştirak edən iddiaçının nümayəndəsi (oğlu) hazırki işə cavabdehin nümayəndəsinin və 3-cü şəxslərin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin və 3-cü şəxslərin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı tələbi “813 saylı xx.xx.1999-cu il tarixli sərəncamın ləğv edilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün iddia müddətinin ötürülməsinə istinad edərək, iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İş materiallarından görünür ki, 6 saylı Təmir tikinti idarəsində mühəndis işləyən İddiaçı 6 saylı təmir-tikinti idarəsi tərəfindən 5 nömrəli mənzil ayrılmışdır. Bakı Tikini və Şəhərin İnkişafı Departameni və İddiaçı arasında bağlanmış müqaviləyə əsasən ünvan 4 ünvanında nömrəsi göstərilməyən mənzilə dair müqavilə bağlanmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 14 aprel 1998-ci il tarixli 254 saylı Sərəncamını yerinə yetirmək məqsədi ilə ailəvi yataqxanaların qanunvericilikdə nəzərdə tutulan qaydada rayon mənzil-kommunal təsərrüfatı birliklərinin balansına verilməsini və sakinlərin yaşadıqları mənzilləri onların adma rəsmiləşdirilməsini təmin etmək məqsədilə Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin 22 aprel 1998-ci il tarixli, 50 saylı Sərəncamı ilə yaradılmış mərkəzi komissiyanın xx.xx.2003-cü il tarixli 18 saylı xx.xx.2003cü il tarixli Sərəncamında qeyd edilir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 254 saylı, 14 Aprel 1998-ci il tarixli Sərəncamına əsasən Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin balansında olan 24 ailəvi yataqxanaları yerləşdikləri ərazi üzrə rayon MKTB-nin balansına verilmişdir ki, belə ailəvi yataqxanalardan biridə Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin tabeliyində olan 7-ci MKR, Xarici Dairəvi küçəsindəki 76 saylı ailəvi yataqxanadır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 254 saylı Sərəncamına əsasən ailəvi yataqxanalarda yaşayan ailələrə daimi çıxarışlar verilməsi Bakı Tikinti və Şəhərin İnkişafı Departamentində fəaliyyət göstərən komissiyanın rəyi əsasında ailəvi yataqxanaların hər hansı bir mənzilində yaşayan vətəndaşları həmin mənzil üzrə sənədləşdirilməlidir. Mənzil vətəndaşa kirayə əsasında verilərək bütün şəraitlə təmin edilmişdir. Vətəndaş uzun müddət həmin mənzildə yaşadığı üçün həmin şəxsə məxsusdur. 7-ci MKR, Xarici Dairəvi küçəsindəki 76 saylı binada yerləşən 2 otaqlı, yaşayış sahəsi - 39,2 kv.m olan 5 saylı mənzili İddiaçı 1 (bir) nəfər ailə tərkibi ilə daimi sənədləşdirilməlidir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının aparatı tərəfindən Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin ailəvi yataqxanalarının yerləşdiyi ərazilər üzrə rayon mənzilkommunal təsərrüfat birliklərinin balansına verilməsi haqqında xx.xx.1998-ci il tarixli 254 nömrəli sərəncam qəbul edilmiş və həmin sərəncama əsasən, Binəqədi rayonu, 7-ci mkr. X.Dairəvi küç., 76 saylı binada yerləşən 6№-li ailəvi yataqxana Baş İstehsalat təmir-tikini idarəsinin balansından Binəqəi rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansına əvəzsiz olaraq verilmişdir. Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 813 saylı sərəncamının kserosurərinə əsasən 7-ci mkr. X.Dairəvi küç., 76 saylı binanın 5 saylı mənzilinə dair X7 ailə tərkibi 4 nəfərlə (özü, h/yoldaşı, 2 uşağı) order verilmişdir. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş alqı-satqı müqaviləsinin kserosurətinə əsasən X11 ilə X16 arasında ünvan 6 ünvanında yerləşən mənzilə dair alqı-satqı müqviləsi bağlanmışdır. ünvan 7 ünvanının X10 adına qeydiyyata alınmasına əsas olmuş sənədlərin surəti təqdim edilmişdir. Həmin sənədlərə əsasən müəyyən olunur ki, X23 ilə X16 arasında ünvan 6 ünvanında yerləşən mənzilə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Binəqədi XDS-nin xx.xx.1999-cu il tarixli 790 nömrəli qərarına əsasən, 7-ci mkr. X.Dairəvi küç., 76 saylı binanın 5 saylı mənzilinə dair H.S.Hüseynovun adına ailə tərkibi 4 nəfərlə (özü, h/yoldaşı, 2 uşağı) order verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyi tərəfindən təqdim olunan arayışlara əsasən müəyyən olunur ki, 7 mkr. Xarici dairəvi küç. ev 76, mən. 5, hazırkı 7-ci mkr. A.Kunanbayev küç., ev 76, mən. 5 ünvanı üzrə 040648 nömrəli xx.xx.1999-cu il tarixli verilmiş orderə əsasən C.H.Hüseynova verilmişdir. xx.xx.2019-cu il tarixdən mənzil özəlləşdirilərək alqısatqı yolu ilə X1. Mənzildə Füzuli rayonundan gəlmiş məcburi köçkün X3 yaşamışdır. Qonşuların tərtib etdiyi akta əsasən həmin ünvanda hal-hazırda X17, X18 və X19 qeydiyyatsız yaşayır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müracət etmə müddətində hazırki tələbi barədə məhkəmədə iddia qaldırmamışdır, ona görə də onun iddiası mümkün sayılmamışdır. İşin araşdırılan hallarından görünür ki, iddiaçı inzibati orqanın bundan təxminən 23 il əvvəl həyata keçirdiyi hərəkətlərin qanunsuz sayılmasını tələb edir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Nəzərə alınmalıdır ki, inzibati orqanın mübahisələndirilən hərəkəti 1999-cu ildə baş vermişdir. Həmin dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları isə 1964-cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası MPM-nin 24-cü fəslinin müddəaları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 10 gün təşkil edirdi. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyristabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırki işdə də iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. İddiaçı müddətin buraxılmasını onunla izah edir ki, həmin mənzilin başqa şəxslərə satılması və onlara çıxarışın verilməsindən sözügedən mənzilə atasının qeydiyyata düşdüyü zaman məlumatı olmuşdur. Doğrudur ki, müəyyən dövrdə qanunvericilik iddia müddətinin şəxsin hüquq və azadlığının pozulduğu barədə ona «məlum olan gündən» hesablanması qaydasını müəyyən etmişdi. Məsələn, Azərbaycan Respublikası MPM-nin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi (Həmin norma 10 iyun 2011-ci il tarixli 143- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İPM-lə tənzimlənməyə başlamışdır). Lakin bu hal da iddianın mümkün sayılmasına əsas vermir. Əvvəla ona görə ki, yuxarıda qeyd olunduğu kimi, inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cur mübahisələndirmə üçün qısaldılmış 10 gün iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə «məlum olan gündən» hesablanması qaydası müəyyən olunmamışdı. İddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddiaçının yaşadığı mənzilin hüquqi rejimi ilə 23 il müddətində maraqlanmaması ağlabatan deyildir. Hətta həyatın adi axarı şəraitində belə, iddiaçının həmin mənzilə dair 2021-ci ilə qədər başqa şəxslərin hüquqlarının olduğu barədə məlumatının olmaması barədə nəticəyə gəlmək çətindir. Məhkəmə kollegiyası hazırki işdə yuxarıda göstərilənlərlə bağlı iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi qənaətinə gəlir və hesab edir ki, birinci instansiya məhkəməsi bu əsasla müddətin bərpası ilə bağlı verilmiş ərizəni təmin etməməklə iddianın qeyri-mümkün sayılması barədə düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi müvafiq orderin və sərəncamın (Binəqədi XDS-nin xx.xx.1999-cu il tarixli 790 saylı qərarına əsasən X14 adına verilmiş orderin) mübahisələndirilməsinə dair hüquqi yardımın göstərilməsini iddianın mümkünsüzlüyünü istisna etməyəcəyinə istinad edərək, iddiaçıya onun niyyətinə və marağının təmin olunmasına yönəlmiş hüquqi təkliflərin verilməsini mümkün hesab etməmişdir. Bununla məhkəmə kollegiyası razılaşır və hesab edir ki, iddiaçıya hazırki işdə hüquqi yardımın göstərilməsi məhz onun hüquqi marağına xidmət edən və iddiasının mahiyyəti üzrə baxılmasını mümkün edən olmayacaqdır. Odur ki, apelyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsinə əsas vermir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2505/2022 saylı 15 aprel 2022-ci il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2505/2022 saylı 15 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə İkram Şirinov
Məhkəmə qərarları › İş №2-1(103)-2106/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2106/2022
29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver