Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2109/2024 29.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı “qeydiyyat hərəkətlərinin aparılması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1454/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan “Mercedes Benz E 240” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətlərinin aparılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir (İPM m.34.1). İddiaçı tələbini aşağıdakılarla əsaslarıdırılmışdır: «…AR DİN Qİİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında “Mercedes Benz E 240” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı 1998-ci il buraxılışlı gümüşü rəngli avtomobili alaraq mülkiyyətinə keçirmişdir. 2022-ci ilin mart ayında həmin avtomobilin mühərriki sıradan çıxdığı üçün mühərriki dəyişdirilmiş, xx.xx.2022-ci il tarixdə dəyişdirilmiş, daha sonra qeydiyyata alınması üçün Baş Dövlət Yol Polis İdarəsinə elektron qaydada müraciət etmiş,lakin avtomobilə cavabdeh tərəfindən baxış keçirilən zaman avtomobilin ban nömrəsi ətrafında qaynaq işlərinin aparılması və mühərrikin dəyişdirilməsi səbəbdən avtomobil qeydiyyata alınmamışdır. Avtomobil satın alındıqdan sonra ban nömrəsi ətrafında heç bir qaynaq işləri aparılmamış, ban nömrəsi ətrafında olan qaynaq işləri avtomobil iddiaçının mülkiyyətinə keçmədən əvvəldən olmuşdur. Elektron talonlardan da görünür ki,ona məxsus həmin avtomobil xx.xx.2021 və xx.xx.2022-ci il tarixlərində avtomobil növbəti texniki baxışdan keçmiş, lakin bu zaman ban nömrəsi ətrafında qaynaq işlərinin aparılması müəyyən edilməmişdir. Görünür ki, həmin qaynaq işlərinin aparılması ciddi nöqsan deyil. Cavabdeh İdarənin xx.xx.2023-cü il tarixli, 3- 13-16/2-Q-64090 nömrəli məktubunda avtomobil üzərində başqa mühərrikin aşkar edilməsi və ban nömrəsi ətrafında qaynaq işlərinin aparılması səbəbindən həmin avtomobilin qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə tərəfindən nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün olacağı bildirilmişdir. Hal-hazırda avtomobilin mühərrikinin dəyişdirilməsi ilə bağlı qeydiyyat aparılması mümkün olmadığından iddiaçı sözügedən avtomobilini idarə etmək üçün etibarnamə verə bilmir və həmçinin həmin avtomobili sata bilmir. Bu hal, onun avtomobilə dair sərəncam hüquqlarını məhdudlaşdırır...» Bakı İnzibati Məhkəməsinin 2-1(112) -1454/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinə uyğun verilmiş, apellyasiya mümkün hesab edilmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “…Məhkəmə öz qərarı əsaslandırmamış,sadəcə ‘mübahisə predmeti avtomobildə quraşdırılmış mühərrik nömrəsi ilə avtomobilin qeydiyyat şəhadətnaməsində qeyd olunmuş mühərrikin nömrəsi fərqlidir. İddiaçı avtomobilində olan mühərrikin tam yararsız hala düşməsi səbəbindən dəyişdirildiyini göstərsə də, hazırda mübahisə predmeti olan avtomobildə quraşdırılmış mühərrikə dair heç bir sənəd təqdim etmədyini göstərərək iddianı rədd etmişdir. Birinci instansiya məhkəməsi işi hərtərəfli araşdırmamış, ehtimallara əsaslanmış, ekspert rəyinə, tərtib edilmiş akta və digər sübutlara qiymət verməmiş, qərarı əsaslandırmamışdır. Belə ki, ekspert təyinə əsasən ona məxsus “Mercedes-Benz E240” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobildə aşkar edilmiş ban nömrəsi ilə ona məxsus qeydiyyat şəhadətnaməsində olan ban nömrəsi uyğundur, mühərrik nömrəsi isə fərqlilik təşkil edir. Nəqliyyat vasitəsinin müəhrriki sonradan dəyişdirilməsi mümkün olan ehtiyat hissələrinə aid olduğu üçün iddiaçı zərurətdən irəli gələrək matoru dəyişdirmişdir. Dəyişdirmə prosesini rəsmiləşdirmək üçün cavabdehə müraciət etmiş, cavabdeh imtina etdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı öz mülkiyyətində olan əmlakı işlək vəziyyətə gətirmək üçün nəqliyyat vasitəsinin matorunu dəyişdirməyə məcburdur. Nəqliyyat vasitəsi hal-hazırda işlək vəziyyətdə olduğu üçün, həmçinin ekspertizanın rəyinə əsasən ban nömrəsində dəyişiklik edilmədiyi müəyyən edildiyi üçün məhkəmə tərəfindən iddianın təmin edilməməsi əsassızdır...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşə əlavə olunmuş, xx.xx.2017-ci il tarixdə X1 adına verilmiş 997353 No-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən mübahisələndirilən “Mercedes Benz E 240” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı 1998-ci il buraxılışlı gümüşü rəngli avtomobilin ban nömrəsi WDB2100611A701028, mühərrik nömrəsi **********0800 təşkil etmişdir (i.v.34). Eyni zamanda, işə əlavə olunmuş, cavabdeh qurumun xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş, həmin avtomobil barədə məlumatlara, alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, iddiaçı xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında həmin avtomobili eyni mühərrik nömrəsi və ban nömrəsi ilə T.Quliyevdən satın almışdır. İşin konkret halda, yəni hazırkı mərhələdə mübahisələndirilən halı ondan ibarətdir ki, iddiaçı avtomobilin **********0800 nömrəli mühərrikini başqa mühərriklə (**********3641) dəyişdirərək, xx.xx.2022-ci il tarixdə elektron qaydada qeydiyyata alınıb şəhadətnamə verilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu tərəfindən baxış keçirilərkən məlum olmuşdur ki, avtomobilin ban nömrəsi ətrafında qaynaq izləri aparılmış, mühərrik isə bütövlükdə dəyişdirilmişdir. Həmin əsasla da avtomobilin qeydiyyatından imtina edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, imtina əsasılıdır. Belə ki, birinci instansiya məhkəməsinin sorğusu əsasında cavabdeh İdarənin 3-13-16/2- 176580/23 saylı, xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim olunmuş DİN Baş İstintaq və Təhqiqat İdarəsinin BDYPİ-nin Qİİ-nəin rəis müavini polis polkovnik-leytenantı cənab Afyəddin Leysanova ünvanladığı 005-14403-1222 saylı, xx.xx.2022-ci il tarixli məktubunda aşağıdakılar qeyd olunmuşdur: “... **********0800 mühərrik nömrəli, WDB2100611A701028 ban nömrəli, gümüşü rəngli, 1998-ci il buraxılışlı “Mercedes Benz E240” markalı avtomobilin qeydiyyat şəhadətnaməsində qeyd edilənlərdən fərqli olaraq avtomobilin üzərində **********3641 nömrəli mühərrik olması və ban nömrəsi ətrafında ətrafında qaynaq işləri aparılması ilə bağlı araşdırma aparılmış və araşdırma zamanı müəyyən edilmişdir ki: - həmin avtomobilin mühərriki zavod istehsalı zamanı quraşdırılmış mühərrik deyil, başqa bir mühərrikdir. Ban nömrəsi ətrafında da qaynaq işləri aparılmışdır. -avtomobilin ban nömrəsi ətrafında qaynaq işləri aparılması zərurəti əvvəlcədən BDYPİnə bildirilməyib və bu fakt sənədləşdirilməmişdir. - qəbul edilmiş standartlara əsasən avtomobilin növündən asılı olaraq ban və şassi nömrələri üzrə göstəricilər 17 simvol olmaqla hərf və ya rəqəm əsasında müəyyən edilir. Hansı ki, həmin 17 simvolun içərisində avtomobilin istehsalçı ölkəsi, avtomobilin istehsal edildiyi zavod, istehsal ili, mühərrikin variantı, avtomobilin növü, sükan çarxının yeri, ötürücünün növü barədə və istehsal üzrə digər məlumatlar hərf və ya rəqəm şəklində stasionar olaraq avtomobilin banı və ya şassisi üzərinə zavod üsulu ilə həkk edilməklə yerləşdirilir.Bu qəbul olunmuş 17 simvol üzrə göstəricilər və ya həmin göstəricilərdən hər hansı biri yerində olmadığı və ya dəyişdirildiyi halda qəbul olunmuş standartlar üzrə göstərici norması pozulmuş olur ki, bu halda avtomobilin əsas stasionar göstəricisi üzrə qeydi yəni ban və ya şassi nömrəsi üzrə göstəricilər qüsurlu olur. Hansı ki qeyd edilən 17 göstərici üzrə zavod göstəricisindən fərqli bir simvol daxil edilməsi həmin avtomobildə hər hansı bir qurğu və ya avadanlıq üzrə göstəricinin fərqli olmasına dəlalət edir. -nəqliyyat vasitəsinin qeydiyyata alınması, qeydiyyatdan çıxarılması və təkrar qeydiyyat hərəkətlərinin aparılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 idarəsi tərəfindən həyata keçirilir. Göründüyü kimi, mübahisəli “Mercedes Benz E240” minik markalı, ** VA *** dövlət qeydiyyatı nişanlı 1998-ci il buraxılışlı avtomobilin mühərriki iddiaçı tərəfindən dəyişdirilmiş, həmçinin ban nömrəsi ətrafında qaynaq işləri aparılmışdır. Avtomobildə ban və ya şassi nömrəsi stasionar olmaqla vurulur ki, bu da digər izlənilən detalların eyniləşdirilməsində, həmçinin qaçırılmış və ya oğrulanmış avtomobillərin aşkar edilməsində əsas rol oynayır...” İş üzrə AR ƏN Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3- 16-16/2-3/1981saylı ekspert rəyindən isə görünür ki, ekspert tədqiqatı zamanı müəyyən olunmuşdur ki, “Mercedes-Benz E240” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobildə aşkar edilmiş ban nömrəsi ilə ona məxsus qeydiyyat şəhadətnaməsində olan ban nömrəsi uyğundur, mühərrik nömrəsi isə fərqlilik təşkil edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 27-ci maddəsi ilə isə nəqliyyat vasitəsinin dövlət qeydiyyatı aşağıdkı kimi tənzimlənir: İ. Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. ...; V. Bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar (bu Qanunun 27-ci maddəsinin Vİ-İİ hissəsinin tələbləri nəzərə alınmaqla) aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. V-İİ. Nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. Vİ. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) ödənilməsi barədə sənəd; 5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin tələblərinə əsasən: ...; 1.2. Mülkiyyət və təşkilati- hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər (bundan sonra "nəqliyyat vasitələrinin mülkiyyətçiləri")* onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatına alınırlar. 1.3. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. ...; 2.6. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, nəqliyyat vasitəsinin dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra, texniki baxışdan keçirilir. Konkret halda, hazırkı mübahisə obyekti olan avtomobildə isə onun ban nömrəsinin ətrafında qaynaq izlərinin mövcudluğu ekspert rəyi baxımından, həmin nömrənin dəyişdirilməsinə dəlaləti olmasa belə, faktiki olaraq avtomobildə quraşdırılmış mühərrikin nömrəsi (**********3641) qeydiyyat şəhadətnaməsində qeyd olunan ilkin mühərrik nömrəsi (**********0800) fərqlidir. Bunun səbəbi olaraq iddiaçı tərəfindən avtomobilin əvvəlki **********0800 nömrəli mühərrikin tam yararsız hala düşməsi səbəbindən dəyişdirilməsi göstərilsə də, onun tərəfindən avtomobilə yeni quraşdırılmış **********3641 nömrəli mühərrikə dair müvafiq sənədlər (o cümlədən, gömrük orqanlarının verdiyi icazə sənədi və s.) təqdim edilməmişdir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, mübahisəli avtomobilin qeydiyyatından imtina olunması əsaslı olduğundan, iddiaçının qanunla qorunan hüquqlarının pozması istisna olunur. İPM-in 73.1-ci maddəsi isə nəzərədə tutur ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunmasını mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin məhkəmə tərəfindən əsaslandırılmadan, qanunsuz qərar edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1454/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1454/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2109/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2109/2024
29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver