Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-211/2020 16.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Abiyeva Kəmalə Nəbi qızından ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X4 iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı Sutlan oğlunun Cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı adın, ata adının və soyadının dəyişdirilərək yeni doğum haqqında şəhadətnamənin verilməsi tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2330/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540 ünvanda), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Sutlan oğlu cavabdeh Bakı şəhəri Cavabdehnə qarşıiddiaərizəsiilə2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinəmüraciətedərək, cavabdehin xx xxx 2019-cu il tarixli imtina məktubunun əsassız hesab edilərək, doğum akt qeydində adının Emin-dən Bəxtiyar-a, soyadının Cəfərov-dan Nəcəfzadə-yə, ata adının isə Sultan-dan Güloğlan-a dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinixahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxxx 1993-cü il tarixində Mingəçevir şəhərində anadan olmuşdur. Dünyaya gəldikdən sonra doğum haqqında akt qeydində adı Bəxtiyar, soyadı Nəcəfzadə, atasının adı isə Güloğlan qeyd edilmişdir. 2014cü il tarixində Bakı şəhər Cavabdehnə müraciət edərək yaranmış zərurətlə əlaqədar olaraq adının Bəxtiyardan-dan Emin-ə, soyadının Nəcəfzadə-dən Cəfərov-a, ata adıının isə Güloğlan-dan Sultan-a dəyişdirilməsini xahiş etmişdir. Qeydiyyat şöbəsi tərəfindən müraciəti əsaslı qəbul edilərək adının Bəxtiyardan-dan Emin-ə, soyadının Nəcəfzadə-dən Cəfərov-a, ata adının isə Güloğlana-dan Sultan-a dəyişdirilməsinə razılıq verilmiş və bu barədə ona adın, ata adının və soyadın dəyişdirilməsi haqqında 009682 nömrəli, şəhadətnamə verilmişdir. Lakin bir neçə sənədində adının əvvəlki kimi qalması, həmçinin də ətrafındakı şəxslərin onu Bəxtiyar tanıması onu çətin vəziyyətlərlə üzləşdirir. Bu səbəblə də ərizə ilə cavabdeh orqana müraciət etmək qərarına gəlmişdir. xx xxx 2019-cu il tarixində Cavabdehndən ona 83 nömrəli məktubla cavab olaraq bildirildi ki, qanun geriyə şamil edilmədiyindən növbəti dəyişiklik üçün məhkəməyə müraciət etməlisiniz. Bu səbəblə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddia ərizəsinə əlavə edilmiş ******* nömrəli hərbi biletin surətindən də göründüyü kimi onun əvvəl adı Bəxtiyar, soyadı Nəcəfzadə, ata adı isə Güloğlan olmuşdur. İddia ərizəsinə əlavə edilmiş 513 nömrəli çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqədən də göründüyü kimi həmin vəsiqədə adı Bəxtiyar soyadı Nəcəfzadə ata adı isə Güloğlan qeyd edilmişdir. İddia ərizəsinə əlavə edilmiş ******* saylı diplom blankının surətindən də göründüyü kimi adı Bəxtiyar soyadı Nəcəfzadə ata adı isə Güloğlan qeyd edilmişdir. İddia ərizəsinə əlavə edilmiş ******* saylı attestat blankının surətindən də göründüyü kimi adı Bəxtiyar soyadı Nəcəfzadə ata adı isə Güloğlan qeyd edilmişdir. İddia ərizəsinə əlavə edilmiş 009682 saylı adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamədən də göründüyü kimi adı Bəxtiyar soyadın Nəcəfzadə ata adı isə Güloğlan olmuş və İddiaçı Bəxtiyar oğluna dəyişdirilmişdir. İddia ərizəsinə əlavə edilmiş P5300769 nömrəli ümumvətəndaşlıq pasportunun surətindən də göründüyü kimi adı Bəxtiyar soyadı Nəcəfzadə ata adı isə Güloğlan qeyd edilmişdir. Hal-hazırda hesab edir ki, əvvəlki adına qaytarılmağında bağlı müraciəti əsaslı və qanunidir. Göründüyü kimi bəzi sənədlərində hal-hazırda da əvvəlki adı, ata adı və soyadı qeyd edildiyindən bu çətinliklər yaradır. Bu səbəblə də hesab edir ki, iddiası əsaslı və qanunidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2330/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iş üzrə iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti məzmunca iddia ərizəsinə uyğun olmaqla onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. İşə apellyasiya instansiya məhkəməsində baxılarkən məhkəmə kollegiyasının keçirilən iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılması barədə xx xxxxxx 2019-cu il tarixli, 2176 saylı məktubu xx xxxxxx 2019-cu il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X6 iddia ərizəsinə və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməməni, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul dilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, hazırkı iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2330/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş, SX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli hərbi biletin surətindən görünür ki, X2 adı sonradan İddiaçı kimi qeyd edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırışı Üzrə Dövlət Xidməti tərəfindən 2013-cü ildə verilmiş 513 saylı Çağırış məntəqəsinə təhkim edilməsi haqqında vəsiqənin surətindən görünür ki, iddiaçının adı «X3» kimi qeyd edilmişdir. İş materiallarında olan, Mingəçevir RQŞ tərəfindən xx.xx.2019-cu ildə verilmiş AZ-T seriyalı, 095215 saylı Şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1993cü ildə anadan olub, ata adı - Nümayəndə, ana adı - X7r. İş materiallarında olan, Mingəçevir RQŞ tərəfindən xx.xx.2014-cü ildə verilmiş AZ-İ seriyalı, 009682 saylı Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında Şəhadətnamənin surətindən müəyyən olunur ki, xx xxxxxxx 1993-cu il təvəllüdlü İddiaçı adını X1 İddiaçı dəyişdirmiş, bu barədə soyadını, adını, ata adını dəyişdirilməsi haqqında akt qeydləri kitabında xx.xx.2014-cü ildə 55 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan, Asan 1 xidməti tərəfindən xx.xx.2014-cü ildə verilmiş AZE seriyalı,******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1993-cü ildə Mingəçevir şəhərində doğulmuş,ünvan 2 ünvanında yaşayır. İş materiallarında olan, Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx xxx 2019-cu il tarixli,83 nömrəli məktubdan müəyyən olunur ki,həmin şöbə tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 saylı Qərarına əsasən Adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsi haqqında ərizə vətəndaşın təqdim etdiyi sənədlər qaydasında olarsa icraata qəbul edilir. Qanun geriyə şamil olunmadığından növbəti dəyişiklik üçün məhkəməyə müraciət olunmasını bildirilmişdir. Beləliklə, iş materiallarından görüür ki, iddiaçınınbirinci instansiya məhkəməsinə təqdim edilmiş sənədlər əsasında aparılmış məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Sutlan oğlu xx xxxxxxx 1993-cü ildə Mingəçevir şəhərindəanadan olmuş, sonradan onun Cavabdehnə müraciəti əsasında xx.xx.2014-cü il tarixdə 55 saylı Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında akt qeydilə iddiaçının adı X1 İddiaçı dəyişdirilmiş, daha sonra iddiaçı 2019-cu ildə İddiaçı Sutlan oğlu adının dəyişdirilərək əvvəlki X3 adı ilə əvəz edilməsi barədə ərizə ilə Cavabdehnə müraciət etmiş, cavabdeh inzibati orqanın14 may2019-cu il tarixli,83saylı imtina məktubu ilə ona imtina edilmiş, imtinaya əsas kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 saylı qərarınnın tələblərinə istinad olumuşdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 7.1-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi bu Qaydaya və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarının 6.2-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Həmin Qaydaların 6.3-cü maddəsinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların (6.24.) Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. (6.25.) Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. (6.26.) Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. (6.27.) Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. (6.28.) Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Məhəkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunanları nəzərə alan birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, göründüyü kimi adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarının 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir ki, hazırkı halda işin məhkəmə araşdırılması ilə qeyd olunan halların iddiaçıya münasibətdə mövcudluğu öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinin tələbinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına və sadalanan hüquq normalarına məcmu halda qiymət verərək birinci instansiya məhkəməsinin tərəflər arasındakı mübahisə ilə əlaqədar gəldiyi qənaəti ilə razılaşır ki, inzibati orqanın iddiaçınınmüraciətinə imtinası əsaslıolmuşdurvəonagörədəİddiaçı Sutlan oğlunun cavabdeh Bakı şəhəri, Cavabdehnə qarşı adın, ata adının və soyadının dəyişdirilərək yeni doğum haqqında şəhadətnamənin verilməsi barədə iddiası əsassız olduğundan rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkıişüzrətərəflərarasında mübahisəyə dair düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qərar qanunun normalarına uyğun əsaslandırılmışdır. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını qanuni və əsaslı sayaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri həmin qərarın ləğvi üçün əsas verə bilməz. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Sutlan oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2330/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) kassasiya şikayəti verilə bilər. Sədrlik edən /imza/ Hakimlər /imzalar/ Əsli ilə düzdür. Hakim: Ülvi Mayılov
Məhkəmə qərarları › İş №2-1(103)-211/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-211/2020
16.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver