Məhkəmə qərarları › İş №2-1(103)-211/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-211/2021

24.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-211/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə və üçüncü şəxs Bakı Şəhər İcra Hakimiyyətinə qarşı mənzildə aparılmış yüngül konstruksiyalı yenidənqurma (rekonstruksiya) işlərinin müvafiq komissiya vasitəsilə rəsmiləşdirilməsi və bu işlərin başa çatmasına dair qebul komissiyasının aktının verilməsi ilə bağlı cavabdehin üzərinə öhdəlik qoyulması tələbinə dair inzibati mübahisə üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)-1199/2019 saylı qərarından cavabdehin nümayəndəsi H.Aberkarov tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1199/2019 saylı, xx xxxx 2019cu il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 237/14 saylı evin 20 saylı mənzilində aparılmış yüngül konstruksiyalı yenidənqurma (rekonstruksiya) işlərinin müvafiq komissiya vasitəsilə rəsmiləşdirilməsi və bu işlərin başa çatmasına dair qəbul komissiyasının aktının verilməsi məsələsinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması vəzifəsinin cavabdehin üzərinə qoyulmuşdur. (hakim Ş.Ə.Süleymanova). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2447/2019 saylı qərardadı ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1199/2019 saylı, xx xxxx 2019- cu il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır (sədrlik edən Ü.A.Mayılov, hakimlər M.N.Tağızadə və K.N.Abiyeva) Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. xxxxbaycan Respublikası Ali Məhkəməsinin İK-nın xx xxxxxxxx 2020-ci il tarixli 2- 1(102)-1107/2020 saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019cu il tarixli, 2-1(103)-2447/2019 saylı qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün göndərilmişdir (sədrlik edən və məruzəçi K.Bədəlov, hakimlər R.Nəbizadə və İ.Hüseynov). İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 237/14 saylı evin 20 saylı mənzilində aparılmış yüngül konstruksiyalı yenidənqurma (rekonstruksiya) işlərinin müvafiq komissiya vasitəsilə rəsmiləşdirilməsi və bu işlərin başa çatmasına dair qebul komissiyasının aktının verilməsi ilə bağlı cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx xxxx 2019-cu il tarixli, 2-1(81)-1199/2019 saylı qərardadı ilə Bakı şəhər İcra Hakimiyyəti işə 3-cü şəxs qismində cəlb edilmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 237/14 saylı evin 20 saylı mənzilini satın almış və bu mənzil üzərində mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınaraq ona xx.xx.2018-ci il qeydiyyat tarixli ******* nömrəli, RX seriyalı Çıxarış təqdim edilmişdir. Mənzili aldıqdan bir qədər sonra ona məlum olmuşdur ki, aldığı mənzilin yerləşdiyi binada Bakı şəhərinin ümumi abadlaşdırılması və binaların görünüşünün müasir standartlara uyğunlaşdırılması məqsədilə Dövlət sifarişinə əsasən təmir-bərpa və tikinti işləri aparılmış, bunun nəticəsində yaranmış genişlənmiş sahə hesabına bütün mənzil mülkiyyətçiləri tərəfindən öz mənzillərində mənzildaxili yüngül rekonstruksiya işləri aparılaraq onların mənzil şəraiti yaxşılaşdırılmışdır. Həmin binada yerləşən və hazırda mülkiyyətində olan mənzildə də əvvəlki mülkiyyətçi tərəfindən genişlənmiş sahə hesabına öz şəxsi vəsaiti ilə müəyyən yenidənqurma işləri aparılmış, lakin həmin işlər sənədləşdirilmədiyindən adına verilmiş yeni Çıxarışda mənzilin faktiki vəziyyətdəki ölçüləri nəzərə alınmamışdır ki, bu da gələcəkdə onun əmlakı üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır. Qeyd olunan mənzildə aparılmış yenidənqurma işlərinin hansı əsasla aparıldığına aydınlıq gətirilməsi məqsədilə tərəfindən həmin binaya xidmət göstərən Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Komunal Təsərrüfatı Departamentinin 70 Saylı Mənzil Komunal İstismarı sahəsinə müraciət etmişdir. 70 saylı MKİS tərəfindən tərtib və təsdiq edilmiş mənzilin faktiki planı və xx.xx.2018-ci il tarixli Akta əsasən mülkiyyət sənədində (Çıxarışda) həmin mənzilin ümumi sahəsi 65,85 kv.m olduğu halda, faktiki ümumi sahəsinin 134,35 kv.m təşkil etdiyi və yaranmış bu fərqin mənzilin yerləşdiyi binada “xxxx” MMC tikinti şirkəti tərəfindən 2009-cu ildə aparılmış təmir-bərpa və tikinti işləri nəticəsində yarandığı müəyyən edilmişdir. Beləliklə, hələ 2009-cu ildə mülkiyyətində olan mənzilin yerləşdiyi binada aparılmış təmir-bərpa işləri nəticəsində genişlənmiş sahə hesabına qeyd olunan mənzildə əvvəlki mülkiyyətçi tərəfindən müəyyən yenidənqurma işləri aparılmış və bu işlər başa çatdırılaraq mənzil yaşayış sahəsinin tələblərinə uyğun olaraq istismara yararlı vəziyyətə salınmışdır. Bu mənzildə aparılmış yenidənqurma işləri yaşayış evi üçün nəzərdə tutulan tikinti norma və qaydalarına, tələblərə cavab verir. Həmçinin mənzildə aparılmış yenidənqurma işləri digər vətəndaşların hüquqlarını, qanuni mənafelərini pozmur və ya onların həyat və sağlamlığına hər hansı təhlükə yaratmır. İş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: İlkin məhkəmə iclasında izahat vermiş cavabdehin nümayəmndəsi X1 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan İddiaçı Nəsimi RİH-nə M-166-091 saylı, 03.09.18-cı il qeydiyyat tarixli ərizə ilə müraciət edərək, mülkiyyətində olan Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 237/14 saylı evin 20 saylı mənzilində aparılmış rekonstruksiya işlərinin müvafiq komissiya vasitəsi ilə rəsmiləşdirilməsini və istismara qəbul aktı verilməsinə göstəriş verilməsini xahiş etmişdir. Nəsimi RİH-nin M-166-091 saylı, 08.09.18-cı il tarixli məktubu ilə ərizəçiyə bildirilmişdir ki, mülkiyyətində olan Dilarə Əliyeva küçəsi,237/14 saylı evin 20 saylı mənzilinə dair hüquqmüəyyənedici ilkin sənədlər (sənədlərin əsli və ya notariat qaydasında təsdiq olunmuş surətləri, yenidən qurulması və yenidən planlaşdırılması layihəsi, texniki pasportu və s.) və əlavə yaranmış sahənin sənədləri Nəsimi RİH-nə təqdim edildikdən sonra qaldırdığı məsələyə baxıla bilər. İddiaçını cavab qane etmədiyindən o, birbaşa məhkəməyə müraciət etməyi üstün tutmuşdur. Şikayətdə xxxxbaycan Respublikası Mənzil Məcəlləsinin 15 və 24-cü maddələrinə istinad olunmaqla qeyd olunmuşdur ki, mövcud qanunvericiliyinə əsasən mənzilin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında aparılmalı, yaşayış sahəsinin mülkiyyətçisi yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin yerləşdiyi yer üzrə razılaşdırmanı həyata keçirən orqana (Nəsimi RİH-nə) ərizə ilə müraciət etməli və razılaşdırmanı həyata keçirən orqana (Nəsimi RİH-nə) yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlər, yaşayış sahəsinin müəyyən edilmiş qaydada tərtib edilərək hazırlanmış yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi və yaşayış sahəsinin texniki pasportu təqdim edilməlidir. Sual olunur, əgər mənzilin yenidən planlaşdırılması layihəsi və yaşayış sahəsinin texniki pasportu iddiaçı tərəfindən nə Nəsimi RİH-nə, nə da məhkəməyə təqdim edilməməsinə baxmayaraq məhkəmənin çıxarıldığı qərar nəcə qanuni hesab olunmalıdır? Şikayətdə həmçinin qeyd olumuşdur ki, yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihələrinin tərtib edilməsi xxxxbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydaları» ilə tənzimlənir. Həmin Qaydaların 1.2- ci bəndinə görə bu Qaydalar: hüquqi və fiziki şəxslər tərəfindən əsassız olaraq və nəzarətsizlik şəraitində aparılan tikinti-quraşdırma və yenidənqurma işlərinin; binaların və qurğuların dayanıqlığını, zəlzələyə davamlığını, uzunömürlülüyünü təmin edən normativ sənədlərin tələblərinin pozulması hallarının; .... tikinti norma və tələblərinin pozulması hallarının qarşısının alınması məqsədi daşıyır. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən sifarişçi, mülkiyyət sahibi və ya icarədar ilk növbədə mövcud obyektdə ediləcək dəyişiklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir.... Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə görə Şəhər (rayon) yerli icra hakimiyyətinin müvafiq memarlıq-tikinti xidməti mövcud obyektdə dəyişikliklərin eskiz cizgilərini nəzərdən keçirməli və bu barədə öz rəyini yerli icra hakimiyyətinin rəhbərliyinə bildirməlidir. Həmin Qaydaların 4.3-cü bəndinə əsasən memarlıq-tikinti xidmətinin müvafiq rəyi nəzərə alınmaqla, obyektdə dəyişikliklərin edilməsi yerli icra hakimiyyəti ilə razılaşdırılır. Həmin Qaydaların 5-ci bəndinə görə yerli icra hakimiyyəti ilə obyektdə dəyişikliklər edilməsi razılaşdırıldıqdan sonra bu məqsədlə işlənmiş layihə-smeta sənədləri sifarişçi tərəfindən təsdiq olunmalı və müvafiq qaydada tikinti işlərinin icrasına başlanmalıdır. Sual olunur, əgər mənzilin yenidən planlaşdırılması layihəsi mövcud deyilsə və yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən yuxarıda qeyd olunan qaydaların müvafiq bəndlərinə əməl edilməmişsə Nəsimi RİH-ti razılaşdırmanı nəcə həyata keçirməlidir? xx.xx.2019-cü il tarixdə Dilarə Əliyeva küçəsi, 237/14 saylı evin 20 saylı mənzilində məhkəmə tərəfindən təyin olunmuş yerində aparılmış müayinə tədqiq nəticəsində müəyyən olunmuşdur ki, 237/14 saylı bina «italyanka tipli» 3 mərtəbəli bina olmuş və sakinlər öz mənzillərinə ümumi eyvan vasitəsilə daxil olublar. Hal-hazırda eyvan daş konstruksiya ilə tikilib və şüşələrlə əhatə olunaraq rekonstrtuksiya işləri aparılmışdır. İddiaçı tərəfindən ümümi istifadədə olmalı olan sahədə aparılan ozbaşına yenidənqurma nəticəsində qeyri-qanuni olaraq həmin sahələr öz mənzilinə əlavə edilərək mənzilin ümumi sahəsi DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2018 il tarixli RX seriyalı ******* nömrəli cıxarışına əsasən 65.85 kv.metr olmasına baxmayaraq faktiki olaraq 134.35 m2 olmuşdur. (Beləliklə ümumi sahədə 134.35 m2 - 65.85m2 = 68.5m2 fərq yaranmışdır). Məhkəmə qərar verərkən bu xüsusatlari nəzərə almamış və xxxxbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinin tələbləri pozulmuşdur. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İlkin məhkəmə iclasında izahat vermiş iddiaçının nümayəndəsi X8 və İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı, iddiaçının nümayəndəsi X8, cavabdeh Bakı şəhəri Cavabdeh və üçüncü şəxs Bakı Şəhər İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası xxxxbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: xxxxbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Mübahisəli mənzil ümumi sahəsi 65.85 kv.m olmaqla İddiaçı mülkiyyətindədir. (DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2018 tarixli RX seriyalı ******* № li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış). Nəsimi rayonu 70 saylı MKİS-nin xx.xx.2018-ci il tarixli plan cizgisindən görünür ki, mübahisəli mənzilin ümumi sahəsi 134.35 kv.m, yaşayış sahəsi 62,85 kv.m-dir. Bu plan cizgi əsasında xx.xx.2018-ci il tarixdə 70 saylı MKİS rəisi tərəfindən akt tərtib edilmişdir. Cavabdehi xx.xx.2019-cu il tarixli, 6/427 saylı imtina məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 237,14 saylı binada təmir-bərpa və tikinti işlərinin aparılması üçün Cavabdeh ilə “xxxx” MMC arasında hər hansı bir podrat müqaviləsi bağlanmadığını və qeyd olunan binanın balanssaxlayıcısı Cavabdeh olmadığından aidiyyəti üzrə Bakı şəhər Mənzil-Kommunal təsərrüfatı Departamentinə müraciət edilməsi tövsiyyə edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakı hüquqi əsaslara görə hesab etmişdir ki, iddia qismən təmin edilməlidir. xxxxbaycan Respublikası Mənzil Məcəlləsinin 4.0.4 və 4.0.5-ci maddələrinə əsasən dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə yaşayış sahəsi əldə edənlərin və qanuni əsaslarla onlardan istifadə edənlərin, kommunal xidmətlərin, habelə mənzil fonduna aid digər xidmətlərin istehlakçılarının hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin edir, mənzil qanunvericiliyinin yerinə yetirilməsinə, mənzil fondundan istifadəyə və onun qorunmasına, yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti təmin edir. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması üçün yaşayış sahəsinin mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi (bundan sonra bu fəsildə - ərizəçi) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin yerləşdiyi yer üzrə razılaşdırmanı həyata keçirən orqana yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına dair ərizə (24.2.1), yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlər (sənədlərin əsli və ya notariat qaydasında təsdiq olunmuş surətləri) (24.2.2), yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin müəyyən edilmiş qaydada tərtib edilərək hazırlanmış yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi (24.2.3), yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin texniki pasportu (24.2.4) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsi və ya onun yerləşdiyi bina (ev) memarlıq, tarix və mədəniyyət abidəsi olduqda, həmin yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılmasının mümkünlüyü barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi( 24.2.6) təqdim olunmalıdır. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən razılaşdırmanı həyata keçirən orqan bu Məcəllənin 24.2-ci maddəsi ilə müəyyən edilən sənədlərdən başqa digər sənədlərin təqdim edilməsini tələb edə bilməz. Ərizəçiyə sənədlərin siyahısı və razılaşdırmanı həyata keçirən orqan tərəfindən qəbuletmə tarixi göstərilməklə qəbz verilir. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən razılaşdırma və ya razılaşdırmadan imtina haqqında qərar razılaşdırmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 24.2ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 24.5-ci maddəsinə əsasən razılaşdırmanı həyata keçirən orqan razılaşdırma barədə qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 24.6-cı maddəsinə əsasən bu Məcəllənin 24.5-ci maddəsində nəzərdə tutulmuş sənəd yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılması üçün əsasdır. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtinaya bu Mələllənin 24.2-ci maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə, sənədlər müvafiq orqana deyil, digər orqana təqdim edildikdə, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi yaşayış sahəsindən təyinatı üzrə istifadəni təhlükəli və ya qeyri-mümkün edən dərəcədə yaşayış sahələri üçün qanunvericiliklə müəyyən olunmuş sanitariya və texniki norma və qaydalara uyğun olmadıqda, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozduqda (həmin qonşu və ya üçüncü şəxslərin belə yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya yazılı razılıq verdiyi hallar istisna olmaqla), yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin həyat və sağlamlığına təhlükə yaradırsa, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi binanın xarici görünüşündə dəyişiklik edilməsini nəzərdə tutduqda belə dəyişikliyin binanın xarici görünüşü, arxitektura və təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab vermədiyi hallarda yol verilir. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtina haqqında qərar bu Məcəllənin 25.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad etməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. Qəbul komissiyasının aktı razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Göründüyü kimi, yaşayış sahəsinin yenidən qurulması və planlaşdırılmasına aid olan müddəalar Mənzil Məcəlləsində öz əksini tapmışdır. İcra Hakimiyyəti isə iddiaçının yenidən qurma ilə bağlı müraciətini ətraflı şəkildə araşdırmamış, imtinanın səbəblərini tam olaraq qeyd etməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İcra Hakimiyyəti tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada araşdırılmalı və buna uyğun iddiaçının arzu etdiyi inzibati aktın qəbul edilməsi məsələsinə baxılmalıdır. xxxxbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası birinci instaniya məhkəməsinin mövgeyi ilə razılaşır. Belə ki, cavabdeh inzibati orqan qanunun tələblərinə uyğun olaraq iddiaçının müraciətinə yuxarıda qeyd olunan hüquq normalarının tələblərinə uyğun şəkildə mənzildə aparılmış yenidənqurma işlərinin yerində tətqiq etməklə baxmalı və müvafiq qərar etməli olduğu halda, qanunun bu göstərişlərinə əməl etməmiş, iddiaçıya, mənzilin yenidən qurulması və yenidən planlaşdırılması layihəsi, texniki pasportu və s. sənədlər təqdim edildikdən sonra onun müraciətinə baxıla biləcəyi barədə cavab verməklə Mənzil Məcəlləsi ilə üzərinə qoyulmuş vəzifələrin icrasından yayınaraq, iddiaçının hüquqlarını pozmuşdur Hazırki vəziyyətdə cavabdeh inzibati orqan qanunla onun üzərinə düşən hərəkətləri yerinə yetirməmiş, aparılmış yenidənqurma işlərinin Mənzil Məcəlləsinin 24-cü maddəsində nəzərdə tutulan qaydada razılaşdırılmadığına istinad edərək iddiaçının müraciətinə baxmaqdan imtina etməklə haqlı olmamışdır. Belə ki, qanunun tələbinə görə (Mənzil Məcəlləsinin 27-ci maddəsi) özbaşına aparılmış yenidənqurma işlərinə münasibətdə qanunla müəyyən edilmiş qaydada cavabdehin müvafiq qərar qəbul etmək səlahiyyəti olduğu halda, bundan əsassız olaraq imtina etmiş, eləcə də yenidənqurma işlərinin aparılmasına qabaqcadan icazə alınması icraatı üzrə nəzərdə tutulan sənədləri (mənzilin yenidən qurulması və yenidən planlaşdırılması layihəsi və s.) əsassız olaraq iddiaçıdan tələb etmişdir. “İnzibati icraat haqqında” Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. İnzibati icraat qanunvericiliyindən məlum olduğu kimi diskresion səlahiyyətlərin mövcud olduğu zaman inzibati orqan yalnız qanunun tətbiqini həyata keçirmir. Diskresion olaraq inzibati orqana qanunla icazə verilmiş çərçıvədə müəyyən hüquqi nəticələri seçmək imkanı verilir. Hazırki işdə cavabdeh inzibati orqan seçim etməmiş və belə olan halda məhkəmə prosesi çərçivəsində işi davam etdirmək mümkün deyil. Məhkəmə işin mahiyyəti üzrə qərar qəbul etmir. Bu zaman məhkəmə işin davam etdirilməsini inzibati orqana həvalə edir və hüquqi mövqeyini nəzərə alınmaqla, iş üzrə yenidən qərarın qəbul edilməsi inzibati orqanın üzərinə öhdəlik qoyur. Hazirki iş üzrə birinci instansiya məhkəməsi inzibati orqanın diskresion səhvin olubolmamasını yoxlayaraq hesab etmişdir ki, hazırkı mübahisədə məhkəmə inzibati orqanın səlahiyyətləri daxilində həll ediləsi məsələləri özü həll etməməli, inzibati orqan yuxarıda sadalanan qanun normalarında əks olunan bütün hərəkətləri etməli və bunun nəticəsinə uyğun olaraq iki qərardan birini qəbul etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin üzərinə məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyaraq haqlı olmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, qərarın ləğv edilməsi üçün əsas yoxdur, ona görə də apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. xxxxbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və xxxxbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1199/2019 saylı, xx xxxx 2019- cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə xxxxbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar