Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2110/2023 20.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı nun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-2110/2023 (Açar sözlər: “güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”) Bakı şəhəri 20 iyun 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5917/2022 saylı, 22 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 20 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – İddiaçı) ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmişdir.
2. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********5 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirmişdir ki, Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC-nin 2 dekabr 2021-ci il tarixli, 01/72 nömrəli arayışında xx.xx.1990-xx.xx.2003-cü il və xx.xx.2003-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər ərzində 2 nömrəli Tikinti İdarəsində işlədiyi qeyd olunmuşdur.
3. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri "xxxx" ASC-də çoxsaylı yoxlamalarda olmuş və müəssisənin xx.xx.1995-ci il tarixindən sonra fəaliyyətdə olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (15 il 12 gün (xx.xx.1979-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı 12 il 6 aydan az (4 il 4 ay (xx.xx.1990- xx.xx.1995ci il tarixləri arasındakı dövrlər)) təşkil edir.
4. Bundan başqa onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 41000,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23316,72 manat təşkil edir. Buna görə də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
5. İş materiallarında olan iddiaçıya məxsus ЛВ seriyalı, 020076 nömrəli diplomun, НЗ seriyalı ******* nömrəli hərbi biletin və AT-İV seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı 1979-cu ildə Azərbaycan Mühəndis İnşaat İnstitutunun çay qurğularının və su elektrik stansiyalarının hidrotexniki tikintisi ixtisasına daxil olmuş və xx.xx.1984-cü ildə həmin ixtisas üzrə tam kursu bitirdiyindən ona hidrotexnika-mühəndis ixtisası verilmişdir.
6. İddiaçı xx.xx.1984-xx.xx.1984-cü illərdə Saflaşdırma fabrikində operator işləmiş, xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra iddiaçı xx.xx.1986-xx.xx.1990-cı illərdə yenidən Saflaşdırma fabrikində işləmiş, xx.xx.1990-cı ildə “Xəzərdənizneftsosialtikinti” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsinə 5-ci dərəcəli çilingər peşəsinə qəbul edilmişdir.
7. İddiaçı xx.xx.1990-cı il tarixdə iş icraçısı vəzifəsinə, xx.xx.2003-cü il tarixdə sex rəisi vəzifəsinə keçirilmişdir. xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli, 844 nömrəli Fərmanına görə Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2003-cü il tarixli, 92 nömrəli sərəncamı ilə «Xəzərdənizneftsosialtikinti» tresti və onun struuktur bölmələrinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır.
8. İddiaçı xx.xx.2003-cü il tarixdə "xxxx" ASC 2 saylı Tikinti Quraşdırma İdarəsinə 14-cü dərəcəli sex rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2004-cü il tarixdə “Tikinti materialları və konstruksiyaları istehsalı” sahəsinin sex rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2005ci il tarixdə "xxxx" ASC-nin “Tikinti materialları və konstruksiyaları istehsalı” sahəsinin sex rəisi vəzifəsinə təyin edilmişdir.
9. İddiaçı xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra–AR ƏM) 70-ci maddəsinin “b” bəndinə əsasən müqaviləsinə xitam verilməklə işdən azad edilmişdir. İddiaçı xx.xx.2006-cı il tarixdə Nizami rayon Məşğulluq Mərkəzi tərəfindən işsizlik statusu verilərək müavinət təyin edilmiş, xx.xx.2006-cı il tarixdə müavinətin ödənişi başa çatmışdır. xx.xx.2006-cı il tarixdə 257 saylı Təmir-Tikinti İdarəsinin iş icraçısı vəzifəsinə təyin edilmiş, xx.xx.2009-cu il tarixdə ərizəsinə əsasən işdən azad edilmişdir.
10. İddaçı xx.xx.2009- cu il tarixdə "xxxx" MMC-nin iş icraçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2011-ci il tarixdə AR ƏM-in 68-ci maddəsinin 2 “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2012-ci il tarixdə "xxxx" MMM Müəssisəsinin iş icraçısı vəzifəsinə təyin olunmuş, xx.xx.2013-cü il tarixdə AR ƏM-in 68-ci maddəsinin 2 “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2013-cü il tarixdə “X3” MMC-nin təchizat şöbəsinə iş icraçısı vəzifəsinə təyin edilmiş, xx.xx.2014-cüil tarixdə AR ƏM-in 69-cu maddəsinin 3-cü bəndinə (öz xahişi ilə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2014-cü il tarixdə "xxxx" MMC-nin əsaslı tikinti sahəsində iş icraçısı vəzifəsinə təyin edilmiş, xx.xx.2015-ci il tarixdə AR ƏMin 69-cu maddəsinin 3-cü bəndinə (öz xahişi ilə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2016-cı il tarixdə "xxxx" MMC-də iş icraçısı vəzifəsinə təyin edilmiş, xx.xx.2016cı il tarixdə AR ƏM-in 68-ci maddəsinin 2 “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2016-cı il tarixdə "xxxx" MMC-yə iş icraçısı vəzifəsinə qəbul edilmiş, AR ƏM-in 69-cu maddəsinə (öz xahişi ilə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-yə gözətçi vəzifəsinə işə qəbul edilmiş, AR ƏM-in 68-ci maddəsinin 2 “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-yə Sahə rəisi vəzifəsinə işəq əbul edilmiş, xx.xx.2019-cu il tarixdə AR ƏM-in 68.2 “a” bəndinə (öz təşəbbüsü ilə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-yə Sahə rəisi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə AR ƏM-in 68.2 “a” bəndinə (öz təşəbbüsü ilə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2020-ci il tarixdə Çinar-R” MMC-yə İnşaat mühəndisi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə AR ƏM-in 68.2 “a” bəndinə (öz təşəbbüsü ilə) əsasən əmək müqaviləsinə xitam verilmişdir.
11. "xxxx" ASC-yə verilmiş sorğuya cavab olaraq birinci instansiya məhkəməsinə təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubda müəssisənin 1995-ci ildən sonra fəaliyyət göstərməsi ilə əlaqədar göstərilmişdir ki, müəssisə həmin dövrdə ARDNŞ-nin tərkibində olmuş və 2003-cü ildə Səhmdar Cəmiyyətə çevrilmişdir. Müəssisənin fəaliyyət göstərməsini təsdiq edən sənədlərin alınması üçün Vergi orqanlarına müraciət edilə bilər. Həmçinin obyektiv səbəbdən 1990-cı-2010-ci illərə aid mühasibat sənədləri saxlanılmamışdır.
12. "xxxx" ASC məhkəməyə ünavnlanmış xx.xx.2022-ci il tarixli məktubunda qeyd etmişdir ki, "Xəzərdənizneftsosialtikinti" tresti "Xəzərdənizneftqaz" İstehsalat Birliyinin və Neft və X5 Həmkarlar İttifafaqı Respublika Komitəsinin 15 yanvar 1990-cı il tarixli 12/35- 10d saylı Əmr-Qərarına əsasən yaradılmışdır. Yaradıldığı gündən bu günə kimi hüquqi şəxs kim bir gün də olsun fəaliyyətini dayandırmamışdır. “Xətai Tikinti Mexanizasiya" Açıq Səhmdar Cəmiyyəti 31 mart 2003-cü ildə “Xəzərdənizneftsosialtikinti" trestinin və onun struktur bölmələrinin bazasında yaradılmışdır. Müəssisə Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsində 5 mərtəbəli, 12 bloklu yaşayış binası, Bakı şəhəri, Zığ qəsəbəsi, Zığ yolu küçəsində 5 mərtəbəli, 10 bloklu yaşayış binası, Qaraçuxur qəsəbəsi, T.Fətəliyev küçəsində 5 mərtəbəli yaşayış binası, Bakı şəhəri, Nizamk rayonu, T.Abbasov küçəsində 5 mərtəbəli, 5 bloklu yaşayış binası, bakı şəhəri, bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində 5 mərtəbəli 4 bloklu yaşayış binası, Bakı şəhəri, Xətai rayonu, yaşayış binası, Pirşağı qəsəbəsində poliklinika və sair tikinti işlərinin həyata keçirmişdir. Həmin işləri təsdiq edən sənədlər çox böyük həcmdədir və onların təqdim edilməsi çox böyük çətinlik törədir. Müəssisə iri vergi ödəyicisi kimi bu gün də fəaliyyətini davam etdirir. Həmçinin müəssisənin xx.xx.1995-ci ildən sonra fəaliyyət göstərməsinə ARDNŞ və Vergi orqanları tərəfindən dəqiq cavab verilə bilər.
13. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə ünvanlamış sorğuya cavab olaraq təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, Mərkəzi Arxivdə “Xəzərdənizneftsosialtikinti” trestinin arxiv sənədləri saxlanılmadığından vətəndaş İddiaçı işləməsi barədə hər hansı bir sənədin təqdim olunması imkan xaricindədir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) xx.xx.2003- cü il tarixli 25 nömrəli əmrinə və Azərbaycan Respublikası Prezidentinin “ARDNŞ-nin strukturunun təkmilləşdirilməsi haqqında” xx.xx.2003-cü il tarixli 844 saylı Fərmanının icrasını təmin etmək məqsədi ilə İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2003-cü il tarixli 92 nömrəli Sərəncamına əsasən ARDNŞ-nin tabeliyində olmuş Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 18 ünvanında yerləşən “Xəzərdənizneftsosialtikinti” trestinin bazasında struktur bölmələri daxil edilməklə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. “Xəzərdənizneftsosialtikinti” trestinin arxiv sənədlərinin Mərkəzi Arxivə təhvil verilmədiyini nəzərə alıb aidiyyəti üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət edilə bilər
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona xx.xx.2018-ci il tarixdən, yəni 57 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəqiqləşdirilməsi qəbul edilmişdir.
16. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci ildə anadan olmuşdur. xx.xx.1979-cu ildən xx.xx.1984-cü ilə qədər Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda təhsil almışdır. xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilə qədər və xx.xx.1986cı ildən xx.xx.1990-cı illər arasında Rusiya Federasiyasında müxtəlif işlərdə işləmişdir. xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilə qədər hərbi xidmətdə olmuşdur. xx.xx.1990-cu ildə “Xəzərdənizneftsosialtikinti” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsinə 5-ci dərəcəli çilingər peşəsinə qəbul edilmiş, xx.xx.1990-cı il tarixdə iş icraçısı vəzifəsinə, xx.xx.2003- cü il tarixdə sex rəisi vəzifəsinə keçirilmişdir. xx.xx.2003-cü il tarixdə "xxxx" ASC-nin 2 saylı Tikinti Quraşdırma İdarəsinə 14-cü dərəcəli sex rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2004-cü il tarixdə "xxxx" ASC-nin İstehsalat sahəsinə sex rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2005-ci il tarixdə "xxxx" ASC-nin İstehsalat sahəsinə sex rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməklə işdən azad edilmişdir. xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən çox, güzəştli iş stajı 12 il, 06 ay, 03 gün təşkil edir.
17. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5917/2023 saylı, 22 dekabr 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
19. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı barədə İşdə olan İddiaçı məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1961-ci ildə anadan olmuş, onun 57 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur.
20. Cavabdeh iddiaçının işlədiyi müəssisənin 1995-ci ildən etibarən fəaliyyət göstərmədiyini bildirsə də, işdə olam məhkəmə qərarları ilə aydın olur ki, “Xəzərdənizneftsosialtikinti” tresti 2000-ci illərdə də aktiv fəaliyyət göstərmiş, müəssisə tərəfindən 2000-ci ildə Pirşağı qəsəbəsində 70 yerlik ambulatoriya tikilərək aidiyyəti qurumlara təhvil verilmişdir.
21. Belə olan halda məhkəmə cavabdehin bu dəlilini qəbul etmir və hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixə 25 il 11 ay 11 gün ümumi stajı olmaqla, o qanunvericiliklə tələb olunan ilkin şərti ödəyir
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “kod 22900000, XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsi üzrə kod 2290000b—24441 – iş icraçıları” vəzifəsi yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid edilmişdir.
23. İddiaçının xx.xx.1990-cı ildən etibarən yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən işdə işləməsi iş yerinin arayışı, həmçinin dövlət orqanında saxlanılan məlumatlarla təsdiq edilir. Həmin arayışa əsasən iddiaçının xx.xx.2006-cı il tarixə 12 il 6 aydan çox, 12 il 6 ay 3 gün güzəştli iş stajı mövcuddur.
24. Birinci instansiya məhkəməsi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə maddəsinə, 23 sentyabr 1992-ci ildə qəbul edilmiş və 6 mart 2007-ci il tarixli Qanunla qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinə istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
25. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9490 /2022 saylı, 28 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
a) Apellyasiya şikayətinin dəlilləri
26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına təqdim edilən "xxxx" ASC-nin İddiaçı dair 2 dekabr 2021-ci il tarixli 01/72 nömrəli arayışında xx.xx.1990-xx.xx.2003-cü il və xx.xx.2003-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər ərzində 2 nömrəli Tikinti İdarəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri "xxxx" ASC-də çoxsaylı yoxlamalarda olmuş və müəssisənin xx.xx.1995-ci il tarixdən sonra fəaliyyətdə olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (15 il 12 gün (xx.xx.1979-xx.xx.1984-cü il, xx.xx.1984xx.xx.1984-cü il, xx.xx.1984- 02,05.1986-cı il, xx.xx.1986-xx.xx.1990-cı il, xx.xx.1990xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı 12 il 6 aydan az (4 il 4 ay (xx.xx.1990-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə ahnmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi filiala müraciət edilən zaman qüvvədə olan qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 41000,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23316,72 manat təşkil edir. Yuxarıda göstərilən səbəblərdən, Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İş üzrə icraat materiallarına əlavə edilmiş Azərbaycan Respublikası "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 01/72 nömrəli arayışında iddiaçı A. Əliyevin xx.xx.1990xx.xx.2003-ci il tarixləri arasındakı dövr ərzində “Xəzərdənizneftsosialtikinti” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsində iş icraçısı vəzifəsində işlədiyi, həmçinin həmin vəzifənin Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Bina, qurğu və digər obyektlərin inşası, yenidən gurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin 29.b bəndinə əsasən güzəştli sayıldığı göstərilmişdir. iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçı xx.xx.1990-xx.xx.2003-cü il və xx.xx.2003-xx.xx.2006-cı il illərdə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığını, bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia etsə də, işin faktiki hallan ilə müəyyən olunur ki, iddiaçının güzəştli iş stajı kifayət gədər olmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ganunvericiliyin tələblərinə ziddir və cavabdeh tərəfindən verilmiş imtina ganunauyğun olmuşdur. Birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Buna görə də hesab edirik ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə işin faktiki halları baxımdan əsassız olduğundan “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə İddiaçı iddiası təmin olunmamalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.
c) Prosses iştirakçılarının izahatları
28. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
29. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
30. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1 - ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir.
31. 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.
32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 2.2.3-inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
34. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
36. İddianın mahiyyəti ilə bağlı isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarından çıxış edərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkədən iddiaçıya xx.xx.2018-ci il tarixdən, yəni 57 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
37. Cavabdehin imtina məktubundan və məhkəmə icraatı zamanı təqdim etdiyi yazılı etirazdan, həmçinin, apellyasiya şikayətinin dəlillərindən də göründüyü kimi, cavabdeh iddiaçının müraciəti üzrə imtina əsası kimi iki hala, yəni iddiaçının 1995-ci ildən sonra olan dövrdəki stajını qəbul etməməsi, səbəb kimi müəssisənin xx.xx.1995-ci il tarixindən sonra fəaliyyətdə olmamasına, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsinə istinad etmişdir.
38. Məhkəmə cavabdehin imtina məktubunda göstərilən əsaslara münasibət bildirməzdən əvvəl, ümumiyyətlə vətəndaşların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir.
39. Belə ki, iddiaçının cavabdehə müraciət etdiyi vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
40. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir:
41. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır
42. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.
43. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.
44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir.
45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “kod 22900000, XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsi üzrə kod 2290000b-24441-iş icraçıları” vəzifəsi yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aiddir.
46. İş materiallarından da görünür ki, İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2003-cü il tarixli 92 nömrəli Sərəncamına əsasən ARDNŞ-nin tabeliyində olmuş Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 18 ünvanında yerləşən “Xəzərdənizneftsosialtikinti” trestinin bazasında struktur bölmələri daxil edilməklə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış, müəssisənin nizamnaməsi xx.xx.2005-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qeydə alınmışdır.
47. Eyni zamanda işdə olan 1651/3-285 saylı xx.xx.2003-cü il tarixli 1 saylı Yerli İqtisad Məhkəməsinin qətnaməsindən görünür ki, “Xəzərdənizneftsosialtikinti” tresti cavabdehlər Sabunçu rayon İcra Hakimiyyətinə və Sabunçu rayonu Pirşağı qəsəbə İcra Nümayəndəliyinə qarşı iddia qaldıraraq 1990-cı ilin iyul ayında Pirşağı qəsəbə Sovetliyi ilə trestin 2 saylı TQİ arasında 70 yerlik ambulatoriyanın tikintisi haqqında müqavilə bağlandığı, obyektin tikintisinə başlandığı, obyektin 2 saylı TQİ tərəfindən 2000-ci ilin may ayında təhvil verildiyi, obyektdə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin əlavə dəyər vergisi ilə birlikdə ümumi məbləğinin xx.xx.2000-ci ildə aparılmış üzləşdirmə aktına əsasən ********** manat təşkil etdiyi bildirilməklə, həmin məbləğdə borcun cavabdehlərdən tutulması xahiş olunmuşdur.
48. Eyni zamanda işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 7k-323 saylı xx.xx.2005-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, “...həmin müqaviləyə görə inşaat işi xx.xx.1999-cu ildə başlamalı, 31 may 2000-ci ildə başa çatmalı idi. Lakin inşaat işi 2000-ci ilin may ayında başa çatdırılmış və xx.xx.2000-ci il tarixli aktla təhvil verilmişdir.” Göründüyü kimi, cavabdeh iddiaçının işlədiyi müəssisənin 1995-ci ildən etibarən fəaliyyət göstərmədiyini bildirsə də, işdə olam məhkəmə qərarları ilə aydın olur ki, “Xəzərdənizneftsosialtikinti” tresti 2000-ci illərdə də aktiv fəaliyyət göstərmiş, müəssisə tərəfindən 2000-ci ildə Pirşağı qəsəbəsində 70 yerlik ambulatoriya tikilərək aidiyyəti qurumlara təhvil verilmişdir.
49. Belə olan halda məhkəmə cavabdehin bu dəlilini qəbul etmir və hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixə 25 il 11 ay 11 gün ümumi stajı olmaqla, o qanunvericiliklə tələb olunan ilkin şərti ödəyir.
50. İddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı barədə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir.
51. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “kod 22900000, XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsi üzrə kod 2290000b—24441 – iş icraçıları” vəzifəsi yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid edilmişdir. İşdə olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, iddiaçı iş icraçısı vəzifəsində "Xəzərdənizneftsosialtikinti" trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsində xx.xx.1990-cı ildən xx.xx.2003-cü ilə qədər işləmişdir. İddiaçı xx.xx.1990-cu il “Xəzərdənizneftsosialtikinti” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsinə 5-ci dərəcəli çilingər peşəsinə qəbul edilmişdir. xx.xx.1990-cı il tarixdə iş icraçısı vəzifəsinə, xx.xx.2003-cü il tarixdə sex rəisi vəzifəsinə keçirilmişdir. xx.xx.2003-cü il tarixdə "xxxx" ASC-nin 2 saylı Tikinti Quraşdırma İdarəsinə 14-cü dərəcəli sex rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2004cü il tarixdə "xxxx" ASC-nin İstehsalat sahəsinə sex rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2005-ci il tarixdə "xxxx" ASC-nin İstehsalat sahəsinə sex rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən müqaviləsinə xitam verilməklə işdən azad edilmişdir. Ümumi iş stajı 15 il, 09 ay,13 gün, güzəştli iş stajı 12 il, 06 ay, 03 gün təşkil edir. İşlədiyi iş icraçısı (vəzifələri) peşələri güzəştli pensiya hüququna əsas olan xüsusiyyətiləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 2 nömrəli əlavəsindəki "Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" (kod ********) bölməsinin XXVİİ bəndinin B) yarınməndində göstərilən (rəhbərlər və mütəxəssislər) (kod 2290000b—24441) müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. İşdə olan "xxxx" ASC-nin 01/06 nömrəli, xx.xx.2022-ci il və 01/71 nömrəli, xx.xx.2022-ci il tarixli məktublarından görünür ki, müəssisənin əsas fəaliyyət növü tikinti və tikinti-quraşdırma fəaliyyətidir. İş icraçısının vəzifə borcu sahənin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik edir. Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, eləcədə tikinti-quraşdırma və buraxılışsazlama işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin edir. Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, texnoloji xəritələr, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil edir. Sahədə tikinti-quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasını təmin edir.
52. Həmçinin işdə olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı’’na uyğun olaraq keçmiş İqtisad İnkişaf Nazirliyinin Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi departamentinin xx.xx.2003-cü il tarixli, 92 nömrəli sərəncamı ilə Dövlət Neft Şirkətinin "Xəzərdənizneftsosialtikinti" trestinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2004-cü il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirmə planında (emissiya prospektində) əsas iş yeri "Xəzərdənizneftsosialtikinti" trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsi olan işçilərin siyahısında İddiaçı 1990-cı ildən iş icraçısı vəzifəsində işlədiyi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının xx.xx.1990-cı ildən etibarən yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən işdə işləməsi iş yerinin arayışı, həmçinin dövlət orqanında saxlanılan məlumatlarla təsdiq edilir.
53. Həmin arayışa əsasən iddiaçının xx.xx.2006-cı il tarixə 12 il 6 aydan çox, 12 il 6 ay 3 gün güzəştli iş stajı mövcuddur.
54. Cavabdeh bu halı iddiaçının işlədiyi müəssisənin 1995-ci ildən etibarən fəaliyyət göstərmədiyinə istinad edərək qəbul etməmiş, iddiaçının cəmi 4 il 4 ay (xx.xx.1990xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər) güzəştli iş stajının olmasını qəbul etmişdir, hansı ki, bu hallara yuxarıda məhkəmə tərəfindən artıq qiymət verilmişdir
55. Buna görə də, məhkəmə Kollegiyası işin sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixə 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi iş stajı mövcuddur.
56. ƏPQ-nin 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər.
57. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir.
58. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir (iddiaçı cavabdehə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir).
59. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin dəlilləri mötəbər sübutlarla təkzib olunmuşdur.
60. Qeyd olunanlara əsasən məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddia təmin edilməlidir.
61. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5917/2022 saylı, 22 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5917/2022 saylı, 22 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.