Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2110/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin iddiaçı barəsində qəbul etdiyi 18 iyul 2024-cü il tarixli, **********386600 saylı, 30 avqust 2024-cü il tarixli, 3-21-2-3/2-99482/2024 saylı, 25 sentyabr 2024-cü il tarixli, 3-21-2-3/2-155853/2024 saylı, 30 sentyabr 2024-cü il tarixli, 3-21-2-3/2-161207/2024 saylı "Vergilərin, sosial sığorta va işsizlik sığortası haqlarının hesablanması barədə" qərarlarının ləğv edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-2099/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2024 Mart ƏDV üzrə 20 may 2024-cü il tarixli, **********776100 nömrəli və 2024 May ƏDV üzrə 18 iyul 2024-cü il tarixli, **********386600 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 2024 Mart ƏDV üzrə 30 avqust 2024-cü il tarixli 3-21-2-3/2- 99482/2024 nömrəli və 2024 May ƏDV üzrə 18 iyul 2024-cü il tarixli **********386600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarların ləğv edilməsini xahiş etmiş, 2-1(112)-11945/2024 saylı inzibati iş üzrə ərizə icraata qəbul edilmiş hesab edilmişdir. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq iddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2023-cü il mənfəət vergisi üzrə 30 sentyabr 2024-cü il tarixli, 3-21-2-3/2-161207/2024 nömrəli və 2024-cü il avqust ayı ƏDV üzrə 25 sentyabr 2024-cü il tarixli, 3-21-2-3/2-155853/2024 nömrəli qərarların ləğv edilməsini xahiş etmiş, e-2-1(112)-14262/2024 saylı inzibati iş üzrə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-1(112)-14262/2024 saylı inzibati iş üzrə xx.xx.2024cü il tarixli qərardadı ilə iddiaçının vəsatəti əsasında Bakı İnzibati Məhkəməsinin icraatında olan e-2-1(112)-14262/2024 saylı inzibati iş həmin məhkəmənin icraatında olan 2-1(112)- 11945/2024 saylı inzibati işə birləşdirmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin mübahisələndirilən qərarları ilə iddiaçıya əlavə vergi məbləğləri hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarlarla kameral olaraq hesablanmış vergilərin əsası mövcud deyildir. Belə ki, vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat nəticəsində bütün növ əvəzləşmələr üzrə ƏDV məbləği nəzərə alınaraq büdcəyə bərpa edlməsi üçün əlavə vergi məbləğlərinin hesablanması qeyd edilmişdir. Halbuki, vergi orqanı tərəfindən qeyd edilən qaimələr üzrə iddiaçı əvəzləşmələri qanunauyğun yerinə yetirmişdir. İddiaçı qarşı tərəfə qaimələri göndərmiş və ya digər tərəfdən qaimələr almışdır. Həmçinin, qeyd edilən qaimələr üzrə vergi ödəyicilərindən faktiki olaraq mallar alınmış və həmin malların hazırda müqavilələri və təhvil-təslim aktları mövcuddur. Eyni zamanda, vergi orqanı tərəfindən iddiaçıya uyğunsuzluq məktubu təqdim edildikdən sonra həmin qaimələr üzrə fəaliyyət göstərilən müəssisələr iddiaçıya məlum olmuşdur. Həmin müəssisələrlə fəaliyyət göstərilən dövr ərzində müəssisələr riskli vergi ödəyicisi hesab edilmirdilər. Vergi orqanı tərəfindən əmtəəsiz olaraq qeyd edilmiş qaimələr üzrə müəssisələrdən "xxxx" MMC xx.xx.2024-cü ildən, "xxxx" MMC xx.xx.2024-cü ildən, "xxxx" xx.xx.2024-cü ildən riskli vergi ödəyicisi hesab edilmişdir. Cavabdehin qeyd etdiyi qaimələrin hər biri xx.xx.2024-cü il tarixədək tərtib edilmişdir. Həmin tarixə qədər Azərbaycan Respublikası Vergi Məcəlləsində dəyişiklik edilməzdən əvvəl riskli əməliyyatların qarşısının alınması üçün hər hansı tədbirlər nəzərdə tutulmamışdır. Yalnız Vergi Məcəlləsinə xx.xx.2024-cü il tarixli dəyişikliklərdən sonra alqı-satqı zamanı mal-material alan fiziki və ya hüquqi şəxslərin malları aldığı şəxslərdən həmin malların alış sənədini tələb etmək vəzifəsi qeyd edilmişdir. Əməliyyatlar apardığı zaman iddiaçının malların alış sənədi barədə məlumat almaq öhdəliyi olmamışdır. Faktiki həmin qaimələr üzrə qeyd edilən mallar iddiaçı tərəfindən alınmış və bu barədə tərəflər arasında alqı-satqı müqavilələri və təhvil-təslim aktları tərtib edilmişdir. Həmin alınmış malların bir hissəsi digər hüquqi şəxslərə satılmışdır. İddiaçı göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən 2023-cü il üçün təqdim edilmiş bəyannamə araşdırılarkən əvəzləşmə üçün təqdim edilmiş elektron qaimə fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas verməmişdir. Qeyd olunan uyğunsuzluqla əlaqədar, vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli, **********517300 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, lakin iddiaçı “Flame TT" MMC tərəfindən uyğunsuzluq aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamənin və ya təsdiqedici sənədlərlə birgə izahat məktubunun təqdim edilməməsi səbəbindən, hesablama aparılmışdır. Həmçinin, "xxxx" MMC-nin (VOEN: **********) qarışılıqlı əməliyyat apardığı vergi ödəyicisi "Tamos İnşaat” MMC (VÖEN: **********), “Axundovlar 2023 Company" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), “Resalon TN" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2-ci yarımbəndinə əsasən riskli vergi ödəyiciləri hesab olunurlar. Qeyd olunan əməliyyatın əmtəəsiz olmasını sübut etmək üçün təqdim edilmiş riskli elektron qaimə fakturalarda riskin başlanma tarixi qeyd olunmuşdur. Həmin qrafadan görünür ki, risk vergi ödəyiciləri arasında əməliyyatın baş tutduğu tarixdən başlanmış və vergi orqanının araşdırması nəticəsində əməliyyatın əmtəəsiz olması və həmin əməliyyatların rəsmiləşdirildiyi sənədlərin xərc sənədi kimi nəzərə almaması təsdiq edilmişdir. Qanunvericilikdə əmtəəsiz əməliyyat dedikdə vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar nəzərdə tutulur. Yəni təkcə operativ vergi nəzarəti deyil, həm də səyyar və kameral vergi yoxlaması nəzərdə tutulur. Hazırki iş üzrə kameral vergi yoxlaması keçirilən zaman əməliyyatın əmtəəsiz olması müəyyən edilmişdir. Səyyar vergi yoxlaması ilə müqayisədə kameral vergi yoxlamasının keçirilməsi zamanı vergi orqanının əlavə inzibati araşdırma aparmaq, sübutlar toplamaq imkanları məhduddur. Odur ki, vergi orqanı tərəfindən həmin yoxlama növlərinin həyata keçirilməsi imkanları və araşdırmanın həcmi həmin imkanlara uyğun şəkildə və vergi ödəyicisinin yoxlama zamanı təqdim etdiyi sənədlərin yetərliliyinə vergi orqanı tərəfindən həmin qısa müddətdə dəyərləndirməsinin qanuniliyi və bu zaman vergi ödəyicisinin davranışları nəzərdən keçirilməlidir. Bununla əlaqədar, vergi orqanı tərəfindən vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli, **********226500 nömrəli və xx.xx.2024cü il tarixli, **********042200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etməmişdir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Riskli vergi ödəyicisi hesab olunma ilə bağlı vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar predmetli inzibati iş vergi orqanının xeyrinə yekunlaşmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-2099/2025 saylı qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 18 iyul 2024-cü il tarixli, **********386600 nömrəli, 30 avqust 2024-cü il tarixli, 3-21-2-3/2- 99482/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli, 3-21-2-3/2-155853/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli, 3-21-2-3/2-161207/2024 nömrəli, "Vergilərin, sosial sığorta va işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarlarının ləğv edilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)- 2099/2025 saylı qərarı mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçınə 2023-cü il mənfəət vergisi bəyannaməsi və 2024-cü ilin avqust ayı ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə hesablanmış vergilərin tərkibi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində araşdırılmışdır. Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Məcəllənin 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatlarının rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Əmtəəsiz əməliyyatlar çərçivəsində 2023-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 159328.52 manat vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023-cü il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Eyni zamanda, ödəyicisi tərəfindən hesablama metodu üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 200-cü (Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir) sətrində 343287.10 manat + 201-ci (Amortizasya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir) sətrində 0.00 manat + 202-ci (Amortizasya olunmayan aktivlərin təqdim edilməsindən gəlir) sətrində 0.00 manat + 203-cü (Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətrində 0.00 manat + 206-cı (Əvəzsiz əsasla təqdim edilmiş aktivlərin dəyəri) 0.00 manat + 217-ci (digər gəlirlər – o cümlədən mənfəət vergisindən azad edilən gəlirlər) sətrində 0.00 manat, cəmi 343287.10 manat məbləğ, təqvim ili üzrə təqdim edilən ƏDV bəyannamələrinin 305-ci (Əməliyyatlar üzrə cəmi) sətirlərinin "Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)" sütunlarındakı (dəqiqləşdirilən dövriyyələr nəzərə alınmaqla) 361254.60 manat – həmin bəyannamələrin 3 № əlavələrinin 301.1.4-cü (ƏDV üzrə qeydiyyatı ləğv edilmə tarixinə olan mal qalığının məbləği) sətrində 0.00 manat - təqvim ili üzrə təqdim edilən Aksiz bəyannamələrinin 409-cu sətrində (Cəmi hesablanmış aksiz) 0.00 manat məbləğin fərqindən kiçik olduğuna görə uyğunsuzluq yaranmışdır. Qeyd olunanlarla əlaqədar, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023-cü il mənfəət vergisi bəyannaməsində yaranmış kənarlaşmalar barədə xx.xx.2024-cü il tarixli **********517300 nömrəli və xx.xx.2024-cü il tarixli **********140100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktublarında qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından ƏDV və mənfəət bəyannamələri arasında fərq dövriyyəyə cəlb edilmiş, riskli qaimələr xərcdən silinərək nəticədə 35459.21 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********499200 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən, vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən e-qaimə fakturaların əlavə edilmiş siyahıda göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ e-qaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla, 3024.99 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2024-cü ilin avqusta ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində yaranmış kənarlaşmalar barədə xx.xx.2024-cü il tarixli **********580200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktublarında qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından riskli qaimələr xərcdən silinərək nəticədə 3024.99 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********944100 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə3 izahatında məhkəməyə bildirdi ki, apellyasiya şikayətinin əsasını iddiaçıya münasibətdə 2024-cü ilin mart, may və avqust ayları üzrə vergi orqanı tərəfindən hesablanılmış ƏDV əsasən vergi orqanı tərəfindən qəbul edilmiş qərarlar, həmçinin 2023-cü ildə mənfəət vergisi üzrə qəbul edilmiş qərar təşkil edir. Hazırda mübahisələndirilən qərarlar İddiaçı digər vergi ödəyicisi ilə həyata keçirdiyi əməliyyatla bağlı olmuşdur. Belə ki, İddiaçı sözügedən vergi ödəyiciləri ilə 2023-cü ildə əməliyyatlar həyata keçirilmişdir. Aparılmış əməliyyatlar iqtisadi göstəricilərə uyğun olmadığı üçün 2024-cü ildə isə həmin vergi ödəyiciləri riskli vergi ödəyiciləri kimi siyahıya alınmışdır. Bu səbəbdən də əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş qaimə fakturalar üzrə xərc sənədləri nəzərə alınmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 izahatında məhkəməyə bildirdi ki, İddiaçı ilə digər beş vergi ödəyicisi arasında 2023-cü ildə əməliyyatlar aparılmışdır. Həmin vergi ödəyiciləri 2024-cü ildə riskli vergi ödəyicisi hesab edilmişdir. 2023-cü ildə İddiaçı tərəfindən sözügedən hüquqi şəxslərin gələcəkdə risli vergi ödəyicisi hesab ediləcəyi məlum ola biməzdi. 01 yanvar 2024-cü il tarixində Vergi Məcəlləsinə dəyişiklik edilmişdir. Qanunvericiliyə edilən dəyişikliyə əsasən də İddiaçı tərəfindən malların alındığı hüquqi şəxslərdən alış sənədlərini tələb edilməlidir. Bakı İnzibati Məhkəməsində aparılan məhkəmə icraatının gedişatında məhkəmə tərəfindən müəssisələrin aparmış olduğu əməliyyatların hansı səbəbdən əmtəəsiz hesab edilməsi ilə bağlı təsdiqedici sənədlərin təqdim olunması üçün cavabdeh inzibati orqana şərait yaradılmışdır. Cavabdeh inzibati orqan tərəfindən göstərilən halla bağlı hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Lakin İddiaçı tərəfindən məhkəmənin tələb etdiyi təhvil-təslim aktları, müqavilələr, elektron qaimələr təqdim edildişdir. Həmin sənədlərlə İddiaçı tərəfindən malların alış-satışı təsdiq edilir. Lakin daha əvvəldən riskli hesab edilən vergi ödəyicilərindən alqı-satqı sənədlərinə ehtiyac olmadığına görə həmin sənədlər tələb edilməmişdir. Bakı İnzibati Məhkəməsində aparılan məhkəmə icraatının gedişatında “transformator”un satılıb-satılmaması sualı qoyulmuşdur. Həmin malın da satılması faktını təsdiq edən elektron qaimə məhkəməyə təqdim olunmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 25 sentyabr 2024-cü il tarixli, 3-21-2-3/2-155853/2024 saylı qərarına əsasən 2024-cü il avqust ayı ƏDV üzrə iddiaçıya 3024,99 manat əlavə vergi hesablanmışdır, hesablanmanın əsası kimi **********518700 nömrəli uyğunsuzluq məktubu göstərilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2023-cü il mənfəət vergisi üzrə 30 sentyabr 2024-cü il tarixli, 3-21-2-3/2-161207/2024 saylı qərarına əsasən, iddiaçıya kameral vergi yoxlaması nəticəsində 35459,21 manat əlavə vergi hesablanmışdır, hesablanmanın əsası kimi əmtəəsiz əməliyyatlar çərçivəsində 2023-cü il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 159328,52 manat iddiaçının təqdim etdiyi 2023-cü ilin mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşmanın yaranması göstərilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2024 Mart ƏDV üzrə 30 avqust 2024-cü il tarixli, 3-21-2- 3/2-99482/2024 nömrəli qərarına əsasən iddiaçıya 9578,27 manat əlavə vergi hesablanmışdır, hesablanmanın əsası kimi vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən qaimə fakturaların əlavə edilmiş siyahıda göstərilən dövrlər üzrə ƏDV bəyyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“Əvəzləşdirilmiş əməliyyatların azaldırmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətirində bu növ e-qaimə fakturalar üzrə əvəzləşdirilməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla, 15338,27 manat ƏDV məbləğinin büdcəyə bərpa edilməməsinin müəyyən edilməsi göstərilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2024 May ƏDV üzrə 18 iyul 2024-cü il tarixli, **********386600 nömrəli Qərarına əsasən iddiaçıya 10315,87 manat əlavə vergi hesablanmışdır, hesablanmanın əsası kimi vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən e-qaimə fakturaların əlavə edilmiş siyahıda göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“Əvəzləşdirilmiş əməliyyatların azaldırmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ e-qaimə fakturalar üzrə əvəzləşdirilməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla, 10315,87 manat ƏDV məbləğinin büdcəyə bərpa edilməməsinin müəyyən edilməsi göstərilmişdir. - “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” cavabdehin xx.xx.2024-cü il tarixli,xx.xx.2024-cü il tarixli,xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli məktublarına əsasən, cavabdeh İddiaçı MMC-dən 2024-cü il mart dövrü üçün dəqiqləşdirilmiş ƏDV bəyannaməsinin təsdim edilməsini tələb etmişdir, bunun səbəbi kimi vergi orqanı tərəfindən iddiaçının ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim etdiyi elektron qaimə fakturalar üzrə aparılan əməliyyatların riskli hesab olunması, bu səbəbdən də əvəzləşdirilməyə əsas verməməsi, qeyd edilən riskli hesab edilmiş elektron qaimə fakturalar əsasında aparılan əvəzləşdirmələrin kənarlaşma yaranmasına səbəb olması göstərilmişdir. - İş materiallarına iddiaçı ilə "xxxx" MMC, ”Resalon TN” MMC, "xxxx" MMC, ”Green Steel” MMC, "xxxx" MMC arasında 2023-cü il ərzində bağlanmış alqı-satqı müqavilələri, 2023-cü ilə təsadüf edən hesab fakturalar, qiymətlərin razılaşdırılması protokolları, cavabdehin riskli hesab etdiyi e-qaimə fakturalar haqqında məlumatlar, təhvil-təslim aktları əlavə edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinin xx.xx.2024-сü il tarixə qədər qüvvədə olan redaksiyasına görə, riskli vergi ödəyicisi –riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Vergi Məcəlləsinin 175.1-ci maddəsinin xx.xx.2024-cü ilə qədər qüvvədə olan redaksiyasında göstərilir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir:: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt. Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə müvafiq olaraq, vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Vergi Məcəlləsinin 175.11-ci maddəsinin xx.xx.2024-cü il tarixinə qədər qüvvədə olan redaksiyasına əsasən, əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 saylı qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri”nın 1.3-cü bəndinin xx.xx.2024-cü il tarixə qədər qüvvədə olmuş redaksiyasına əsasən, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir, xx.xx.2024-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qəbul edilmiş qərarlar həmin qərarların qəbul edildiyi gün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra - Dövlət Vergi Xidməti) rəsmi internet saytında yerləşdirilir. Həmin Qayda və Şərtlərin 1.4-cü bəndinin xx.xx.2024-cü ilə qədər olan redaksiyasına müvafiq olaraq, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur; xx.xx.2024-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən isə Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi və (və ya) əlavə dəyər vergisinin depozit hesabı vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. İş materiallarında olan sənədlərdən göründüyü kimi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi İddiaçı MMC tərəfindən 2023-cü il üçün təqdim edilmiş bəyannamələri araşdırarkən əvəzləşmə üçün təqdim edilmiş elektron qaimə fakturalar üzrə aparılan əməliyyatları riskli və əvəzləşdirməyə əsas verməyən hesab edərək, habelə "xxxx" MMCnin (VOEN: **********) qarışılıqlı əməliyyat apardığı vergi ödəyiciləri "Tamos İnşaat” MMCnin (VÖEN: **********), “Axundovlar 2023 Company" MMC-nin (VÖEN: **********), "xxxx" MMC-nin (VÖEN: **********), “Resalon TN" MMCnin (VÖEN: **********), "xxxx" MMC-nin (VÖEN: ********** riskli vergi ödəyici olduğunu bildirərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 25 sentyabr 2024-cü il tarixli, 3-21-2- 3/2-155853/2024 saylı qərarı ilə iddiaçıya 2024-cü ilin avqust ayı ƏDV üzrə 3024,99 manat, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 30 sentyabr 2024-cü il tarixli, 3-21-2-3/2-161207/2024 saylı qərarı ilə iddiaçıya 2023-cü il mənfəət vergisi üzrə 35459,21 manat, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 30 avqust 2024-cü il tarixli, 3-21-2-3/2-99482/2024 saylı qərarı ilə iddiaçıya 2024 Mart ƏDV üzrə 9578,27 manat, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 18 iyul 2024-cü il tarixli, **********386600 saylı Qərarı ilə iddiaçıya 2024 May ƏDV üzrə 10315,87 manat əlavə vergi hesablanmışdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilən etirazdan müəyyən olunur ki, hazırda mübahisələndirilən qərarlar iddiaçı "xxxx" MMCnin (VOEN: **********) qarışılıqlı əməliyyat apardığı vergi ödəyiciləri "Tamos İnşaat” MMC (VÖEN: **********), “Axundovlar 2023 Company" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), “Resalon TN" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********) ilə 2023-cü ildə həyata keçirilmiş əməliyyatlar ilə bağlıdır, belə ki, həmin cəmiyyətlər cavabdeh tərəfindən riskli vergi ödəyicisi hesab edilmişlər, habelə həmin cəmiyyətlərlə aparılmış əməliyyatlara dair elektron qaimələr də cavabdeh tərəfindən riskli, əmtəəsiz əməliyyatlara aid edilərək əvəzləşmə üçün əsas hesab edilməmişlər. Göründüyü kimi, iddiaçı "xxxx" MMC-nin (VOEN: **********) qarışılıqlı əməliyyat apardığı vergi ödəyicisi "Tamos İnşaat” MMC (VÖEN: **********), “Axundovlar 2023 Company" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), “Resalon TN" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN **********) 2023-cü ildə riskli vergi ödəyicisi olmamışlar. Belə ki, "xxxx" MMC xx.xx.2024-cü ildən, "xxxx" MMC xx.xx.2024-cü ildən, "xxxx" xx.xx.2024-cü ildən, "Tamos İnşaat” MMC xx.xx.2024-cü ildən, "xxxx" MMC isə xx.xx.2024-cü ildən riskli vergi ödəyicisi hesab edilmişlər. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi etirazında qeyd olunan əməliyyatın əmtəəsiz olmasını sübut etmək üçün riskli elektron qaimə fakturalarda riskin başlanma tarixinin qeyd olunduğunu göstərsə də, konkret olaraq riskin başlanması tarixlərini təsdiq edə biləcək hər hansı bir dəlil və ya sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh iddiaçının apardığı əməliyyatların əmtəəsiz olmasını göstərsə də iddiaçının məhkəməyə təqdim etdiyi hesab fakturalarda, qiymətlərin razılaşdırılması protokollarında, alqı-satqı predmeti olmuş məhsulların adları, miqdarı konkret göstərilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının alqı-satqı müqaviləsi əsasında "Tamos İnşaat” MMC-dən (VÖEN: **********), “Axundovlar 2023 Company" MMC-dən (VÖEN: **********), "xxxx" MMC-dən (VÖEN: **********), “Resalon TN" MMCdən (VÖEN: **********), "xxxx" MMC-dən (VÖEN: **********) aldığı məhsulların bir qismi alqı-satqı müqaviləsi əsasında "xxxx" MMC-yə satılmışdır ki, bu barədə hesab fakturalar tərtib edilmişdir və həmin hesab fakturalardakı məhsulların adı və miqdarı cavabdehin riskli hesab etdiyi əməliyyatlar əsasında iddiaçının satın aldığı məhsullara uyğundur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı mübahisə üzrə tərtib etdiyi sənədlərin (elektron qaimə fakturalar) riskli əməliyyatlar zamanı rəsmiləşdirilməsi sübuta yetirilmədiyi və həmin sənədlər riskli vergi ödəyiciləri ilə rəsmiləşdirilmədiyindən Vergi Məcəlləsinin 175.11-ci maddəsinin təsiri altına düşmür və iddiaçı cavabdehin nəzərə almadığı elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 1(112)-2099/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-2099/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-2110/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2110/2025
04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver