Məhkəmə qərarları › İş №2-1(103)-2111/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2111/2021

02.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2111/2021 02.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X24 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1, üçüncü şəxs Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə Müslim qızının iştirakı ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qаrşı (üçüncü şəxslər X6 və Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti) “torpağa mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1(112)-1071/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 02 dekabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpağa mülkiyyət hüququnun qeydə alınması və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 04.05.2020-ci il tarixli **********56 saylı torpağa mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsinə dair məktubunun əsassız hesab edilməsi, ünvan 1 ünvandakı (keçmiş Muxtadır küçəsi) mülkün - 450 kv. metrlik torpaq sahəsinin 2/3 hissəsinə mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ünvan 2 ünvanındakı mülkün (keçmiş Muxtadır) 450 kv. metr torpaq sahəsinə X11, X13, X12, X27 və X8 mülkiyyət hüquqlarının qeydə alınmasının DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbində göstərilmişdir ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin (keçmiş Muxtadır) 2\3 hissəsi onun mülkiyyətinə vərəsəlik hüququ ilə keçmişdir. Mülk 1931-ci ilə kimi yaxın qohumlarının şəxsi mülkü olmuş, həmin il qanunsuz olaraq dövlət hesabına keçirilmişdir. Belə ki, Yasamal Rayon Məhkəməsinin 21 dekabr 2010-cu il tarixli, 2(004)-4889/10 saylı qətnaməsi ilə, S.Rüstəmov küçəsi (34-36) 34\36 saylı mülkün (keçmiş Muxtadır) 1931-ci ildə dövlət balansına keçirilməsinə dair aktı etibarsız hesab etmiş və mülkün hüquqi vəziyyəti ilkin qeydiyyatdan keçən tarixə qaytarılmışdır. Əvvəlki məhkəmə araşdırmaları zamanı əldə edilmiş sənədlərlə təsdiq olunur ki, sözügedən mülk 450 kv. metrlik torpaq sahəsi və 335 kv. metrlik tikilidən ibarət olmuşdur. ünvan 3 saylı fərdi yaşayış mülkünün 450 kv. metr torpaq sahəsində olması Bakı şəhər Ərazi İdarəsinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə 14 iyul 2017-ci il tarixli, **********85 saylı məktubla ünvanladığı sözügedən əmlakın qeydiyyatı aparılmış 166 reyestr nömrəli kitabının 6827 saylı vərəqinin surəti ilə də təsdiq olunur. Mövcud olan plan ölçü ilə də təsdiq olunur ki, sözügedən mülk bir yox 8 yaşayış otaqdan və 10 qeyri-yaşayış sahəsindən (cəmi 18) ibarət olmuşdur. Uzun illər çəkişməsindən və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarından sonra 04 iyul 2019-cu il tarixdə mülkün 2\3 hissəsinə onların hüquqları tanınaraq, cavabdeh tərəfindən qeydə alınmaqla ona 24033 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş olduğu RX seriyalı ******* saylı Çıxarışa əsasən ünvan 4 ünvanda yerləşən 34\36 saylı evin 1\3 hissəsi isə bacısı X2 xüsusi mülkiyyətindədir. Yasamal rayonu, S.Rüstəmov küçəsi 34\36 saylı fərdi yaşayış mülkünün 2\3 hissəsinə mülkiyyət hüququ tanınsa da qanuni istifadədə olan mülkün altındakı 450 kv. metr torpaq sahəsinin 2\3 hissəsinə isə mülkiyyət hüququ qeydə alınmamışdır. Bunun aradan qaldırılması üçün cavabdehə müraciət etmiş, cavabdehin ona ünvanladığı 04 may 2020-ci il tarixli **********56 saylı məktubda hüquqlarının qeydiyyatından imtina edilməsi öz əksini tapmışdır. İmtina onunla əsaslandırılmışdır ki, hüququn dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər toplusu təqdim edilməmişdir. Daha sonra izah edilmişdir ki, bələdiyyə qərarı, İH-nin sərəncamı və sair tələb olunur. Hesab edir ki, cavabdehin imtinası tamamilə əsassızdır. Belə ki, onun mülkiyyət hüququ heç də bələdiyyə və ya İH-nin sərəncamı ilə yox məhkəmə qətnaməsi və Ali Məhkəmə qərarı ilə qeydə alınıb. Bu qətnamə və qərar cavabdehdə olsa da ərizəsinə əlavə edib göndərmişdir. İşin vəziyyətinə görə təkzibolunmaz sənəd məhkəmələrin müvafiq aktlarıdır. Bu mülkün tarixi Sovet dövrü və hətta ondan əvvəlki dövrə gedib çıxır. Heç bir sənəddə torpağın zəbt edilməsi fikrinə rast gəlinmir. Əks halda torpağı qanunsuz tutmaqla tikilən mülkə məhkəmə mülkiyyət hüququnu tanımazdı. Yuxarıda göstərildiyi kimi cavabdehin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə 14 iyul 2017-ci il tarixli, **********85 saylı məktubla ünvanladığı sözügedən əmlakın qeydiyyatı aparılmış 166 reyestr nömrəli kitabının 6827 saylı vərəqinin surəti ilə də təsdiq olunur ki, Yasamal rayonu, S.Rüstəmov küçəsi 34\36 saylı fərdi yaşayış mülkünün 450 kv.metr torpaq sahəsi var. Nə qədər ki, mülk müsadirə edildiyi 1931-ci il tarixli vəziyyətinə qaytarılıb deməli mülk və altındakı torpaq qanuni yolla alınıb. Bakı İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1(112)-1071/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 09 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsinin 11-ci maddəsinə əsasən bu Məcəllə qüvvəyə minənədək vətəndaşların qanuni istifadəsində olmuş həyətyanı sahə, fərdi mənzil, fərdi bağ və fərdi qaraj tikintisi üçün torpaq sahələri onların xüsusi mülkiyyətlərinə keçirilmişdir. Göründüyü kimi, iddiaçı mülkiyyət hüququnu həmin normaya əsasən əldə etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə Müslim qızı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə digər üçüncü şəxs X6 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxs X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1(112)- 1071/2021 saylı qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4889/10 saylı iş üzrə çıxartdığı 21 dekabr 2010-cu il tarixli qətnaməsindən görünür ki, X18 01 yanvar 1935-ci il tarixdə ölümünün qeyd edilmə faktı və X14 isə 01 yanvar 1953-cü il tarixdə ölümünün qeyd edilmə faktı müəyyən edilərək, ünvan 8 mülkün 01.07.1931-ci il tarixdə dövlət balansına keçməsinə dair aktın etibarsız hesab edilməsi və həmin mülkün əvvəlki vəziyyətinə, yəni ilk dəfə tarixsiz olaraq X13, X11, X12, X27 və X10 adlarına ilkin hüquqi qeydiyyatdan keçdiyi vəziyyətə qayıtması və bu barədə müvafiq qeydiyyatın aparılması vəzifəsinin DƏDRX Bakı Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı 0354056, 0354057, 0354058, 0354059, ******* №li çıxarışların (5 çıxarış) notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi müvafiq olaraq X4, X9, X20, X10 və X5 adlarına xüsusi mülkiyyət kimi 31.03.2014-cü il tarixdə Daşınmaz Əmlakın dövlət reyestrində 259 №-li reyestr kitabında 24033 №-li vərəqində qeydiyyata alınmışdır. Qeyd olunan çıxarışlardan göründüyü kimi, qeydiyyata alınmış daşınmaz əmlakın altındakı torpaq dövlət mülkiyyəti olmaqla, mülkiyyətçilərin istifadə hüququ üzrə qeydə alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2445/15 №li 10 iyun 2015-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 26 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə (iş № 2(004)-7787/14 saylı mülki iş) İddiaçı mirası qəbul etmə faktının tanınması tələbinə dair ərizəsi təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, Muxtadır (Səid Rüstəmov) küçəsi 34/36 saylı evin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Həmin qətnamə ilə eyni zamanda X2 İddiaçı və İbrahimov Fazil Məmmədəli oğluna qarşı miras əmlakının qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 fevral 2015-ci il tarixli qətnaməsi ilə (2(103)-28/2015 saylı mülki iş) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hazırki iş üzrə olan 26 sentyabr 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı və X2 iddia tələbləri qismən təmin edilmiş, Bakı şəhəri Muxtadır (Səid Rüstəmov) küçəsi 34/36 saylı evə onların mirası qəbul etmələri faktı müəyyən edilmiş və miras əmlakın 2/3 hissəsinə İddiaçı, 1/3 hissəsinə isə X2 pay hüquqları müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qeyd olunan qərarı ilə İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İbrahimov Fazil Məmmədəli oğlunun kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırki iş üzrə 03 fevral 2015-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmənin müvafiq (ünvan 6 ünvanına dair çıxarışın verilməsinə əsas olan, həmçinin evin yerləşdiyi torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərin surətinin verilməsi ilə bağlı) sorğusuna cavab olaraq, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********01 №li 18.12.2020-ci il tarixli məktubla ünvan 6 ünvanına dair çıxarışın verilməsinə əsas olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-28/2015 nömrəli 03.02.2015-ci il tarixli qətnaməsi məhkəməyə təqdim olunmuş və sözegedən evin yerləşdiyi torpaq sahəsinə dair məlumatın (sənəd) İdarənin arxivində aşkar edilmədiyi bildirilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi 43 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən 02/40 №li 02.12.2020-ci il tarixli məktubla məhkəməyə təqdim olunmuş S.Rüstəmov küçəsi, 34-36 (34/36) ünvanının texniki pasportlarından (2 texniki pasport) müəyyən olunur ki, qeyd olunan ünvanda yerləşən 1 (bir) mərtəbəli tikilinin ümumi sahəsi, “A” literli tikilidə 364,5 kv. metr, “B” literli tikilidə isə 397,1 kv. metr olmuşdur. İşə baxılarkən birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü araşdırmamış, iddiaya mahiyyəti üzrə baxaraq tələbi rədd etmiş və qeyd etmişdir ki, iddiaçı tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələb olunan torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır. İddiaçı tərəfindən mübahisəli torpağın onun mülkiyyətinə verilməsinə əsas kimi istinad etdiyi yuxarıda qeyd olunan məhkəmə qətnamələri ilə isə torpağın deyil, yalnız ünvan 8 ünvanda yerləşən mülkün ilkin hüquqi qeydiyyatının bərpa olunması qət edilmişdir. Bundan əlavə iş materiallarından da göründüyü kimi, ünvan 8 ünvanda yerləşən mülkün X13, X11, X12, X27 və X10 adlarına ilkin hüquqi qeydiyyatdan keçdiyi vəziyyətə qayıtması və bu barədə müvafiq qeydiyyatın aparılması DƏDRX Bakı Ərazi İdarəsi tərəfindən icra olunaraq, həmin fərdi yaşayış evi müvafiq olaraq X4, X9, X20, X10 və X5 adlarına xüsusi mülkiyyət kimi 31.03.2014-cü il tarixdə Daşınmaz Əmlakın dövlət reyestrində qeydiyyata alınarkən, qeydiyyata alınmış daşınmaz əmlakın altındakı torpaq dövlət mülkiyyəti olmaqla, mülkiyyətçilərin istifadə hüququ üzrə qeydə alınmış, həmin qeyd mübahisələndirilməmiş və hal-hazırda qüvvədədir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Hazırda iddiaçı ünvan 2 ünvanındakı mülkün (keçmiş Muxtadır) 450 kv. metr torpaq sahəsinə X11, X13, X12, X27 və X8 mülkiyyət hüquqlarının qeydə alınmasını tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiаçı İddiaçı X11, X13, X12, X27 və X8 adından onların mülkiyyət hüquqlarının qeydə alınması barədə iddia irəli sürmək üçün subyektiv hüququ mövcud deyil. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 fevral 2015-ci il tarixli qətnaməsi ilə yalnız Bakı şəhəri Muxtadır (Səid Rüstəmov) küçəsi 34/36 saylı evə dair İddiaçı mirası qəbul etmələri faktı müəyyən edilmiş və miras əmlakın 2/3 hissəsinə İddiaçı pay hüququ müəyyən edilmiş, mülkün altındakı torpaq sahəsinə dair isə iddiaçının hər hansı vərəsəlik qaydasında və s. formada hüququnun olması müəyyən edilmir. İddiaçının adıçəkilən şəxslərin mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər, yəni iddiaçının ünvan 2 ünvanındakı mülkün (keçmiş Muxtadır) 450 kv. metr torpaq sahəsi üzrə iddia qaldırmaq, hüquq və mənafelərini məhkəmədə təmsil etmək hüququnu təsdiq edən sübut aşkarlanmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi 1/3 hissədə X3 adına xüsusi mülkiyyət kimi 01.02.2019-cu il tarixdə və 2/3 hissədə isə İddiaçı Məmmədli qızının adına xüsusi mülkiyyət kimi 04.07.2019-cu il tarixdə Daşınmaz Əmlakın dövlət reyestrində 259 №-li reyestr kitabında 24033 №-li vərəqində qeydiyyata alınmışdır. Qeyd olunan çıxarışdan göründüyü kimi, qeydiyyata alınmış daşınmaz əmlakın altındakı torpaq dövlət mülkiyyəti olmaqla, mülkiyyətçilərin istifadə hüququ üzrə qeydə alınmışdır. Apellyasiya baxışı zamanı təqdim edilmiş İddiaçı ilə Yasamal Rayon İcra Hakimiyyəti arasında bağlanmış 20 noyabr 2018-ci il tarixli Daşınmaz Əmlakın Alğı-Satqı Müqaviləsinin surətindən görünür ki, İddiaçı ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evindən dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar aldığı kompensasiyaya (177250 (yüz yetmiş yeddi min iki yüz əlli) manat) görə alıcı Yasamal Rayon İcra Hakimiyyətinin xeyrinə imtina etmiş, fərdi yaşayış evini Yasamal Rayon İcra Hakimiyyətinə satmışdır. Bununla əlaqədar kollegiya qeyd edir ki, iddiaçı ona məxsus olan fərdi yaşayış evi ilə bağlı Yasamal Rayon İcra Hakimiyyəti ilə arasında Mülki Məcəlləyə əsasən 20 noyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsi bağlamış və mənzilin dəyəri tələb-təklif əsasında formalaşmışdır. Həmin müqavilənin şərtlərinə görə iddiaçı (satıcı) İddiaçı S.Rüstəmov küçəsi, 34 saylı ünvanında yerləşən fərdi yaşayış evindən dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar aldığı kompensasiyaya (177250 (yüz yetmiş yeddi min iki yüz əlli) manat) görə alıcı Yasamal Rayon İcra Hakimiyyətinin xeyrinə imtina etmiş, fərdi yaşayış evini Yasamal Rayon İcra Hakimiyyətinə satmışdır. İddiaçı tərəfindən alqı-satqı müqaviləsi və orada göstərilən məbləğ mübahisələndirilməmişdir. Müqavilə bağlandığı andan qüvvəsini almış, müddəaları tərəflər üçün məcburi olmuşdur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsasların mövcud olmadığı, yəni iddiaçının qanunla qorunan hər hansı bir hüquqlarının pozulması halının baş vermədiyi müəyyən olunmuşdur. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından, belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla, əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinin tələbinə görə iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü araşdırmadan mahiyyəti üzrə qərar qəbul etmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1(112)-1071/2021 saylı qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1(112)-1071/2021 saylı qərarı ləğv edilsin. İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qаrşı (üçüncü şəxslər X6 və Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti) “torpağa mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar