Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2111/2022 11.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: XN Oruczadənin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)- NNN2/2022 saylı, 05 aprel 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, N5 noyabr N993-cü il tarixində Bakı şəhəri Yasamal rayonu keçmiş Hərbi Komissarlığı tərəfindən səfərbərliklə əlaqədar Milli ordu sıralarına çağırılmış və N saylı hərbi hissəyə göndərilərək, orada N ay müddətində təlim keçmişdir. Təxminən N ay sonra, dekabr ayının ortalarında N saylı hərbi hissəyə gətirilmişdir və az sonra Fizuli rayonunda ön cəbhədə döyüş əməliyyatlarında iştirak etmişdir. Bütün hərbi hissə əsgərləri kimi o, da N994-cü ilin may ayına qədər hərbi döyüşlərdə olmuş, atəşkəs sazişindən sonra onları ordu sıralarından tərxis etmişdirlər. Onun N saylı hərbi hissədə xidmətdə olmağı və hərbi döyüşlərdə iştirak etməsi onunla birgə xidmət keçən şəxslərin də notariat orqanı tərəfindən təsdiq edilmiş ərizələri ilə təsdiq olunur. Bundan başqa Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinin 25 iyun 20N9-cu il tarixli, 867 nömrəli arayışı ilə təsdiq olunur ki, o, N5 noyabr N993-cü ildə səfərbərliklə əlaqədar Milli ordu sıralarına çağırılmış və N saylı hərbi hissəyə göndərilmişdir. Lakin bu vaxtadək məlum olmayan səbəbdən ona veteran statusu verilmir və nəticədə hüquqları pozulur.Göstərilənlərə əsaslanaraq, məhkəmədən iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh AR Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-NNN2/2022 saylı, 05 aprel 2022-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normaların pozuntusu ilə qərar qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi qərarını onunla əsaslanmışdır ki, iddiaçı "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə" ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını sübut edən başqa sənədlərə malik deyil. Lakin iş materiallarında olan və qərarda istinad edilən AR MN İşlər idarəsi Mərkəzi Arxivinin xx.xx.202N-ci il tarixli, 9/2-2745 saylı məktubundan görünür ki, iddiaçı barəsində əmrlərdən çıxarışlar və arxiv arayışı mövcuddur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinin 25 iyun 20N9-cu il tarixli, 867 nömrəli arayışı ilə təsdiq olunur ki, iddiaçı N5 noyabr N993-cü ildə səfərbərliklə əlaqədar Milli ordu sıralarına çağırılmış və N saylı hərbi hissəyə göndərilmiş, N aya yaxin təlim keçmiş, dekabr ayının ortalarında N saylı hərbi hissəyə gətirilmiş və az sonra Füzuli rayonunda ön cəbhədə döyüş əməliyyatlarına girmişdir. Bunun təsdiqi kimi həmin xx.xx.202N- ci il tarixli, 9/2-2745 saylı məktubda N nömrəli hərbi hissə komandirinin N dekabr N993-cü il tarixli, 363 nömrəli əmrində göstərilir ki, iddiaçı şəxsi heyyətin siyahısına daxil edilərək 5-ci MAT-a təyin olunmuşdur. Bundan əlavə xx.xx.202N-ci il tarixli, 9/2-2745 saylı məktubda və qərarda göstərilən - N saylı hərbi hissə komandirinin N fevral N994-cü il tarixli, 37 nömrəli və 0N mart N994-cü il tarixli, 60 nömrəli əmrləri ilə guya iddiaçının fərarilik etməsinə görə qazan təminatından çıxarılmağı əsası doğru deyildir. Ona görə ki, əvvəla bu əmrlərdə də digərləri kimi ata adı bir halda Q. kimi göstərilmiş, digərində isə ümumiyyətlə göstərilməmiş, daha sonra adı Əliağa əvəzinə Əlağa kimi qeyd edilmiş, daha sonra əmrlər imzalanmamışdır. İddiaçı fərarilik etmişdisə, onda barəsində cinayət işi başlanılmalı və məsuliyyətə alınmalı idi. Hansı ki, qərarda da göstərildiyi kimi AR Hərbi Prokurorluğu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, HPN2/30-325 saylı, habelə Füzuli Hərbi prokurorluğunun xx.xx.2022-ci il tarixli, N6/990 saylı məktubları ilə təsdiq edilmişdir ki, barəsində təqsirləndirici material və ya cinayət işi olmamışdır. Bundan başqa həmin dövrdə, yəni N994-cü ilin fevral - may ayları ön cəbhə xəttində elə bir şərait yaranmışdı ki, nə fərarilik etmək mümkün idi, nə də qərarda göstərildiyi kimi "qanuni əsaslarla" tərxis olunmaq. Beləliklə, məhkəmə işin tam, obyektiv və hərtərəfli araşdırılmasını təmin edə bilməmiş, toplanmış sübutlara qeyri-obyektiv və ədalətsiz qiymət vermiş, bununla da maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində qeyd edilənlərə uyğun (vəkil hüquqi məsələlərə dair) izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbini təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh bünayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işin həm birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış hallarından, həm də apellyasiya baxışı zamanı məhkəmə kollegiyasına təqdim edilmiş sorğulara cavab məktublarından müəyyən olunur ki, iddiaçı N №-li hərbi hissə komandirinin N0 dekabr N993-cü il tarixli 279 №-li əmri ilə şəxsi heyətin siyahısına daxil edilərək, bütün növ təminatlarla təmin edilmişdir. N №-li hərbi hissə komandirinin N dekabr N993-cü il tarixli 3N №-li əmri ilə N №-li hərbi hissədən göndərilmiş, N964-cü il təvəllüdlü, sıravi İddiaçı Qiyam oğlu şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək 5-ci MAT-a təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin noyabr, xx.xx.N993-xx.xx.N993cü il tarixli və N №-li hərbi hissə komandirinin xx.xx.N994-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Apellyasiya baxışı zamanı iş üzrə araşdırma çərçivəsində məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş əmrlərdən görünür ki, N №-li hərbi hissə komandirinin N fevral N994-cü il tarixli 37 №-li əmrində fərarilik etdiyinə görə 5-ci MAT-un hərbi qulluqçusu Ağayev Əlağa Q. oğlunun (əsas: § 5, sıra N, əmrdə adı Əlağa yazılmışdır və atasının adı tam yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin 0N mart N994-cü il tarixli 60 №-li əmrində fərarilik etdiyinə görə 5-ci MAT-un hərbi qulluqçusu Əlağa Ağayevin (əsas: § 9, sıra 23, əmrdə adı Əlağa yazılmışdır və atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) qazan təminatından çıxarılması barədə məlumat vardır. Məhkəmə Kollegiyası aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin birinci hissəsinin ücüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Sözügedən Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hisəssinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindın verilir. AR Nazirlər Kabinetinin 2N6 saylı 22 sentyabr N995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin N-ci hissəsinin N-ci bəndinin 8-ci yarımbəndinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan MR (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, AR Dövlət Sərhəd Xidməti, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, AR Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Mövcud qanunvericilik normaları aidiyyəti qurumlar tərəfindən verilmiş arayışlar və hərbi biletlərlərin “müharibə veteranı” adı verilməsi üçün əsas kimi müəyyən edərkən onların hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsi ilə şərtləndirir. Apellyasiya şikayətinin dəlillərinə cavab olaraq Məhkəmə kollegiyası qeyd edir ki. işin araşdırılmış hallarından göründüyü kimi, iddiaçının N nömrəli hərbi hissənin, daha sonra isə N nömrəli hərbi hissənin əmrləri ilə şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilməsi barədə məlumat olsa da, N №-li hərbi hissə komandirinin noyabr, xx.xx.N993-xx.xx.N993-cü il tarixli və N №-li hərbi hissə komandirinin xx.xx.N994-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində xidməti, həmçinin, ordudan qanuni əsaslarla təxris olunması barədə heç bir məlumat aşkar olunmamışdır. Belə olan halda isə məhkəmə kollegiyasının qənaətinə görə iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinasının qanuna zidd sayılmaması və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.N-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 8N, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-NNN2/2022 saylı, 05 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən N (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Azər Hüseynov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2-1(103)-2111/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2111/2022
11.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver