Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2112/2023 20.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-2112/2023 (Açar sözlər: “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi”) Bakı şəhəri 20 iyun 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X7 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10471/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 20 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” **********59 nömrəli, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, iddiaçıya müraciəti ilə əlaqədar bildirilmişdir ki,1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş X3 üzvlərinin siyahısında adı aşkar olunmamışdır. Həmçinin göstərilən bağ sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatının bölgü sxemi ilə uyğunsuzluq təşkil edir və yaxınlıqdan keçən qaz xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə sözügedən bağ sahəsinə digər fiziki şəxsin müraciəti olub. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır.
2. İş materiallarında olan “Avtomobilçi” Bağçılıq Bostançılıq Cəmiyyətinin İdarə Heyətinin yığıncağının 26 nömrəli, 15 yanvar 1996-cı il tarixli protokolundan çıxarışdan görünür ki, gündəlikdə olan məsələ, “Avtomobilçi” Bağçılıq Cəmiyyətinin İdarə Heyətinin üzvlərinə məxsus bağ sahələrinin müzakirəsi. Qərara alınmışdır: Zavod işçiləri üçün Dübəndi qəsəbəsində “Avtomobilçi” bağ massivində istifadəsiz qalmış 16-cı Cənub küçəsi, 307,309 nömrəli sahənin sahibi X5 verilmiş bütün sənədlər ləğv olunmuş, “Avtomobilçi” Bağçılıq Cəmiyyətində istifadəsiz qalmış 16-cı Cənub küçəsi, 307, 309 nömrəli sahə zavodun işçisi İddiaçı daimi istifadədən ötrü verilmiş, həmin sahələrin düzgün istifadə olunması komissiya üzvlərinə tapşırılmışdır.
3. İş materiallarında olan “Avtomobilçi” Bağçılıq Bostançılıq Cəmiyyətinin İdarə Heyətinin yığıncağının 30 nömrəli, 10 dekabr 1998-ci il tarixli protokolundan çıxarışdan görünür ki, gündəlikdə olan məsələ, “Avtomobilçi” Bağçılıq Cəmiyyətinin üzvlərinin bağ sahələrinin sənədləşdirilməsi. Dinləmədə - “Avtomobilçi” Bağçılıq Cəmiyyətində məişət avadanlıqları üçün boş saxlanılmış 16-cı Cənub küçəsi, 307 və 309 saylı sahəsi 1000 kv.m olan bağ sahələri İddiaçı öz ərizəsinə əsasən X2 verilmişdir. Ərazinin daş-qayalı olmasına görə sonuncu imtina etmişdir. Həmin sahənin yenidən öz əvvəlki sahibi İddiaçı verilməsi xahiş olunmuşdur. Qərara alınmışdır: Dübəndi bağ massivində “Avtomobilçi” Bağçılıq Cəmiyyətində 16-cı Cənub küçəsi 307 və 309 saylı sahəsi 1000 kv.m olan bağ sahələri İddiaçı daimi istifadədən ötrü verilmişdir.
4. “Avtomobilçi” Bağçılıq Bostançılıq Cəmiyyətinin İdarə Heyətinin yığıncağının 30 nömrəli, 10 dekabr 1998-ci il tarixli protokolundan çıxarışa əsasən Zavod işçiləri üçün Dübəndi qəsəbəsində “Avtomobilçi” bağ massivində boş qalan 16-cı Cənub küçəsi, 307 nömrəli sahə və 16-cı Cənub küçəsi 309 nömrəli sahənin İddiaçı daimi istifadədən ötrü verilməsi qərara alınmışdır.
5. İş materiallarında olan “Avtomobilçi” Bağçılıq Cəmiyyəti tərəfindən verilmiş torpaq sahəsinin planından görünür ki, Əzizbəyov rayonu, Dübəndi bağ massivində İddiaçı ayrılmış 307, 309 nömrəli bağ sahələrinin planı tərtib və təsdiq edilmişdir.
6. İş materiallarında olan sxematik xəritədən görünür ki, “Avtomobilçi” Bağçılıq Cəmiyyətinin sxematik xəritəsində İddiaçı ayrılmış bağ sahələri öz əksini tapmışdır.
7. İş materiallarında olan 112 nömrəli Bağçının üzvlük kitabçasının surətindən görünür ki, İddiaçı “Avtomobilçi” Bağçılıq Cəmiyyətinin üzvlərinin 10 dekabr 1998-ci il tarixli, 30 nömrəli protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. 16-cı Cənub küçəsi bağçılıq cəmiyyəti bağından sahəsi 1000 kv.m olan, 307, 309 nömrəli bağ sahəsi 10 dekabr 1998-ci il tarixdə qeydə alınmış qəraraına əsasən daimi istifadə etmək üçün verilmişdir.
8. SOCAR tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 18 avqust 2022-ci il tarixli, SOCAR**********60040033B00303 nömrəli məktubdan görünür ki, iddiaçıya bildirilmişdir ki, UTM WGS 84 koordinat sistemində X 440178 440165 440190 440196 440210 Y ******* 4473542 ******* 4473522 ******* koordinatlarında olan 896 kv.m torpaq sahəsi SOCAR-ın istismarında olan qaz boru kəmərlərinin mühafizə zonası xaricində yerləşir. Əlavə olaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsinin 29 metrlik məsafəsindən keçən qaz kəməri SOCAR-ın “Qaz İxrac” idarəsinin X12 Kəmərləri Sahəsinin istismarında olan “Pirallahı-Qala” yüksək təzyiqli (Ø325, yerüstü, layihə təzyiqi 0,6MPal) qaz kəməridir ki, həmin kəmərlərlə yaşayış və ictimai binalar arasındakı məsafə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş Qaz Təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının 5 nömrəli əlavəsində 5 metr müəyyən olunmuşdur
9. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********88 nömrəli məktubla təqdim edilmiş, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən 307 və 309 saylı bağ sahələri ilə bağlı inzibati icraat materiallarının təsdiq edilmiş surətlərindən müəyyən edilmişdir ki, Bakı şəhər X11 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli, 20/396 nömrəli qərarına əsasən “Xüsusiavtomobil” Bakı Zavodunun 188 nəfərdən ibarət üzvünə bağ sahəsi ayrılması qərara alınmışdır. Həmin bağçılıq üzvlərinin siyahısında hazırki bağın iddiaçıdan əvvəlki istifadəçisi X4 adı öz əksini tapmışdır.
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Avtomobilçi” Bağçılıq Bostançılıq Cəmiyyətinin İdarə Heyətinin yığıncağının 30 nömrəli, xx.xx.1998-ci il tarixli protokoluna əsasən Xəzər rayonu, Dübəndi qəsəbəsi, “Avtomobilçi” bağ massivində, 16-cı Cənub küçəsində yerləşən, ümumilikdə 1000 kv.m olan, ona ayrılmış 307 və 309 nömrəli bağ sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda istifadəsində olan, “Avtomobilçi” Bağçılıq Bostançılıq Cəmiyyətinin İdarə heyyətinin yığıncağının 30 nömrəli, xx.xx.1998-ci il tarixli protokuluna əsasən Xəzər rayonu, Dübəndi qəsəbəsi, ‘'Avtomobilçi” bağ massivində 16-cı Cənub küçəsində yerləşən, ümumilikdə 1000 kv.m olan 307 və 309 nömrəli bağ sahələri ona ayrılmış və sərhədləri yerində müəyyən edilərək, ona təhvil verilmişdir. Həmin vaxtdan torpaq sahəsi onun istifadəsindədir. Sonradan onun istifadəsində olan sözügedən bağ sahələri üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə cavabdeh tərəfindən **********59 saylı xx.xx.2019-cu il tarixli məktubla imtina verilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, X3 üzvlərinin siyahısında adı aşkar olunmamışdır. Həmçinin göstərilən bağ sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatının bölgü sxemi ilə uyğunsuzluq təşkil edir və yaxınlıqdan keçən qaz xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə sözügedən bağ sahəsinə digər fiziki şəxsin müraciəti olub. Hesab edir ki, cavabdehin bu imtinası qanunsuz və əsassız olmuşdur. Belə ki, həmin torpaq sahələri 1998-ci ildən onun daimi istifadəsindədir və bugünədək hər hansı bir şəxsin onun daimi istifadəsində olan torpaq sahələrinə dair hər hansı bir iddiası olmamışdır. X3 üzvlərinin siyahısında adının aşkar olunmaması isə onun təqdim etdiyi sənədlər əsasında torpaq sahələrinin adına qeydiyyata alınmasından cavabdeh tərəfindən imtinaya əsas vermir. Bağ sahələrinin bağçılıq-yoldaşlıq təsərrüfatının bölgü sxemi ilə uyğunsuzluq təşkil etməsi isə mümkün deyil, belə ki, torpaq sahələri ona ayrılarkən yerində, mövcud sxemə uyğun olaraq təhvil verilmişdir və yaxınlıqdan da, heç bir qaz xətti keçmir.
12. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2019-cu il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş X3 üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Həmçinin göstərilən bağ sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatının bölgü sxemi ilə uyğunsuzluq təşkil edir və bağ sahəsindən 28 metr məsafədə 325 mm-lik mərkəzi xətti keçməklə qaz xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə sözügedən bağ sahəsinə X1 xx.xx.2017-ci il tarixdə “307, 309 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı” müraciəti olmuşdur. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır və iddiaçıya xx.xx.2019-cu il tarixli, **********59 saylı cavab məktubu ünvanlanmışdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.
13. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Bakı şəhəri İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-10471/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddianın təmin edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsi, “Avtomobilçi” bağ massivində yerləşən 16-cı Cənub küçəsi, 307, 309 saylı, ümumi sahəsi 1000 kv.m olan bağ sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qət olunmuşdur.
16. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işin araşdırılması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhər X11 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli, 20/396 nömrəli qərarına əsasən “Xüsusiavtomobil” Bakı Zavodunun 188 nəfərdən ibarət üzvünə bağ sahəsi ayrılması qərara alınmışdır. “Avtomobilçi” Bağçılıq Bostançılıq Cəmiyyətinin İdarə Heyətinin yığıncağının 26 nömrəli, 15 yanvar 1996-cı il tarixli protokolundan çıxarışa əsasən Zavod işçiləri üçün Dübəndi qəsəbəsində “Avtomobilçi” bağ massivində istifadəsiz qalmış 16-cı Cənub küçəsi, 307,309 nömrəli sahənin sahibi X5 verilmiş bütün sənədlər ləğv olunmuş, “Avtomobilçi” Bağçılıq Cəmiyyətində istifadəsiz qalmış 16-cı Cənub küçəsi, 307, 309 nömrəli sahə zavodun işçisi İddiaçı daimi istifadədən ötrü verilmişdir. “Avtomobilçi” Bağçılıq Bostançılıq Cəmiyyətinin İdarə Heyətinin yığıncağının 30 nömrəli, 10 dekabr 1998-ci il tarixli protokolundan çıxarışa əsasən “Avtomobilçi” Bağçılıq Cəmiyyətində məişət avadanlıqları üçün boş saxlanılmış 16- cı Cənub küçəsi, 307 və 309 saylı sahəsi 1000 kv.m olan bağ sahələri İddiaçı öz ərizəsinə əsasən X2 verilmişdir. Ərazinin daş-qayalı olmasına görə sonuncu imtina etmişdir. Həmin sahəsinin yenidən öz əvvəlki sahibi İddiaçı verilməsi xahiş olunmuşdur. Dübəndi bağ massivində “Avtomobilçi” Bağçılıq Cəmiyyətində 16-cı Cənub küçəsi 307 və 309 saylı sahəsi 1000 kv.m olan bağ sahələri İddiaçı daimi istifadədən ötrü verilməsi qərara alınmışdır. “Avtomobilçi” Bağçılıq Cəmiyyəti tərəfindən Əzizbəyov rayonu, Dübəndi bağ massivində İddiaçı ayrılmış 307, 309 nömrəli bağ sahələrinin planı tərtib və təsdiq edilmişdir. “Avtomobilçi” Bağçılıq Cəmiyyətinin sxematik xəritəsində İddiaçı ayrılmış bağ sahələri öz əksini tapmışdır. Sözügedən bağ sahələrinə dair İddiaçı 112 nömrəli Bağçının üzvlük kitabçası verilmişdir.
17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqanın iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtinası qanuni olmamış, mübahisəli bağ sahəsi uzun illərdir ki, İddiaçı sahibliyində və istifadəsində olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından onun mübahisəli torpaq sahəsi üzərində qanuni hüququ yaranmışdır.
18. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 26-cı, 29-cu, 60-cı, 71-ci, maddəsin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı, 10.2-ci, 12.1-ci, 15.1-ci, 14-cü maddəsinə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinə, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 1.3-cü,1.4-cü, 2.1-ci,9-cu bəndlərinə istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
19. Qərardan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10471/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
a) Apellyasiya şikayətinin dəlilləri
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq tələb ilə bağlı xx.xx.2019-cu il tarixdə İdarəyə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş X3 üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Həmçinin göstərilən bağ sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatının bölgü sxemi ilə uyğunsuzluq təşkil edir və bağ sahəsindən 28 metr məsafədə 325 mm-lik mərkəzi qaz xətti keçməklə qaz xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə sözügedən bağ sahəsinə X1 xx.xx.2017-ci il tarixdə “307, 309 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı” müraciəti olmuşdur. İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, bağ sahəsinin ümumi sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1000 kv.m təşkil etsə də, faktiki sahə 1040 kv.m təşkil edir. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş quqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” zərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz mlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bakı İnzibati Məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, əsassız olaraq iddiaçının iddia tələbini təmin etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuşdur
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Prosses iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
23. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu:
8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hesab olunur. 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
24. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci bəndinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
27. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
29. İddianın mahiyyətinə gəlincə, məhkəmə Kollegiyası hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır.
30. Belə ki, işin faktiki hallarından görünür ki, Bakı şəhər X11 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli, 20/396 nömrəli qərarına əsasən “Xüsusiavtomobil” Bakı Zavodunun 188 nəfərdən ibarət üzvünə bağ sahəsi ayrılması qərara alınmışdır. “Avtomobilçi” Bağçılıq Bostançılıq Cəmiyyətinin İdarə Heyətinin yığıncağının 26 nömrəli, 15 yanvar 1996-cı il tarixli protokolundan çıxarışa əsasən Zavod işçiləri üçün Dübəndi qəsəbəsində “Avtomobilçi” bağ massivində istifadəsiz qalmış 16-cı Cənub küçəsi, 307,309 nömrəli sahənin sahibi X5 verilmiş bütün sənədlər ləğv olunmuş, “Avtomobilçi” Bağçılıq Cəmiyyətində istifadəsiz qalmış 16-cı Cənub küçəsi, 307, 309 nömrəli sahə zavodun işçisi İddiaçı daimi istifadədən ötrü verilmişdir.
31. “Avtomobilçi” Bağçılıq Bostançılıq Cəmiyyətinin İdarə Heyətinin yığıncağının 30 nömrəli, 10 dekabr 1998-ci il tarixli protokolundan çıxarışa əsasən “Avtomobilçi” Bağçılıq Cəmiyyətində məişət avadanlıqları üçün boş saxlanılmış 16- cı Cənub küçəsi, 307 və 309 saylı sahəsi 1000 kv.m olan bağ sahələri İddiaçı öz ərizəsinə əsasən X2 verilmişdir. Ərazinin daş-qayalı olmasına görə sonuncu imtina etmişdir.
32. Həmin sahəsinin yenidən öz əvvəlki sahibi İddiaçı verilməsi xahiş olunmuşdur.Dübəndi bağ massivində “Avtomobilçi” Bağçılıq Cəmiyyətində 16-cı Cənub küçəsi 307 və 309 saylı sahəsi 1000 kv.m olan bağ sahələri İddiaçı daimi istifadədən ötrü verilməsi qərara alınmışdır. “Avtomobilçi” Bağçılıq Cəmiyyəti tərəfindən Əzizbəyov rayonu, Dübəndi bağ massivində İddiaçı ayrılmış 307, 309 nömrəli bağ sahələrinin planı tərtib və təsdiq edilmişdir. “Avtomobilçi” Bağçılıq Cəmiyyətinin sxematik xəritəsində İddiaçı ayrılmış bağ sahələri öz əksini tapmışdır. Sözügedən bağ sahələrinə dair İddiaçı 112 nömrəli Bağçının üzvlük kitabçası verilmişdir.
33. Cavabdeh tərəfindən iddiaçının müraciətindən imtina edilməsinin ilkin səbəbi onun adının X3 üzvlərinin siyahısında adının aşkar olunmaması olsa da, yuxarıda sadalanan işin hallarından müəyyən edilmişdir ki, mübahisəli bağ sahəsinin iddiaçıdan əvvəlki istifadəçisi X6 olmuşdur və onun adı X3 üzvlərinin siyahısında aşkar edilmişdir.
34. Cavabdehin imtinasının digər bir dəlili isə, bağ shəsinin yaxınlıqdan keçən qaz xəttinin mühafizə zonasında yerləşməsidir ki, bununla bağlı iddiaçı tərəfindən SOCAR-a müraciət edilmiş və SOCAR tərəfindən verilmiş müraciətə cavab məktubundan müəyyən edilmişdir ki, iddiaçının istifadəsində olan torpaq sahəsi qaz boru kəmərlərinin mühafizə zonası xaricində yerləşir. Sözügedən torpaq sahəsinin 29 metrlik məsafəsindən keçən qaz kəməri isə SOCAR-ın “Qaz İxrac” idarəsinin X12 Kəmərləri Sahəsinin istismarında olan “Pirallahı- Qala” yüksək təzyiqli (Ø325, yerüstü, layihə təzyiqi 0,6MPal) qaz kəməridir ki, həmin kəmərlərlə yaşayış və ictimai binalar arasındakı məsafə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş Qaz Təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının 5 nömrəli əlavəsində 5 metr müəyən olunmuşdur.
35. Bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi ilə bağlı cavabdehin dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, sözügedən bağ sahəsinin iddiaçının adına sxematik xəritəyə yerləşdiyi yer üzrə uyğunlaşdırılması və müvafiq (plan-sxem) cizginin verilməsi vəzifəsi cavabdehə məxsusdur.
36. Beləliklə məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, mübahisəli bağ sahəsi uzun illərdir ki, İddiaçı sahibliyində və istifadəsində olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından onun mübahisəli torpaq sahəsi üzərində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən hüququ yaranmışdır.
37. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hesab olunur. 38.Beləliklə, cavabdeh inzibati orqanın iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtinası qanuni olmamışdır. 39.Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia tələbini təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10471/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10471/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.