Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2112/2024 03.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və X5 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmuşlar) iş üzrə QƏRARİ (Açar sözlər: “çıxarışın verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Səadət Rəşid qızı Səlimovadan və X4 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının vəkili (nümayəndəsi) X8, Cavabdehin nümayəndəsi X6, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-469/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Məhkəmənin “Kondisioner” Bağçılıq Birliyi tərəfindən verilmiş üzvlük kitabçasının surətindən müəyyən olunur ki, bağçılıq cəmiyyətinin üzvlərinin xx.xx.1987-ci il tarixli 08 №li protokoluna əsasən İddiaçı “Kondisioner” Bağçılıq Cəmiyyətinə üzv qəbul edilmiş, xx.xx.1985-ci il qərara əsasən Bağçılıq birliyinin bağlar sahəsindən sahəsi 1200 kv. metr olan 1935 və 1936 saylı bağ sahələri ayrılmışdır.
2. “Kondisioner” bağçılıq birliyinin xx.xx.1987-ci il tarixli müşavirəsinin 08 №-li protokolundan çıxarışın surətindən müəyyən olunur ki, “Kondisioner” bağçılıq birliyinin müşavirəsi qərara almışdır ki, ümumi sahəsi 1200 kv. metr olan 1935 və 1936 №-li bağ sahəsi İddiaçı adına keçirilsin.
3. “Kondisioner” bağçılıq birliyi üzvlərinin siyahısından müəyyən olunur ki, 1935 və 1936 №-li bağ sahələri və İddiaçı adı siyahıda 241 № ilə qeyd olunmuşdur.
4. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********39 №-li xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsində yerləşən 1935 və 1936 saylı bağ sahələrinə dair tərtib edilmiş müayinə aktının, “Kondisioner” bağçılıq yoldaşlığının ayrıc aktının, sözügedən bağ sahələrinin Azərbaycan Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş torpaq sahələrinə aid olmasını təsdiq edən müvafiq sənədlərin, 1935 və 1936 saylı bağ sahələrinin bir hissəsinin kimin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı sorğuya DƏDKR 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1935 və 1936 saylı bağ sahələrinin bir hissəsi **********82 reyestr nömrəli 0.06 hektar olan Hövsan qəsəbəsi, “Kondisioner” b/y-nın 1934 saylı bağ sahəsi kimi xx.xx.2017-ci il tarixdə X9 adına ilkin qeydiyyata alınmışdır və özgəninkilədirilmişdir. Sorğuda qeyd edilən digər məsələ ilə bağlı bildirilmişdir ki, Bakı şəhəri üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olan sənaye təyinatlı torpaq sahələrinin (ərazinin) hüquqi və texniki sənədləri (xəritələri) barədə məlumatların aidiyyəti təşkilatdan əldə edilməsi məqsədəuyğundur. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bu məlumatlar elektron kadastr bazasından əldə edilir.
5. **********39 №-li xx.xx.2022-ci il tarixli məktuba əlavə olunmuş:
6. “Kondisioner” bağçılıq yoldaşlığı Hövsan ərazisində yerləşən 1935 və 1936 №-li bağ sahəsinin cizgisinin surətindən müəyyən olunur ki, bağ sahəsinin sənəd üzrə sahəsi 1200.0 kv.metr, faktiki 1321.0 kv.m - 121.0 kv.m sahəsi artıqdır.
7. “Kondisioner” Bağçılıq Birliyi tərəfindən verilmiş üzvlük kitabçasının surətindən müəyyən olunur ki, bağçılıq cəmiyyətinin xx.xx.1991-ci il tarixli 07 saylı protokoluna əsasən X11 “Kondisioner” Bağçılıq Cəmiyyətinə üzv qəbul edilmiş, xx.xx.1985-ci il qərara əsasən Bağçılıq birliyinin bağlar sahəsindən sahəsi 600 kv. metr olan 1934 saylı bağ sahəsi ayrılmışdır.
8. “Kondisioner” bağçılıq birliyinin müşavirəsinin 07 №-li xx.xx.1991-cu il tarixli protokolundan çıxarışın surətindən müəyyən olunur ki, “Kondisioner” bağçılıq birliyinin müşavirəsi qərara almışdır ki, ümumi sahəsi 600 kv. metr olan 1934 №-li bağ sahəsi X9 adına keçirilsin.
9. “Kondisoner” bağçılıq birliyinə aid Hövsan qəsəbəsində yerləşən bağların yerləşmə cizgisindən müəyyən olunur ki, 1934 №-li bağ sahəsinə qonşu bağ sahələri 1933, 1935 və 1924 saylı bağ sahələridir.
10. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)-965/2017 saylı qərarının surətindən müəyyən olunur ki, iddiaçı X11 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı cavabdehin imtinasının qanunsuz sayılması, iddiaçının bağ sahəsinə hüquqların qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
11. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qeyd olunan qərarı ilə iddia tələbinin təmin edilməsi, cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinin “iddiaçının hüquqlarının qeydiyyata alınması”ndan imtinasının qanunsuz sayılması, iddiaçı X9 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində 0,06 ha ölçüdə 1934 saylı bağ sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh DƏDRX Bakı şəhər Ərazi idarəsinin üzərinə qoyulması qərara alınmışdır.
12. DƏDRX Bakı şəhər Ərazi idarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş torpaq sahəsinin planının surətindən müəyyən olunur ki, xx.xx.1991-ci il tarixli protokoldan çıxarışa və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)- 965/2017 nömrəli qərarına əsasən Bakı şəhəri, Suraxanı rayonu. Hövsan qəsəbəsi, “Kondisioner” b/y-nın 1934 saylı bağ sahəsinə dair X9 adına torpaq sahəsinə dair plan tərtib olunmuşdur.
13. DƏDRX Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Kondisioner” b/y yerləşən sahəsi 0,06 ha olan 1934 saylı bağ sahəsi xx.xx.2017-ci ildə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 732 nömrəli reyestr kitabının 69351 nömrəli vərəqində X9 adına qeydə alınmışdır.
14. AN-İ seriyalı ******* №-li Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, X11 Bakı şəhəri, ünvan ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsini X1.
15. DƏDRX Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Kondisioner” b/y yerləşən sahəsi 0,06 ha olan 1934 saylı bağ sahəsi xx.xx.2017-ci ildə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 732 nömrəli reyestr kitabının 69351 nömrəli vərəqində X2 adına qeydə alınmışdır.
16. Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə baxış aktının surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi “Kondisioner” b/y yerləşən 1935 və 1936 №-li bağ sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 1200.0 kv. metr, faktiki 1321,0. kv. m. olduğu, bağ sahəsinin sərhədlərinin bir tərəfi, birdə o biri tərəfinin bir hissəsi hasar, bir tərəfində 1 cərgə mişar daşı düzülmüş, qalan tərəfləri şərtidir. Tikili yoxdur. Bağ sahəsi dənizdən 71.0-73.0 metr aralı məsafədə yerləşir, bağ sahəsindən torpaq yol keçir.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/5821 saylı ekspert rəyindən görünür ki, ekspert aşağıdakı nəticəyə gəlmişdir:
18. İş materiallarında olan DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur:
19. - “Kondisioner” Bağçılıq Cəmiyyətinin xx.xx.1985-ci il qərarı ilə İddiaçı Bağçılıq birliyinin bağlar sahəsində ayrılmış 1935 və 1936 №li bağ torpaq sahələri olması iddia olunan və iddiaçının nümayəndəsi tərəfindən naturada tanıdılan şərti sərhədli torpaq sahəsinin faktiki ölçüsü 1200 kv. m (1935 və 1936 №li bağ sahələrinin hər biri ayrılıqda 600 kv. m) təşkil edir.
20. - “Kondisioner” Bağçılıq Cəmiyyətinin xx.xx.1985-ci il qərarı ilə İddiaçı Bağçılıq birliyinin bağlar sahəsində ayrılmış 1935 və 1936 №li bağ torpaq sahələri olması iddia olunan və iddiaçının nümayəndəsi tərəfindən naturada tanıdılan şərti sərhədli torpaq sahəsi bağçılıq – yoldaşlıq ayrıc aktından kənarda yerləşir.
21. - “Kondisioner” Bağçılıq Cəmiyyətinin xx.xx.1985-ci il qərarı ilə İddiaçı Bağçılıq birliyinin bağlar sahəsində ayrılmış 1935 və 1936 №li bağ torpaq sahələri olması iddia olunan və iddiaçının nümayəndəsi tərəfindən naturada tanıdılan şərti sərhədli torpaq sahəsi elektron kadast məlumat bazasına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazinin hüdudları daxilində yerləşir.
22. - “Kondisioner” Bağçılıq Cəmiyyətinin xx.xx.1985-ci il qərarı ilə İddiaçı Bağçılıq birliyinin bağlar sahəsində ayrılmış 1935 və 1936 №li bağ torpaq sahələri olması iddia olunan və iddiaçının nümayəndəsi tərəfindən naturada tanıdılan şərti sərhədli torpaq sahəsi elektron kadast məlumat bazasına əsasən **********82 reyestr nömrəli çıxarışla tamamilə və **********83 reyestr nömrəli çıxarışın bir hissəsi ilə üstüstə düşür.
23. İddiaçının hazırki iddia tələbi ilə bağlı müraciətinə cavab olaraq DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə” bildirişdə qeyd olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsində yerləşən “1935 və 1936” saylı torpaq sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizəyə baxılmışdır. Elektron kadastr məlumatlarına əsasən koordinatlarla göstərilən torpaq sahəsi bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin torpaq sahəsinin bir hissəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:
24. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" bağçılıq birliyində xx.xx.1987-ci ildə 08 №-li protokolla ona ayrılmış 1935-1936 bağ torpaq sahələrinə plan-ölçünün və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
25. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddət "xxxx" ASC-də əmək fəaliyyəti göstərmişdir. 1985-cı ildə işlədiyi müəssisədə “Kondisioner” bağçılıq birliyi təşkil olunmuş və zavod əməkçilərinə bağ sahəsi verilməsi üçün torpaq sahəsi ayrılmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərişinə əsasən Bakı şəhəri X7 xx.xx.1985-ci il tarixli 16/358 saylı Qərarına əsasən Bakı şəhəri ərazisində fəaliyyət göstərən müəssisələrin əməkdaşları üçün bağ torpaq sahələri ayrılmışdır. Həmin vaxtlarda Bakı Kondisioneri zavodunun əməkçilərinə ayrılmış bağ torpaq sahələri ilə əlaqədar müəssisədə çalışan əməkçilərinin siyahısı tərtib edilmişdir. O, "xxxx" bağçılıq birliyində xx.xx.1987-ci ildə 08 №li Protokola əsasən üzv olmuşdur və Bağçılıq üçün ayrılımış bağ torpaq sahəsində 1935-1936 bağ torpaq sahələri ona ayrılmışdır. Bu barədə ona “Bağçılıq” kitabçası verilmişdir. O, zaman o, ailəli idi və onun arvadı da həmin müəssisədə işləyirdi. Bağçılıq birliyinin üzvlərindən ibarət komissiya tərəfindən ona ayrılmış 1935-1936 №li bağ sahələri yerdə naturada ayrılaraq ona verilmişdir. Bununla əlaqədar ona “Bağçılıq kitabçası”, protokoldan çıxarış, bağın planı, bağ sahəsinin ölçüsü, bağçılıq birliyində Hövsan qəsəbəsi üzrə ümumi bağ sahələrinin nömrələnmiş siyahısı təqdim edilmişdir. O zaman o, ayrılmış bağ sahəsinə məftillərdən və dəmir torlardan hasar çəkmiş və çox saylı ağaclar əkmişdir. Lakin sonradan, ailə vəziyyəti və maddi imkansızlığından bağ sahəsinə gedib gəlməyi azalmışdır. Bir müddətdən sonra bağ sahəsinə getmiş və bağ sahənin kənarlarına məftildən və dəmir tordan çəkdiyi hasarın bəzi hissələrinin sökülərək oğurlandığını və bağ sahəsində əkdiyi ağacların məhv olunduğunu görmüşdür. Ona görə də maddi imkanı olanda birbaşa bağ sahəsinə daşdan hasar çəkmək qərarına gəlmişdir və bu məqsədlə bağ sahəsinin çala-çuxurları düzəltmək üçün bir neçə avtomaşın torpaq tökdürmüşmdür. Sonradan bağ torpaq sahəsinin sənədləşdirilməsi üçün Reyestr xidmətinə müraciət etmişdir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********46 saylı xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, “koordinatlarla göstərilən torpaq sahəsi bağçılıqyoldaşlıq ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin torpaq sahəsinin bir hissəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Ona ayrılmış bağ sahəsi heç bir halda Dövlət Neft Şirkətinin ərazisi hesab edilə bilməz. Çünki, həmin torpaq sahəsinin yerləşdəyi ərazinin hər iki tərəfində bağ torpaq sahələri özəlləşdirilmişdir. Həmin ərazidə Dövlət Neft Şirkətinə məxsus heç bir kommunal buruq və boru kəmərləri olmamışdır. Həmçinin ona ayrılmış bağ torpaq sahəsi hazırda onun istifadəsindədir.
26. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və X5 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmuşlar.
27. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2022- ci il tarixində 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən koordinatlarla göstərilən torpaq sahəsi bağçılıq - yoldaşlığın ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin torpaq sahəsinin bir hissəsi X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********46 saylı cavab məktubu ünvanlanmışdır.
28. Üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və X5 tərəfindən iddaya dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmamışdır.
29. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-469/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
30. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 469/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
31. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə oxşar məzmunda əsaslandırılmışdır.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır
.e) Prosses iştirakçılarının izahatları
33. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
34. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
35. Məhkəmə Kollegiyasının iclasında 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəkili (nümayəndəsi) Vəkil2 iddia edilən torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə ayrılmış torpaq sahəsinə aid olduğunu bildirərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
36. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş digər 3-cü şəxs məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
37. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ...... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
38. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin:
M a d d ə 6 5 . Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi
1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.
5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.
7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.
8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir.
9. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparı
39. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
40. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
41. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
43. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti aşağıdakılara görə əsassızdır və təmin olunmamalıdır.
44. Məhkəmə Kollegiyası qeyd edir ki, tətbiq edilən normalardan göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair order, eləcə də kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış bu əsaslar sırasında nəzərdə tutulmuşdur.
45. Lakin bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bağ-torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasına dair tələbin təmin edilməsi mübahisəli sahənin bağçılığa ayrılmış ərazinin daxilində yerləşməsinə dair faktiki halın müəyyən olunmasından asılıdır.
46. Məhkəmə həmçinin qeyd eməyi zəruri hesab edir ki, mübahisəni həll etmək üçün iş üzrə əhəmiyyətli halın müəyyənləşdirilməsinə ehtiyac yarandıqda xüsusi bilik tələb olunduğu nəzərə alınmaqla ekspertiza təyin edilə bilər. Bu zaman, verilmiş ekspert rəyi məhkəmə üçün məcburi deyildir, həmin rəy məhkəmə tərəfindən tədqiq olunmalı və işdəki digər sübutlarla yanaşı qiymətləndirilməlidir.
47. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/5821 saylı ekspert rəyindən görünür ki, ekspert aşağıdakı nəticəyə gəlmişdir: -İş materiallarında olan DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: - “Kondisioner” Bağçılıq Cəmiyyətinin xx.xx.1985-ci il qərarı ilə İddiaçı Bağçılıq birliyinin bağlar sahəsində ayrılmış 1935 və 1936 №li bağ torpaq sahələri olması iddia olunan və iddiaçının nümayəndəsi tərəfindən naturada tanıdılan şərti sərhədli torpaq sahəsinin faktiki ölçüsü 1200 kv. m (1935 və 1936 №li bağ sahələrinin hər biri ayrılıqda 600 kv. m) təşkil edir. - “Kondisioner” Bağçılıq Cəmiyyətinin xx.xx.1985-ci il qərarı ilə İddiaçı Bağçılıq birliyinin bağlar sahəsində ayrılmış 1935 və 1936 №li bağ torpaq sahələri olması iddia olunan və iddiaçının nümayəndəsi tərəfindən naturada tanıdılan şərti sərhədli torpaq sahəsi bağçılıq – yoldaşlıq ayrıc aktından kənarda yerləşir. - “Kondisioner” Bağçılıq Cəmiyyətinin xx.xx.1985-ci il qərarı ilə İddiaçı Bağçılıq birliyinin bağlar sahəsində ayrılmış 1935 və 1936 №li bağ torpaq sahələri olması iddia olunan və iddiaçının nümayəndəsi tərəfindən naturada tanıdılan şərti sərhədli torpaq sahəsi elektron kadast məlumat bazasına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazinin hüdudları daxilində yerləşir. - “Kondisioner” Bağçılıq Cəmiyyətinin xx.xx.1985-ci il qərarı ilə İddiaçı Bağçılıq birliyinin bağlar sahəsində ayrılmış 1935 və 1936 №li bağ torpaq sahələri olması iddia olunan və iddiaçının nümayəndəsi tərəfindən naturada tanıdılan şərti sərhədli torpaq sahəsi elektron kadast məlumat bazasına əsasən **********82 reyestr nömrəli çıxarışla tamamilə və **********83 reyestr nömrəli çıxarışın bir hissəsi ilə üstüstə düşür.
48. Beləliklə, məhkəmə araşdırması zamanı verilmiş mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi bağçılığa ayrılan ərazinin hüdudlarından (ayrıc aktı) kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazinin hüdudları daxilində yerləşir və **********82 reyestr nömrəli çıxarışla tamamilə və **********83 reyestr nömrəli çıxarışın bir hissəsi ilə üst-üstə düşür.
49. Mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi) daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır.
50. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcuddur.
51. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2),
52. Belə olan halda, məhkəmənin qənaətinə görə iddiaçının bağ sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.
53. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununa əsasən Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.(maddə 23.1.)
54. Məhkəmə Kollegiyası iddia tələbinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini qeyd etməklə, odur ki, prosessual qənaət prinsipindən çıxış edərək həmin dəlillər üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa zərurət görmür və iddiaçının apellyasiya şikayətinə münasibətdə bir daha qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas təşkil etmir.
55. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən işin yuxarıda qeyd edilən faktiki halları üzrə düzgün nəticəyə gələrək maddi və prosessual hüquqa uyğun olmaqla mübahisələndirilən qərarı qəbul etmişdir.
56. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-469/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-469/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.