Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2113/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin xx.xx.2021-ci il tarixdən müəyyən edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2-1(112)-10188/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 4 saylı Tibbi-Sosial Ekspert Komissiyasına qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin bu məsələ ilə bağlı ərazi üzrə 4 saylı TSEK-ə müraciət etməsi barədə xx.xx.2022-ci il tarixli **********4 saylı cavab məktubunun əsassız hesab edilməsi və Agentliyin nəzdində olan ərazi üzrə 4 saylı TSEK-in isə xx.xx.2022-ci il tarixli məktubuna hərəkətsizlik edərək cavab verməməsinə görə onların üzərinə hüququnun yarandığı gündən yəni, 01 may 2021-ci il tarixindən əlilliyinin müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 4 saylı Tibbi-Sosial Ekspert Komissiyasının cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 2014-cü ilin aprel ayının 10-da TSEK-nın qərarına əsasən insulindən aslı olmayan insulin tələbli (İİ tip) xəstə kimi lll qrup əlillik təyin edilmişdir. Əlilliyinin müddəti 2016-cı il tarixində 5 il müddətinə uzadılmışdır. Əlilliyinin müddəti 2021-ci ilin aprel ayının 10-da bitdiyinə görə 35 saylı Şəhər Poliklinikasının HMK-sı tərəfindən 01 aprel 2021-ci il tarixində əlilliyinin müddətinin uzadılması üçün TSEK-na “elektron qaydada” forma 88 göndərilmişdir. TSEK-sı 20 aprel 2021-ci il tarixində “Əlavə müalicəyə ehtiyacın olması” səbəbindən əlillik müddətinin uzadılmasından imtina etmişdir. 23.04. 2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə kimi 5 saylı Şəhər Klinik Xəstəxanasında stasionar müalicə olunduqdan sonra 35 saylı Şəhər Poliklinikasının HMK-sı tərəfindən xx.xx.2021-ci il tarixində TSEK-na təkrar olaraq “elektron qaydada” forma 88 göndərilmişdir. Respublika Anqioloji Mərkəzdə dopler müayinə olunmasına və ayaq damarlarında 75-80% tutulmalar olmasına baxmayaraq, bu dəfə də ona əsassız olaraq əlillik müddətinin uzadılmasından imtina edilmişdir. Səbəb kimi ixtisaslaşdırılmış tibb müəssisənin rəyinin olmaması göstərilmişdir. Bundan sonra Respublika Endokrinoloji Mərkəzində, Z.Əliyeva adına Milli Oftomoloji Mərkəzdə və Respublika Angioloji Mərkəzdə müayinələrdən keçdikdən sonra xx.xx.2021-ci il tarixində Həkim Məsləhət Komissiyası tərəfindən üçüncü dəfə TSEK-na “elektron qaydada” forma 88 göndərilmişdir. xx.xx.2021-ci il tarixində göndərilmiş 2732003AACVG nömrəli göndərişə ona məlum olmayan səbəbdən iki ay sonra yəni xx.xx.2021-ci il tarixində “Hədəf orqanlarında olan ağırlaşmalar ixtisaslaşmış tibb müəssisəsində ətraflı müayinə olunaraq dəqiqləşdirilməsi” səbəbindən əsassız olaraq imtina edildi. Halbuki, o, ixtisaslaşmış tibb müəssisələrində müayinə olunmuşdur. Müayinələrin nəticələri isə onun əlillik müddətinin uzadılmasına əsas vermişdir. Nazirliyə müraciəti əsasında xx.xx.2021-ci il tarixində Nazirliyin şöbə müdiri S.Qocayevin onlayn qəbulunda olmuşdur. Onun göstərişinə əsasən 4 saylı DOST Mərkəzində yerləşən 4 saylı TSEK-da əyani müayinə olunmuşdur. Bu barədə akt tərtib edilərək Agentliyə göndərilmişdir. Aktın nəticəsini öyrənmək üçün TSEKsı ilə əlaqə saxladıqda ona əyani müayinə üçün Agentliyə gəlməsi bildirilmişdir. xx.xx.2021-ci il tarixində Agentlikdə əyani müayinədə olarkən ona bildirmişlər ki, bu sənədlərlə akt tərtib edib göndərsələr cavabı 3-4 aya məlum olacaq. Ona görə də, təkrar forma 88 göndərilməsini məsləhət görmüşlər. Bildirmişlər ki, bu dəfə də, müayinə aktı tərtib etsinlər. Ona görə də, xx.xx.2021-ci il tarixində 35 saylı şəhər Poliklinikasının HMK-sı tərəfindən dördüncü dəfə “elektron qaydada” forma 88 göndərildi. xx.xx.2021-ci il tarixində ixtisaslaşmış tibb müəssisələrində müayinə olunduğu halda yenidən həmin müəssisələrdə müayinə olunması əsas gətirilərək əlillik müddətinin uzadılmasından imtina edilmişdir. xx.xx.2021-ci il tarixində Agentlikdə təkrar əyani müayinədə olduqdan sonra akt tərib edildi. TSEK-sı tərəfindən xx.xx.2021-ci il tarixli göndərişə verilmiş imtina qərarı ləğv edilmiş və xx.xx.2022-ci il tarixində ona xx.xx.2021-ci il tarixindən İİ qrup müddətsiz əlillik təyin edilmişdir. Əlillik müddətinin bitdiyi tarixdən yəni xx.xx.2021-ci il tarixindən müəyyən edilməsi üçün xx.xx.2021-ci il tarixində Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyinə müraciət etmişdir. Agentlik tərəfindən müraciətinə xx.xx.2022-ci il tarixli **********4 saylı məktubla cavab verilmişdir. Agentliyin cavab məktubunda ona 07.12. 2021-ci il tarixindən İİ qrup ömürlük əlillik təyin olunduğu və digər məsələ ilə əlaqədar olaraq ərazi üzrə Tibbi Sosial Ekspert Komussiyasına müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də, Ərazi üzrə 4 saylı Tibbi Sosial Ekspert Komissiyasına əlilliyinin bitdiyi vaxtdan yəni xx.xx.2022-ci il tarixindən müəyyən edilməsi üçün ərizə ilə xx.xx.2022-ci tarixində müraciət etmişdir. Həmin ərizəsi xx.xx.2022-ci il tarixində “onlara aid deyil” qeydi ilə geri qaytarılmışdır. Bundan sonra həmin ərazi üzrə 1108 saylı poçt şöbəsindən xx.xx.2022-ci il tarixində SS785473294AZ kodlu bildirişli məktubla təkrar göndərmişdir. xx.xx.2022-ci il tarixində onlara təqdim edilməsi və əməkdaşları Əlibəyli tərəfindən imza edilərək qəbul edilməsi barədə bildirişi almışdır. Lakin, ərazi üzrə 4 Saylı Tiibbi Sosial Ekspert Komissiyası tərəfindən hərəkətsizlik edilərək ərizəsinə cavab verilməmişdir. Hesab edir ki, əlillik müddətinin xx.xx.2021-ci il tarixindən uzadılmasından əsassız olaraq Agentlik tərəfindən uzadılmasından imtina edilməsi və 4 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən isə hərəkətsizlik edilərək ərizəsinə cavab vermədiyinə görə onların üzərinə əlilliyinin bitdiyi taixdən yəni xx.xx.2021-ci il tarixindən müəyyən edilməsinin həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Məhkəməyə təqdim etdiyi Dövlət TibbiSosial Ekspertiza və Reablitasiya Agentliyinə ünvanladığı ərizəsindən aydın görünür ki, əlillik müddətini xx.xx.2021-ci il tarixindən bərpa etmək onların səlahiyyətinə aid olduğu halda xx.xx.2022-ci il tarixli **********4 saylı məktubla bu məsələ ilə əlaqədar olaraq ərazi üzrə TSEK-na müraciət etməsi tövsiyə olunmuşdur. Ərazi üzrə 4 saylı TSEK-sı isə bir aydan artıq vaxt keçməsinə baxmayaraq hərəkətsizlik edərək ərizəsinə cavab vermir. Cavabdehin iddiaya qarşı yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə 35 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: ümumi xəstəlik; X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet İitip.insulin tələbli ağır forma.hipertoniya xəst lld.ÜİX.stabil gərginlik stenokardiyası İİ f.s.prostat vəzinin adenoması.OU-diab.qeyri-proliferativ retinopatiya; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: endokrin sistem xəstəliyi” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 35 nömrəli Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : ümumi xəstəlik; X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet İİ tipinsulindən asılı çoxsaylı ağırlaşmalarla .hipertoniya xəstəliyi İİ dər.ÜİX; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Şəkərli diabet İİ tip insulindən asılı çoxsaylı ağırlaşmalarla .hipertoniya xəstəliyi İİ dər.ÜİX” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : ümumi xəstəlik; X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet İİ tip insulindən asılı çoxsaylı ağırlaşmalarla .hipertoniya xəstəliyi İİ dər.ÜİX; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Şəkərli diabet İİ tip,insulindən asılı çoxsaylı ağırlaşmalarla .hipertoniya xəstəliyi İİ dər.ÜİX” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 35 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndəriş əsasında baxılmış və “X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, tip2 insulintələbli ağır forma OU-qeyri proliferativ retinopatiya, Periferik qan dövranının pozğunluğu ilə., a/ə damarlarının diabetik angiopatiyası, diabetik nefropariya Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü .4 işarəsi ilə); Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: 2008-dən xəstə olmasına baxmayaraq 2021-ci ilə kimi aldığı stasionar müalicələr qeyd olunmayıb İxtisaslaşmış xəstəxanada müalicəni davam etdirməsi məsləhətdir” səbəbi ilə imtina verilmişdir. Bakı 35 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: İV Sinif- Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet: Diaqnozun mətni: İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, tip2 insulintələbli ağır forma. Periferik qan dövranının pozğunluğu ilə., aşağı ətrafların diabetik angiopatiyası ÜİX. gərginlik stenokardiyası İİİ fs. infarktdan sonrakı kardioskleroz.Essensial [birincili] hipertenziya, İİ mərhələ, İY dərəcə risk ürək çatmamazlığı İİİ fs AF 37.9%; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: əsas diagnozun ağırlaşmalarını təsdiq edən instrumental müayinələrin nəticələri. status localis, mütəxəssislərin rəyi, anamnestik məlumatlar və TSEKə göndərilən zaman x-n vəziyyəti dəgigləşdirilsin və ətrafli qeyd edilsin” səbəbi ilə imtina verilmişdir. Bakı 35 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni: sas diaqnoz E11.7 İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, tip2 insulintələbli ağır forma Ağırlaşma E11.5 İnsulindən asılı olmayan şəkərli diabet, Periferik qan dövranının pozğunluğu ilə., aşağı ətrafların diabetik angiopatiyası. hər iki qamış arteriyalarının nəzərəçarpan stenozu Ağırlaşma H36 0* Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü .3 işarəsi ilə), OU-qeyri proliferativ retinopatiya OU başlanğıc katarakta Ağırlaşma G63.2* Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü 4 işarəsi ilə), diabetik sensomotor tədricən proqressivləşən vegeto - trofik pozulmalarla gedən poineyropatiya Ağırlaşma N08.3* Şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10-E14, diabetik nefropatiya. xroniki böyrək çatmamazlığı 2-ci mərhələ Yanaşı xəstəliklər İ25.2 Əvvəllər keçirilən miokard infarktı, ÜİX, infartkdan sonrakı kardioskleroiz gərginlikstenokardiyası İİİ fs ürək çatmamazlığı İİİ fs AF 37.9% Yanaşı xəstəliklər İ50 Ürək çatmamazlığı, ürək çatmamazlığı İİİ fs AF 37.9% Yanaşı xəstəliklər E04.2 Qeyri-toksik çox düyünlü ur, diffuz düyünlü zob Yanaşı xəstəliklər İ70.2 Ətraf arteriyalarının aterosklerozu, hər iki qamış arteriyalarının nəzərəçarpan stenozu Yanaşı xəstəliklər 110 Essensial [birincili] hipertenziya, İİ mərh risk4 Yanaşı xəstəliklər İ20.8 Stenokardiyanın digər formaları, ÜİX, infartkdan sonrakı kardioskleroiz gərginlikstenokardiyası İİİ fs; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi Göndərişin natamam doldurulması - Səbəb: Hədəf orqanlarda olan ağırlaşmalar ixtisaslaşmış tibb müəssisəsində ətraflı müayinə olunaraq dəqiqləşdirilsin” səbəbi ilə imtina verilmişdir. Bakı 35 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında təkrar baxılmış və “Səbəbi : Ümumi xəstəlik; “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni: İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, tip 2 insulintələbli ağır forma Ağırlaşma E11.5 İnsulindən asılı olmayan şəkərli diabet, Periferik qan dövranının pozğunluğu ilə., Periferik qan dövranının pozğunluğu ilə., aşağı ətrafların diabetik angiopatiyası; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00,E07-E07.9,E10.E12,E15-E16.1 ,E22.0-E22.1 .E23.0- E23.2,...” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göründüyü kimi, İddiaçı əlilliyi Bakı 35 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında təkrar qiymətləndirilmiş və ona müddətsiz İİ dərəcə əlillik təyin edilmişdir, lakin İddiaçı isə tələbində əlillik dərəcəsinin xx.xx.2021-ci il tarixdən hesablanması və həmin müddət üçün müavinətin ödənilməsini qeyd etmişdir. Belə olan halda İddiaçının tələbi qanunsuz və əsassızdır. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Odur ki, İddiaçı əlillik müddəti 10 aprel 2021-ci il tarixdə bitmiş və ona təkrar əlillik 07 dekabr 2021-ci il tarixdən, yəni təxminən 8 ay sonra təyin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2-1(112)-10188/2022 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti yazılı etiraza uyğun əsaslandırılmışdır və bildirilmişdir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İddiaçı əlillik müddəti 10 aprel 2021-ci il tarixdə bitmiş və ona təkrar əlillik 07 dekabr 2021-ci il tarixdən, yəni təxminən 8 ay sonra təyin edilmişdir. 8 ay keçdiyi üçün əlilliyin təyinatı tarixinin 01 may 2021-ci il tarixdən müəyyən edilməsi qanunvericiliyin qeyd olunan imperativ normasının pozulmasına gətirib çıxarır. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd edilməlidir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə əlilliyin təyin edilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş edir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın mahiyyəti üzrə Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır (AR İPM 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. - 1.0.17-ci maddəsinə uyğun olaraq, əlilliyin müəyyən edilməsi- şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsidir. - 3.1-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1-ci maddəsinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 3.5-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. 3.6-cı maddəsinə əsasən, əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: - 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.1-ci bəndinə görə, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. - 2.4-cü bəndinə uyğun olaraq, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.1-ci bəndinə uyğun olaraq, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. - 1.2-ci bəndinə əsasən, şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. - 1.3-cü bəndinə görə, göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. - 1.4-ci bəndinə əsasən, göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. - 1.5-ci bəndinə görə, göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. 2.6. Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin araşdırılan hallarından görünür ki, iddiaçıya ilk dəfə xx.xx.2014-cü il tarixdə təyin olunmuş üçüncü dərəcə əlillik 1 il müddətinə verilmiş,xx.xx.2015-ci il tarixli müayinə nəticəsinə uyğun 1 il müddət artırılmaqla, növbəti qiymətləndirmə xx.xx.2016-cı il tarixə təyin olunmuşdur. Həmin qiymətləndirmənin nəticəsinə uyğun olaraq iddiaçının əlillik dərəcəsi növbəti 5 il müddətinə uzadılmışdır. İddiaçının əvvəlki 3-cü dərəcə əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən etibarən müvafiq olaraq xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 35 nömrəli Şəhər Poliklinikası tərəfindən əlillik dərəcəsinin müəyyən edilməsi barədə göndərişlər göndərilməsinə baxmayaraq iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən cavabdeh tərəfindən əlavə müalicəyə ehtiyacın olması və göndərişin natamam doldurulması əsasları ilə imtina edilmişdir. Cavabdeh orqan tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə vərəqədən görünür ki, iddiaçının sağlamlıq vəziyyəti əvvəlki sağlamlıq vəziyyətindən daha da ağırlaşmış və ona ikinci dərəcə əlillik dərəcəsi verilmişdir. Əlillik dərəcəsi müddətsiz təyin olunmuşdur. Göründüyü kimi, iddiaçıya sonuncu əlillik dərəcəsi verilənə kimi Bakı şəhəri 35 nömrəli Şəhər Poliklinikası tərəfindən əlillik dərəcəsinin müəyyən edilməsi barədə bir neçə dəfə göndərişlər göndərilməsinə baxmayaraq iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmiş, iddiaçı cavabdehin imtinalarını müvafiq qaydada mübahisələndirməmiş, əksinə apellyasiya baxışı zamanı iddiaçı müvafiq imtinalardan sonra əlavə olaraq müalicə aldığını, xəstəxanada yatdığını, müayinələr olunduğunu bildirmiş, imtinalardan məlumatlı olsa da göründüyü kimi, onları mübahisələndirmək üçün də qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüş, sonradan isə müvafiq tibb müəssisəsinin göndərişi əsasında iddiaçının sağlamlıq vəziyyətinin əvvəlki sağlamlıq vəziyyətindən daha da ağırlaşması səbəbindən ona müddətsiz 2-ci dərəcə əlillik verilmişdir. Hazırda iddiaçı cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli qərarı ilə ona verilmiş 2-ci dərəcə əlilliyin xx.xx.2021-ci ildən hesablanmasını xahiş edir. Halbuki, işin hallarından da aydın olduğu kimi iddiaçıya əvvəllər (xx.xx.2021-ci il tarixədək) 3-cü dərəcə əlillik verilmişdir. İddiaçının müvafiq olaraq inzibati orqana müraciətlər edən zamanı (göndərişlərin göndərilməsi) qüvvədə olan “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə 2-ci və 3-cü dərəcə əlilliyin təyininə əsas olan xəstəliklər fərqləndirilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci maddəsinə əsasən, İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0,İ13-İ13.2,İ20-İ25,İ30- İ31.9,İ33);2.2.2 ağır formalı bədxassəli qan xəstəlikləri (C80-C96.9); 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9);2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35-J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8); 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə)ağır xroniki xəstəlikləri(ümumi qidalanmanın zəifləməsi əsasən boyçəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1,K25-K29.9,K31.0-K31.9,K50-K55.9,K58-K60.5, K62- K63.9,K65.8, K71-K77.0,K85-K86.9);2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03,N11.9,N13-N13.9,N14-N14.4,N18-N18.9); 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00,E07-E07.9,E10,E12,E15-E16.1,E22.0-E22.1,E23.0-E23.2,E23.7,E24- 24.9,E25.8,E26.9,E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34-E35.8); 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9,G80-G80.9); 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14,G20,G23-G23.9,G25-G26,G35-G37.8,G45-G46.8,G95-G95.9); 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9,H47-H47.5,H52- H53.9); 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); 2.2.13. İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00-C97); 2.2.15. xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri. Həmin Əsasnamənin 2.3-cü bəndinə əsasən üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.3.1. ətraflardan birinin yalançı oynağı (M84.0-M84.4,M96.0); 2.3.2. dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması) (M21.2,M24.5- M24.6,M25.6,M67.1,M99.0); 2.3.3. əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0,G83.2); 2.3.4. epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) (G40-G40.9); 2.3.5. astenik tipli qüsur və ya qeyri-sabit remissiya halında olan şizofreniya (F20-F20.9); 2.3.6. ağır formalı bədxassəli qan xəstəlikləri, remissiya mərhələsində (C80-C96.9); 2.3.7. İİ mərhələ bədxassəli şişlər (C00-C97); 2.3.8. İİVinfeksiyasının İ-İİ mərhələləri (B20-B24); 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9,F45- F45.9,F48-F48.9). Qanunvericiliyin tələbinə əsasən, şəxs əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Hazırkı iş üzrə qeyd olunan müddət aralığında şəxsin səhhəti ilə bağlı vəziyyəti stabil olaraq qalmamış, əksinə ağırlaşmalar baş vermiş və şəxsə ikinci dərəcə əlillik təyin olunmuşdur. Müvafiq olaraq cavabdehin əvvəlki imtina qərarları mübahisələndirilməmiş, növbəti təyinata qədər isə şəxsin əlillik dərəcəsi üçüncü dərəcə olmuşdur. Əlilliyin təyinatı ilkin dəyərləndirmənin davamı kimi yox, yeni əlillik dərəcəsini təyinatı kimi başa düşülür. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas verir, bu səbəbdən, şikayət təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2-1(112)-10188/2022 nömrəli qərarı ləğv edilsin. İddia tələbi təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2113/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2113/2023
21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver