Məhkəmə qərarları › İş №2-1(103)-2114/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2114/2025

17.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2114/2025 17.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ona münasbətdə ləğv edilməsi və əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X13 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X10 və X6 ibarət tərkibdə, X12-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi (arvadı) X3 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 459/2025 saylı 14 yanvar 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 sentyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1975-ci il təvəllüdlüdür. İddiaçı xx.xx.2010-cu il tarixdə müayinə olunmuş və ona cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S20-S29 - Döş qəfəsinin travmaları => S29 - Döş qəfəsinin digər dəqiqləşdirilməmiş travmaları => S29.8 Döş qəfəsinin yumşaq toxumalarının dəlib keçən güllə yaralanmasından sonrakı çapıq toxumalar, sol tərəfli qabırğaarası sinirin travmatik nevriti kəskinləşmələrlə, kəskin ağrı sindromu ilə üçüncü dərəcə əlillik (travma) müddətsiz təyin edilmişdir. İddiaçı xx.xx.2014-ci il tarixdə təkrar müayinə olunmuş və ona XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S20-S29 – X15: qəfəsinin travmaları => S29 - Döş qəfəsinin digər dəqiqləşdirilməmiş travmaları => S29.8 - Döş qəfəsinin yumşaq toxumalarının dəlib keçən güllə yaralanmasından sonrakı çapıq toxumalar, sol tərəfli qabırğaarası sinirin travmatik nevriti kəskinləşmələrlə, kəskin ağrı sindromu ilə ikinci dərəcə əlillik (travma) 1 il müddətinə təyin edilmişdir. İddiaçı xx.xx.2015-ci il tarixdə təkrar müayinə olunmuş və ona XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və Beynəlxalq Təsnifatı: hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu... Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Döş qəfəsinin sol yarısının güllə yaralanmasından sonrakı vəziyyət. Digər dəqiqləşdirilməmiş nevrotik pozuntular. Kəskin asteno nevrotic sindrom. Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, TÇ İİ dərəcə, tez-tez boğulma tutmaları ilə. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu diaqnozu ilə ikinci dərəcə əlillik (2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı) 5 il müddətinə təyin edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə müayinə olunmuş və ona Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.8 - Təsnifatı: Qarışıq astma TSEK-ə göndəriş zamanı diaqnoz XBT 10 kodu Xəstəliyin adı Diaqnozun mətni: Əsas diaqnoz J45.8 Qarışıq astma. Bronxial astma qarışıq forma, nəzarət olunmayan mərhələ. Ağırlaşma J96.1 Xroniki respirator çatmamazlıq, TÇ-ğı İİ dərəcə, qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu. Ağciyərin emfizeması. diaqnozu qoyulmuş və əlavə müalicəyə ehtiyacın olması səbəbindən əlilliyin təyinatından imtina olunmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdə müayinə olunmuş və ona XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Hərbi qulluq zamanı alınmış Diaqnozun mətni: güllə yarasıından sonra döş qəfəsinin sol yarısının güllə yaralanmasından sonrakı vəziyyət. Qarışıq astma, Bronxial astma qarışıq forma, nəzarət olunmayan mərhələ. diaqnozu qoyulmuş və diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlilliyin təyinatından imtina olunmuşdur. İddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli Ambulator kitabçadan çıxarışdan görünür ki, iddiaçıya əsas diaqnozu: T93.4 XBT və G83.1 XBT kodu ilə sağ aşağı ətrafın postravmatik nevropativası, sol aşağı monoparezlə əzələ gücü 3 bal, hərəki pozulmalar. Əsas xəstəliyin ağırlaşması: R52.0 və R39 XBT kodu ilə Anus ağrı, kiçik çanaq orqanları funksiyasının pozulması ilə və Yanaşı xəstəliklər: M54.1 Bel-oma fəqərələrinin yayılmış osteoxondrozu, radikulopatiyası. diaqnozu qoyulmuşdur. İddiaçı barəsində verilən xx.xx.2023-cü il tarixli Y00117606SDY nömrəli göndərişdə - Əsas diaqnoz: “ G83.1-sol aşağı monoparez və əzələ gücü 3 bal, hərəki pozulma ilə.” qeyd olunmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasında iddiaçının sonuncu müayinəyə dair məlumatın məzmunundan görünür ki, iddiaçının sağlamlıq vəziyyəti sonuncu dəfə xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və iddiaçıya “aşağı ətrafın nevropativası. Sol aşağı monoparezlə əzələ gücü 3 bal, hərəki pozulması ilə” diaqnozu qoyulmuşdur. İddiaçıya diaqnozun öz təsdiqini tapmaması səbəbindən imtina edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövləl Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 3-17-4/3-3- 17670/2023 nömrəli 25 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, əlillik vəziyyəti tibb müəssisəsinin 033800AAMCS nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar verilmişdir (ESDAS: **********9). Yenidən əlillik vəziyyəti tibb müəssisəsinin Y00117606SDY nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarxdə qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunaraq geriyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2000-ci il tarixli 329 nömrəli Qərar verilmişdir. Həmin qərara “Döş qəfəsinin sol tərəfinin yumşaq toxumalarının dəlib keçən güllə yaralanmasından sonrakı dəri çapıqları, funksiyanın pozulmaması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, "Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol döş qəfəsinin arxa səthində çapıqlar qeyd olunmuş, auskultasiyada vezikulyar tənəffüs eşidilmiş, tənəffüs keçiriciliyi simmetrik, əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, aşağı ətraflarda hərəkət məhdudluğundan, sinir ağrıları, qeyriiradi sidik ifrazından şikayətlənmişdir. Anamnestik məlumatlarında bir ildir bezdən istifadə etdiyini, aşağı ətraflarının işləmədiyini bildirmişdir. Müayinə zamanı döş qəfəsin arxa səthinin sol aşağı hissəsində çapıq toxumalar izlənilmişdir. Nevroloji baxış zamanı aşağı ətraflarda əzələ gücü və tonus normal, diz axil refleksləri canlı alınmış D=S, hipotrofiya, atrofiya, parez, iflic izlənilməmiş, hərəkətlər sərbəst və ağrısız olmuşdur. Auskultasiya zamanı ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmiş, saturasiyası (Sp02) 97%, nəbzi 77 vurğu, tənəffüs hərəkətlərinin sayı 16 müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmamışdır. Təqdim olunmuş hərbi qərarda qeyd olunan diaqnozlar ilə vətəndaşın bildirdiyi şikayətlər uyğunsuz olmuş, hərbi şəhadətnamədə qeyd olunmuş xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşmaları aşkar edilməmişdir. Həmçinin təqdim olunmuş tibbi müalicə sənədlərində ağır nevroloji diaqnozlar qeyd olunsa da, müayinə zamanı həmin diaqnozlar təsdiqlənməmişdir. Elmi- X7 İnstitutunun xx.xx.2022-ci il tarixli Spirometriya müayinəsinin nəticəs "Qarışıq tipli əhəmiyyətli tipli ventilyasiya pozğunluğu qeyd olunur. FVC-36, FEV1-35 kimi olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz "Odlu silahla yaralanmadan sonra, sol tərəfli döş qəfəsinin aşaqı orta sol baldırın yuxarı 1/3-nin tış arxa səthlərində çapıq toxumaları, sol körpücük sümüyünün orta 1/3-nin yuxarısında yumşaq toxumalarda metal qəlpələr, sol baldırın yuxarı 1/3-nin yumşaq toxumalarında metal qəlpələri, sol pəncənin sallanması, parezi, sol incik və qamış sinirlərinin neyropatiyası, əzələ atrofiyası, daimi aqrı sindromu və dataq-hərəkət funksiyasının pozulması”" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. M.Ə.Əfəndiyev adına X19 xx.xx.2023xx.xx.2023-cü il tarixli 2987 nömrəli Çıxarışında diaqnoz “Sağ aşağı ətrafın postravmatik neyropatiyası, sol aşaqı monoparezlə əzələ gücü 3 bal, hərəki pozulmalar. Anus aqrı, kiçik çanaq orqanları funksiyasının pozulması ilə. Bel-oma fəqərələrinin yayılmış osteoxondrozu, radikulopatiya” kimi ceyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticəcə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2023-cü il tarixli göndərişə əsasən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı tərəfin verdiyi iddia tələbinin dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırmışdır ki, hərbi xidmət zamanı güllə yarası almışdır, ikinci qrup əlildir. Lakin əlilliyi təkrar təyin edilməmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaya etiraz edərək bildirmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli Qərarında bunlar göstərilmişdir: Bakı şəhər sakini xx.xx.1975-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 033800AAMCS nömrəli, xx.xx.2022-ci il tarixli göndərişi əsasında DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar verilmişdir (ESDAS: **********9). Yenidən əlillik vəziyyəti tibb müəssisəsinin Y00117606SDY nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunaraq geriyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, ona AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2000-ci il tarixli 329 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Döş qəfəsinin sol tərəfinin yumşaq toxumalarının dəlib keçən güllə yaralanmasından sonrakı dəri çapıqları, funksiyanın pozulması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd edilir ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol döş qəfəsinin arxa səthində çapıqlar qeyd olunmuş, auskultasiyada vezikulyar tənəffüs eşidilmiş, tənəffüs keçiriciliyi simmetrik, əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilməmişdir” kimi qeyd olunmuş. Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, aşağı ətraflarda hərəkət məhdudluğundan, sinir ağrıları, qeyriiradi sidik ifrazından şikayətlənmişdir. Anamnestik məlumatlarında bir ildir bezdən istifadə etdiyini, aşağı ətraflarının işləmədiyini bildirmişdir. Müayinə zamanı döş qəfəsin arxa səthinin sol aşağı hissəsində çapıq toxumalar izlənilmişdir. Nevroloji baxış zamanı aşağı ətraflarda əzələ gücü və tonus normal, diz axil refleksləri canlı alınmış D=S, hipotrofiya, atrofiya, parez, iflic izlənilməmiş, hərəkətlər sərbəst və ağrısız olmuşdur. Auskultasiya zamanı ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmiş, saturasiyası (Sp02) 97%, nəbzi 77 vurğu, tənəffüs hərəkətlərinin sayı 16 müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmamışdır. Təqdim olunmuş hərbi qərarda qeyd olunan diaqnozlar ilə vətəndaşın bildirdiyi şikayətlər uyğunsuz olmuş, hərbi şəhadətnamədə qeyd olunmuş xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşmaları aşkar edilməmişdir. Həmçinin təqdim olunmuş tibbi müalicə sənədlərində ağır nevroloji diaqnozlar qeyd olunsa da, müayinə zamanı həmin diaqnozlar təsdiqlənməmişdir. X1 İnstitutunun xx.xx.2022-ci il tarixli Spirometriya müayinəsinin nəticəsi “Qarışıq tipli əhəmiyyətli tipli ventilyasiya pozğunluğu qeyd olunur. FVC-36, FEV1-35” kimi olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonra, sol tərəfli döş qəfəsinin aşağı orta sol baldırın yuxarı 1/3-nin tış arxa səthlərində çapıq toxumaları, sol körpücük sümüyünün orta 1/3-nin yuxarısında yumşaq toxumalarda metal qəlpələr, sol baldırın yuxarı 1/3-nin yumsaq toxumalarında metal qəlpələri, sol pəncənin sallanması, parezi, sol incik və qamış sinirlərinin neyropativası, əzələ atrofiyası, daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması” ” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. M.Ə.Əfəndiyev adına X19 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 2987 nömrəli Çıxarışında diaqnoz “Sağ aşağı ətrafın postravmatik nevropativası, sol aşağı monoparezlə əzələ gücü 3 bal, hərəki pozulmalar. Anus ağrı, kiçik çanaq orqanları funksiyasının pozulması ilə. Bel-oma fəqərələrinin yayılmış osteoxondrozu, radikulopativa” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-459/2025 saylı 14 yanvar 2025-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı xx.xx.2023-cü il tarixli Y00117606SDY nömrəli tibbi göndəriş əsasında əlilliyin təyin edilməsi vəzifəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, ekspert rəyinə əsaslanaraq, halbuki ekspertiza qarşısında qoyulan suallar belə Ali Məhkəmənin icmal məktubunda qeyd edilən hallara ziddir, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun öz təsdiqini tapmaması İddiaçı əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun Əsasnamədə mövcudluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Əsasnamənin 6-cı bəndində sinir sistemi xəstəliklərinin əlillik təyinatına əsas verməsini müəyyənləşdirmək üçün nəzərə alınmalı olan hallar müəyyən edilmişdir. Həmin bəndə əsasən orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması. USİ səbəbindən orqanizmin davamlı pozuntularının təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi xəstəliyin klinik formasına, hərəkət pozuntularının xüsusiyyətlərinə və dərəcəsinə, əşyaları tutma və saxlama bacarığının pozulmasına (biləklərin bir və ya ikitərəfli pozuntusu); dayaq və hərəkət pozuntusunun dərəcəsinə (bir və ya ikitərəfli), dil və nitq pozuntularının olması və təzahür dərəcəsinə, psixi pozulma dərəcəsinə (yüngül koordinativ pozulma, dil və nitq çatışmazlığı olmadan əqli inkişafdan yüngül dərəcədə qalma, dizartriya ilə birgə əqli inkişafdan yüngül dərəcədə qalma, orta dərəcə əqli inkişafdan qalma, ağır dərəcə əqli inkişafdan qalma, əqli inkişafdan dərin geriqalma), psevdobulbar sindromun olmasına və dərəcəsinə, epileptik tutmaların olmasına (onların xüsusiyyətləri və tezliyi), bioloji yaşa uyğun fəaliyyətin məqsədyönlülüyünə, məhsuldarlığına, bioloji yaşa və hərəkət çatışmazlığının strukturuna görə uşağın potensial qabiliyyətlərinə, potensial qabiliyyətləri realizə etmək imkanına (realizə edilməsinə şərait yaradan və maneə olan amillər, kontekst amilləri) əsaslanır. Qiymətləndirmədə sadalanmış fərqli halların (ağırlaşmaların) biri və ya bir neçəsi olduğu zaman seçim edilir. Yuxarıda qeyd olunan halların heçbiri iddiaçının əyani müayinəsi zamanı obyektiv vəziyyəti qiymətləndirilərkən insturmental müayinələrin nəticəsi ilə təsdiqlənməmişdir. Başqa sözlə desək, iddiaçıda orqanizmin funksiyalarının 35 faizdən yuxarı pozulması müəyyən edilməmişdir. Tərəflərin izahatları: xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etirazı olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi (arvadı) X9 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 3-17-4/3-3- 17670/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının İddiaçı aid olan hissədə ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X16 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və məhkəmə qərarının ləğv olunub, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iş üzrə iddiaçının tələbi “mübahisələndirmə haqqında” və “öhdəliyin icrası haqqında” iddia növünə aiddir. İddiaçı xx.xx.2023-cü il tarixli inzibati aktın ona münasibətdə ləğvi ilə bağlı məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Ona görə də iddia mümkündür. İddiaçının ikinci tələbi ilə bağlı cavabdeh orqana müraciəti isə təmin edilmədiyi üçün iddia verməkdə haqlı olmuş, bu iddia da mümkünlük şərtlərini ödədiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, işin birinci instansiya məhkəməsində icraatı zamanı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbi “ona xx.xx.2023-cü il tarixli Y00117606SDY nömrəli tibbi göndəriş əsasında əlilliyin təyin edilməsi” barədə olmuşdur. Birinci instansiya məhkəməsi həmin tələbin təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının iddia tələblərinin əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin olunduğu qənaətindədir və bununla bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya) 1.0.2-ci maddəsinə əsasən əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Qaydaların 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Qaydaların 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Qaydaların 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Qaydaların 3.1-ci bəndinə əsasən əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. Qaydaların 3.2-ci bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Qaydaların 3.3-cü bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. Qaydaların 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il “ 26” dekabr tarixli “19- 1” nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın 1.1-ci bəndinə əsasən bu Təlimat Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 163-cü maddəsinin birinci hissəsinə əsasən hazırlanmışdır və Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə (bundan sonra Silahlı Qüvvələr), hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda), habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində hərbi xidmət (hərbi toplanış) keçmiş şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması qaydalarını tənzimləyir. Həmin Təlimatın 2.1-ci bəndinə əsasən tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: 2.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik; 2.1.3. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik; 2.1.4. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik; 2.1.5. Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlillik; 2.1.6. Ümumi xəstəliklə əlaqədar əlillik. Həmin Təlimatın 2.2-ci bəndinə əsasən " Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu: 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra- xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; 2.2.1.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa; Həmin Təlimatın 3.1-ci bəndinə əsasən şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlillik müəyyən etmək üçün əsas vermiş olduqda müəyyən edilir. Həmin Təlimatın 3.2-ci bəndinə əsasən hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. Həmin Təlimatın 3.3-cü bəndinə əsasən hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); 3.3.2. arayış ştatdankənar HHK tərəfindən tərtib edilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin 1.6-cı bəndində göstərilən hallarda ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir; 3.3.3. ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı. Həmin Təlimatın 3.4-cü bəndinə əsasən xəstəlik haqqında şəhadətnamədə, arayışda və ya ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarında xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi "Hərbi–həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun göstərilmədikdə, yaxud ştatlı HHK-nın qərarının əsli ilə düz olduğunun yoxlanılması zəruri olduqda, sənədlər baxılmaq üçün müvafiq ştatlı HHKna göndərilir. Həmin Təlimatın 3.5-ci bəndinə əsasən hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. 3.5.2. Silahlı Qüvvələrdən, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarından (dövlət orqanlarının strukturuna daxil olan qurumlardan) ehtiyata və ya istefaya buraxılmış, habelə hərbi toplanış keçmiş hərbi qulluqçuların hərbi tibbi sənədləri olmadığı və ya habelə həmin sənədlər düzgün tərtib olunmadığı hallarda onlar xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin müəyyən edilməsi üçün müvafiq ştatlı HHK-ya göndərilirlər. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövləl Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 3-17-4/3-3- 17670/2023 nömrəli 25 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, əlillik vəziyyəti tibb müəssisəsinin 033800AAMCS nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar verilmişdir (ESDAS: **********9). Yenidən əlillik vəziyyəti tibb müəssisəsinin Y00117606SDY nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarxdə qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunaraq geriyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2000-ci il tarixli 329 nömrəli Qərar verilmişdir. Həmin qərara “Döş qəfəsinin sol tərəfinin yumşaq toxumalarının dəlib keçən qüllə yaralanmasından sonrakı dəri çapıqları, funksiyanın pozulmaması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, "Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol döş qəfəsinin arxa səthində çapıqlar qeyd olunmuş, auskultasiyada vezikulyar tənəffüs eşidilmiş, tənəffüs keçiriciliyi simmetrik, əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, aşağı ətraflarda hərəkət məhdudluğundan, sinir ağrıları, qeyriiradi sidik ifrazından şikayətlənmişdir. Anamnestik məlumatlarında bir ildir bezdən istifadə etdiyini, aşağı ətraflarının işləmədiyini bildirmişdir. Müayinə zamanı döş qəfəsin arxa səthinin sol aşağı hissəsində çapıq toxumalar izlənilmişdir. Nevroloji baxış zamanı aşağı ətraflarda əzələ gücü və tonus normal, diz axil refleksləri canlı alınmış D=S, hipotrofiya, atrofiya, parez, iflic izlənilməmiş, hərəkətlər sərbəst və ağrısız olmuşdur. Auskultasiya zamanı ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmiş, saturasiyası (Sp02) 97%, nəbzi 77 vurğu, tənəffüs hərəkətlərinin sayı 16 müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmamışdır. Təqdim olunmuş hərbi qərarda qeyd olunan diaqnozlar ilə vətəndaşın bildirdiyi şikayətlər uyğunsuz olmuş, hərbi şəhadətnamədə qeyd olunmuş xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşmaları aşkar edilməmişdir. Həmçinin təqdim olunmuş tibbi müalicə sənədlərində ağır nevroloji diaqnozlar qeyd olunsa da, müayinə zamanı həmin diaqnozlar təsdiqlənməmişdir. Elmi- X7 İnstitutunun xx.xx.2022-ci il tarixli Spirometriya müayinəsinin nəticəsi "Qarışıq tipli əhəmiyyətli tipli ventilyasiya pozğunluğu qeyd olunur. FVC-36, FEV1-35 kimi olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz "Odlu silahla yaralanmadan sonra, sol tərəfli döş qəfəsinin aşaqı orta sol baldırın yuxarı 1/3-nin tış arxa səthlərində çapıq toxumaları, sol körpücük sümüyünün orta 1/3-nin yuxarısında yumşaq toxumalarda metal qəlpələr, sol baldırın yuxarı 1/3-nin yumşaq toxumalarında metal qəlpələri, sol pəncənin sallanması, parezi, sol incik və qamış sinirlərinin neyropatiyası, əzələ atrofiyası, daimi aqrı sindromu və dataq-hərəkət funksiyasının pozulması”" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. M.Ə.Əfəndiyev adına X19 xx.xx.2023xx.xx.2023-cü il tarixli 2987 nömrəli Çıxarışında diaqnoz “Sağ aşağı ətrafın postravmatik neyropatiyası, sol aşaqı monoparezlə əzələ gücü 3 bal, hərəki pozulmalar. Anus aqrı, kiçik çanaq orqanları funksiyasının pozulması ilə. Bel-oma fəqərələrinin yayılmış osteoxondrozu, radikulopatiya” kimi ceyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticəcə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. İşin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş, T 129/2024 saylı ekspert rəyində iddiaçının əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert tərtib edilmiş göndərişdə qeyd edilən “Aşağı ətrafların monoplegiyası, sol aşağı ətrafın monoparezi, əzələ gücü 3 bal, hərəki pozulma ilə” diaqnozu şəxsin əyani müayinəsi zamanı öz təsdiqini tapmadığından, aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər-hansı bir bəndini aid etməyin mümkün olmadığı qeyd edilmişdir. Həmin ekspertizanan keçirilməsində hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 sosial eksperti X11 iştirak etmiş və rəyi imzalamış, buna görə də məhkəmə tərəfindən təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Birinci instansiya məhkəməsi həmin ekspertizanın keçirilməsində hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 sosial eksperti X5 iştirak etməsi və rəyi imzalamasına görə rəyi mötəbər sübut hesab etmədiyindən təkrar məhkəmə-tibbi ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş, T 673/2024 saylı ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı Respublika Klinik Xəstəxanasında xx.xx.2024-cü il tarixdə audioqramma müayinəsi zamanı “ikitərəfli koxlear nevrit. İİİ dərəcəli neyrosensor ağıreşitmə” diaqnozu müəyyən edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunda komissiya tərəfindən müayinəsi zamanı ona “Odlu silahla yaralanmasından sonra sol baldırın yuxarı l\3-nin tış, soltərəfli döş qəfəsinin orta, arxa səthlərində çapıq toxumaları, sol bud-çanaq oynağının travmadan sonra koksartrozu, yaxınlaşdırıcı kontrakturası uzaqlaşma 25dər), bel fəqərələrinin spondilyozu, irradiasiya verən kökcük ağrı sindromu, sol baldırın l\3-nin yumşaq toxumalarında metal qəlpəsi, daimi ağrı sindromu, axsaması, hərəkət funksiyasının pozulması. (Y36.4, L90.5, L91.0, M16.5, M24.5, M47.8, M54.1, M79.5, R52.1, R26.8.) diaqnozu qoyulmuşdur. İddiaçı 03.07.-xx.xx.2023-cü il tarixlərdə 17 saylı BŞX-da stasionarda müalicədə olarkən “T93.4sağ aşağı ətrafın posttravmatik neyropatiyası, G83.1-sol aşağı monoparez və əzələ gücü 3 bal, hərəki pozulma, R52.0-anus ağrı, kiçik çanaq orqanları funksiyasının pozulması ilə, M54.1-beloma fəqərələrinin yayılmış osteoxondrozu, radikulopatiyası” diaqnozu ona anamnestik, klinik və diaqnostik müayinələr əsasında qoyulsa da, xx.xx.2023-cü il tarixdə DTSERA-da əyani müayinəsi zamanı klinik olaraq öz təsdiqini tapmamışdır. Beləliklə, hazırki işin hallarından müəyyən olunur ki, iddiaçıya xx.xx.2010-cu il tarixdə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S20- S29 - Döş qəfəsinin travmaları => S29 - Döş qəfəsinin digər dəqiqləşdirilməmiş travmaları => S29.8 Döş qəfəsinin yumşaq toxumalarının dəlib keçən güllə yaralanmasından sonrakı çapıq toxumalar, sol tərəfli qabırğaarası sinirin travmatik nevriti kəskinləşmələrlə, kəskin ağrı sindromu ilə üçüncü dərəcə əlillik (travma) müddətsiz təyin edilsə də, sonradan müayinəsi yenidən aparılmış və ona XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S20-S29 – X15: qəfəsinin travmaları => S29 - Döş qəfəsinin digər dəqiqləşdirilməmiş travmaları => S29.8 -Döş qəfəsinin yumşaq toxumalarının dəlib keçən güllə yaralanmasından sonrakı çapıq toxumalar, sol tərəfli qabırğaarası sinirin travmatik nevriti kəskinləşmələrlə, kəskin ağrı sindromu ilə ikinci dərəcə əlillik (travma) 1 il müddətinə təyin edilmişdir. Bundan sonra sonuncu dəfə iddiaçı xx.xx.2015-cı il tarixdə təkrar müayinə olunaraq ona XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri = > Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu ...Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Döş qəfəsinin sol yarısının güllə yaralanmasından sonrakı vəziyyət. Digər dəqiqləşdirilməmiş nevrotik pozuntular. Kəskin asteno nevrotoк sindrom. Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, TÇ İİ dərəcə, tez-tez boğulma tutmaları ilə. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu diaqnozu ilə ikinci dərəcə əlillik (2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı) 5 il müddətinə təyin edilmişdir. Lakin müddətin sonunda iddiaçı xx.xx.2021-ci il tarixdə müayinə olunaraq ona Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.8 - Təsnifatı: Qarışıq astma TSEKə göndəriş zamanı diaqnoz XBT 10 kodu Xəstəliyin adı Diaqnozun mətni: Əsas diaqnoz J45.8 Qarışıq astma. Bronxial astma qarışıq forma, nəzarət olunmayan mərhələ. Ağırlaşma J96.1 Xroniki respirator çatmamazlıq, TÇ-ğı İİ dərəcə, qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu. Ağciyərin emfizeması. diaqnozu qoyulmuş və əlavə müalicəyə ehtiyacın olması səbəbindən əlilliyin təyinatından imtina olunmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasında iddiaçının sonuncu müayinəyə dair məlumatın verilməsindən görünür ki, iddiaçının sağlamlıq vəziyyəti sonuncu dəfə xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və iddiaçıya aşağı ətrafın nevropativası. Sol aşağı monoparezlə əzələ gücü 3 bal, hərəki pozulması ilə diaqnozu qoyulmuşdur. İddiaçıya diaqnozun öz təsdiqini tapmaması səbəbindən imtina edilmişdir. Lakin yuxarıda qeyd edilən sonuncu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş T 673/2024 saylı ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı Respublika Klinik Xəstəxanasında xx.xx.2024-cü il tarixdə audioqramma müayinəsi zamanı “ikitərəfli koxlear nevrit. İİİ dərəcəli neyrosensor ağıreşitmə” diaqnozu müəyyən edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunda komissiya tərəfindən müayinəsi zamanı ona “Odlu silahla yaralanmasından sonra sol baldırın yuxarı l\3-nin tış, soltərəfli döş qəfəsinin orta, arxa səthlərində çapıq toxumaları, sol bud-çanaq oynağının travmadan sonra koksartrozu, yaxınlaşdırıcı kontrakturası uzaqlaşma 25dər), bel fəqərələrinin spondilyozu, irradiasiya verən kökcük ağrı sindromu, sol baldırın l\3-nin yumşaq toxumalarında metal qəlpəsi, daimi ağrı sindromu, axsaması, hərəkət funksiyasının pozulması. (Y36.4, L90.5, L91.0, M16.5, M24.5, M47.8, M54.1, M79.5, R52.1, R26.8.) diaqnozu qoyulmuşdur. İddiaçı 03.07.-xx.xx.2023-cü il tarixlərdə 17 saylı BŞX-da stasionarda müalicədə olarkən “T93.4-sağ aşağı ətrafın posttravmatik neyropatiyası, G83.1-sol aşağı monoparez və əzələ gücü 3 bal, hərəki pozulma, R52.0anus ağrı, kiçik çanaq orqanları funksiyasının pozulması ilə, M54.1-beloma fəqərələrinin yayılmış osteoxondrozu, radikulopatiyası” diaqnozu ona anamnestik, klinik və diaqnostik müayinələr əsasında qoyulsa da, xx.xx.2023-cü il tarixdə DTSERA-da əyani müayinəsi zamanı klinik olaraq öz təsdiqini tapmamışdır. İddiaçı həmin imtinadan narazı qalaraq ona xx.xx.2023-cü il tarixli Y00117606SDY nömrəli tibbi göndəriş əsasında əlillik təyin edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən yuxarıda qeyd olunan xx.xx.2023-cü il tarixli qərrın ona münasibətdə ləğvini tələb etməsə də, bu barədə tələbinə dəqiqləşdirmə vermək ona təklif olunmuş və iddiaçı göstərilən hüquqi yardıma əsasən tələbini apellyasiya baxışı zamanı dəqiqləşdirmiş, xx.xx.2023-cü il tarixli qərarın ona münasibətdə ləğv edilməsini xahiş etmişdir. Aparılan məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin icraatında keçirilmiş ekspertizanın nəticəsində verilmiş rəydə iddiaçıya münasibətdə tərtib edilmiş göndərişdəki diaqnozlar təsdiqlənmişdir. Buna görə də məhkəmə kollegiyası cavabdeh qurumun sonuncu dəfə iddiaçını əyani müayinəyə dəvət edərkən bu müayinə və bunun əsasında ona müvafiq əlilliyin təyin olunmasının mümkünlüyünü formal yoxladığı qənaətindədir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh qurumun bu şəkildə inzibati icraatı səthi aparması öz səlahiyyətlərindən irəli gələn vəzifələrini lazımi qaydada icra etməməsi anlamına gətirir. Bu isə inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilir. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə görə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 24.5-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının “əlillik təyin edilməsi” ilə bağlı tələbi əsaslı olduğu üçün birinci instansiya məhkəməsi həmin iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Lakin məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçının tələbi ilə bağlı cavabdeh qurum tərəfindən inzibati icraat “İnzibati icraat haqqında” Qanunun tələbləri pozulmaqla həyata keçirildiyi halda bu barədə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın iddiaçıya münasibətdə əsaslılığına qiymət verilməmişdir. Apellyasiya baxışı zamanı iddiaçı həmin qərarın məhz ona münasibətdə ləğv edilməsini tələb etdiyi üçün məhkəmə kollegiyası tərəfindən bu aspektdə də müvafiq araşdırmalar aparılmış və müəyyən olunmuşdu ki, həqiqətən də həmin qərar yuxarıda qeyd olunan pozuntularla, o cümlədən inzibati icraatın səthi aparılması və iddiaçının əvvəlki inzibati praktikaya etimad hüququnun pozulması ilə qəbul edildiyi üçün iddiaçıya aid hissədə ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Digər tərəfdən apellyasiya baxışı zamanı o hal da müəyyən olundu ki, birinci instansiya məhkəməsi iddiaçıya müvafiq göndəriş əsasında əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh qurumun üzərinə qoyulması nəticəsinə gəlsə də, qərarın nəticəvi hissəsində əlilliyin məhz hansı tarixdən sağlamlığın pozulma faizi dəqiq göstərilməklə neçə il müddətinə təyin edilməsini göstərməmişdir. Halbuki işdən görünür ki, İddiaçı barəsində verilən xx.xx.2023-cü il tarixli Y00117606SDY nömrəli göndərişdə - Əsas diaqnoz: “ G83.1-sol aşağı monoparez və əzələ gücü 3 bal, hərəki pozulma ilə.” qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nın 3.1-ci bəndində göstərilmişdi ki, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 6.5. Serebral iflic və digər paralitik sindromlar 6.5.1.2. mülayim hemiparez (əzələ gücünün 3 bala qədər azalması, 4-7 sm-lik əzələ hipotrofiyası, yuxarı və (və ya) aşağı ətraflarda aktiv hərəkət amplitudasının çiyin oynağında 35-40 dərəcəyə, dirsəkdə 30-45 dərəcəyə, biləkdə 30-40 dərəcəyə, bud-çanaq üzrə 15-20 dərəcəyə, dizdə 16-20 dərəcəyə, aşıq-baldır üzrə 14-18 dərəcəyə qədər məhdudlaşması, xırda əşyaların tutulmasının çətinləşməsi ilə (baş barmağın distal falanqasının 4-cü barmağa qədər çatmaması, yumruq bükülməsinin məhdudlaşması, barmaqların ələ 1-2 sm məsafədə çatmaması); mülayim statodinamik pozuntular (40-60 faiz, 2 il);... Qeyd olunan halların məhkəmə qərarında göstərilməməsi kobud prosessual pozuntular hesab olunmadığı üçün qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün də əsas yaratmır. Lakin həmin hallarla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 3-17-4/3-3-17670/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı İddiaçı aid olan hissədə ləğv edilməli və İddiaçı sağlamlığın 40-60 % pozulması ilə bağlı xx.xx.2023-cü il tarixdən 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalı, bununla da apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-459/2025 saylı 14 yanvar 2025-ci il tarixli qərarı dəyişdirilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 3-17-4/3- 3-17670/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı İddiaçı aid olan hissədə ləğv edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən sağlamlığın 40-60 % pozulması ilə bağlı 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X18 Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar