Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2115/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəsifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası XNN Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, X9-Yusiflinin katibliyi, İddiaçı Musa oğlunun, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəsifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N2/2020 saylı N7 sentyabr 2020-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə 06 oktyabr 202N-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.N63-cü il təvəllüdlüdür. Ona məxsus NZ seriyalı ******* saylı 2N.N0.N8N-ci il tarixli hərbi biletdən görünür ki, İddiaçı N6.NN.N8N-ci il tarixdən 27.N2.N83-cü il tarixə kimi hərbi xidmətdə olmuş, N5.05.N2-ci il tarixdən N5.N0.N2-ci il tarixədək Laçın-Şuşa-Fizüli döyüşlərində N saylı hərbi hissənin tərkibində iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin N saylı N0.03.N2ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən də erməni qondarmalarına qarşı gedən döyüşlərdə N saylı hərbi hissənin tərkibində iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin 573 saylı aprel Ncü il tarixli arayışından görünür ki, rota komandiri İddiaçı 03.0N.N-cü il tarixindən 07.04.Ncu ilə kimi N saylı hərbi hissədə xidmət etmişdir. Azərbaycan Respublikası Əfqanıstan Veteranlar İttifaqının 88 saylı 30.03.N2-ci il tarixli arayışından görünür ki, erməni qondarmalarına qarşı gedən döyüşlərdə iştirak etməsi üçün “Baktunelmetrotikinti” Mexanikləşdirmə İdarəsində sürücü işləyən İddiaçı əmək haqqı saxlanılmaqla xidmətə dəvət olunmiş, N0/KŞ saylı 07.02.N-cü il tarixli əmrdən görünür ki, avtokran maşinisti İddiaçı hərbi qulluğda olduğu dövürdə əmək haqqı saxlanılmış, N33/KŞ saylı 26.NN.N2-ci il tarixli əmrdən görünür ki, avtokran maşinisti İddiaçı N.04.92-ci ildən 26.NN.92-ci ilə qədər hərbi qulluğda olduğunu nəzərə alaraq 26.NN.92-ci ildən işə başlamış, 39/KŞ saylı 07.06.N-cü il tarixli əmrdən görünür ki, avtokran maşinisti İddiaçı hərbi qulluqdan qayıtdığını nəzərə alaraq 06.06.N-cü ildən öz iş yerinə bərpa edilmiş, 4/KŞ saylı N8.0N.N-cü il tarixli əmrdən görünür ki, avtokran maşinisti İddiaçı N №-li hərbi hissənin arayışına əsasən 03.0N.N-cü ildən həmin hissədə hərbi xidmətdədir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 9/2- N0630 saylı 30.07.20N-cu il tarixli Arxiv arayışından görünür ki, Zaqatala RHK-dan çağırılmış N63-cü il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin 0N.0N.N-cü il tarixli 4 №-li əmrilə (əsas: səh.N6, §N, sıra-94) şəxsi heyətin siyahısına bütün növ təminatlara salınaraq müvafiq vəzifəyə təyin olunmuşdur. Leytenant İddiaçı N nömrəli hərbi hissə komandirinin 0N.03.N-cü il tarixli 46 №-li əmrilə (əsas: səh.27, §5, sıra-2, qeyd: hərbi rütbəsi “leytenant” yazılmışdır) 02.03.N-06.03.N-cü il tarixədək Gəncə-Qazax şəhərlərinə ezamiyyətə göndərilmişdir. 09.03.N-cü il tarixli 50 №-li əmrilə (əsas: səh.52, §2, qeyd: əmrdə hərbi rütbəsi “leytenant” yazılmışdır) 09.03.N-cü il tarixədək ezamiyyətdən qayıdaraq vəzifəsinin icrasına başlamışdır. N nömrəli hərbi hissə komandirinin oktyabr N2-ci il tarixii nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissə komandirinin mart-may N2-ci il tarixli nizami hissə üzrə əmrləri, N nömrəli hərbi hissə komandirinin aprel N-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. X4 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, N2-ci ildə hərbi hissənin qərargah rəisi vəzifəsində işləyərkən hərbi qulluqçu İddiaçı İspendiyar oğlu həmin hissədə hərbi xidmət keçmiş və döyüş əməliyyatlarında iştirak etmişdir. Bununla əlaqədar olaraq onun N saylı hərbi hissəyə qəbul edilməsi və hərbi hissədən təxris olunması və həmçinin Laçın-Şuşa-Füzuli uğrunda döyüşlərdə iştirak etməsi barədə qeydlə qərargah rəisi kimi tərəfindən imzalanmışdır. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış N/Z-N4708 saylı N.N0.20N-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Mərkəzi Arxivin arayışına əsasən iddiaçının qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək “ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o N4.03.N2-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin şəxsi heyət siyahısına könüllü olaraq qəbul edilmişdir. Həmin hərbi hissənin tərkibində N aprel N2-ci il tarixdən N5.N0.N2-ci il tarixədək Laçın-Şuşa-Füzuli uğrunda döyüşlərdə iştirak etmişdir. N saylı hissədə xidmət etməyi hərbi biletinin 6-cı səhifəsində, həmin hərbi hissənin tərkibində döyüşlərdə iştirak etməyi isə hərbi biletin 7-ci səhifəsində qeyd edilmişdir. Hərbi əməliyyatlarda iştirak etmək üçün ona AKM-JNJN N298 nömrəli avtomat verilmişdir ki, həmin silahı N5.N0.N2-ci il tarixdə rota komandiri İlqar Əsədova təhvil vermişdir. Bu barədə hərbi biletinin N0-cu səhifəsində qeyd aparılıbdır. Həmin dövrdə onunla bərabər rota komandiri İlqar Əsədov, X5, XN2, XN, X8, X7, XN0 iştirak etmişlər. Həmin şəxslər hazırda müharibə veteranları hesab olunurlar. Onlar da onun həmin hərbi hissədə onlarla bərabər döyüşlərdə iştirak etməyini bir şahid kimi təsdiq edə bilərlər. “Müharibə veteranı” adı və vəsiqəsini almaq məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Müraciətinə Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqədlərin verilməsi üzrə komissiyanın katibi Elbrus Mehdixanovun imzası ilə N.N0.20N-cu il tarixli, İİZ-N4708 nömrəli məktubla imtina cavabı verilmişdir. İmtina məktubunda deyilmişdir ki, “Mərkəzi Arxivin arayışına əsasən qanuni əsaslarla ehtiyyata buraxılmağı barədə məlumat olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir”. 30.07.20N-cu il tarixli 9N2-N0630 saylı Arxiv arayışı ilə əlaqədar bildirmişdir ki, həmin arayışda göstərilən N saylı hissədə xidməti olkə prezidenti Heydər Əliyevin çağırışı əsasında olmuşdur. N3-cü ilin axırlarında Ulu Öndərin çağırışı ilə yenidən könüllü olaraq yeni yaradılan N saylı hissədə zabit kimi xidmət etmişdir. Həmin hərbi hissədə Murov dağında hərbi əməliyyatlarda iştirak etmişdir. Lakin hərbi hissə tez dağıldığına görə və ya digər səbəbdən hərbi biletinə qeydlər edilməmişdir. Məhkəmənin nəzərinə həmçinin onu da çatdırmışdır ki, hərbi hissələrdə xidmət etdiyi vaxt işlədiyi “Azərtunelmetrotikinti” Mexanikləşdirmə İdarəsində orta aylıq əmək haqqının saxlanması və digər məsələlər barədə əmrlər verilmişdir. Həmin əmrləri və arayışları ərizəsinə əlavə etmişdir. Ona verilən bu imtina məktubu qanunsuz və əsassızdır. Belə ki, o, həmin hərbi hissədən N5.N0.N2- ci il tarixli, N saylı əmrlə tərxis edilmişdir. Tərxis edilməyi barədə əmrin üzərində hərbi hissənin ştab rəisi Cəfərovun imzası və möhürü vurulmuşdur. Hazırda həmin hərbi hissə dağıldığı üçün müvafiq arayışların alınması imkan xaricindədir. Komissiyada onun Qarabağ uğrunda gedən döyüşlərdə iştirakı kifayət gədər araşdırılmamışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N2/2020 saylı N7 sentyabr 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi xahiş edilmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, qərar əsassız və qanunsuzdur. Cavabdehin arxiv arayışında onun N saylı hərbi hissədə xidmət etdiyi qeyd olunmuşdur. Halbuki o, N2-ci ilin mart-oktyabr aylarında N saylı hərbi hissədə, N-cü ildə isə mart-iyun aylarında N saylı hərbi hissədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xidmət etmişdir. Lakin onun N saylı hərbi hissədə xidmət etməsi haqqında hərbi biletində məlumat olmasında baxmayaraq arxiv arayışında bu barədə məlumat yoxdur. O, hər iki hərbi hissədə qulluq etmiş, N saylı hərbi hissədən N saylı N5.N0.N2-ci il tarixli əmrlə tərxis edilmiş, bu barədə əmrin üzərində hərbi hissənin ştab rəisi Cəfərovun imzası və möhürü vurulmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmış ki, qərar əsassız və qanunsuzdur. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyası iddiaçının “Müharibə veteranı’’ adı və vəsiqəsinin verilməsinə dair ərizəsi və müvafiq sənədləri araşdıraraq N6 oktyabr 20N-cu il tarixli qərarı ilə Mərkəzi Arxivin arayışına əsasən iddiaçının ehtiyata buraxılması barədə məlumat olmadığına görə iddiaçıya “Müharibə veteranı’’ adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Bununla da cavabdeh inzibati orqan tərəfindən hər hansı hərəkətsizlik edilməmiş, iddiaçının müraciəti araşdırılmış, müvafiq sənədlər əsasında qərar qəbul edilərək iddiaçıya məlumat verilmişdir. Digər tərəfdən İddiaçı tələbi ona Müharibə veteranı adı və vəsiqəsinin verilməsi olduğu halda, məhkəmə iddia tələbindən kənara çıxaraq, qərarın nəticə hissəsində iddia tələbini qismən təmin edilmə olaraq formula etməsi və inzibati akt qəbul edilmə vəzifəsinin cavabdehin üzərinə qoyulması prosessual cəhətdən əsaslı hesab edilə bilməz. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N03)-422/202N saylı 05 fevral 202N-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N2/2020 saylı N7 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilərək, iddianın rədd edilməsi qərara alınmışdır. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N02)-NN09/202N saylı N6 iyun 202N-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N03)-422/202N saylı 05 fevral 202N-ci il tarixli qərarının ləğv edilərək, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: İddiaçı Musa oğlu, onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək iddiaçının apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişlər. Cavabdehin nümayəndəsi X6 iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, cavabdehin apellyasiya şikayətini isə müdafiə edərək onun təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmamasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İşin mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı tələbi “ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədədir. Yəni, iddiaçı ona müharibə veteranı vəsiqəsinin və adının verilməsini arzu edir. İddiaçının arzuladığı aktı qəbul etmək səlahiyyəti cavabdehə məxsusdur. Cavabdeh iddiaçının tələbinin təmin olunmasından imtina edərək, Mərkəzi Arxivin arayışına əsasən onun qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatın aşkar olunmadığına istinad etmişdir. Azərbaycan Respublikası «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Həmin maddənin qeyd hissəsinə əsasən isə bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hissəsinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin 25.04.2006-cı il tarixli Fərmanına əsasən «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsi və 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti, 7-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində (müharibə veteranı, Silahlı Qüvvələr veteranı adlarının verilməsi ilə əlaqədar) Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər. Həmin bəndin NN-ci yarımbəndinə görə «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin (28 sentyabr 20N8-ci il tarixə olan dəyişikliyə əsasən) N-ci bəndinin tələbinə görə “N88-ci il fevralın N-dən N-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №li Fərmanında göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin (bənd N.3). Müəyyən edilsin ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində, 7-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir (bənd 2.N.). Həmin Qanunun 7-ci maddəsinin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini aşağıdakı orqanlar öz səlahiyyətləri daxilində həyata keçirirlər-müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar-Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bənd 2.2). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinin tələblərinə görə, hərbi biletdə olan qeydlər, müharibə veteranı vəsiqəsinin verilməsi üçün kifayət etmir, şəxsin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları cavabdeh inzibati orqana təqdim edilməlidir. İddiaçıya məxsus hərbi biletdən müəyyən olunur ki, o, N6.NN.N8N-ci il tarixdən 27.N2.N83-cü il tarixə kimi hərbi xidmətdə olmuş, N5.05.N2-ci il tarixdən N5.N0.N2-ci il tarixədək Laçın-Şuşa-Fizüli döyüşlərində N saylı hərbi hissənin tərkibində iştirak etmişdir. Eyni zamanda Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin N saylı N0.03.N2-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən də erməni qondarmalarına qarşı gedən döyüşlərində N saylı hərbi hissənin tərkibində iştirak etmiş, N saylı hərbi hissənin 573 saylı aprel N-cü il tarixli arayışına əsasən rota komandiri İddiaçı 03.0N.N-cü il tarixindən 07.04.N-cu ilə kimi N saylı hərbi hissədə xidmət etmişdir. İddiaçının erməni qondarmalarına qarşı gedən döyüşlərdə iştirak etməsi faktı Azərbaycan Respublikası Əfqanıstan Veteranlar İttifaqının verdiyi arayışın məzmununda da öz əksini tapmışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 9/2-N0630 saylı 30.07.20N-cu il tarixli Arxiv arayışına əsasən İddiaçı N nömrəli hərbi hissə komandirinin 0N.03.N-cü il tarixli 46 №-li əmrilə (əsas: səh.27, §5, sıra-2, qeyd: hərbi rütbəsi “leytenant” yazılmışdır) 02.03.N-06.03.N-cü il tarixədək Gəncə-Qazax şəhərlərinə ezamiyyətə göndərildiyi, 09.03.N-cü il tarixli 50 №-li əmrilə (əsas: səh.52, §2, qeyd: əmrdə hərbi rütbəsi “leytenant” yazılmışdır) 09.03.N-cü il tarixədək ezamiyyətdən qayıdaraq vəzifəsinin icrasına başladığı qeyd olunur. Beləliklə, iddiaçının müxtəlif vaxtlarda müvafiq olaraq sözügedən hərbi hissələrdə xidmətdə olduğu və vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etdiyi müəyyən olunur. Belə olan halda iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.N-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırki işdə cavabdeh inzibati orqanın verdiyi imtina məktubuna münasibətdə Kollegiya hesab edir ki, həmin imtina məhz iddiaçı barəsində aparılmış inzibati araşdırma nəticəsində qəbul edilmiş imtina kimi nəzərə alına bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun N.N-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun “inzibati icraat” adlanan İV fəsli, “kollegial inzibati orqanda inzibati icraat qaydası” adlanan V fəsli və “inzibati aktlar” adlanan Vİ fəsli mövcuddur ki, adı çəkilən fəsillərdə yer almış maddələrlə inzibati icraatın aparılmasının hüquqi əsasları, prinsipləri və prosedur qaydaları tam və müfəssəl şəkildə müəyyən edilmişdir. Həmin Qanunun NN-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.N-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.N-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Lakin cavabdehin iddiaçıya yazdığı N.N0.20N-cu il tarixli cavab imtina məktubu yuxarıda göstərilmiş qanunla nəzərdə tutulmuş sözügedən maddi hüquq normalarının tələblərinə cavab vermir. Cavabdeh inzibati orqan tərəfindən inzibati icraatın bu şəkildə qüsurlu aparılması ilə bağlı hallar hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N02)-NN09/202N saylı N6 iyun 202N-ci il tarixli qərarında da öz əksini tapmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə müvafiq olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.N-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırki iş üzrə verilmiş məcburetmə haqqında iddia üzrə ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu (İPM-in N4.3-cü maddəsi), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmaması və iddiaçının hüquqlarını pozması (İPM-in 73.N-ci maddəsi) iş üzrə təsdiqini tapdığı üçün cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulması məqsədəmüvafiqdir. Buna görə də birinci instansiya məhkəməsi iddiaçının cavabdeh inzibati orqana müraciətinin “İnzibati İcraat haqqında” Qanunun müddəalarına müvafiq olaraq araşdırılmalı və bundan sonra inzibati aktın qəbul edilməli olmasına istinad edərək iddia tələbini qismən təmin etməklə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N2/2020 saylı N7 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N2/2020 saylı N7 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən N (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-2115/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2115/2021
06.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver