Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2115/2024 30.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “sadələşdirilmiş vergi ödəyicisi qeydiyyatının bərpa olunması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10107/2023 saylı, xx.xx.2023cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsiə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə ƏDV qeydiyyatının ləğv edilərək, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun bərpası ilə bağlı öhdəliyin icrası tələbinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia ərizəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.1-ci maddəsinə əsasən aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: 218.1.1. bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər; 218.1.2.vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər. Fəaliyyətinin ictimai iaşə fəaliyyəti olmasına və tərəfindən xx.xx.2022-ci il tarixdə ərizə təqdim edilməsinə baxmayaraq, vergi orqanı tərəfindən əsas olmadan xx.xx.2023-cü il tarixdən məcburi qaydada ƏDV qeydiyyatına alınmışdır. Əlavə dəyər vergisi üzrə qeydiyyatının ləğvi və yenidən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun bərpa edilməsi ilə bağlı vergi orqanına müraciət etsə də, vergi orqanı tərəfindən müraciəti üzrə haqlı tələbi icra edilməmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 155.1-ci maddəsinin müddəalarına uyğun olaraq sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatların həcmi 200000 manatdan artıq olan şəxslər, Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borludur. Vergi ödəyicisinin uçot-baza məlumatlarına əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Online kassa üzrə dövriyyəsinin 200000 manatdan artıq olduğu müəyyən edilmişdir. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********264300 nömrəli “Əlavə dəyər vergisi məqsədləri üçün Qeydiyyata dair ərizə verilməsi barədə” Bildiriş göndərilmiş və 10 gün ərzində ƏDV məqsədləri üçün qeydiyyata dair müvafiq ərizə təqdim edilməsi bildirilmiş və qeyd olunan müddət ərzində ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə təqdim edilmədiyi halda vergi orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş tarixdən məcburi qaydada ƏDV məqsədləri üçün qeydiyyata alınacağı barədə məlumat verilmişdir. Qeyd edilən müddətlərdə ƏDV qeydiyyatı ilə və ya ictimai iaşə (8%) məlumat forması təqdim edilmədiyindən vergi ödəyicisi Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə xx.xx.2022-ci il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alınmışdır. Aparılmış araşdırma zamanı vergi ödəyicisinin obyektinin ictimai iaşə fəaliyyətinə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisinin uçot baza məlumatarına əsasən əsas fəaliyyət növünün “Yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi” olduğu halda müvafiq fəaliyyət növü ilə bağlı aktiv obyekti müəyyən edilməmiş və eyni zamanda digər fəaliyyət növünün “İstirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyət” növü olduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vergi ödəyicisi, o cümlədən bu Məcəllənin 218.1.2-ci və ya 218.1.3-cü maddələrində göstərilən şəxslər (Vergi Məcəlləsinin 16.3-cü maddəsində nəzərdə tutulan hallar istisna edilməklə) ƏDV-nə cəlb olunan əməliyyatlar aparmağı dayandırırsa, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə verməyə borcludur. Bu halda, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi ödəyicisinin vergi tutulan əməliyyatları tam dayandırdığı gün qüvvəyə minir. Vergi tutulan əməliyyatların tam dayandırılması dedikdə, vergi ödəyicisi tərəfindən ƏDV-nə cəlb olunan əməliyyatlar aparmağı dayandırması və ya vergi uçotundan çıxarılması məqsədilə müvafiq ərizə ilə vergi orqanına müraciət nəzərdə tutulur. Həmçinin, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınan və ƏDV tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər bu fəaliyyət üzrə müvafiq olaraq 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etdikdə, cari ilin birinci rübü ərzində ƏDV qeydiyyatının ləğvi barədə ərizəni və aprel ayının 20-dək sadələşdirilmiş verginin bəyannaməsini vergi orqanına təqdim etməlidirlər. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmağa, həmin Məcəllənin 16.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək əlavə dəyər vergisi üzrə qeydiyyatın xx.xx.2022-ci il tarixdən ləğv edilməsi və həmin tarixdən sadələşdirilmiş vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10107/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı (VÖEN **********) əlavə dəyər vergisi üzrə qeydiyyatının xx.xx.2022ci il tarixdən ləğv edilməsi və həmin tarixdən sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyatının bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-10107/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Vergi ödəyicisinin Təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı, Vergi ödəyicisi haqqında məlumat: VÖEN: **********, adı: İddiaçı, rayonu: Bakı Şəhəri Xətai Rayonu. Obyekt haqqında məlumat: rayonu: Bakı Şəhəri Xətai Rayonu, adı: “Lamiland” X6, əsas sahə: 171.65, yardımçı sahə: 0, təsnifatı: istirahət və əyləncə obyekti, icarə vəziyyəti: ödəmə mənbəyində, obyektin ünvanı: AZ1025, ünvan 1 mən. 0, mobil telefonu **********, obyektin fəaliyyət sahəsi: Kodu: 93290, Adı: istirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyət (əsas). Rəhbər haqqında: soyadı Abdullayeva, adı: Aytəkin, atasının adı: Kamran qızı. - xx.xx.2019-cu il tarixli İcarə müqaviləsinə əsasən icarəyə verən X2 Bakı şəhəri, Xətai rayonu, Bakı Ağ şəhər layihəsinin BW-30-31-32-33 torpaq sahəsində yerləşən 7 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 171.65 kv.m olan 23 saylı qeyri yaşayış sahəsinin tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsindən 171.65 kv.m qeyri yaşayış sahəsini icarəçi İddiaçı icarəyə verir. - Bakı şəhəri X3 üzrə Baş İdarəsinin İddiaçı (VÖEN: **********) ünvanladığı Əlavə dəyər vergisi məqsədləri üçün Qeydiyyata dair ərizə verilməsi barədə Bildirişdə bildirilmişdir ki, təqdim edilmiş e-qaimə fakturalara, ixrac əməliyyatlarına və ya onlayn kassa məlumatlarına əsasən 2022ci ilin dekabr ayı üzrə Vergi Məcəlləsinin 155.1-ci maddəsinin müddəalarına uyğun olaraq sahibkarlıq fəaliyyətində ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 200000 manatdan artıq olduğundan tərəfinizdən 10 gün ərzində ƏDV məqsədləri üçün qeydiyyata dair müvafiq ərizə təqdim edilməlidir. Qeyd olunan müddət ərzində ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə təqdim edilmədiyi halda vergi orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş tarixdən məcburi qaydada ƏDV məqsədləri üçün qeydiyyata alınacaqsınız. - İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat barədə **********8 nömrəli Bildirişdə qeyd olunmuşdur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi bildirir ki, İddiaçı (VÖEN: **********) Azərbaycan Respublikasının Əlavə dəyər vergisi ödəyicilərinin Dövlət reyestrinə daxil edilmişdir. Qeydiyyatın aparılmasına əsas: **********884600. Qeydiyyatın qüvvəyə minmə tarixi: xx.xx.2022. Qeydiyyata alınma tarixi: xx.xx.2023. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin İddiaçı (VÖEN: **********) ünvanladığı xx.xx.2022-ci il tarixli, **********848500 nömrəli Bildirişdə qeyd edilmişdir ki, tərəfinizdən vergi orqanına təqdim edilmiş “İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə haqqında” Məlumat formasına qeydiyyatda olduğunuz vergi orqanında baxılmışdır. Bildiririk ki, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etməyiniz vergi orqanı tərəfindən İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər vergi tutulan əmliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olduqda növbəti ayın ilk 10 günü ərzində uçotda olduğu vergi orqanına sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etmək barədə məlumatı təqdim edir. Müvafiq məlumat forması təqdim edilmədikdə həmin şəxslər Vergi Məcəlləsinin 155.1-ci maddəsinə uyğun olaraq ƏDV-nin məqsədləri üçün qeydiyyata alınır. Qeyd edilənlərlə əlaqədar dövriyyənizin 2022- ci ilin noyabr ayında 200.000 manatdan artıq olması və növbəti ayın ilk 10 günü ərzində sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etmək barədə məlumatın təqdim edilmədiyi səbəbdən qəbul edilməmişdir. Əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə və ya Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli müraciətə baxılması barədə məktubunda bildirilmişdir ki, Sizin ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin sadələşdirilmiş vergi mükəlləfiyyətinin aktivləşdirilməsi barədə müraciətinizə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər 8 faiz sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə edə bilər. Araşdırma zamanı uçot baza məlumatarına əsas fəaliyyət növünüzün “Yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi” olduğu halda müvafiq fəaliyyət növü ilə bağlı aktiv obyektiniz müəyyən edilmədiyindən və eyni zamanda digər fəaliyyət növünüzün “İstirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyət” növü olduğu üçün müraciətinizin icrası məqsədəmüvafiq hesab edilməmişdir. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli müraciətə baxılması barədə məktubunda bildirilmişdir ki, Sizin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatının ləğv olunması barədə müraciətinizə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılmışdır. Sizin eyni məzmunlu xx.xx.2023-cü il tarixli **********679100 nömrəli müraciətiniz xx.xx.2023-cü il tarixli **********663100 nömrəli məktubla cavablandırılmışdır. Təkrar olaraq nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər 8 faiz sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə edə bilər. Müraciətinizlə əlaqədar araşdırma zamanı müəyyən edilmişdir ki, uçot baza məlumatarına əsas fəaliyyət növünüzün “Yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi” olduğu halda müvafiq fəaliyyət növü ilə bağlı aktiv obyektiniz müəyyən edilmədiyindən və eyni zamanda digər fəaliyyət növünüzün “İstirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyət” növü olduğu üçün müraciətinizin icrası məqsədəmüvafiq hesab edilməmişdir. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Vergi Məcəlləsinin : -154.1. ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. -154.2. Qeydiyyatdan keçən şəxs qeydiyyatın qüvvəyə mindiyi andan etibarən vergi ödəyicisi olur. Qeydiyyata dair ərizə verməli olan, lakin qeydiyyatdan keçməmiş şəxs qeydiyyata dair ərizə vermək öhdəliyinin yarandığı dövrdən sonrakı hesabat dövrünün başlanğıcından etibarən vergi ödəyicisi sayılır. -155.1. Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDVnin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər həmin maddədə müəyyən edilmiş hüquqdan istifadə etdikdə ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatı keçdiyi aydan sonrakı ayın 1-dən etibarən 10 gün ərzində fəaliyyətlərini sadələşdirilmiş vergi ödəyicisi kimi davam etdirəcəkləri barədə vergi orqanına yazılı formada ərizə təqdim etməlidirlər. -157.1. ƏDV-nin məqsədləri üçün məcburi və ya könüllü qeydiyyat haqqında ərizə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə verilməlidir. -157.2. Şəxs ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçərkən vergi orqanı həmin şəxsi ƏDV ödəyicilərinin dövlət reyestrində qeydə almağa və ərizə verildikdən sonra 5 iş günündən gec olmayaraq ona müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə qeydiyyat bildirişi verməyə, həmin bildirişdə vergi ödəyicisinin adını və ona aid olan digər məlumatı, qeydiyyatın qüvvəyə mindiyi tarixi və VÖEN-i göstərməyə borcludur. -157.3. Qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq aşağıdakı tarixlərin birində qüvvəyə minir: 157.3.1. məcburi qeydiyyat zamanı: - ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə; - bir əqd və ya müqavilə üzrə ƏDV-yə cəlb olunan əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda - əməliyyatın aparıldığı günədək; - bu Məcəllənin 154.6-cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslərin dövlət qeydiyyatına və ya vergi orqanında uçota alındığı gündə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı gündə. - 157.5. ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən vergi ödəyicisini vergi orqanı öz təşəbbüsü ilə qeydiyyata alır və ona müvafiq qeydiyyat bildirişi göndərir. -218.1. Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: 218.1.1. bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər; 218.1.2. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər. Hazırkı işin hallarından görünür ki, iddiaçı xx.xx.2019-cu ildən sadələşdirilmiş vergi ödəyicisi olaraq VÖEN ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçının xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində online kassa üzrə dövriyyəsinin 200000 manatdan artıq olduğu müəyyən edilmiş, iddiaçıya “Əlavə dəyər vergisi məqsədləri üçün Qeydiyyata dair ərizə verilməsi barədə” Bildiriş göndərilərək 10 gün ərzində ƏDV məqsədləri üçün qeydiyyata dair müvafiq ərizə təqdim edilməsi bildirilmişdir. Cavabdeh orqanın iddiaçının qeyd edilən müddətlərdə ƏDV qeydiyyatı ilə və ya ictimai iaşə (8%) fəaliyyəti ilə məşğul olması ilə əlaqədar sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etməsi barədə məlumat forması təqdim etmədiyini əsas gətirərək vergi ödəyicisini xx.xx.2023-cü il tarixdə xx.xx.2022-ci il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alınmışdır. Hazırkı iddiasında iddiaçı ƏDV qeydiyyatının ləğvini və əvvəlki sadələşdirilmiş vergi ödəyicisi qeydiyyatının bərpası vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər növbəti ayın birinci günündən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə vermədikdə vergi orqanı tərəfindən məcburi ƏDV qeydiyyatına alınırlar. Eyni zamanda ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatı keçdiyi növbəti ayın birinci günündən 10 gün ərzində uçotda olduğu vergi orqanına sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etmək barədə məlumatı təqdim etmək imkanına malikdir. Hazırkı iş üzrə müəyyən edilir ki, xx.xx.2022-ci il tarixə iddiaçının dövriyyəsinin 200.000 manatı keçmiş, bu zaman iddiaçının ƏDV qeydiyyatı barədə ərizə təqdim etmək, eləcə də sadələşdirilmiş vergi ödəyicisi kimi davam etmə barədə ərizə ilə müraciət etmək hüququ üçün 10 günlük müddət axımı növbəti ayın, yəni dekabrın 1-dən başlamışdır. İddiaçı sadələşdirilmiş vergi ödəyicisi hüququndan istifadə etmə barədə ərizəsini vergi orqanına xx.xx.2022-ci il tarixdə təqdim etmiş, lakin vergi orqanı iddiaçının növbəti ayın 10 günü ərzində sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etmək barədə məlumatın təqdim edilmədiyini, eləcədə iddiaçının obyektinin ictimai iaşə fəaliyyətinə uyğun olmadığını əsas gətirərək iddiaçını xx.xx.2023-cü il tarixdə xx.xx.2022-ci il tarixdən ƏDV ödəyicisi kimi qeydiyyata almışdır Cavabdehin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı üçün sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etmək barədə ərizəni təqdim etmək hüququ xx.xx.2022-ci il tarixdə yaranmış və sonuncunun qanunla xx.xx.2022-ci il tarixədək ərizəni təqdim etmək hüququ nəzərdə tutulmuşdur. Vergi Məcəlləsinin 68.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsaən hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir. İşin hallarından görünür ki, iddiaçı üçün sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə barədə ərizəni təqdim etmək üçün son gün xx.xx.2022-ci il həftənin qeyri iş gününə-şənbə gününə düşmüş, bu zaman Məcəllənin 68.2-ci maddəsinin tələbinə uyğun olaraq son gün növbəti iş günü-xx.xx.2022-ci il tarixi olmuşdur. Göründüyü kimi iddiaçı müvafiq ərizəni qanunla nəzərdə tutulmuş müddətdə vergi orqanına təqdim etmişdir. Digər tərəfdən iddiaçının sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə barədə ərizəni təqdim etmək hüququnun olub-olmaması, yəni Məcəllənin 155.1 və 218.1.2-ci maddələrinə əsasən ictimai iaşə faəliyyəti ilə məşğul olan şəxs kimi 8%-lə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun olması ilə bağlı isə qeyd edilməlidir ki, Məcəllənin 13.2.56-cı maddəsinə əsasən ictimai iaşə fəaliyyəti – fəaliyyət göstərdiyi xidmət obyektinin ərazisində və ya səyyar qaydada alıcıya istehlak məqsədilə hazırlanmış (bişirilmiş) qida (yeyinti) məhsullarının təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyətidir. İşin hallarından görünür ki, iddiaçının uçot aza məlumatların aəsasən əsas fəaliyyət növü “yeməkxanalar trəfindən xidmətlərin göstərilməsi”, digər faəliyyət növü isə “istirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyət” növü olmuşdur. İddiaçının vergi uçotuna alındığı əsas fəaliyyət növü ictimai iaşə fəaliyyəti növünə uyğundur. Cavabdeh iddiaçının əsas fəaliyyət növü ilə bağlı aktiv obyektinin müəyyən edilmədiyini iddia etsə də işin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Bakı Ağ şəhər layihəsinin BW-30-31-32-33 torpaq sahəsində yerləşən 7 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 171.65 kv.m olan 23 saylı qeyri yaşayış sahəsini icarəyə götürmüş, həmin obyekt “Lamiland” X6 adı ilə vergi ödəyicisinin adına uçota alınmışdır. Uçot məlumatlarında qeyd edilən obyektin iddiaçının digər fəaliyyət növü- “istirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyət” kodu üzrə uçota alınsa da iddiaçının həmin obyektdə əsas fəaliyyəti “yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi” olmuş, eyni zamanda həmin fəaliyyətə əlavə olaraq eyni obyektdə digər fəaliyyət növü olan “istirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyət”ini də həyata keçirmişdir. Təqdim edilmiş vergi ödəyicisi üzrə kassa əməliyyatları (onlayn kassa) müəyyən olunur ki, sözügedən obyektdə TPS 320 smart POS markalı kassa aparatı quraşdırımış, cavabdeh özü də kassa əməliyyatları barədə məlumatda məhz Bakı şəhəri, Xətai rayonu, Bakı Ağ şəhər layihəsinin BW-30-31-32-33 torpaq sahəsində yerləşən 7 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 171.65 kv.m olan 23 saylı qeyri yaşayış sahəsində quraşdırılmış kassa aparatı ödənişlərini nəzərə almış, dövriyyənin yeməkxanalar təərfindən xidmətlərin göstərilməsi əsas fəaliyyəti üzrə ödənilmiş vəsaitlərlərdən yarandığını qəbul etmişdir. Beləliklə, iddiaçının fəaliyyət göstərdiyi obyektin onun əsas fəaliyyət növü üzrə deyil, digər fəaliyyət növü üzrə qeydə alınması onun qeydə alınmış təsərrüfat obyektində yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi şəklində ictimai iaşə fəaliyyəti həyata keçirmədiyini iddia etməyə əsas vermir. Vergi ödəyicisinin təsərrüfat obyektini onun əsas fəaliyyət növü koduna uyğun qeydə alınmaması uçotla bağlı məlumatları dəqiqləşdirərək sistemə daxil etməyə məsul olan vergi orqanının məsuliyyət sferasına aid olduğundan və iddiaçının həmin obyektdə ictimai iaşə fəaliyyətini həyata keçirmədiyini təsdiq edən müvafiq sübutlar təqdim edilmədiyindən məhkəmə bu qənaətə gəlir ki, cavabdeh iddiaçının ərizəsini nəzərə alaraq onu sadələşdirilmiş vergi ödəyicisi qalmaq hüququndan məhrum etməkdə haqlı olmamışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10107/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10107/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2115/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2115/2024
30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver