Məhkəmə qərarları › İş №2-1(103)-2115/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2115/2025

08.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-2115/2025 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi və məruzəsilə, X3 və Ismayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı statusunun bərpa edilməsi və vəsiqənin verilməsi” tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Müharibə veteranı” adının ##.##.2021-ci il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1981-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək Vətən Müharibəsində N nömrəli hərbi hissənin tərkibində “qarnizon rabitə qovuşağının telefonçusu'’ kimi döyüş tapşırığını icra etmişdir. Qeyd olunan məlumatlar Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən “Müharibə veteranı'' adı və vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının aparıldığı ərazilərdə rabitə təminatı üzrə tapşırıqlarını yerinə yetirmiş hərbi qulluqçular barədə “Arayış-məlumatda” öz əksini tapmışdır. 2021-ci ilin yanvar ayından etibarən ona "Müharibə veteranı" üçün nəzərdə tutulmuş Prezident təqaüdünün ödənişi təmin edilmişdir. Lakin 2021-ci ilin may ayında ‘‘Müharibə veteranı” üçün nəzərdə tutulmuş Prezident təqaüdünün ödənişi dayandırılmışdır. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi müraciət etməyinə baxmayaraq, müraciəti müsbət həllini tapmamışdır. “Müharibə veteranı" adının bərpa edilməsi məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir, lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyi onun dəfələrlə edilən müraciətinə cavab verməmişdir. Bakı Inzibati Məhkəməsinin (hakim Həmid Ağalarov) *-*(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati orqanın iddia tələbinin təmin edilməməsinə dair gətirdiyi əsas arqument ondan ibarətdir ki, iddiaçının sənədlərinə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın ## ####### 2024-cü il tarixli iclasında baxılmış, iddiaçı “Vətən müharibəsi” dövründə (## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək) N nömrəli hərbi hissə komandirinin ## ######## 2020-ci il tarixli *** nömrəli əmrinə əsanən hərbi hissənin radiorabitənin qurulması rabitə əlaqələrinin təşkil olunması məqsədi ilə “Qarnizon rabitə qovşağının daimi dislokasiya məntəqəsində olan heyəti”nin tərkibində (Bərdə rayonu) xidmət keçdiyi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin *** nömrəli ## ######## 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin birinci hissəsinin onuncu və on birinci abzaslarında göstərilmiş ərazilərdə döyüş əməliyyatlarının təminat növləri üzrə tapşırıqların yerinə yetirməsinə dair təsdiqedici sənədlər (əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən arayışlar (aktlar) və başqa sənədlər) olmadığına görə Əsasnamənin tələblərinə əsasən ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi hesab edir ki, qeyd olunan iddianın təmin edilməsinə dair qərar əsassızdır. Yuxarıda qeyd edilən N nömrəli hərbi hissə komandirinin ## ######## 2020-ci il tarixli *** nömrəli əmrindən görünür ki, iddiaçı müharibə dövründə (## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək) N nömrəli hərbi hissənin “Qarnizon rabitə qovşağının daimi dislokasiya məntəqəsində olan heyəti”nin tərkibində (Bərdə rayonu) xidmət keçmişdir. Bununla yanaşı, iddiaçı döyüş əməliyyatları aparılan zaman ## ######## 2020-ci il tarixindən ## ###### 2020-ci il tarixədək Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə deyil, N nömrəli hərbi hissədə (Bərdə rayonu), döyüş təminatı üzrə, yəni Rabitə təminat üzrə tapşırıqları yerinə yetirmişdir. Iddiaçının Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə bilavasitə döyüş əməliyyatlarında iştirakı müvafiq sənədlərlə təsdiq edilmir. Lakin inzibati işə baxan birinci instansiya məhkəməsi tərəfindən işin qeyd olunan xüsusatları araşdırılmamış, qərar əsaslandırılmamış, iddia tələbi əsassız olaraq təmin edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona verilmiş müharibə veteranı statusunun bərpa edilməsi və müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsi, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınaraq qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Iş materiallarında olan N nömrəli hərbi hissə komandirinin *** nömrəli ## ######## 2020-ci il tarixli əmrindən çıxarışdan görünür ki, X4 “Stasionar rabitə qovşağı” - daimi dislokasiya məntəqəsində (Bərdə rayonu) olan heyətin tərkibinə təyin edilmişdir. Iş materiallarında olan “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların rabitə təminatı üzrə tapşırıqlarını yerinə yetirmiş hərbi qulluqçular barədə arayış-məlumatdan görünür ki, N nömrəli hərbi hissə, Qarnizon rabitə qovşağının telefonçusu X4 döyüş əməliyyatları aparılan zaman (27.09-##.##.2020-ci il tarixlərdə) hərbi hissənin daimi dislokasiya məntəqəsində rabitə təminatını yerinə yetirmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli 361 №li arayışından görünür ki, hərbi hissənin qadın hərbi qulluqçusu R X4 ##.##.2020-##.##.2020-ci il tarixlərdə Vətən müharibəsi zamanı daimi dislokasiya məntəqəsində döyüş növbətçiliyinə cəlb olunub. Iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2026-cı il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı “Müharibə veteranı” statusu Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli TE-*** nömrəli məktubuna əsasən ləğv edilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindən Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2026-cı il tarixli məktubdan görünür ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsistemində olan məlumata əsasən iddiaçı İddiaçı ##.##.2022-ci il tarixdən proaktiv qaydada 80 manat məbləğində “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqüdü” təyin edilmiş və ##.##.2022-ci il tarixdən dayandırılmışdır. Iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubdan görünür ki, vətəndaş İddiaçı sənədlərinə komissiyanın ##.##.2024-cü il tarixli iclasında baxılmış, Vətən müharibəsi dövründə (## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək) N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci i tarixli *** nömrəli əmrində hərbi hissənin radiorabitənin qurulması rabitə əlaqələrinin təşkil olunması məqsədi ilə “Qarnizon rabitə qovşağının daimi dislokasiya məntəqəsində olan heyəti”nin tərkibində (Bərdə rayonu) xidmət keçmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** nömrəli ## ######## 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin birinci hissəsinin onuncu və on birinci abzaslarında göstərilmiş ərazilərdə döyüş əməliyyatlarının təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsinə dair təsdiqedici sənədlər (əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən arayışlar (aktlar) və başqa sənədlər) olmadığına görə Əsasnamənin tələblərinə əsasən ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin 3-cü abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 3-cü maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinin 10-cu və 11ci abzalarına əsasən müharibə veteranı adı aşağıdakı qaydada verilir: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; - 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Iş materiallarına əsasən iddiaçı hərbi hissənin Qarnizon rabitə qovşağının telefonçusu İddiaçı Vətən müharibəsi dövründə (## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək) hərbi hissənin radiorabitənin qurulması, rabitə əlaqələrinin təşkil olunması məqsədi ilə “Qarnizon rabitə qovşağının daimi dislokasiya məntəqəsində olan heyəti”nin tərkibində - Bərdə rayonunda rabitə təminatını yerinə yetirmişdir. Qanunvericiliyin tələblərindən isə göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Iddiaçı isə ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək Bərdə rayonunda rabitə təminatını yerinə yetirmişdir. Göründüyü kimi, iddiaçı Əsasnamədə göstərilən ərazilərdə döyüş əməliyyatlarının təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsinə cəlb edilməmiş, qeyd olunan ərazilərdə xidmət etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Iddia tələbi əsassızdır və təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Iddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar