Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2118/2023 02.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2-1(112)-2683/2023 saylı qərarından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra mətndə - Xidmət) qarşı məhkəmədə iddia qaldıraraq, Xidmətin 22 avqust 2020-ci il tarixli DMX İQ-17/1 nömrəli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi, cavabdeh Xidmətin üzərinə iddiaçı Ahmad Rizwanın 26 may 2022-ci il tarixli vəsatətini təmin edərək iddiaçıya qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Pakistan vətəndaşı və Pəncab vilayətinin Lahor şəhərinin sakinidir. Etnik mənsubiyyətinə görə Pəncabidir. Ərizə-anketdə göstərilmiş anket məlumatlarını təsdiqləyir. İddiaçı subaydır. Onun hal-hazırda iki bacısı və dörd qardaşı var. O, X2 tərəfindən təqib ediləcəyi qorxusu ilə mənşə ölkəsini tərk etmişdir. İddiaçının sözlərinə görə o uzun müddətdir ki, Pakistanda hakimiyyət dairələri tərəfindən öz dini etiqadı ilə bağlı dəfələrlə hədələnib və həmin vaxtdan hakimiyyət dairələri tərəfindən müəyyən edilib öldürüləcəyindən qorxmuşdur. O, 2022-ci ildən Pakistanı tərk etmişdir. 2022-ci ildən Azərbaycana gəlib. 26 may 2022-ci ildə ərizəçi sığınacaq vəsatəti ilə müraciət etmiş, Xidmət onun vəsatətini qeydiyyata alıb və iddiaçı ilə müsahibə aparmışdır. İddiaçı bildirmişdir ki, təqdib ediləcəyindən qorxduğu üçün ölkəsinə geri qayıtmaq istəmir. 22 avqust 2022-ci ildə Xidmətin İQ-17/1 saylı qərarı ilə iddiaçının vəsatəti rədd edilmişdir. Xidmət qərarını onunla əsaslandırmışdır ki, iddiaçının iddiaları əsaslı deyil. Cavabdeh Dövlət Miqrasiya Xidmətinin nümayəndəsinin məhkəməyə təqdim edilmiş iddiaya qarşı yazılı etirazda bildirilir ki, Pakistan İslam Respublikası vətəndaşı Ahmad Rizwan 26 may 2022-ci il tarixdə qaçqın statusunun verilməsi haqqında vəsatətlə Xidmətə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 38-2022 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmş və onunla müsahibə keçirilmişdir. Müsahibə zamanı o, Pakistan İslam Respublikasının Pəncab vilayətinin Lahor şəhəri yaxınlığında Padri kəndində doğulduğunu, milliyyətcə pəncabi, dini etiqadına görə müsəlman (əhmədi) olduğunu, Padr kəndi yaxınlığında orta məktəbdə 8 sinif oxuduğunu, 2012-ci ildə əhmədi təriqətinə mənsub olduğu üçün təhsilini davam etdirə bilmədiyini qeyd etmişdir. Əmək fəaliyyəti barədə danışarkən ərizəçi xüsusi bir peşəsinin olmadığını, dostunun köməyi ilə internetlə bağlı cihazların təmirini öyrəndiyini və 2019-cu ildə bu sahədə 2 ay işlədiyini bildirmişdir (həmçinin ərizəçi subay olduğunu, ailədə ata-anası, dörd qardaş və iki bacısının olduğunu, atası, anası, bir qardaşı və bir bacısı ilə birlikdə Azərbaycan Respublikasına gəldiyini, bir qardaşının İtaliyada, digər qardaşının Malayziyada olduğunu, digər iki bacısının evli olduğu üçün Pakistanda qaldığını qeyd etmişdir). Bundan başqa, ərizəçi Pakistanı tərk etmə səbəbi kimi dini etiqadı səbəbindən təhsilini davam etdirə bilməməsini, iş tapa bilməməsini, atasının təqaüdü ilə dolandıqlarını, “əhmədi” olduğu üçün heç kəsin ona iş vermədiyini, “X3” partiyasının üzvlərinin onlardan polisə şikayət etdiklərini, kənddəki evlərini və bəzi əşyalarını sataraq Azərbaycana gəldiklərini bildirmişdir (o, Azərbaycanda qalmaq və daha sonra İtaliyaya getmək üçün onlara köməklik göstərilməsini xahiş etmişdir). İcraat zamanı inandırıcılığın qiymətləndirilməsi üzrə ərizəçinin söylədiyi faktlarda bəzi ziddiyyətli məqamlar və uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, təhsil hüququnun məhdudlaşdırılmasını bildirməsinə rəğmən dövlət məktəbində 8 sinif orta təhsil almışdır. Ahmad Rizwan “X3” partiyasının üzvləri tərəfindən polisə şikayət edildiyini qeyd etsə də, onlara qarşı heç bir rəsmi icraata başlanılmamışdır. Bu isə ərizəçinin dövlət tərəfindən təhdid və ya təqib edilmədiyini göstərir. X4 yaşayan qardaşının yanına getmək üçün onlara köməklik göstərilməsi barədə xahişi şəxsin məqsədinin Azərbaycanda qalmaq deyil, İtaliyaya getmək olduğunu müəyyən etmişdir. Ahmad Rizwan müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Bakı İnzibati Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2-1(112)-2683/2023 saylı qərarı ilə (hakim H.Ağalarov) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2-1(112)-2683/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin materialları ilə müəyyən edilir ki, Pakistan İslam Respublikasının vətəndaşı, hazırda ünvan 1 ünvanında müvəqqəti yaşayan, xx.xx.1998-ci il təvəllüdlü Ahmad Rizwan 26 may 2022-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Xidmətə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Xidmət tərəfindən qeydiyyata alınmış, adına 38-2022 nömrəli şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla müsahibə keçirilmişdir. X6 İslam Respublikasının Pəncab vilayətinin Lahor şəhəri yaxınlığında Padri kəndində doğulduğunu, milliyətcə pəncabi, dini etiqadına görə müsəlman (əhmədi) olduğunu, Padri kəndi yaxınlığında orta məktəbdə 8 sinif oxuduğunu, 2012-cü ildə əhmədi təriqətinə mənsub olduğu üçün təhsilini davam etdirə bilmədiyini qeyd etmişdir. Əmək fəaliyyəti barədə danışarkən ərizəçi xüsusi bir peşəsinin olmadığını, dostunun köməyi ilə internetlə bağlı cihazların təmirini öyrəndiyini və 2019-cu ildə bu sahədə 2 ay işlədiyini bildirmişdir. O, subay olduğunu, ailədə ata-anası, dörd qardaş və iki bacısının olduğunu, atası, anası, bir qardaşı və bir bacısı ilə birlikdə Azərbaycan Respublikasına gəldiyini, bir qardaşının İtaliyada, digər qardaşının Malayziyada olduğunu, digər iki bacısının evli olduğu üçün Pakistanda qaldığını qeyd etmişdir. O, Pakistanı tərk etmə səbəbi kimi dini etiqadı səbəbindən təhsilini davam etdirə bilməməsini, iş tapa bilməməsini, atasının təqaüdü ilə dolandıqlarını, “əhmədi” olduğu üçün heç kəsin ona iş vermədiyini, “X3” partiyasının üzvlərinin onlardan polisə şikayət etdiklərini, kənddəki evlərini və bəzi əşyalarını sataraq Azərbaycana gəldiklərini bildirmişdir. İddiaçı Azərbaycanda qalmaq və daha sonra İtaliyaya getmək üçün onlara köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqanın 22 avqust 2020-ci il tarixli DMX İQ-17/1 nömrəli qərarı ilə qaçqın statusu verilməsindən imtina edilmişdir. İddiaçı hazırda cavabdehin imtina barədə həmin qərarını mübahisələndirir və ona qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Birinci instansiya məhkəməsi tərəfindən işin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdikləri dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmur. Həmçinin, işin faktiki hallarından da müəyyən edilir ki, iddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır, iddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün işin faktiki hallarını aydınlaşdırmış, sübutlara düzgün qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və qərarda göstərilən nəticələr işin hallarına uyğundur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia ərizəsində və apellyasiya şikayətində iddiaçı öz dini etiqadı ilə bağlı dəfələrlə hədələnib və həmin vaxtdan hakimiyyət dairələri tərəfindən müəyyən edilib öldürüləcəyindən qorxduğunu bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Həmin Qanunun 10-cu maddəsinin ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsinin birinci hissəsinə əsasən şəxs qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. İddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. Cavabdehin imtinasının əsası ondan ibarətdir ki, iddiaçının vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətinə, milliyyətinə və dini baxışlarına görə təqib olunmadığı, iddiaçının vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmadığı müəyyən edilmişdir. Belə ki, o, təhsil hüququnun məhdudlaşdırılmasını bildirməsinə rəğmən dövlət məktəbində 8 sinif orta təhsil almışdır. Ahmad Rizwan "X3" partiyasının üzvləri tərəfindən polisə şikayət edildiyini qeyd etsə də, onlara qarşı heç bir rəsmi icraata başlanılmamışdır. Bu isə ərizəçinin dövlət tərəfindən təhdid və ya təqib edilmədiyini göstərir. X4 yaşayan qardaşının yanına getmək üçün onlara köməklik göstərilməsi barədə xahişi şəxsin məqsədinin Azərbaycanda qalmaq deyil, İtaliyaya getmək olduğunu müəyyən etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə görə qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. “Qaçqın” statusu əldə etmək üçün müraciət etmiş şəxsin bu barədə vəsatətinin təmin oluna bilməsi üçün adıçəkilən Qanunun 1-ci maddəsində göstərilən və “Qaçqın” anlayışını xarakterizə edən tələblərə cavab verməsi zəruridir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyi üçün, iddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi barədə cavabdeh tərəfindən qəbul edilmiş qərar qanuni və əsaslı olmuşdur. İş materiallarında olan müsahibə, ərizə-anketdən aydın görünür ki, ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi etibarlı pasportunu təqdim edərək adını, yaşını, doğulduğu yeri, vətəndaşlığını sübut etmiş və bu doğru olaraq qəbul edilmişdir. Ərizəçinin müsahibə zamanı söylədiklərindən məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. İddiaçının qorxu və həyəcanları ehtimallara əsaslanmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və bu halları təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bu o deməkdir ki, iddiaçı ona “Qaçqın” statusunun verilməməsinin qanunazidd olduğunu və ya qanunun tələblərinə cavab verməyən hərəkət (hərəkətsizlik) olduğunu məhkəmə qarşısında sübut etmək vəzifəsini daşıyır. Eyni zamanda, İPM-in 14.3-cü maddəsi tələb edir ki, iddiaçı hansı əsasların, faktiki şərtlərin ona “Qaçqın” statusu verilməsi barədə qərarın qəbulunun zəruri etdiyini göstərsin. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən və iddiaçıya qaçqın statusu verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş faktiki əsaslar mövcud olmadığından cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müraciətinə Dövlət Miqrasiya Xidməti tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, qəbul edilmiş müvafiq qərar nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneəçilik yaradılmamışdır, həmin qərarda ifadə edilmiş nəticənin qanunsuzluğu qənaətinə gəlmək üçün əsaslar olmadığından hazırkı iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: İddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2-1(112)-2683/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2118/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2118/2023
02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver