Məhkəmə qərarları › İş №2-1(103)-2119/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2119/2024

05.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2119/2024 05.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Babaşova Rəna Rəsul qızı) “qeydiyyatın ləğv edilməsi və yeni çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14295/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya baxışından çıxarılması məsələsinə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Babaşova Rəna Rəsul qızı göstərilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsinin Babaşova Rəna Rəsul qızının adına olan 043940 nömrəli Qeydiyyat Vəsiqəsinin ləğv edilməsi və həmin mənzilin İddiaçı adına rəsmiləşdirilərək yeni çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2-1(112)-14295/2023 saylı qərardadı ilə iddia “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsinin Babaşova Rəna Rəsul qızının adına olan 043940 nömrəli Qeydiyyat Vəsiqəsinin ləğv edilməsi” hissədə mümkün sayılmamış, məhkəmənin 14 noyabr 2023-cü il tarixli, 2-1(112)-14295/2023 saylı qərarı ilə isə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı tərəfindən apellyasiya şikayətləri verilərək qərardadın və qərarın ləğv olunması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-1420/2024 saylı, 27 fevral 2024-cü il tarixli qərardadı ilə (sərdlik edən və məruzəçi hakim Ş.Məmmədova, hakimlər C.Yusifov, P.Hüseynovdan ibarət tərkib) Bakı İnzibati Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2-1(112)-14295/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qərardan verilən apellyasiya şikayətinə baxılması üçün isə inzibati iş elektron bölgüyə təqdim edilmişdir. Elektron bölgü əsasında inzibati iş xx.xx.2024-cü il tarixdə hakim Aytən Oruczadənin icraatına verilmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-2119/2024 saylı, 28 mart 2024-cü il tarixli qərardadı ilə məhkəmə qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının hakimi Şərafət Məmmədova 02 aprel 2024-cü il tarixli məktubla müraciət edərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-1420/2024 saylı, 27 fevral 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən kassasiya şikayətinin verilməsi səbəbindən işin onun icraatına verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İPM-in 16.3-cü maddəsinə əsasən bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati iş hazırki apellyasiya baxışından çıxarılmalı və 27 fevral 2024-cü il tarixli qərardaddan İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti ilə bağlı müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının hakimi Şərafət Məmmədovanın icraatına verilməlidir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM 1.2, MPM 384.0.6 ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-1420/2024 saylı, 27 fevral 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə inzibati iş hazırki apellyasiya baxışından çıxarılsın və iş İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının hakimi Şərafət Məmmədovanın icraatına verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Rəşid Səmədov Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar