Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2119/2025 07.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi (bacısı), iş üzrə üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4148/2025 saylı 18 fevral 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 07 may 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəhruz Kəngərli küçəsi, ev 32, mənzil 8 ünvanına qeydiyyata alınması öhdəliyinin Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 iddiaçının bacısıdır. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəhruz ünvan 4 ünvanda iddiaçının bacısı, onun əri və uşaqları qeydiyyatdadır. İddiaçı da 2001-ci il tarixdən bacısı ilə birlikdə həmin ünvanda yaşayır. İddiaçı əvvəllər qeydiyyatda olduğu ünvandan qeydiyyatdan çıxarıldığı üçün halhazırda heç bir ünvanda pasport qeydiyyatında deyil. İddiaçı Sabunçu Rayon Polis İdarəsinə 2001-ci il tarixdən indiyə kimi yaşadığı ünvana qeydiyyata düşmək üçün müraciət etmişdir. Sabunçu Rayon Polis İdarəsi xx.xx.2024-cü il tarixli məktubunda imtinanın səbəbi kimi qeydiyyat düşmək barədə ərizədə mənzilə dar sənəd əlavə edilmədiyini qeyd etmişdir. İmtina məktubunda eyni zamanda qeyd edilmişdir ki, qeydiyyatla əlaqədar Bakı İnzibati Məhkəməsinə müraciət edilməsi məqsədəmüvafiqdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X4 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4148/2025 saylı 18 fevral 2025-ci il tarixli qərardadı ilə iddiaçının iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun hazırki iddiada ünvanı fərqlidir. Cavabdeh Sabunçu Rayon Polis İdarəsinin üzərinə onun Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəhruz Kəngərli küçəsi, ev 32, mənzil 8 ünvanına qeydiyyata alınmağı barədə öhdəliyin qoyulması xahiş edilmişdir. Məhkəmənin nəzərinə onu da çatdırır ki, bir neçə ay əvvəl o, iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Sabunçu Rayon Polis İdarəsinin üzərinə onun Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəhruz Kəngərli küçəsi, ev 8, mənzil 32 ünvanına qeydiyyata alınmağı barədə öhdəliyin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-7270/2024 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərar qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Lakin icra mərhələsində o, müəyyən etdi ki, iddia ərizəsində səhvə yol verilərək, qeydiyyata düşmək istədiyi ünvan “Bəhruz ünvan 8i, ev 8, mənzil 32” yazılmışdır. Həmçinin Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)- 7270/2024 saylı qərarında da ünvan səhvən “Bəhruz ünvan 9ilməsi üçün ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Lakin onun ərizəsi geri qaytarıldı. Ona görə də Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-7270/2024 saylı qərarına düzəliş edilməsi mümkün deyildir. Ona bildirildi ki, o, düzgün ünvanı qeyd etməklə, yeni iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etməlidir. O da deyilənlərə uyğun olaraq, hazırki iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etdi. Lakin bu dəfə onun iddiası mümkün sayılmadı. Onu da qeyd edir ki, hakim Tural Məlikovun icraatında olan işlə bağlı ərizə ilə müraciət edərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-7270/2024 saylı qərarında ünvan səhvən “Bəhruz ünvan 12 saylı iş üzrə iddia tələbindən imtina etdiyini bildirib, icra icraatına xitam verilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, onun iddiası mümkün hesab edilərək, iddia ərizəsinə inzibati icraat qaydasında baxılıb müvafiq qərar qəbul edilməlidir. Tərəflərin izahatları xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İnzibatı məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəllənin tələbini nəzərə alaraq işə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi (bacısı), iş üzrə üçüncü şəxs X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının hazrki iş üzrə tələbi “Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəhruz Kəngərli küçəsi, ev 32, mənzil 8 ünvanına qeydiyyata alınması öhdəliyinin Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulması” ilə bağlıdır. İşə baxan birinci instansiya məhkəməsi hesab etmişdir ki, “yaşayış yeri üzrə qeydiyyata alınma” barədə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7270/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının icrası məcburi xarakter daşıyır və müvafiq qərar qüvvədə olduğu təqdirdə, iddiaçının digər ünvan üzrə qeydiyyata alınmasını nəzərdə tutan yeni məhkəmə aktının qəbul edilməsi mümkün deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadında göstərilən əsaslarla iddianın qeyri-mümkün sayılması barədə gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarından müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7270/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.Kəngərli küçəsi, ev 8, mənzil 32 ünvanına qeydiyyata alınması öhdəliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur. Daha sonra iddiaçı iddia tələbindən imtina etmiş və icra icraatına xitam verilməsini xahiş etmişdir. Qeyd olunan halları birinci instansiya məhkəməsi araşdırmadan iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşin apellyasiya baxışı zamanı müəyyən olundu ki, iddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7270/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qərarının icrası ilə bağlı tələbindən imtina etmiş və həmin imtina Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7270/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə qəbul edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin hazırki iş üzrə verilmiş iddianın qeyri-mümkün sayılması üçün əsas olan hal artıq aradan qaldırılmışdır, yəni yuxarıda adı çəkilən inzibati işin icra icraatına xitam verilmişdir. Bu hal hazırki iş üzrə iddiaçının göstərdiyi ünvana qeydiyyata alınması barədə iddiasının mümkün sayılmasına dəlalət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin 2-1(112)-4148/2025 saylı 18 fevral 2025-ci il tarixli qərardadı ləğv edilməli və iş bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla zəruri prosessual hərəkətlərin edilməsi məqsədilə həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4148/2025 saylı 18 fevral 2025-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyalə Cəmilova X7 Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-2119/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2119/2025
07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver